Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü

Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü


Kəlbəcərin Ağdaban kəndi bölgənin şimal-şərqində Dağlıq Qarabağın Ağdərə bölgəsinin ermənilər yaşayan Çapar, Kərəmli, Həsənriz kəndləri ilə sərhəddə yerləşir. Ağdabanda Kəlbəcər Batalyonunun 5-ci bölüyünüyn bir tağımı yerləşdirilmiş və silah-sursatla təmin edilmişdir. Həmin tağım Ağdaban kəndinin ermənilərlə sərhəd yüksəkliklərində ön mövqedə keşik çəkirdi.

Bundan başqa 1991-ci ilin sonlarında Bakıdan-701 saylı hərbi hissədən 36 nəfərlik bir dəstə Kəlbəcərin müdafiəsini möhkəmləndirmək üçün göndərilmişdi. Komandiri baş leytenant Bəhrəm Lazımov olan həmin dəstəni də Ağdaban kəndində yerləşdirmiş və onlar ərzaqla, yatacaqla təmin etmişdik.
Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü




Ağdabanla həmsərhəd olan Çapar, Həsənriz və Qozlukörpü kəndlərində rusların silahlandırdığı ermənilər 1988-1991-ci illərdə Kəlbəcərin Ağdərədən keçən yolunu bağlayaraq dəfələrlə azərbaycanlılara qarşı hücumlar təşkil etmiş, onları öldürmüş, yaralamış, bir neçə dəfə Ağdaban və Çərəkdar kəndlərini gülləboran etmişlər. Həmin illərdə Kərəmli, Umudlu və digər kəndlərin əhalisi ermənilər və rus əsgərləri tərəfindən qovulmuş və evləri qarət edilərək yandırılmışdı. Dekabr ayının 21-də Ağdərənin Çapar kəndini düşməndən azad etmək üçün qərərgah rəisi baş leytenant Tahir Mehdiyevlə mən əməliyyat planı qurduq. Döyüşə ümumi rəhbərlik mənə tapşırılmışdı. Bu döyüşə baş leytenant Əhmədov Ələddinin komandirlik etdiyi 5-ci bölüyün Ağdabanlılardan ibarət tağımı (bölük komandirinin müavini: Quliyev Zahid, tağım komandiri leytenant Nəsib Nəsibov, baş çavuş Əjdər Nəsibov), Çərəkdar kəndindəki tağım, zabitlərdən: leytenant Hüseyn Nəbiyev, leytenant Akif Mirzəliyev, leytenant Seyfəli Orucov, baş leytenant Çıraq Bayramov, kiçik leytenant Mehdi Şahüseynov, baş leytenant Xalid Hümbətov, leytenant Rəsul Əmirov, leytenant Fehruz Alışov, gizir Tofiq Rzayev, leytenant Ziyafət Tağıyev, leytenant Hicran Abbasov, baş gizir Arif Abbasov, batalyonun digər bölüklərində xidmət edən könüllülərdən: Nemət Nadirov, Dadaş Hacıyev, Vahib Allahverdiyev, Habil Mürsəlov, İlqar Əsədov, Habil Sadıqov, Vüqar Qurbanov, Nəriman Məmmədov, Natiq Əhmədov, Sərdar Cəfərov, Elxan Əliyev, Mətləb, Ədalət Rəhimov,və s.-cəmi 120 nəfərədək döyüşçü cəlb olunmuşdu. Batalyonda əsgər çox idi, lakin hamını silahlandırmağa silahımız çatmırdı. Biz bəzi əsgərləri kiçik çaplı tüfənglə-TOZ-8, beşaçılan və əldə düzəldilmiş təlim avtomatları ilə silahlandırmışdıq. Əsas ümidimiz; baş leytenant Bəhrəm Lazımovun komandirlik etdiyi və yaxşı silahlanmış 36 nəfərlik Bakı dəstəsi idi.

