Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli

Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli




Aydın Canıyev

7-dən 77-yə

Hər yaşın gözəlliyi olduğu kimi, hər yaşında gözəl olanlarla bərabər, yaşı urvatsız edənlər də var, ancaq istənilən yaşda istənilən yaşı gözəlləşdirənlər də var – az və... çox az olsalar da!

Onlardan birincisi olmasa da, biri Nəsir Əhmədlidir!

Mənim ən müxtəlif fənlər üzrə çox yaxşı müəllimlərim olub! Amma mənim həm də çox gözəl həyat müəllimlərim olub.

Onlardan birincisi elə Nəsir Əhmədlidir! – yəni... bircə dəfə də nə sinifdə, nə auditoriyada mühazirəsini dinləmədiyim, seminarında olmadığım, fəqət... yaşamıyla, əxlaqıyla, mübarizəsyilə örnək olan müəllimlərim!

Bu gün onun ad günüydü və 77 yaşınını təntənəsinə yarım saat qalmış başladım ürəyimdəkiləri yazmağa – ara-sıra görüşəndə məclislərdə özünə və üzünə dediyimi imzalamağa! Xasiyyətimdi: əvvəl adamın üzünə deyirəm, sonra “dalınca” danışıram!

Bəri başdan deyim ki, mən... həm fənn, həm də həyat müəllimlərimin “icmal”ıyam – nə qədər bəyəndiyiniz keyfiyyətlər varsa, hamısını müəllimlərimdən əxz edib sərgiləmişəm. Odur ki, məni hərə bir xüsusiyyətimə görə sevir. Mənim həyat müəllimim də elə Azərbaycan pedaqogikasının, ilk növbədə isə ali məktəblərin Kəbəsi – Universitet müəllimlərinin, ələlxüsus da jurnalistikanın icmalıdır.

Bir dalğada Famil Mehdidir, bir koordinatda Şirməmməd Hüseynov, bir bucaqda Akif Rüstəmov, bir kvadratda Tofiq Rüstəmov (allah rəhmət eləsin!), bəzən də yeri gələndə... Əliş Nəbili (allah rəhmət eləsin!), gərəkəndə Mahmud Mahmudov, lazım deyilsə, amma məqsədə uyğundursa, Seyfulla Əliyev (Allah rəhmət eləsin!), Nurəddin Babayevi də xatırladır (Allah rəhmət eləsin!), Qulu Xəlillini də (Allah rəhmət eləsin!), amma heç bir halda... istisna Cahangir Məmmədlidir!

Famil Mehdi I kursun I semestrində alırdı “Pravda”nı, “İzvestiya”nı, “Kommunist”i, “Bakraboçi”ni və girirdi auditoriyaya. O biri tələbə yoldaşlarımı deyə bilmərəm, amma mən hər dəfə utanırdım içimdə: jurnalistika fakültəsinin tələbəsi olsam da, o qəzetlərin heç birini almırdım və Famil müəllim danışdıqca, arada müdrik və suallı baxışlarını mənim də üstümdən təyyarə sürəti ilə keçirəndə, gəgir olurdum. Ürəyimdən də keçirmirdim ki, ay Famil müəllim, sabahdan olmasa da, gələn dəfə təkcə sizin dərsinizə məlumatlı gəlim deyə alaram... o qəzetləri! Mənə verilən pul və aldığım təqaüd ancaq və ancaq dərsə gəlib-getməyə və kənddə anamın tərtib etdiyi menyüyə çatırdı!

Əsgərlikdən sonra “Komunist” qəzetində... kuryer işinə düzəlməyimin nədəni də məhz buydu: bütün mərkəzi və yerli qəzetlər burada çap olunurdu, mən də o qəzetlərin hamısından bir nüsxə götürürdüm və nəinki o Famil müəllimdən, cəmi Azərbaycan oxucusunun hamısından əvvəl bilirdim ki, qəzetlər nədən yazır! Day jurnalistikada oxumağımdan, auditoriyada Famil müəllim kimi pedaqoqun haqlı mühakiməli və suallı baxışlarından utanmağa yer qalmırdı (təkcə “Komsomolka”nın əlavəsi “Sobesednik”i tanış köşkdən əlaltından alırdım).

