“BU OĞLAN GƏLƏCƏKDƏ JURNALİSTİKA FAKÜLTƏSİNİN PROFESSORU OLACAQ”

“BU OĞLAN GƏLƏCƏKDƏ JURNALİSTİKA FAKÜLTƏSİNİN PROFESSORU OLACAQ”


Nəsir Əhmədli
Professor

I. QƏBUL İMTAHANINDA... TƏYİNAT
yaxud
ŞİRMƏMMƏD MÜƏLLİM MƏNİM "DAYI"M OLUB

1966-cı il avqustun əvvəlləri idi. Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul imtahanı verirdim. İlk imtahandan (Azərbaycan dili və ədəbiyyat - yazılı) "5" almışdım. İndi həmin fənnin şifahisi idi. Bilet çəkib ön sırada əyləşdim. Suallarla tanış olanda gördüm ki, müəllimlərdən biri (sonra biləcəkdim: Famil Mehdi) о birinə (profes¬sor Ədövsət Abdullayevə) deyir: "Bu, Şirməmməd müəllim deyən oğlandır. Özünü çağırmaq lazımdır". Sanki bu sözləri gözləyirmiş kimi, Şirməmməd müəllim (Əlbəttə, о vaxt nə adını bilirdim, nə də üzünü görmüşdüm) auditoriyaya daxil oldu. İşarə elədilər ki, bu, həmin oğlandır. Мənə yaxınlaşıb suallarıma baxdı:
1) M.F.Axundovun "Puşkinin ölümünə Şərq poeması";
2) Süleyman Rüstəmin Cənub şeirləri;
3) Cümlə təhlili.

- Hə, balası, fikirləşmədən danışa bilərsən?
- Bəli.
- Elə isə gəl.
Məndən imtahanın ilk iki sualını о özü (O vaxt Şirməmməd müəllim fakültənin dekan müavini imiş, Jurnalistika şöbəsinə qəbulun məsuliyyətini о daşıyırmış) götürdü.
Şirməmməd müəllim:
- Poema hansı dildə yazılıb?
Mən:
- Farsca.
Şirməmməd müəllim:
- Bir parça əzbər deyə bilərsənmi?
Mən:
- Kimin tərcüməsində?
Şirməmməd müəllim:
- Kimlər tərcümə edib ki?
Mən:
- Mikayıl Müşfiq, Cəfər Xəndan, Böyükağa Qasımzadə...
Şirməmməd müəllim:
- Mikayıl Müşfiqin.
Mən:
- Gecə etdim uyğumu gözümdən kənar,
Sordum: "Ey sirr çeşməsi ürəyim, nə var?.."
Şirməmməd müəllim:
- Bəs Cəfər Xəndanda necə başlanır?
Mən:
- Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli sual...
Şirməmməd müəllim:
- Keç ikinci suala. De görüm. "Cənub şeirləri"nin qayəsi nədir?
Mən:
- Qayəsi budur ki. əvvəl-axır Azərbaycan birləşib bütöv olacaq.
Şirməmməd müəllim:
- Cümləni təhlil elə.
Mən:
- Necə: morfoloji, yoxsa sintaktik?

Мənə heç nə deməyib üzünü rəhmətlik Əlövsət müəllimə tutdu:
- Kişinin qiymətini köçür aşağı (yəni yazıdan aldığı "5"-i təkrar et). Bu, gələcəkdə jurnalistika fakültəsinin professoru olacaq.
Sonradan öyrəndim ki. mənim yazı işim yoxlanarkən də həlledici sözü Şirməmməd müəllim deyib. "Qəhrəman Azərbaycan qadınları" adlı sərbəst inşam mübahisələrə səbəb olub. Bəziləri deyiblər ki, sovet dövrünün Basti Bağırova, Şamama Həsənova, Sevil Qazıyeva kimi əmək qəhrəmanları haqqında bircə cümlə yazılıb, yazıda ən çox Tomrisdən, Nüşabədən, Nigardan, Həcərdən bəhs olunur. Şirməmməd müəllimin sözü kəsə olub: "O, "5" almalıdır".

Arxadan kimsə pıçıldayıb:
- Bəs deyirdilər, bu heç kəsi düzəltmir.
Şirməmməd müəllimin qulağı pıçıltını çalıb və cavab verib:
- Gələcəkdə görərsiniz mənim düzəltdiyim kimdir.

II. "PRAVDA" VƏ MÜSTƏQİLLİK

Şirməmməd müəllim III kursda bizə dərs deməyə başladı. Fənninin adı "Partiya-sovet mətbuatı tarixi" idi. Yəni "İskra"dan, "Pravda"dan, "Proletari"dən danışırdı. Amma elə danışırdı ki, elə bil bunlar bolşevik qəzetləri deyildi, gələcəkdə Azərbaycan jurnalistlərinə lazım olacaq təcrübə məktəbi idi. Şirməmməd müəllimin о vaxt bizi Azərbaycanın müstəqillik dövrünə hazırladığını xeyli sonralar başa düşdük.