Əməliyyat gecə keçirilməli idi. Çapar kəndi Ağdaban kəndinin üst tərəfindəki yüksəklikdə yerləşdirilmiş top və alazan raketləri ilə vurulmalı, Kərəmli dəstəsi Çapar kəndinin şimal tərəfindən Həsənriz kəndinə gedən yolu bağlamalı və Çapara kömək gələsi təqdirdə onları atəşlə məhv etməli idi. Çərəkdar kəndindən olan dəstə Çaparın cənub tərəfindən hücum etməli, əsas hücum qüvvəsi olan Kəlbəcər batalyonunun və Bəhrəm Lazımovun döyüşçüləri isə kəndin qərb tərəfindən hücuma keçməli idilər. Üç tərəfdən hücuma məruz qalan ermənilər mütləq Çaparı tərk etməli idilər. Axşam saat 11-də erməni və rusların mövqe tutduqları Qozlu kəndini topla, Çapar kəndini və kəndə gələn yolu isə “Alazan” raketləri ilə vurmağa başladıq. 1 saata qədər davam edən artilleriya atəşi Çapar və Qozlu kəndində 15-20 evi dağıtmış və yandırmışdı. Qozlu və Çapar kəndləri od içində idi. Artıq yanan evlərin işığında ermənilərin kənddən çıxıb qaçdıqlarını görürdük. Gecə gizlicə Çapara tərəf irəliləyən döyüşçülərimiz artıq evlərin yaxınlığında idilər. Bizim döyüşçülər sürünə-sürünə yaxınlaşırdılar. Çapar kəndindən rus və ermənilərin döyüş maşınları ilə, iri çaplı pulemyotlar və avtomatlarla bizə kor-koranə atəş açır, yerimizi dəqiq bilmirdilər. Əsgərlər hücum əmrini gözləyirdilər. Elə bu zaman pusqudakı dəstə Həsənrizdən Çapara köməyə gələn düşmən əsgərləri ilə dolu Kamaz markalı maşını atəşə tutaraq məhv etdi. 30 nəfərədək düşmən məhv edilmişdi. Bizim döyüşçülərdən isə ölən və yaralanan yox idi. Əməliyyat planına uyğun olaraq Çərəkdar tərəfdən (Çapar kəndinin cənubundan) atəşin açılması ilə qəti hücuma keçməliydik. Biz oradakı döyüşçülərin kəndə yaxınlaşmalarını gözlədimiz bir vaxtda əsgərlərdən kimsə ehtiyatsızlıq edərərk düşmən tərəfə işıqsaçan güllələrlə atəş açdı. Ermənilər və kənddəki rus hərbçiləri yerimizi bildikləri üçün hər tərəfdən pulemyot, avtomat və PDM topları ilə bizim istiqamətə atəş aşmağa başladılar. Güllələr başımızın üstündən keçarək meşəyə səpələnir, ətrafımızda çovuyurdu. Başımızı qaldırmağa imkan yox idi. Güllələr üstümüzə dolu kimi yağırdı. Biz atəşi dayandırdığımız üçün düşmən bizim meşə ətəklərində olduğumuzu yəqin edərək, mövqelərimizin arxa tərəfini daha güclü atəşə tutmuşdu. Bizim lap yaxınlıqda olmağımızı onlar heç ağıllarına belə gətirmirdi... Axşamdan xeyli keçmiş mən 12-13 nəfərlik bir dəstə ilə Çapar kəndinin yaxınlığında mövqe tutmuş bizimkilərin yanına gəldim. Biz sürünərək ön mövqedə yerə uzanmış döyüşçülərin yanına gəldik. Düşmən mövqelərini bir daha nəzərdən keşirdim. Sağ cinahdan Çərəkdar dəstəsinin hücuma keçməyini gözləyirdik. Oradan isə-heç bir atəş açılmırdı. “Onlar niyə başlamırlar, nəyi gözləyirlər?”-deyə öz-özümə onları qınayırdım. Çünki hücum əməliyyatı pozula bilərdi. Çərəkdar dəstəsi isə yoxa çıxmışdı. Səhərin açılmasına az qaldığına baxmayaraq, onlarla heç bir əlaqə yox idi. Bu vəziyyətdə hücuma keçsəydik rusların çoxlu sayda zirehli texnikası qarşısında heç nə edə bilməz, bunun qarşılığında “atəş kisəsi”nə düşə bilərdik. Səhərin açılmasına isə lap az qalırdı...
Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü



