Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır

Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
- ...Adəməm, qismət olmadı gəndüm,

Niyə baxmaz o nikzat mənə?

Nə Bicodan gəlib mənə gəndüm,
Nə verir həbbeyi-Boyat mənə.

Eşitmisən belə bir şeir? Özün də şirvanlısan. Seyid Əzimindi. Hər il kişinin taxıl payını biz göndərmişik. Amma həmin il nə baş verirsə, Seyidin taxıl payı getmir. Beləcə, bizə sataşır.

Bunu deyib də gülür Seymur. Ağsudayıq. Bakıdan vur-tut 170 km aralıda yerləşən Bico kəndində. Necə deyərlər, düz qulağımızın dibində yerləşir Azərbaycanın ən qədim kəndlərindən biri. Az qala Şamaxıyla eyni yaşdadır. Amma nələr varmış bu kəndin tarixində, nələr…

Biz bütün bunlara qayıdacağıq. Hələ ki Sanqalana, bicoluların isə Bico adlandırdığı dağa çıxırıq. Az qala bütün Şirvanın ovuc içində göründüyü Sanqalana.

Seymur deyir, bu dağ vaxtıyla qaçaq Haramı Seyidəhmədin məskəni olub.

- Oturarmış bu dağın təpəsində, baxarmış dəvə yoluna, gözündən bircə karvan yayınmazmış. Onun qorxusundan sarbanlar karvanları bu ərazilərdən gecə vaxtı keçirirmişlər. Karvanları soyub, kasıb-kusuba paylayarmış. Amma ətraf kəndlərdə, necə deyələr, agentura sistemi də qurubmuş. Gecə karvanlarının vaxtını da ona deyərmişlər. Uzun illər bu dağlarda sığınacaq tapıb qaçaq Haramı. Sonradan pusquya salıb öldürüblər. Bax, burda isə 18-ci ilin mayında ermənilər toplar qoyub, kəndi atəşə tutublar. Amma ondan əvvəl nələr olub, bilirsənmi?

Hə, doğrudan da çox dəhşətli, amma ən əsası bir qəhrəmanlıq tarix yaşayıb Bico. Həmin ərəfədə silahlı erməni dəstələri Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyub taladıqdan sonra Bicoya yaxınlaşırlar. O zamanlar Şamaxıda yaşayan, amma əslən Bicodan olan Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırımı planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək, onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək, onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar. Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Belə olan halda balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlanan bicolular Bico kəndi ilə Keşdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmalı olmuşdu. Seymur deyir ki, kəndin yaşlı nəslinin vaxtilə söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülüb, düşmənin çaş-baş düşdüyünü görən bicolular onlara hücuma keçiblər. Özləri də çoxlu tələfat vermələrinə baxmayaraq, ermənilər darmadağın ediliblər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi 6 döyüşçü döyüş meydanından qaça bilib. Onların da dördü Bico kəndinin indiki qəbiristanlığının ərazisində yaxalanıb və öldürülüb, ikisi isə sağ qalaraq Şamaxı istiqamətində qaçmağa və baş verənləri oradakı erməni quldur birləşmələrinin komandanı Stepan Lalayana xəbər verməyə imkan tapıblar. Kəndə qarət məqsədilə basqın edən ermənilər Bicoda bu cür kəskin müqavimətlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirlər. Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alan Şamaxıdakı erməni birləşmələri qisas üçün Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlir. Bu plandan xəbər tutan bicolular kəndin əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətində köçürürlər.

- 1918-ci ilin elə iyun günlərində onlar Sanqalana iki döyüş topu yerləşdirərək, kəndi vururlar. Kənddə xeyli ev dağıdılır. Ən dəhşətlisi isə o olur ki, ermənilər 12-ci əsrdə tikilmiş məscidi də dağıdırlar. Azərbaycanın ən qədim məscidlərindən biri imiş o məscid. 100 ildən çoxdu dağıdılıb, amma həmin yerə hələ də camaat ”Məscid yeri” deyir. Bicolular isə kəndə bir də Qafqaz müsəlman ordusuyla bir yerdə qayıdırlar. Amma ermənilər bir vəhşiliyə də əl atırlar. Bico məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadınin hər iki qaynını ailə üzvləri ilə birlikdə Şamaxıda işgəncə ilə öldürürlər.

Biconun qəhrəmanlıq tarixi təkcə bununla bitmir. Təkcə bu faktlar sübutdur. Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayevin dediyinə görə, bu kənddən Böyük Vətən müharibəsinə 350 nəfər gedib. 166 nəfəri o müharibədən qayıtmayıb.

