SOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlama

SOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlama
Keçən il yalnız 2 yataq – Azəri-Çıraq-Günəşli yatağı (104%) və Binəqədi yataqlar bloku (103%)üzrə illik hasilat proqnozu yerinə yetirilib.

Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şahdəniz yatağında isə qaz hasilatı 100% yerinə yetirilsə də, kondensat istehsalı 93% təşkil edib. Qalan yataqlara gəldikdə isə Bahar yatağı üzrə proqnoza qarşı xam neft hasilatı 77%, təbii qaz hasilatı 82%, Balaxanı neft yataqları bloku üzrə 96%, Zığ və Hövsan neft yataqlari bloku üzrə 92%, Mişovdağ və Kəlaməddin yatağı üzrə 98%, Neftçala və Xıllı neft yataqları bloku üzrə 87%, Kürovdağ neft yataği üzrə 98%, Aran neft yataqları bloku üzrə 84%, Kürsəngi-Qarabağlı yatağı üzrə 63%, Suraxanı neft yataği üzrə isə 92% olub.

Eyni zamanda 2018-ci il ərzində yataqlar üzrə faktiki daxilolmaların təhlili zamanı məlum olub ki, Mişovdağ və Kəlaməddin yatağı üzrə 2908,6 min manat proqnoza qarşı ümumiyyətlə daxilolma olmayıb, Şahdəniz yatağı üzrə 283900,0 min manat proqnoza qarşı 245391,56 min manat (38508,4 min manat az), yaxud 86,4% daxilolma olub. Ümumilikdə isə hasilatın və xam neftin satış qiymətinin proqnoza nisbətən yuxarı olması Mişovdağ Kəlaməddin yatağı istisna olmaqla bütün yataqlar üzrə çıxarılan xam neftin, habelə Şahdəniz yatağından çıxarılan kondensat qazının satışından daxilolmaların büdcədə nəzərdə tutulanla (7 824 922,3 min manat) müqayisədə 125,1 faiz səviyyəsində icrasına şərait yaradıb.

Sənəddə nəzərə çatdırılıb ki, 2018-ci ildə Azəri-Çıraq Günəşli yatağı üzrə hasilatın həcmi Fondun büdcəsində nəzərdə tutulmuş 204,4 milyon barrel həcmində proqnoza qarşı 213,5 milyon barrel və yaxud 104,4 faiz səviyyəsində təşkil edib. Dəyər ifadəsilə Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş mənfəət neftinin satışından 9 474 941,8 min ABŞ dolları vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş vəsaitə qarşı 26,2 faiz artıq təşkil edib. Şahdəniz yatağı üzrə təbii qaz hasilatının həcmi proqnozda nəzərdə tutulmuş (11.3 milyon barrel) səviyyədə olub. Şahdəniz yatağından Kondensat qazı üzrə icra 21,8 milyon barrel təşkil etmiş, kondensat qazının satışından 245391,6 min ABŞ dolları məbləğində vəsait daxil olub. Eyni zamanda hasil olunan təbii qaz satışından Fonda vəsait daxil olmayıb. Belə ki, 2016-cı ilin may ayından etibarən Dövlət Neft Şirkəti tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı satqısı üzrə bağlanmış sazişlər çərçivəsində müvafiq illik qaz həcmlərinin artıq həcmdə SOCAR tərəfindən alışı səbəbindən həmin artıq həcmlərin alışına yönəldilmiş ümumilikdə 650,55 milyon ABŞ dolları, o cümlədən 2016-cı ildə 135,3 milyon ABŞ dolları, 2017-ci ildə 227,2 milyon ABŞ dolları, 2018-ci ildə 288,4 milyon ABŞ dolları məbləğində vəsait Fonda daxil edilməyib.