Bölük komandiri baş leytenant Ələddin Əhmədovun dediklərindən: “Ağdabandan Çaparadək olan 6-7 kilometrlik yolu demək olar ki, güllə yağışı altında irəliləyirdik. Düşmən başımızın üstündən yuxarı meşəni atşə tutmuşdu. Bizim bu qədər kəndə yaxınlaşmağımız onların ağlına gəlməzdi. Dairəvi şəkildə irəliləyərək düz düşmən mövqelərindən 40-50 metr məsafədə sərbəst gizləndik. Hücuma keçmək üçün son hazırlıqları apardıq. Sol cinahdan Həsənrizdən Çapar kəndinə köməyə gələn ermənilərlə dolu maşını məhv etdik. Çapardakı ermənilər bundan xəbər tutmadılar. Yaxınlıqda tövlə pəncərəsindən səsini kəsməyən iri çaplı pulemyotu susdurmağa isə qumbara lazım idi. Qumbara isə heç kimdə yox idi. Elə bu vaxt tağım komandiri leytenant Nəsib Kərimov mənə yaxınlaşıb ermənilərin danışığını tərcümə etdi. Dedi ki, komandir, onlar deyir ki, Aterk kəndindən kömək çağıraq və türkləri tutaq. Onlar bilmirdilər ki, Aterkdən onlara gələn kömək isə artıq məhv edilmişdi. Lakin ermənilərin köməyinə Qozlikörpü kəndindən 3-4 ədəd rusların PDM-i gəldi. Biz dar bir çökəkdə toplaşmışdıq. Gecə yarıdan ötmüşdü. Hava işıqlaşsa, düşmən bizi görər və çıxılmaz vəziyyətdə qala bilərdik. Kəndin sağ tərəfindən Çərəkdar dəstəsinin atəş açacağını gözləyirdik.Onların atəşi ilə düşmən çaş-baş qalar və hücum müvəffəqiyyətlə başa çatardı. Onlardan isə səs-soraq yox idi. Elə bu vaxt bizim əsgərlərdən kimsə işıqsaçan güllələrlə düşmən mövqelərini atəşə tutdu. Komandasız edilən bu hərəkət bizi pis vəziyyətdə qoydu. Yerimizi bilən düşmən hər tərəfdən bizi atəşə tutdu. Artıq düşmən üzərinə hücum etmək ağılsızlıq olardı. Itki verə bilərdik. Məcbur olub geri çəkilməyə başladıq. Artıq səhər açılırdı. İtki verməmək üçün meşəyə çəkilmək əmri verdim. Güllə yağışı altında sürünə-sürünə meşəyə çəkildik. Güllələr ağacların budaqlarına dəyərək vızıltı ilə ora-bura çovuyur, özünə qurban axtarırdı. Əməliyyat baş tutmamışdı. Meşədə bir az dincimizi alsaq da aclıq, susuzluq və yorğunluqdan yeriməyə taqətimiz yox idi. Qar yeyə-yeyə meşə cığırı ilə yuxarı - Ağdaban yüksəkliyinə tərəf qalxırdıq. Artıq səhər açılanda biz Ağdaban yüksəkliyində-topların yanında idik ".

Mənbə: Kapitan Akif Kamalın " Kəlbəcər Batalyonu və Əfsanəvi Alay" adlı kitabı.

#GizliFAYL
P.S. Qafqaz bəyə təşəkkürlər...
Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü
15 iyun 2019 /

Kəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşü

Похожие новости

701 in uğur qazandığı Meydançay Əməliyyatı

1993 - cü ilin qışı (dekabr) 5-ci tabor baş leytenant Gəray Əsədovun komandanlığı altında Murovdağdakı Güzgü aşırımının sağ cinahından-Koroğlu dağı tərəfdən keçərək düşmən arxasına doğru hərəkət

Əfsanəvi hərbi birləşmənin uğurlu Çərəkdar Əməliyyatı

KƏLBƏCƏR 1992-ci ilin yayı. 701 H/H Düşmənin 54 əsgəri məhv edildi, 106 nəfəri isə yaralandı. Azərbaycan ordusunun bölmələri Tərtər, Ağdam və Goranboy batalyonları müxtəlif istiqamətlərdən hücuma