- O müharibədə qəhrəmanlıqlar göstərənlərdən biri də Toğrulun babası Fərəc kişi olub. Bildinizmi hansı Toğruldu? Hə, aprel şəhidi Toğrul Fərəczadə. O Toğrul ki, evin yeganə oğlu idi və qəhrəmancasına həlak oldu Vətən torpağı üçün.

Maraqlısı odur ki, Toğrulun oxuduğu məktəb də onun əmisi oğlunun adını daşıyır. Əfqanıstanda qəhrəmancasına həlak olan Arif Cəbiyev Toğrul Fərəczadənin doğma əmisi oğludur. Ümumiyyətlə, bu balaca kənd Qarabağ döyüşlərində 7 şəhid verib.

Bico təkcə qəhrəmanlarıyla tanınmır. Yazının əvvəlində nahaq Seyid Əzimdən, bicoluların ona hər il taxıl payı göndərməsindən söhbət açmadıq. Hə, Bico həmişə taxılıyla məşhur olub. Taxılçılıq ənənəsi güclü olan Bico elə olub ki, bütöv bir bölgəni taxılla təmin edib. Hətta İkinci dünya müharibəsi dövründə və ondan sonrakı qıtlıq illərində bütün regionda demək olar ki, yeganə bol məhsulu ilə seçilən Bicoda İsmayıllı, Şamaxı, Mərəzə bölgələrindən onlarla ailə gəlib sığınacaq tapıbmış. Bütün Şirvan az qala Bico çörəyinin ümidinə yaşayırdı. Yeri gəlmişkən, yazıçı Əbülhəsənin bu barədə oçerklər kitabı çap edilib.

Bico, nəinki Azərbaycanda, SSRİ-də yeganə kənd olub ki, bir ildə, 1948-ci ildə 6 əməkçisi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yaşar müəllim deyir ki, həmin il Babakişi Musa oğlu Babaşov, Əli Həzrətqulu oğlu Beydullayev, Fətulla Qəni oğlu Fətullayev, Xudaverdi Salman oğlu Cəbiyev, Məmmədrza Həsən oğlu Dadaşov, Sirac Göycə oğlu Göycəyev bu yüksək ada layiq görülüb.

- Babalarımız danışır ki, həmin il məhsul o qədər çox olub ki, Gəncədən tutmuş Salyana qədər insanlar əllərində qızıl, pul, yanlarında heyvan, özü də sürüylə ha, gəliblər taxıl dalınca Bicoya. Bir ilin tədarükünü götürüb, gediblər. Əvvəlcə bir briqadirə və kolxoz sədrinə qəhrəman adı vermək istəyiblər. Amma sonra Biconun bu uğuru barədə Stalinə çatdırıblar. Stalin 6 nəfərin qəhrəman adına layiq görülməsini istəyib. Belə bir hal bir də SSRİ-nin heç bir yerində təkrarlanmayıb. Bunu da Seymur deyir.

Seymur onu da deyir ki, 20-ci əsrin 60-80-ci illərində Bico kəndi bölgədə infrastruktur imkanları baxımından analoqu olmayan kənd kimi məşhurlaşmışdı. Asfalt və daş döşənmiş, gecələr işıqlandırılan kəndarası yolları, tək özünü deyil, ətraf kəndləri də təmin edən kənd xəstəxanası, dövrünün ən müasir tələblərinə cavab verən mədəniyyət evi və hamamı, iki məktəb binası, təkcə kənd daxilində mövcud olan 12 daimi axar sulu bulağı, elektrik stansiyası, kənd təsərrüfatı texnikaları üçün iki avtomobil və traktor qarajı Biconu bir çox digər kəndlərdən fərqləndirirdi. İndi isə onların demək olar ki, heç biri qalmayıb.

Əvəzində...

Sabah biləcəksiniz:

- Hansı Niderland rəssamı 100 milyonluq tablosunda Bico xalçasının təsvirləri verilib?

- Az qala bütün Ağsunu müəllimlə təchiz edən bicolular 2 il əvvəl hansı rekordla tarixə düşüblər?

- Bico dağında hansı sirlər gizlənir?

- Məktəb direktorunun həyətini qazanda ordan nələr çıxıb?

- Başında balta qalan qabanın...

Bütün bunlar barədə sabah Lent.az -da. Hə, ən əsası, Azərbaycanda görünməmiş, eşidilməmiş bir olay...

Lent.az -da qalın...

