Dalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...

Dalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...
Aydın Canıyev

"Ay nə gözəl qaydadı… şal sallamaq” (M.Şəhriyar) – "oranjeman” etsək: sosial şəbəkədə kimin ad günü oldusa, təbrik etmək gözəl qaydadır!

Bəri başdan deyim: Əlisəmid Kürü "oranjeman” etmək olmur! Çün həm orijinaldı, həm original! Bütün etdiklərini təkrar etməyə, "oranjeman”a ilk olaraq, kişilik çatmaz, ardından da istedad, sonra da yaşantılar.

Əlisəmidin etdiklərini heç bir "ağıllı” adam eləməz, eləyə bilməz – vurub öldürərlər! Amma Əlisəmid eləyib və elədiyinə, qədeşfason yanaşsaq, deyə bilərik ki, "otveçat” da olub. Onçun da yaşayır! Yaşayır və yaradır!

Mən ilk gəncliyimdən tanıdığım Əlisəmid Kürlə birgə yaşadığım bu şəhərdə təsadüfdən təsadüfə rastlaşmışam.
Tanıyanların hamısı Əlisəmid Kürlə yeyib-içməyə hazır olub və yaxud da əksinə, amma mən bu yeyib-içməklərə qıcıq olmuşam həmişə: zalım balası, Əlisəmid Kür bir süfrədə oturub şeir içməyə, həyat içməyə layiq ən yaxşı müsahbdi e.
Ədəbi mühitdən kimi dindirsən, hamısının Əlisəmid Kürün yeyib-içmək məclislərindən, "dəlilik” olaylarından bir xeyli ehtiyatı var saxlancında! Zalım balası, adamın o qədər şeiri var ki, deyəsən, yada salasan, sonra da gedib arvadların qul bazarından doqquzunun gündəlik haqqını və hərəsinin də əlinə bir dəsmal verib deyəsən ki, ağlayın, əziz bacılar, ağlayın, əziz analar, ağlayın, əziz qızlar, sizi ağlayan halına ağlamalı Əlisəmidi – atanızı, qardaşınızı oğlunuzu... ölkəni!

Mən bilmirəm Əlisəmid Kürü axır vaxtlar görənlər "Baksovet”dəki – "Vahid" Poeziya Evinin qarşısında Əliağa Vahidin büstünü gətirirlərmi gözlərinin önünə? Əlisəmid Kürün sifətidi eynən elə bil – həm də Azərbaycan ədəbiyyatınının ÇTZ traktoru ilə kotan ağzına şırımlanmağa verilmiş sifəti! Azərbaycan ədəbiyyatının bütün və son əzablarının ifadəsi!

İkisinin də adı mürəkkəb isimdir. İkisinin də Əlisinə beyəti var! Amma Əli-AĞAmız Ağa kimi yaşamadı, ƏliSƏMİDimiz adam kimi! Taleyin ironiyasına bax ki, guya Əli SƏMİD – lal-dinməz, sakit, möhkəm dayanan olacaqmış deyə adamı dünyaya gəldiyi andan birinci olaraq, ismiylə mürəkkəbləşdiriblər, sonra da həyatıyla! İkisi də şair kimi faciələrdən heykəl yapdı, salnamə yaratdı!
Əlisəmid! Təkcə "Yol” adında ədəbi-bədii qəzetin sahibi olmadı mən tanıdığım illərdən bu yana, həm də YOLu olan oldu – bir daha heç kimin keçməyə cəsarət edə bilməyəcəyi yolun!
Əlisəmid! Ədəbi Arazlara qovuşan Kür şairimiz! Bütün yaxşılıqların içində, önündə və həm də şahidi! Bütün pisliklərin hədəfi və acıların-ağrıların mərkəzində! Hər dəfə Əlisəmid Kür hərlənib-fırlanıb mənə rast gələndə, yaxud da məclisdə ondan söz düşəndə dədəmin və qardaşımın, üstəlik də sevgilimin mənə dediyi yadıma düşür:

Dədəm Məmməd deyirdi ki:

- Ay bala, sənə bu qədər əziyyət çəkirik, sevirik, əzizləyirik, varımızı-yoxumuzu veririk, amma sən bir niyyətini nümayiş etdirirsən: doğulan gündən ölmək üçün əlləşirsən - əvvəllər, uşaq vaxtı xəstələnirdin, bir az böyüdün, başladın dalaşmağa, ağlının ümidinə buraxdıq, getdin qan çanağının içinə, diplom aldın, ağa demədin, xan demədin, rəiyyət demədin... Adam da öl(dürül)mək uğrunda vuruşarmı? Bəs sən haçan yaşamaq üçün mübarizə aparmaq istəyəcəksən?