AZƏRBAYCAN ORDUSUNUN İLK HƏRBİ HİSSƏSİ

400 nəfərdən artıq şəhidi olan Əfsanəvi Alay... " Vətən gözdür, Biz kirpik Gözümüzün keşiyini çəkirik !" (Sənəd N•_960968Gf) 1991-ci ilin oktyabrından Qarabağ və ətraf bölgələrdə özünümüdafiə

"Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

2014 cü ilin qızmar avqust ayı... Milli Ordumuz hər zamanki kimi Vətənin keşiyində idi. Cəbhənin Ağdam istiqamətində mühəndis istehkamçılarımız ön xəttin möhkəmləndirilməsini, minalanmış ərazinin

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar... Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır"Silahlı Qüvvələr Günü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunubAzərbaycanlı dirilərin səsini eşitməzliyə vuran BMT erməni ölülərini xortdatmaq niyyətindədirAVMVİB ZƏNGİLAN RAYON ŞÖBƏSİ ORDU GÜNÜNÜ HƏRBİ HİSSƏDƏ QEYD ETDİORDU VƏ AVMVİB-NİN YARANMASINDA XİDMƏTLƏRİ OLAN DÖYÜŞÇÜ ÖLÜMÜNDƏN SONRA TƏLTİF EDİLDİAVMVİB MİNGƏÇEVİR ŞƏHƏR ŞÖBƏSİ ORDUNUN 101 İLLİYİNİ QEYD ETDİAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİ TƏDBIRDƏ İŞTİRAK ETDİTəqsirsizlik prezumpsiyası...BU GÜN BİZİM GÜNÜMÜZ: ORDU GÜNÜAlim öldü, aləm öldü...AVROPA ŞURASI RUSİYAYA QARŞI TƏTBİQ EDİLƏN SANKSİYALARIN LƏĞVİNƏ HAZIRLAŞIRERKƏYİ DİŞİSİ BİLİNMƏYƏN ASLANLAR...Mehriban Əliyeva: "Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir"İlham Əliyev Ramil Usubovu qəbul etdiFuad Abbasov BakıdadırPrezident İlham Əliyev hərbi qulluqçuları təltif edibOrta məktəblərdə daha çox bu fənn müəllimlərinə ehtiyac varDilqəm və Şahbazla bağlı şikayət Avropa Məhkəməsinə göndərilibTəhsil Nazirliyi ictimaiyyətə müraciət edibGürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiƏkrəm İmamoğlu seçkiləri yenə qazandıKöçəryanın oğlunun hesabına 18 milyon dolları hansı azərbaycanlı köçürüb?Prezidentdən məmurlara xəbərdarlıqBAŞSAĞLIĞIÖdənişli əsaslarla ən çox tələbə qəbul edən universitetlər (SİYAHI)Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldıMilli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı - VİDEO"NÜBARAŞENDƏ" BİR İRANLININ ASILMIŞ MEYİDİ TAPILDIAzərbaycan əhalisinin sayı açıqlanıbABŞ Ermənistana 40 milyon dollar yardım ayırdıOrdumuz döyüş atışlarını icra etdi - VİDEOAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNDƏErmənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilərQaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazırTiflisin Bakı ilə bağlı açıqlaması - İrəvan təşvişdəVETERANLAR AVMVİB ZONA MÜŞAVİRƏSİNİ MÜZAKİRƏ EDİRLƏRERMƏNİ XƏBƏRLƏRİDüşünməyə dəyər: KAFE MÜDİRİ ROLUNDA NİYƏ MƏHZ “TOFİQ BƏHRAMOB” ADI ...AVMVİB ÇİLOV ŞÖBƏSİNİN TƏŞƏBBÜSÜYLƏ NEFTÇİLƏR VƏ MÜHARİBƏ VETERANLARI GÖRÜŞDÜLƏRAZƏRBAYCAN TƏLİMLƏRİ NİYƏ DAYANDIRDI?EL QIZI AVMVİB-NİN FƏXRİ ÜZVLÜYƏ QƏBUL EDİLDİAVMVİB-DƏ YENİ TƏYİNATRusiyanın adamının kafedə Paşinyanla gizli görüşü: Qarabağ mesajı - FOTOABŞ konqresmenindən Qarabağla bağlı sərsəm