Səbuhi Məmmədli

Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır
20 iyun 2019 /

Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır

Похожие новости

Tovuzda Andronikin Quldur Dəstəsinin Məhv edilməsi

918-ci ildə Andronikin rəhbərliyində olan erməni quldur dəstələri Göyçə mahalında, Naxçıvan ərazisində və Qarabağdan sonra Tovuz rayonun Cobansığınaq kəndinə hücum edib silahsız kənd əhalisini Hunna

XOCAHƏSƏN QƏBRİSTANLIĞINDA UYUYAN TÜRK ŞƏHİDİ

Zahid Qasım Bakı Dövlət Universiteti Tarix fakültəsi Tarix müəllimliyi ixtisası ııı kurs Xocahəsənkəndi - 21 iyun 2017-ci il Ramazan ayının 26-cı günüdür. Yolyoldaşım Cəlal adlı 6-cı sinif şagirdi

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar... Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan məlumata görə altı ata və oğul şəhidimiz

VƏTƏNİN İŞĞAL ALTINDA UNUDULAN TORPAQLARI

Vətənin hər qarışı əzizdi. Hər çınqılına min can fəda olsun. Amma Qazax rayonunun 7 kəndi Bağanis Ayrım (24 mart 1990-cı il), Xeyrimli (8 mart 1992-ci il), Bərxudarlı, Sofulu (27 aprel 1992-ci il),
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
YAZAR AYNUR TALIBLIDAN, Araz Əlizadəyə TARİXİ DƏRSMilli kimlik harayıTəbriz olmasa, inqilab olmaz...ERMƏNİ TERRORÇULARINA QAN UDDURAN QIRMIZI TABORMehriban Əliyeva Dmitri Medvedevlə görüşdüİranda vəziyyət gərgin olaraq qalırGüney Azərbaycanda və İranda ötən həftənin ictimayi–siyasi mənzərəsiAVMVİB Tovuz rayon şöbəsi Anım tədbiri keçirdiMüxalifətin «miqrasiya mafiyası» Avropada mühacir statusu almaq üçün ermənilərə də yardım göstərirmişErməni deputat əsgər ölümlərindən danışıbMehriban Əliyeva Rusiyaya rəsmi səfərə gedibQarabağı istəməyən "Qarabağ" qəzeti-VideoPrimakov bayraqlıların gizli hədəflərinə işıq düşürYerevanda Corc Soros əleyhinə etiraz aksiyası keçirilirSürücülərə etibarnamə ilə bağlı ŞAD XƏBƏRErmənistan ordusunda istefalar başladıŞuşanın icra başçısı yenə "gül vurdu"1991-ci ilin qara gələn 20 noyabrından 28 il ötdü...Veteranlar döyüş dostlarını ziyarət etdilərXalqın küçələrə töküldüyü İranda ordu HƏRƏKƏTƏ KEÇDİSumqayıtın 70 illik yubileyi qeyd edildiPrezident İlham Əliyev: “Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var”Novruz Məmmədov yeni vəzifəyə təyin olunduİsgəndər Həmidov siyasətdən getdiÖlkə rəhbərinin göstərişləri necə həyata keçirilir? - Nizami rayonuİranda etirazçılar polis və təhlükəsizlik işçilərini girov götürüb-Video“Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…” – Ermənistanın keçmiş baş naziriATMACA: "Psixolox" Nərminin şərab keyfiNASA Yer kürəsində milyonlarla insanı məhv edəcək asteroidin düşmə tarixini açıqladıCəlil Məmmədquluzadənin nəticəsi:"Azərbaycanı daha dərindən öyrənməyə çalışacam"ƏRDOĞAN “ERMƏNİ SOYQIRIMI”NDAN DANIŞDI:"Bu iftiradan qurtula bilmirik"BMT-nin dəyərsiz qətnamələri: 884 saylı qətnamə"ÜFÜQ" EİB VƏ "DALĞA" EİM İŞÇİLƏRİ MAAŞ ÜZÜNƏ HƏSRƏT QALIBLARYevgeni Satanovskiy-Vladimir Solovyov: Bakı bir erməni şəhəri idi. BakurakertErməni jurnalistləri Bakıya kim gətirir?Roma Papası: "Cəhənnəm yoxdur, Adəm və Həvva gerçək deyil”Saakaşvilidən azərbaycanlılara çağırış: Təxribatlara uymayın!