Bahar yatağından neft hasilatının həcmi 0,39 mln barrel proqnoza qarşı 0,3 mln. barrel səviyyədə icra edilib (77%). Bahar yatağından qaz hasilatının həcmi isə 233,0 mln. kub metr proqnoza qarşı 192,0 Mln. Kub metr (82%) icra olunub. Bahar yatağlarından karbohidrogenlərin satışından 1247,6 min ABŞ dolları daxil olub ki, bu da proqnoza (717,0 min ABŞ dolları) qarşı 74,0 faiz çoxdur. Balaxanı neft yataqları bloku üzrə faktiki hasilat 1,7 mln. barrel təşkil edib ki, bu da proqnoza (1,78 mln barrel) nisbətən 96 faiz təşkil edir. Bu yataqlar üzrə Neft Fonduna 20,0 mln. ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş 9,79 milyon ABŞ dolları məbləğində vəsaitə qarşı 104.3 faiz çoxdur. Zığ-Hövsan neft yataqlari bloku üzrə faktiki illik hasilat 0,55 milyon barrel proqnoza qarşı 0,5 milyon barrel (92%) təşkil edib, bu yataqlar üzrə daxilolmalar 4965,0 min ABŞ dolları və yaxud nəzərdə tutulmuş proqnozdan 107,0 faiz daha çox olub. Binəqədi neft yataqları bloku üzrə faktiki hasilat 0.97 milyon barrelə qarşı 1,0 mln. barrel təşkil edib (103%). Bu yataqlar üzrə daxilolmalar 7,59 milyon ABŞ dolları proqnoza qarşı 14,6 mln. ABŞ dolları və yaxud 92,8 faiz daha çox olub.

Mişovdağ və Kəlaməddin yatağında 2018-ci il üzrə hasilat proqnozda nəzərdə tutulmuş 0,71 milyon barrel səviyyəsinə qarşı 0.7 milyon barel təşkil edib (98%). Buna baxmayaraq, bu yataq üzrə Neft Fonduna vəsait daxil olmayıb. Belə ki, 2009-cu ilin illik vergi hesablanmasına əsasən Mişovdağ və Kəlaməddin yatağının operatoru olan Karasu şirkətinin vergi öhdəliyi yaranıb. Lakin buna baxmayaraq Karasu əməliyyat şirkəti dövlətin payına düşən mənfəəti Fonda ödədiyi üçün vergi borcunun bağlanması üçün ilin sonuna kifayət qədər vəsaiti qalmayıb. 2009-cu ildən etibarən dövlətin payına düşən mənfəət layihə üzrə yaranan vergi öhdəliklərinin ödənilməsinə kifayət etmədiyi üçün, Fonda ödənişlər edilməyib.

Neftçala və Xıllı neft yataqları bloku üzrə illik hasilatın həcmi proqnozda nəzərdə tutulan 0,23 milyon barrelə qarşı 0.20 milyon barrel səviyyəsində (87%) olub. Bu yataqlar üzrə faktiki daxilolmalar 2 214,99 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1134,0 min ABŞ dolları) qarşı 95.3 faiz daha çox olub. Kürovdağ neft yataği üzrə illik hasilat 1,02 milyon barrel proqnoza qarşı 1,0 milyon barrel (98%) səviyyəsindədir.

Bu yataq üzrə daxilolmalar 7 376,57 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (5,701,5 min ABŞ dolları) qarşı 29,4 faiz çoxdur. Aran (Muradxanlı, Cəfərli, Zərdab) yataqlar bloku üzrə hasilatın illik həcmi 0,12 milyon barrel proqnoza qarşı 0,1 milyon barrel (84%) təşkil etmiş, bu yataqlar üzrə daxilolmalar 8,8 min ABŞ dolları məbləğində proqnoza qarşı 264,44 min ABŞ dolları təşkil edib (təqribən 30 dəfə artıq). Kürsəngi-Qarabağlı yatağı üzrə faktiki illik hasilat proqnozda nəzərdə tutulan 1,12 milyon barrelə qarşı 0,7 milyon barrel səviyyəsində (63%) icra edilib. Bu yataq üzrə faktiki daxilolmalar 6693,89 min ABŞ dolları təşkil etməklə, büdcədə nəzərdə tutulana (1084,0 min ABŞ dolları) qarşı təqribən 6 dəfə çox olub. Suraxanı neft yataği üzrə faktiki illik hasilat proqnozda nəzərdə tutulan 1.19 milyon barrelə qarşı 1,1 milyon barrel (92%) səviyyəsində icra edilib ki, bu yataq üzrə faktiki daxilolmalar 13696,0 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (4650,0 min ABŞ dolları) qarşı 194,5 faiz daha çox olub.