III. "KƏLƏK"

Qəbul imtahanı vaxtı Şirməmməd müəllim mənə necə "vurulmuşdusa", seminarlarda heç vaxt məndən dərs soruşmurdu. Bir gün semestrin axırına yaxın onun sabahkı seminarına hazırlaşanda kirayədə qaldığım evin işığı söndü və ilk dəfə onun dərsinə hazırlıqsız getdim. Bir az da arxayınlığım vardı ki. onsuz da məndən soruşmayacaq. Zəngə 2-3 dəqiqə qalmış üzümə baxıb dedi: "Sən heç mənə dərs danışmamısan. Gəl görüm". Özümü о уеrə qoymayıb yazı taxtasının yanına getdim və aram-aram danışmağa başladım: "Lenin yoldaşın gözəl bir kəlamı var. Deyir, tarix nədən başlanırsa, fikirlərin gərdişi də oradan başlanmalıdır. Нər hansı bir hadisəyə qiymət verərkən həmin hadisənin baş verdiyi tarixi şəraiti araşdırmaq lazımdır. Mən də "Pravda" qəzetinin yarandığı tarixi şəraitdən danışmaq istəyirəm..."
Bu yerdə Şirməmməd müəllim üzünü tələbə yoldaşlarıma tutub dedi: "Вахın, öyrənin, dərsi belə danışarlar. Halal olsun..."
Еlə bu vaxt zəng vuruldu və biz tənəffüsə çıxdıq (Bu "sirri" birinci dəfədir açıram).

IV. "SƏNİN BABAN ŞAUMYANDIR, YOXSA ƏMİRYAN?"

1918-20-ci illərin bolşevik mətbuatından danışanda tələbələrdən biri yana-yana dedi: "Heyif ki. 1918-ci ildə bizim babalarımızı - 26 Bakı komissarını ingilislər güllələyiblər".
Şirməmməd müəllim dözə bilməyib cavab verdi: "Şəxsən mənim elə babalarım olmayıb. Bəs səninki hansıdır - Şaumyan. yoxsa Əmiryan?"

V. "BURJUA CƏMİYYƏTİNDƏ JURNALİSTLƏR TƏQİB OLUNUR"

IV kursda Şirməmməd müəllim bizə "Xarici ölkələrin kommunist və fəhlə mətbuatı tarixi"ni tədris edib. Özü də necə? Məsələn, Vyetnam mətbuatından danışanda deyirdi ki, Vyetnam vətənpərvərləri yadelli işğalçılara qarşı mübarizə aparanda qarınlarını cırıb qumbaranı oraya yerləşdirirlər ki, əsir düşəndə də yağılara ziyan vura bilsinlər. Sonra astadan əlavə edərdi: "Vətənin müstəqilliyini belə qoruyarlar, bizim kimi yox".

Xarici mətbuat dərslərində "Deyli uorker", "Morninq star". "Humanite" kimi kommunist qəzetlərinin çıxma tarixini göstərəndən sonra daha çox "burjua" qəzetlərindən danışar, oradakı müəlliflərin yazılarını vətənpərvərlik baxımından təhlil edərdi. Məsələn, İspaniya mətbuatından danışanda özü ilə Mariano Xose de Larranm "Satirik oçerklər" kitabını gətirmişdi. Mən həmin kitabdakı oçerkləri tələbələr qarşısında oxuyub ıuscadan birbaşa tərcümə edirdim. Yadımdadır: bir dəfə Larranın "Sən saydığını say, gör fələk nə sayır, yaxud jurnalist olmaq nə deməkdir" oçerkini oxuyanda Şirməmməd müəllim gördü ki, tələbələrdən biri (Onun haraya xidmət etdiyini bəzilərimiz bilirdik) çox narahatdır və qarşısındakı kağıza nəsə yazır. Dərhal mənim sözümü kəsib dedi: "Görürsünüz, dəə, uşaqlar, burjua cəmiyyətində jurnalistləri necə təqib edirlər".

Sonralar mən həmin oçerkin tərcüməsini "Müxbir" jurnalında dərc etdirmək istəyəndə Qlavlit (senzura) icazə vermədi. Redaktor Oqtay Cəfərov, Şirməmməd müəllim və mən məsləhətləşib ona bir ön söz yazdıq. Məzmunu təxminən belə idi ki, əziz oxucular, biz sovet jurnalistləri çox xöşbəxtik, kapitalist ölkələrində isə onların heç bir azadlığı yoxdur. Bundan sonra tərcümə növbəti nömrədə dərc edildi və çox böyük əks-səda doğurdu...