İranda aksiyada ölənlərin sayı 25 nəfərə çatdıAVMVİB Ağdaş rayon şöbəsi YAP-ın 27 illiyinə həsr olunmuş tədbirdə iştirak edibBölgə veteranlarına diqqət artırılmalıdır"Müharibə veteranı" fərqləndirici döş nişanı hazırdırŞuşadan Xocalıya NİYƏ YARDIM OLUNMADI?- Qazilər tarixin qaranlıqlarına işıq salırlarErmənilərin erməniləri güldürən xəritəsi – Fotoİşğalçı Ermənistan Araz çayında ekoloji fəlakət yaratdı-Video“Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı – 25 İLLİK SİRRMehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik etdiDoqquz yaşlı oğlan universitetə qəbul olduAtatürkün Türklük ilə bağlı dediyi sözlər...AVMVİB-nin yersiz-yurdsuz Biləsuvar şöbəsindəŞəhid ailəsi və əlilliyi olan şəxslərə mənzillər veriləcəkHacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunurBMT-nin dəyərsiz qətnamələri: 874 saylı qətnaməİlham Əliyev: “Savadsız bir demaqoq Müdafiə naziri olmuşdu”Erməni soyqırımının tanınması ilə bağlı qətnamə ABŞ Senatında səsverməyə gedib çıxmayacaqÜzürü ayıbından betər müxalifətə Avropa da dözmədiYeni icra başçısı təyin olunan Qarabağ qazisi evsiz vətəndaşa mənzil verdiVilayət Eyvazov onlara YÜKSƏK VƏZİFƏ verdi" TÜPÜRÜM O ERMƏNİ BAYRAĞINA! "QARXUNLU ƏŞRƏF BƏYDİFAİÇİLƏRİN QURDUĞU GİZLİ TƏŞKİLATLazımsız BMT qətnamələri: 853 saylı qətnaməRUSLARI BİR GECƏDƏ TƏRKSİLAH ETDİLƏRYoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİXRusiya Qarabağda, məhz buna görə Azərbaycanı dəstəkləyirLavrov ermənilərə Köçəryanın günahını xatırlatdı - VİDEOBMT-nin dəyərsiz qətnamələrinin xülasəsi: 822 saylı qətnamə"İlham Əliyev. İnkişaf - məqsədimizdir" kitabı çapdan çıxdıErməni və PKK birgə Ərdoğana qarşı aksiya keçiriblərDaha bir ştat qondarma respublikanı tanıyıbƏrdoğan-Tramp görüşü başa çatdı - FOTO/VİDEOMAYASI POZUQ İKİ DÖVLƏT!Müharibə veteranı Xətai rayonuna İcra Hakimiyyətinin Başçısı təyin edildiErmənilərin növbəti "5 rayon qaytarılır" oyunu"Nə hadisə baş verib ki, piket keçirirlər?" — Siyavuş Novruzovİlham Əliyev xalqa MÜRACİƏT ETDİ...Erməniləri yer üzündən silmək istəyən hökmdarAVMVİB sədrindən maraqlı açıqlamalarErməni Lavrovun "rusca" Qarabağ siyasətiŞəhid övladının ad günündə gözlənilməz hədiyyə – VİDEOÖlkə prezidentindən və I vitse prezidentdən daha bir örnək addımAzərbaycan ordusu tam heyətlə poliqonlara yeridilirFaciəli qəzada müharibə veteranının həyat yoldaşı həlak oldu - VideoBakıda erməni ayranı satılır - FOTOMübariz Mənsimov azərbaycanlı deputatı BİABIR ETDİErmənilər Ağdamda "Anaitin alt paltarını tapıblar"Tarix boyu Türk Qadınları: "KATUN-XATUN-XANIM"Əmir Teymur Sultan Bəyazidin xanımını azad buraxdı"Mənim səlahiyyətim olsaydı, Paşinyanın gəldiyi toyu qara gətirərdim..."Məcburi köçkün məktəbində Dövlət Bayrağı Günü qeyd olunmuşdurPaşinyan Azərbaycana toya gəlibPrezidentin yeni təyin etdiyi icra başçısı şəhidlə bağlı göstəriş veribNövbəti snayper hazırlığı kursu uğurla başa çatıb-VİDEO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxdıQələmiylə və silahı ilə Vətənin keşiyində duran döyüşçü-jurnalistDÖYÜŞÇÜLƏRİN GÖRÜŞÜHərbi prokuror və DSX rəisi Ermənistanla sərhədə gedib - FOTOABŞ-dan Qarabağla bağlı mövqeyini açıqlayıbXramçixin erməniləri hədələdi: Qarabağsız qalacaqsınız...Lavrov Qarabağ danışıqları üçün Yerevana gedirDaimi nümayəndəmiz ATƏT - i fakt qarşısında qoydu
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