Ermənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilər

Ermənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilər




























Xəbər verdiyimiz kimi, bu ilin avqust ayının 6-da işğal altında olan Xankəndi şəhərində "Ümumerməni oyunları"nın açılış mərasimi baş tutacaq. Açılış mərasimindən əvvəl Ümumerməni Oyunlarının Dünya Komitəsinin sədri İşxan Zakaryanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə silsilə səfərlər təşkil edir.

Ermənistan KİV-lərinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibində erməni diasporunun tanınmış nümayəndələri yer alıb. Onların arasında erməni diasporunun məşhur simalarından olan ABŞ-dan Alber Boyacyan, Livandan Stepan Terpetrosyan, həmçinin erməni yazıçılar Roland Şaroyan, Perç Halacıyan, Nikol Paşinyanın partiyasından olan millət vəkili Taquhi Tovmasyan, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitunun direktoru Edik Minasyan və digərləri olub.

Erməni nümayəndələr ötən həftə tarixdə ilk dəfə olaraq Ermənistanın paytaxtı İrəvandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareys vasitəsilə səfər ediblər. Onlar Qars və Van şəhərlərində Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrlərilə görüşlər keçirib. Bələdiyyə sədrlərilə görüşdə erməni nümayəndə heyətinə qiymətli hədiyyələr təqdim olunub.

"Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri həmçinin Türkiyənin Hatay vilyatində yerləşən "Musa Dağı"nın yaxınlığndakı Vakıflı kəndidəki "Məryəm Ana" ("Surb Asdvadzadzin") kilsəsində dini ayin həyata keçiriblər. Ayin zamanı yandırılan şamlar vasitəsilə "Ümumerməni oyunları"nın məşəlini də yandırıblar və bu məşəli bu ilin avqust ayının 6-da işağal altında olan Xankəndi şəhərində baş tutacaq açılış mərasiminə aparacaqlar. Məşəl yandırma mərasimində Ermənistan bayrağı ilə birgə işğal altında olan Dağlıq Qarabağda yaradılan seperatçı "Artsax" rejiminin bayrağı da qaldırılıb.

Mərasim iştirakçıları daha sonra "Kilikiyə Erməni Krallığının" paytaxtı olduğu iddia etdikləri "Sis" (Kozan) qalasını, həmçinin özlərinin kralı olduğu iddia etdikləri 2-ci Levonun qalasını da ziyarət ediblər.

Məlumat üçün onu da bildirək ki, "Musa Dağı" ermənilər üçün həm də Osmanlıya qarşı başladılan üsyan hərəkatının simvolu hesab olunur. 1915-ci ildə Osmanlıya qarşı üsyan edən ermənilər "Musa Dağı"na çıxaraq müqavimət göstərmiş və daha sonra Fransız gəmilərinin yardımı ilə ordan xilas olmuşdular.

Dünən isə "Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri Muş rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan bələdiyyə sədri Feyat Asya ilə bir araya gəliblər. Ermənistan mətbuatı yazır ki, Feyat Asya ermənilərin bu səfərindən məmnun olduğunu bildirib. Numayəndə heyətinin sədri "Ümumerməni oyunları"nın dəvətnaməsini Muş bələdiyyə sədrinə təqdim edib. Daha sonra nümayəndə heyəti ötən əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı üsyan edən və 1907-ci ildə öldürülən erməni əsilli terrorçu Gevorq Çavuşun (Aramiyan) məzarını ziyarət ediblər. Həmçinin Gevorq Çavuşa hörmət ələmati olaraq onun öldüyü Murad çayı üzərindəki Murad körpüsündən (ermənilər Aratsan çayı deyirlər) suya çiçəklər atıblar.

Məlumat üçün bildirək ki, Gevorq Çavuş 1870-ci ildə indiki Türkiyə ərazisində - Bitlisdə dünyaya gəlib. Daşnaksütun partiyasının üzvü olub. Osmalı dövlətinə qarşı üsyan edən erməni terrorçu qruplarının tərkibində döyüşüb. 1894-cu ildə 1-ci Sasun üsyanına qatılır və tutularaq 15 il müddətinə həbs olunur. Lakin 2 ildən sonra həbsdən qaçaraq yenidən Andranik Ozanyanla tanış olur. 2-ci Sasun üsyanında Andraniklə birgə vuruşur.

25 may 1907-ci ildə ağır yaralanır və 2 gün sonra cəsədi Murad körpünün altından tapılır. Onu da bildirək ki, bir neçə il əvvəl Türkiyənin Tunceli rayonunda aralarında Andranik, Monte Melkonyan və Gevorq Çavuşun da olduğu bir qrup erməni terrorçunun xatirəsinə abidə ucaldılmışdı. Daha sonra Azərbaycan və Türkiyə ictimaiyyətinin etirazlarından sonra həmin abidə götürüldü. Hazırda Gevorq Çavuş Ermənistanda ən çox təbliğ olunan "qəhərəman"lardan biridir.

"Ümumerməni oyunları"nın təşkilat komitəsinin üzvləri özlərinin qədim paytaxtı elan etdikləri Ani şəhərinin xarabalıqlarını da ziyarət ediblər. (Yeniavaz.com)
20 iyun 2019 /

Ermənilər Türkiyədə erməni terrorçusunu ziyarət etdilər

Похожие новости

Ermənilər Qarabağda keçirəcəkləri oyunların məşəlini Türkiyədə yandırdılar – AKP hakimiyyəti hara baxır?

Avqust ayında Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin təşkilatçılığıyla keçiriləcək ümumerməni oyunlarının məşəli Türkiyənin Xatay vilayətindəki Musadağ deyilən məkanda

Ermənistan heyəti Qars bələdiyyəsində qəbul edildi, etirazlar başladı - VİDEO/FOTOLAR

Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul

ERMƏNİLƏRDƏN TÜRKLƏRƏ QARŞI YENİ "SÜRPRİZ" TƏXRİBAT

Bu gün tarixdə ilk dəfə Ermənistandan Yerevan - Van reysi ilə təyyarə uçdu. Qeyd edək ki, cəmisi 35 dəqiqəyə Van şəhərinə çatan təyyarə Gürcüstana aid olsa da, sərnişinlər mayın 30-da Ermənistanda

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyədə səfərdə olan nümayəndə heyətimiz Mersin vilayətinin Tarsus rayonunda Ümummilli Lider

Uydurma “tiqranakert” ermənilərin rüsvayçılığıdır

Ramiz Dəniz Araşdırmaçı 2000-ci ildən Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı, Azərbaycan abidələrinin özününküləşdirməkdə mahir saxtakar olan arxeoloq
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ruslar Berdımuhammedovu, ərəblər isə Erdoğanı "öldürdülər"Prezidentdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTOPAŞİNYANA YUMRUQ KİMİ BİR CAVAB!!!Xaqani Ədəboğlu: "Azərbaycan jurnalistikası qatilini sevən məşuqəyə bənzəyir"...Hamidiye alayları. Alevi-Qızılbaş və suriyani soyqırımı"Göy girsin, qırmızı çıxsın" - Qədim türklərdə andın maraqlı tarixiƏSKİ TÜRKLƏRDƏ QADINMilli Qəhrəman Nofəl Quliyevin büstünün açılışı olduMerkelin gəlirləri açıqlandıParis Sülh Konfransında qəbul edilən Azərbaycan xəritəsi - Videoİlham Əliyev və xanımı Kristal Zalda açılış mərasimindəGürcüstanda erməni kilsəsi qarət olunduDaha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