bəyanat: “Birbaşa əlaqələr qurulsun!”Orta illik əməkhaqqından çox maaş alan müəllimlər...STATİSTİKAMüəllimlərin maaşı artdı“QRU” ermənilərlə döyüşənlərə qarşı Yevlaxda işgəncə mərkəzi yaratmışdı...”Maaşlar artırıldıZakir Həsənov: "Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir"Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - SƏRƏNCAMQəhrəmanlar can verir, yurdu yaşatmaq üçün - MÜBARİZ İBRAHİMOVAZƏRBAYCANDAN NƏNƏSI ERMƏNİ VAHİDƏDDİN OSMANLISINA ETİRAZ NOTASIFransa Ermənistana od qoydu: Siyasi çaxnaşma...AVMVİB RƏHBƏRLİYİ TƏRTƏRDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRDİKolleci qurtaranlar bu ixtisaslara qəbul ola bilməyəcəklərƏsrin sonunda planetin əhalisi nə qədər olacaq? - BMT-dən PROQNOZErmənilər Qarabağda HƏRƏKƏTƏ KEÇDİ: 10 min əsgər, 200 tank… – VİDEOERMƏNİSTANI İLK TANIYAN DÖVLƏT OSMANLI OLUBMƏZARSIZ ŞƏHİDLƏRDİFAİ TƏŞKİLATININ BƏYANI"Deyəsən, Azərbaycan sözdən əmələ keçməyə hazırlaşır...”AVMVİB DAHA BİR ŞƏHİD ANASINA BAŞ ÇƏKDİAVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİDaha ermənilərin "göz yaşlarına" inanmırlarSOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlamaSEPARATÇI "DNR" ORDUSUNDA QİÇS VAHİMƏSİAzərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblərRusiya şirkətindən Azərbaycana qarşı təxribatDalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...AVMVİB DAHA BİR VETERANI TƏLTİF ETDİAVMVİB TOVUZ RAYON ŞÖBƏSİNİN BAYRAM TƏDBİRİPapazyan erməni tarixini darmadağın etdi - FaktlarDüşmən təxribatının qarşısı dərhal alınsın - Nazirdən tapşırıqMariya Zaxarova Bakını çox sevirmiş...Mehriban Əliyeva: “Yolunuz açıq olsun!”TONOYAN ÖN CƏBHƏYƏ GƏLİBElçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdiErməni komandirin maşını belə məhv edildi- VideoAVMVİB 15 İYUNU QEYD ETDİMehriban Əliyeva Elçibəyin ailəsinə başsağlığı – Yas xərclərini Fond ödəyəcəkELAN: Etibarsız sayılır5 km-lik dövlət bayrağı“Azərbaycanın qisası amansız olacaq”- erməni hərbi ekspertÜzərində Rəsulzadə və Nuru Paşanın şəkli olan avroKəlbəcər özünümüdafiə batalyonu və 701- in uğurlu ÇAPAR döyüşüOnlarAVMVİB Sabirabad rayon şöbəsində Anım tədbiriAVMVİB Ağdaş rayon şöbəsi Milli Qurtuluş Gününü qeyd etdiErməni jurnalist yazır: "Azərbaycan cəmi bir günə Qarabağı öz nəzarətinə götürə bilər"Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?AVMVİB Bərdə rayon veteranlarından örnək addım - VİDEOLARPaşinyanla separatçılar arasında qarşıdurma - Qarabağın girov götürülən erməni icması - ŞƏRHTƏBRİK: RAFİQ ŞÜKÜROV - 59Qarabağ həqiqətləriBSU-nun müəllimləri məktəblərdə şagirdlərlə görüşüblərQarabağda kartlar dəyişir: Mnatsakanyan və Balasanyan üzərində razılaşma?QƏHRAMAN DÖYÜŞÇÜ HAQQINDA FİLM ÇƏKİLİB - VİDEOAVMVİB Bərdə rayon şöbəsi turnir keçirdiAVMVİB DAHA İKİ VETERANI TƏLTİF ETDİAzərbaycan və Türkiyə Müdafiə nazirləri Qəbələdə
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