Bax, Nəsir müəllim də elə Famil müəllim kimi, tələbəsinin halını bilib üzünə vurmayan, ləyaqətindən, əzəmətindən utanılan, çəkinilən Müəllim olub, Müəllimdir və Pedaqogika Tarixinə belə də həkk olunacaq!

Rəhmətlik Tofiq Rüstəmov dekan olsa da, professor, elmlər doktoru elmi dərəcələrini daşısa da, tələbələriylə danışanda, bir irad tutanda, cavanca uşaq kimi bığ yeri tərləyirdi – tez-tez dəsmalına əl atırdı!

Bax, Nəsir müəllim tələbəsini danlayanda belə tələbənin yerinə sıxılıb, əzab çəkib!

Akif Rüstəmov dekan idi. Raifə Həsənzadə heç cür qiymət yazmırdı. 6-cı göndərişi imzalayırdı Akif müəllim. Bircə dəfə də hirslənmədi, danlamadı, giley etmədi, hətta israrla “gəl, növbətisini götür”, - dedi.

Bax, Nəsir müəllim tələbəsinin çiyninə çiyin verən belə dayaq olub, dəstək olub!

Qulu Xəlillinin “Torpağın ətri” kitabı partamın üstündəydi. Kimsə mənə vermişdi, oxumuşdum. Allah xasiyyətimi kəssin, istənilən kitabı oxuyanda qeydlərimi edirəm səhifənin kənarında, hansısa fikrin altından xətt çəkib, qıraqda rəyimi yazıram. O kitabda “siz heç torpağın ətrini duymusunuzmu?” sualının altından xətt çəkib yazmışdım: torpaqdan p...eyin iyi gəlir. Gül-çiçəyin iyiylə torpağın iyini qarışdırmazlar. Başım mühazirəyə necə qarışmışdısa, necə heyranlıqla qulaq kəsilmişdimsə, Qulu müəllimin nə vaxt yaxınlaşdığını, əlini atıb kitabı vərəqlədiyinin fərqinə varmamışdım. Qulu müəllim kitabı götürüb kafedraya yaxınlaşandan sonra sual verəndə ayıldım: sən torpağın ətrini duymusanmı?

Ayağa qalxmağımla məni oturtmağı bir oldu. Növbəti dərsdə mənə imzalı “Torpağın ətri”ni gətirdi!!! Hətta “Əkinçi niyə bağlandı?” sualına “Bağlanmalıydı” deməyimi “2” yazmaqla cəzalandırsa da, göndərişlə gələndə əynimə dar gələn ağ köynəyə (ağ köynək həvəskarıydım o vaxtlar – ag günləri yaşayanda, indi unutmuşam haçan ağ köynək geydiyimi!) işarəylə “boynun yoğunlayıb” deməyinə “Qulu müəllim, boynum yoğunlamayıb, köynək əsgərlikdən qabaqkı köynəkdir” cavabıma şaqqanaq çəkib “Ay qız, Arzu, buna bir “5” yaz” demişdi.

Bax, Nəsir müəllim, tələbəsinin qabalığını, qüsurunu, ayıbını kübarlığı, humanistliyi, mərhəməti və ləyaqəti ilə sıfırlayıb onu həyata “5”lə ötürən müəllimdir!
Nəsir Əhmədli bugünlərdə rəhmətə gedən Şirməmməd Hüseynov haqqında xatirələrini paylaşdı – 75 illiyinə yazdığını. Onu oxumağı sizə də məsləhət görərdim. Tələbəsinin gələcəyini, sonucunu görmək uzaqgörənliyi Şirməmməd müəllimdə nə qədər dəqiq olubsa, Nəsir müəllimdə də elədir!