Əzizgirami qardaşım da özüm-özümü zülmlərə salmağıma baxıb-baxıb köksünü ötürüb demişdi:

- Bu yer üzündə səni tanıdığım 40 ildə səndən başqa birini görmədim ki, sənin qədər özü özünə düşmən olsun!
Sevgilim deyirdi ki:
- Sən xoşbəxt yaşamağı bacarmırsan, hökmən gərək öz başına bir müsibət açacan!

Hə, Əlisəmid Kür, sən 65-ə çatıbsan, mən 50-ni keçmişəm! Bəlkə "bəs” deyək? Yoxsa hələ də "yeri var”? Dalağa dəyməyib? Axı sən dalağa dəyən şairsən hər misranla!
Axı nə qədər "sonrası nə ola-ola” deyərsən, deyərik?

Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.

Axı belə getsə:
səni büllur külqabı kimi satacaqlar hərracda!
Axı:
türmələrdə ad günü keçirmirlər!
Axı bəs deyilmi:
Ürək qızdırdığıN, çörək kəsdiyiN
Qəfildən üstüNdən atdanıb keçir.

Axı bəs deyilmi:

Adam nə qədər cibindən üşüyər, adam nə qədər canından çürüyər? Qoy Ağacın dərdini yarpaqlar çəkSİN də, qoy "Ağaclar ölSÜN ayaqüstə” də...
Axı:
Yüz əliqılınclı hazır
bir bənövşə boynu vurmağa...

Ehh, Cəfər kişinin oğlu, Sən-də-Mİ sübut etmək istəmirsən bu həyata Kİ, BİRÜZLÜ olub da xoşbəxt olmaq olar? Day onda bizə yazığın gəlmədi gəlmədi, özünə niyə 65 il zülm elədin?
Nə qədər ki, ölməmisən, xoşbəxt olmağı da bacar, qalan hər şeyi bacardın, BİRÜZLÜ oğlan!

YAZIYA SÖZARDI:
Cəlilabaddan bir cavan şair peyda olur, Salam Novruzov. Əlisəmid ağrısını aldığım da istedadı göydə tutan adamdı axı, istedad uğrunda gülləyə gedər, nəinki evinə qonaq getmək ola. Bəli, bir dəstə, başda Əlisəmid olmaqla gəlirlər bu Salam Novruzovgilə. Nəinki Salamgilin, ölkənin kasıb vaxtları olur, yığışıb həyət evinin dalında, başlayırlar vurmağa. 1..., 2..., 3..., 5..., 7..., 9..., 11..., nəhayət, 13-cü araq butılkasını boşaldanda, Əlisəmid qayıdır ki, hə, dəydi! Soruşurlar ki, Əlisəmid, nə dəydi?
Ustad da qayıdır ki:
- İndi dəydi, dalağa dəydi!
Biz Əlisəmid Kürün dalağına bəlkə də 13-cü butılkadan sonra dəyə bilirik, amma o hər şeiriylə dəyir dalağımıza! İnanmırsınız? Buyurun:

ALO, MƏN SƏNİ GÖRÜRƏM

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…

-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

Dalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...
16 iyun 2019 /

Dalağa dəyən Şair!- Əlisəmid Kürün 65 yaşına...

Похожие новости

TANINMIŞ ŞAİRİMİZDƏN POEZİYA ÇƏLƏNGİ...

Vasif Süleyman HƏLƏ YAZMAMIŞAM SƏNİ BİR SƏTİR Nə nalə çəkəmməz, nə ah götürməz, Bu canım üstünə günah götürməz. Bir belə günahı Allah götürməz, Hələ yazmamışam səni bir sətir. Hissin dumanında

SABAH O QIZIN AD GÜNÜDÜ!

Aydın Canıyev MEDİADAKI BÜTÜN DOSTLARIMA: YAYIMINI TƏVƏQQE EDİRƏM! Nigar! "Nazlı Nigarım!" "Atama oxşayırsan" deyən... "Qızım" dediyim Nigar! ...Əslində, bu qızı unutmaq istəyirdim. Hirsliydim ona

PRİTÇA: "DEYƏSƏN"LƏ YAŞAYIB BÖYÜYƏNLƏR...

Aydın Canıyev · Evində kirayə qaldığım Adilə xalanın Səfiyə adlı sözəbaxan, nəinki icazəsiz nəsə edən, hətta nəsə istəməyə də icazə istəyən bir qızı vardı. Anasının xətrinə dəyməsin deyə, həmişə

Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu

Namiq Hacıheydərlinin “Canlı əfsanə” kitabının təqdimatı oldu 03 mart 2018-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Xanım Nurun aparıcılığı ilə tanınmış şair, publisist və araşdırmaçı Namiq

Ramiz Rövşənin 71 yaşı tamam oldu

Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq. Qara paltarlı qadın Ramiz Rövşən Kişilər bir
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