Hesablama Palatası bildirir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, bir sıra yataqlar üzrə hasilat proqnozu yerinə yetirilmədiyi halda, faktiki daxilolmalar proqnozu üstələyib ki, bu da il ərzində xam neftin orta çəkili qiymətinin nəzərdə tutulmuş proqnoz göstəricidən xeyli yüksək olması ilə izah edilə bilər. Bundan əlavə, Kürsəngi-Qarabağlı neft yatağı üzrə illik hasilatın proqnoza qarşı 63% icra olunmasına baxmayaraq, daxilolmaların proqnozdan 6,2 dəfə, Aran (Muradxanlı, Cəfərli, Zərdab) yataqlar bloku üzrə isə illik hasilatın proqnoza qarşı 84% icra olunmasına baxmayaraq daxilolmaların proqnozdan təqribən 30 dəfə artıq olması həmin yataqların operatorları olan əməliyyat şirkətləri ilə əlaqələndirilmənin gücləndirilməsinə zərurət yarandığını deməyə əsas yaradıb:

“Ümumilikdə yuxarıda qeyd olunanları nəzərə alaraq, Fondun büdcəsinin gəlirlər hissəsində mənfəət neftinin və qazın satışından daxilolmalar qiymət artımı nəticəsində (büdcədə nəzərdə tutulan qiymətlə müqayisədə) 125% icra olunmasına baxmayaraq, qeyd olunan mənbə üzrə ayrı-ayrı yataqlarda nəzərdə tutulmuş hasilat həcminin tam icra edilməməsi, hasilatın icra edilməsi lakin əldə olunan vəsaitin Dövlət Neft Fonduna daxil olmaması (xüsusilə Sahdəniz yatağı üzrə qaz hasilatının 2018-ci il üzrə 288,4 mln ABŞ dolları ümumilikdə 650,5 mln ABŞ dolları) büdcə-maliyyə intizamının pozulması ilə yanaşı qeyd olunan məbləğ həcmində vəsaitin Fondun idarəetməsindən kənarda qalması ilə şərtlənməsini, habelə qeyd olunan məbləğin ilbəil artımını nəzərə alaraq məsələnin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq hüquqi-normativ sənədlərin tələblərinə uyğun tənzimlənməsinin aktuallığını bildiririk”.(Yeni Sabah)
17 iyun 2019 /

SOCAR-ın bir az-650 milyon manat maliyyə pozuntusu olub – Rəsmi açıqlama

Похожие новости

Məcburi köçkünlərə ev tikmək üçün 200 milyon ayrılıb – “Qaçqınkom”un sifarişi 26,8 milyon azaldılıb

Bu il məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinin detalları məlum olub. Bu məlumat, Hesablama Palatasının Azərbaycan Respublikası

Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsini təsdiq etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında qanunu təsdiq edib. Fedai.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət

NEFTİN QİYMƏTİ 100 DOLLARDAN BAHA OLA BİLƏR

Dünya bazarında neftin tədarük həcmində qeyri-müəyyənlik davam edir, bu, İrana qarşı sanksiyaların təhlükəsi və bəzi digər ölkələrdən təchizatın azalması ilə bağlıdır. Buna görə, "gələn il neftin

17 MİLYARD MANATLIQ BORCUMUZ AÇIQLANIB

Azərbaycanın ümumi dövlət borcunun mövcud vəziyyəti açıqlanıb. Bu barədə prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 80,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,23 dollar/barel
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ruslar Berdımuhammedovu, ərəblər isə Erdoğanı "öldürdülər"Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTOPAŞİNYANA YUMRUQ KİMİ BİR CAVAB!!!Xaqani Ədəboğlu: "Azərbaycan jurnalistikası qatilini sevən məşuqəyə bənzəyir"...Hamidiye alayları. Alevi-Qızılbaş və suriyani soyqırımı"Göy girsin, qırmızı çıxsın" - Qədim türklərdə andın maraqlı tarixiƏSKİ TÜRKLƏRDƏ QADINMilli Qəhrəman Nofəl Quliyevin büstünün açılışı olduMerkelin gəlirləri açıqlandıParis Sülh Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Videoİlham Əliyev və xanımı Kristal Zalda açılış mərasimindəGürcüstanda erməni kilsəsi qarət olunduDaha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