Mənim qrup yoldaşım, “Dayı” çağırdığım, 10 il S.M. Kirov adına ADU-ya imtahan verən Tamxil Ziyəddinoğlu (Hacıyev) arada mənimlə zülmlərini bölüşəndə elə minnətdarlıqla, elə səmimiliklə demişdi ki:

- Bacıoğlu, bu Univesitetdə imtahan verəndə mənə o qədər zülm ediblər, gəl görəsən, təkcə Nəsir müəllim məni incitməyib, həmişə mənə “4” yazıb!
Nəsir müəllim təkcə fakültəmizin müəllimi olmayıb: həm starostamız Rasim Vəliyevin dayısı olub. Həm də mənim əsgərlik yoldaşım, eləcə də Rasimin qardaşı Qalibin dayısı olub. Mən Nəsir müəllimin pedaqoqluq üstünlükləriylə bərabər həm də hamıdan əvvəl bilmişəm onun İnsanlıq Simfoniyasındakı Möhtəşəm Notları!

Yaxşı pedaqoq, yaxşı dayı, ata, qardaş və s. Olmaq adamın özünə, mənsub olduğu mühitə faydalı. Təkcə bunlar olsaydı, yazmağa ehtiyac olmazdı! Amma... amma... Amma!

Nəsir Əhmədli bütövlükdə cəmiyyət və ilk növbədə tələbə dünyası üçün mübariz insan, xalqına və dövlətinə gərəkən ədalət uğrunda yorulmadan çalışan, örnək olan bir vəli isimdir!

Mən Nəsir Əhmədlini müəllim kimi bir, mübarizə insanı kimi bir ayrı alqışlayıram, sevirəm!

Adam Bakı Dövlət Universitetində çalışa-çalışa hər tərəfdən təpkiyə-təzyiqə məruz qalan, redaksiyası dağıdılan, əməkdaşları şərlə-böhtanla həbs olunan “Müxalifət”, “Azadlıq” qəzetlərinin məkanlarından ayağını kəsmədi! Bu gün də ən doğru, ən sərt Sözün, ən ali həqiqətin peşindədir! Halbuki ən azından çatdığı 77 yaş onu azad edir bütün mükəlləfiyyətlərindən!

Kimlərsə vəzifədən vardan mənsəbdən yapışır qalır, Nəsir müəllim mübarizədən, xalqına fayda verməkdən, faydalı olmaqdan əl çəkmir!

Budur vətəndaşlığın təntənəsi!

Nəsir Əhmədli hansısa tribunadan nə yapsa da, irad haqqımız olmazdı – o... vaxtında bizə doğru yolu göstərmişdi, əməl etmək bizim boynumuzdaydı! Amma yolu göstərməklə bərabər, o yolu özü də bizimlə yürüdü... həm də bizdən bir addım irəlidə!

Qulu müəllim “torpağın ətrini duyursunuzmu” soruşurdu. Mən soruşmuram, sadəcə deyirəm: Siz bilmək istəyirsinizsə, “Müəllim-Pedaqoq Ətri” necə olur, gedin, bağrınıza basın Nəsir Əhmədlini – sizə doğma olan istənilən müəllimin ətrini ondan alarsınız!

Təbrik edirəm, bütün kişiliklərdən, dəyərlərdən uca olan Müəllim-Pedaqoq, Vətəndaş Ləyaqətinin Mücəssəməsi Nəsir Əhmədli!

7-dən 77-yə kişi kimi, mərd gələni 77-dən oyana Tarix özü daşıyır, adı Tarixə İnsan yazılacaq Böyük Mübarizə İsmi!

Hər zaman sizə dediyim kimi, mən gözləyirdim ki, Akif müəllimdən, Yalçın müəllimdən, Cahangir müəllimdən sonra dekanlıq Sizin olacaq! Maaləsəf... bilmədiyim səbəbləri bilmək də istəmirəm!

