Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib » Fedai.az


0

Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib

Görünüm: 627
Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan M Rəsulzadəni həbsdən 1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin azad edir.

Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni həbsdən çıxardır. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirmiş olur.
Stalin Rəsulzadəni həbsdən azad etdikdən sonra onu özü ilə birlikdə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir.
RSFSR-in Millətlər Komissarlığının orqanı olan "Novıy Vostok" jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, jurnalın 2-ci nömrədə M.Ə.Rəsulzadənin "Qədim İranın kommunistləri" adlı məqaləsi çap olunacaq. Ancaq saydakı xəbərə baxmayaraq, bu məqalə çap edilməmişdir.Məqalənin çap edilməməsi M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə bağlı olur.

M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin xatirə yazısında öz əksini tapmışdır. O yazır

"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M. Ə. Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhim bəy Vəkilovu və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərmək surətilə M. Ə. Rəsulzadə ilə təmasda olmuşlar. Məhəmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdi


Bundan sonra M Rəsulzadə müxtəlif ölkələrdə mühacir həyatı yaşayır.
Fədai.az Rəsulzadənin Finlandıyaya qaçmasını təşkil edən şəxsləri təqdim edi.

Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib






















Dadaş Əbdül Hüseyn oğlu Həsənov 1897-ci ildə Şuşa şəhərində tacir ailəsində doğulmuşdur.
Müsavatçı həkim Dadaş Həsənzadə Rəsulzadəni Piterdən Finlandiyaya qaçıranlardan biri olmuşdur.
Kommunistlər Rəsulzadəyə kömək və başqa "cinayətlər"i üstündə onun tutaraq vəhşicəsinə işgəncə verdikdən sonra zindanda öldürüblər.

Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib
















Məmməd Əmin Rəsulzadənin Finlandıyaya getməsini təşkil edənlərdən biri də Rəhim bəy olmuşdur. Bu əməliyyatı o gizli Müsavat təşkilatının tapşırığı ilə Musa Carullah və Dadaş Həsənovla birlikdə həyata keçirmişdir.
Rəhim bəy Alı ağa oğlu 1898-ci ildə Qazax qəzasının Salahlıda mülkədar ailəsində anadan olub. Real məktəbi bitirən R.Vəkilov 1916-17-ci ildə 9 saylı rus-tatar məktəbində xalq müəllimi işləyir.
Rəhim bəy məktəbin əlaçı şagirdlərindən idi. Bundan başqa , rəssamlığa şövqü vardı, gözəl rəsm əsərləri çəkərdi. Çoxları onu gələcəyin böyük bir rəssamı kimi görürdü. Rəhim bəy Bakı Real məktəbinin tam kursunu 1916-cı ildə bitirsə də, siyasət aləminə daha erkən atılmışdı. Hələ 1914-cü ildə Real məktəbin 5-ci sinfində oxuyarkən şagird təşkilatının işində yaxından iştirak etmiş, onun liderlərindən biri olmuşdur.
O, 1934-cü ildə Tiflisdə çekistlər tərəfindən yenidən həbs olunacağını hiss edib, ələ keçməmək üçün Kür çayinin üzərindəki körpüdə tapança ilə özünü vurmuşdur.
Rəsulzadənin Finlandiyaya qaçışını kimlər təşkil edib























Rəsulzadənin Piterdən Finlandiyaya qaçışını təşkil edənlərdən digəri isə Qazan Türklərindən olan çox görkəmli ilahiyyatçı Musa Carulla Bigyevdir (1875-1949).
Onun Qazan türkcəsinə çevirdiyi Qurani-kərim 1912-ci ildə nəşr edilib. Həmin əsər 2010-cu ildə Tatarıstanın keçmiş prezidenti Şaymiyevin təşəbbüsüylə Qazanda yenidən çap edilib.

E.Səlim
Yanlış Bağlantı Var?

Sorun Çözümü CTRL+ENTER.
В görünen pencere , sorunu tanımlamak ve Yönetim kaynağı gönderin.

Yorum:0



YORUM EKLE

Kodu Girin:*

Hüququ

Əlaqe

E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Redaktor : Elnur Selimov

Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.