"Xarici mətbuat" dərslərində Şirməmməd müəllimin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan mətbuatının beynəlxalq əlaqələri idi. Əcnəbi müəlliflərin Azərbaycan mətbuatında dərc olunmuş yazılarını və xarici mətbuatda respublikamız haqqında çıxmış məqalələri özü ilə gətirib bizə oxudardı. О vaxtdan məndə bu sahəyə böyük həvəs yarandı və xarici publisistikada Azərbaycan mövzusuna dair əvvəl diplom işi, sonra isə namizədlik dissertasiyası yazdım.

VI. QƏBUL İMTAHANINDAN 9 İL SONRA

1971-ci ildə fakültəni bitirib Azərbaycan televiziyasına təyinat aldım (уеnə də Şirməmməd müəllimin köməyi ilə. O vaxt jurnalistika şöbəsi fakültəyə çevrilmişdi və Şirməmməd müəllim dekan idi). 4 il yarım orada çalışdım. Fikirləşirdim ki, yəqin, Şirməmməd müəllim məni və verdiyi sözü unudub. Lakin belə deyilmiş. 1975-ci ilin dekabrında şəxsən özü zəng vurub məni fakültəyə işə dəvət etdi. Və beləliklə, 1966-cı ilin avqustunda dediyi (Bu, gələcəkdə fakültənin müəllimi olacaq) sözə əməl etdi.

Hazırda jurnalistika fakültəsində işləyən professor və dosentlərin əksəriyyətini müxtəlif vaxtlarda, məhz Şirməmməd müəllim seçib götürüb. Ona görə də...

VII. HALALLIQ ƏNƏNƏSİNİN MÜƏLLİFİ

Ona görə də BDU-nun jurnalistika fakültəsi, bəlkə də, yeganə yerdir ki, heç bir müəllim heç bir tələbə qarşısında gözükölgəli deyil. Bunu məzunlar da təsdiq edə bilər, bugünkü tələbələr də. Və bu halallıq ənənəsinin müəllifi məhz uzun illər fakültədə müxtəlif rəhbər vəziyələrdə işləmiş pro¬fessor ŞİRMƏMMƏD HÜSEYNOVdur. 70-ci illərin əvvəllərində fəlsəfə müəllimlərindən birinin qiyabiçi tələbədən pul alması barədə Şirməmməd müəllimə siqnal çatır və fakt təsdiqləndikdən sonra həmin müəllim dərhal həbs olunur.

Müstəqilliyin ilk çətin illərində, elə bu günün özündə də jurnalistika fakültəsinin müəllimləri ağır iqtisadi durum qarşısında əyilməmək, sınmamaq üçün öz əsas iş yerləri ilə yanaşı, ya bir neçə özəl universitetdə də dərs deyir, ya da müxtəlif informasiya vasitələrində çalışaraq başlarını əvvəlki kimi уеnə də dik tuturlar. Buna görə də harada işləmələrindən asılı olmayaraq fakültə məzunları öz müəlllimlərinə halallıq nümunəsi kimi baxır, həmişə onların yolunu saxlayırlar. Və bütün bunlar Şirməmməd MÜƏLLIMin böyük xidməti kimi qiymətləndirilməlidir.

1999
28 iyun 2019 /

“BU OĞLAN GƏLƏCƏKDƏ JURNALİSTİKA FAKÜLTƏSİNİN PROFESSORU OLACAQ”

Похожие новости

Alim öldü, aləm öldü...

Allah Şirməmməd müəllimə rəhmət eləsin! Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji

Ağdamlı olmaq və bu ada layiq yaşamaq bir brenddir

Aydın Canıyev İnanmıram və ya da ki, etiraf edirəm, bilmirəm, 1939-cu ilin Azərbaycan jurnalistikasına, daha doğrusu, jurnalistikada müəllimliyə O-ndan böyük hədiyyəsi, töhfəsi olsun! Bəlkə də

Məktəb haqqında lətifələr

Bir gün məktəbdə biologiya testi keçirilir. Müəllimə uşaqların hərəsinə bir böcəyin ayağnı verib deyir ki tapın hansı böcəyindi. Bir uşaq tapa bilməyib əsəbləşir. Qapını çırpıb çıxır. Biologiya

Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib. İslahat.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam

TARİXÇİNİN TARİXİ CAVABI

Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Rusiyada beynəlxalq elmi konfransa dəvət alır. Zala daxil olanda bir xanım gətirib qulaqcıq verir amma o imtina edib deyir: --Xanım mənim buna ehtiyacım
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