Bildiyim odur ki, bu fakültənin tələbələri özlərini Akif müəllim kimi, bəd ayaqda Tofiq müəllim kimi, Famil müəllim kimi, Şirməmməd müəllim kimi, sizin kimi apara bilmədilər! Hamısı elə Cahangir Məmmədliyə oxşadı!

Arada Zeynal Məmmədliyə özlərini oxşatmaq istəyən oldu, onların da elə Zeynal Məmmədli kimi, cürdəyi çatmadı gəlib Siz olmağa!

Və bu günün, eləcə də Sizin 77 yaşınızın ən acı ağrısı budur: Azərbaycan elminin, təhsilinin ən yaxşı müəllimləri jurnalistika fakültəsində - sizlərin timsalında, ammma və lakin... ən şərəfsiz imzalar da jurnalistika isimləri. Hətta 740 minlik YAP-da bu 3-5 nəfəri keçmir, hətta külli-müxalifətin içində 15-20 nəfəri keçmir, ildə cəmi 25 məzunu olan jurnalistika liderlik edir!

Haqqınızı halal etməyin!

Şirməmməd Hüseynovu, Famil Mehdini, Tofiq Rüstəmovu, Akif Rüstəmovu, Əliş Nəbilini, Yalçın Əlizadəni, Mahmud Mahmudovu, Məmmədismayıl müəllimi, Zaur Babayevi, Əli Hacıyevi, Zeynal Məmmədlini, ən nəhayət, Sizi... canlı görən, tanıyan, dinləyən məzunun içindən bu qədər şərəfsiz çıxmamalıydı, bugünkü jurnalistika “satqın”, “əl tulaları”, “yal küçükləri” təltiflərinə layiq görülməməliydi!

Görünür, mətbuata “yad əllər” girə bildiyi kimi, fakültəyə də yad müəllimlər ayaq açıb!

İstənilən halda, Sizin yeriniz əlçatmazlıqdadır!

Bağışlayın ki, təbrik mətninə “xaric notlar” düşdü – mən çalmadım bu notları, bilirsiniz...
03 iyul 2019 /

Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli

Похожие новости

“BU OĞLAN GƏLƏCƏKDƏ JURNALİSTİKA FAKÜLTƏSİNİN PROFESSORU OLACAQ”

Nəsir Əhmədli Professor I. QƏBUL İMTAHANINDA... TƏYİNAT yaxud ŞİRMƏMMƏD MÜƏLLİM MƏNİM "DAYI"M OLUB 1966-cı il avqustun əvvəlləri idi. Universitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə

Alim öldü, aləm öldü...

Allah Şirməmməd müəllimə rəhmət eləsin! Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji

BU GÜN GÖRKƏMLİ JURNALİST VƏ PEDAQOQ NƏSİR İMANQULİYEVİN DOĞUM GÜNÜDÜR

BDU Jurnalistika fakültəsində uzun illər müəllimlik etmiş, professor Nəsir İmanquliyev, 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövrü mətbuatda ilk yazıları tələbəlik illərində çap olumağa

Ağdamlı olmaq və bu ada layiq yaşamaq bir brenddir

Aydın Canıyev İnanmıram və ya da ki, etiraf edirəm, bilmirəm, 1939-cu ilin Azərbaycan jurnalistikasına, daha doğrusu, jurnalistikada müəllimliyə O-ndan böyük hədiyyəsi, töhfəsi olsun! Bəlkə də

"Demokrat dekan" - Akif Rüstəmovun ad günüdür

Deyirlər, insanı inkişaf etdirən, formalaşdıran onun yaşadığı cəmiyyət və kollektivdir. Nə yaxşı ki, mən qəlbləri və fikirləri gözəl olan belə kollektivlərdən biri olan Bakı Dövlət Universitetinin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