Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı: "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ - VİDEO

Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı: "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ - VİDEO



“The Telegraph” qəzeti “Creators Synectics” beynəlxalq şirkətinin çağdaş elm, siyasət, incəsənət dünyasının 100 dahisinin siyahısını tərtib edib. Siyahıda amerikalı, ingilis, avropalı alimlərin adları da yer alıb. 50-ci yerdən sonra Rusiyadan cəmi 3 nəfərin adına rast gəlmək olur.

Tim Berners-Li, Corc Soros, Kventin Tarantino, Bill Qeyts, Məhəmməd Əli kimi dünya şöhrətli şəxsiyyətlərin də adları qeyd olunan siyahının 14-cü sırasında müasir fizika eminin azərbaycanlı dahisi Əli Cavanın adına da rast gəlmək mümkündür.

Əli Cavan kimdir?

Dünya şöhrətli həmvətənimiz qaz (neon gel) lazerinin ixtiraçısıdır. Xatırladaq ki, qaz lazeri olmadan çağdaş telekommunikasiyanı təsəvvür etmək mümkün deyil.

Rabitədəki bütün texnoloji quraşdırmanı, materialların işlənməsini, tibb və digər sahələrdəki informasiyanın saxlanıması, ötürülməsi alimin kvant elektronikası sahəsindəki kəşfi nəticəsində çalışır.

Əli Cavanı “şərqin Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, elm sahəsinin ən nüfuzlu “Albert Einstein World Medal of Science” mükafatına layiq görülüb.

Əli Cavan- Amerikanın məşhur fizikidir. 1926-cı ildə Tehranda azərbaycanlı ailəsində doğulub. 1948-ci ildə gələcəyin dahisi ABŞ-a köçür. 6 il sonra Əli fəlsəfə doktoru olur. 38 yaşında isə Massaçusets Texnologiya İnstitutunun professoru şərəfinə layiq görülür.

1959-cu ildə Əli Cavan "Physical Review Letters" jurnalında dərc olunan məqaləsində ilk davamlı qaz lazeri qurmağı təklif edir. Bununla kvant elektronikasında qeyri-xətti spektroskopiya sahəsinin kəşfinə təkan verir.

1960-cı ildə peşəsinin digər biliciləri Bennet və Errotla birgə ilk davamlı qaz lazerini hazırlayırlar.

Əli dəfələrlə müsahibələrində vurğulayır ki, mən necə demişdimsə, elə də oldu.

“1960-cı ilin fevralından etibarən komandamız konstruksiyanın üzərində işləməyə başladı. Dekabr ayında hazır olan lazer gözləntimizi yanıltmadı. İndiki kimi xatırlayıram, saata baxdım. 16:20-ni göstərirdi. Həmin gün güclü qar yağırdı.

Milada qədər ilk davamlı qaz lazerini hazırlayıb bitirmək istəyirdik. Belə də oldu”.

13 dekabr 1960-cı il lazer şüasi vasitəsilə ilk telefon əlaqəsinin baş tutduğu tarix kimi düşdü.

Qeyd edək ki, alim uşaqlığından və ailəsindən bəhs edərkən, azərbaycanlı olduğunu dəfələrlə vurğulayıb.

Əli Cavan həmçinin deyir ki, 30-cu illərdə alimlər ilk davamlı lazerin yaradılmasına çox yaxın olublar. Belə ki, atomların işıq dalğalarını yaydığı müəyyən edilib. Əgər Cavan həmin vaxt uşaq olmasaydı, kəşfini də 30 il tez edərdi.

1966-cı ildə Əli Cavan kəsişmə effekti modunun nəzəriyyəsini yaradır. Həmin effekt o vaxtlar sadəcə təxmin idi. 1969-cu ildə isə nəzəriyyə öz təsdiqini tapır, mod qovşağının təsiri müşahidə üçün hazır vəziyyətə gəldi.

Əli Cavan 1970-ci ildə lazer spektroskopiyası çərçivəsində işıq sürətinin dəqiq ölçülməsi ilə məşğul olaraq iki üsul hazırlayır. Birincisi işıq dalğalarının mütləq tezliyinin, ikincisi qeyri-xətti flüoressensiyanın ölçülməsidir.

Bu gün Əli Cavan Massaçusets Universitetinin professoru olmaqla yanaşı, ABŞ Elmlər Akademiyasının və Amerika Elmlər və İncəsənət Akademiyasının, həmçinin Triestsk elmlərin inkişafı fondunun üzvüdür. “Albert Einstein World Medal of Science” mükafatından əlavə Amerika Optik şurasının “Fredric Ives” medalına layiq görülüb.

Dahi azərbaycanlı 2016-cı il 12 sentyabrda Los-Ancelesdə dünyasını dəyişib.

P.S. Ermənilər Müqəddəs Terezanı, İohann Sebastian Baxı və digər böyük şəxsiyyətləri özününküləşdirməyə çalışarkən, Azərbaycanın Əli Cavan kimi haqqında məlumatımız olmayan onlarla dahisi var. Bayağı şou xəbərləri əvəzinə tariximizin belə fəxri simalarını tanıtmaq Azərbaycan naminə atılan ən gözəl addımdır./Publika.az/
04 iyul 2019 /

Elm dünyasının 100 DAHİSİ SİYAHISINA düşən azərbaycanlı: "Şərqin Eynşteyni" haqda BİLMƏDİKLƏRİNİZ - VİDEO

Похожие новости

II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

Hollandiyanın "Medo" ləqəbli əfsanəvi qəhrəmanı - azərbaycanlı Məmməd Məmmədov haqqında ağızdolusu danışan Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə, Hollandiyanın Şimali

Lütfi Zadə adına təqaüd təsis edilib

ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib. ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edildi. Universitetin İnformasiya Texnologiyaları və

DAHİ ALİMİMİZ: XUDU MƏMMƏDOV

REDAKSİYADAN: Sosial şəbəkədə "Xudu Məmmədov" səhifəsi böyük alimimizlə bağlı çox maraqlı məlumatlar paylaşır. Paylaşılan materialların daha maraqlı olanlarını sizlərin diqqətinizə çatdırmağa

Nobel mükafatından son anda məhrum edilən Azərbaycan alimləri

Nobel mükafatı bütün alimlərin arzusunda olduğu bir zirvədir. Elmin cəmi bir neçə sahəsindəki uğurlara görə təqdim olunmasına baxmayaraq, Nobel bütün alimlər üçün əsas dəyərə çevrilib. Lakin

ERMƏNLƏRİN QƏNİMİ AZƏRBAYCANLI GƏNC XANIM NAZİR

SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri ermənilərin qənimi Nəbibə Həsənova Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə fəallıq göstəriblər. Amma Nəbibə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