Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?



İlham İsmayıl

Siz, Azərbaycan məmurunun kalibirindən asılı olmayaraq Qarabağ haqqında istər siyasi baxımdan, istər həssas ovqata köklənib hansısa bəyanatını oxumusunuz, eşitmisiniz? Vəzifədə olanda, bəlkə də nədənsə çəkinib, hərçənd işğal olunmuş vətəndən danışmaqdan niyə çəkinmək lazımdır, amma heç vəzifədən çıxanın da dilindən Qarabağ haqqında yaddaqalan bir təsirli söz eşitməyib bu camaat. Məmurlar bir tərəfə, heç son on ildə Azərbaycanda ziyalı kimi tanınan, qəbul edilən şəxslərin də Qarabağ haqqında heç bir yazısını, cəmiyyətə təsir edəcək bir çıxışını, tələbini, mövqeyini bu xalq görməyib, eşitməyib. Ən uzağı, yemək süfrəsi arxasında əttökən sağlıqla Qarabağ yad edilib. Ona görə də bu gün Qarabağdan ötrü xalq ayaqda deyil. Təəssüf... Yox, təəssüfü xırda məsələlərdən ötrü edərlər, bu təəssüfedici məsələ deyil, bu faciədir. Biz, bütöv toplum olaraq Qarabağ məsələsində elə acınacaqlı durumdayıq ki, buna yadlar təəssüf edə bilər, yeddi biyana yad təəssüf edər. Amma, biz özümüzü heç nə olmamış kimi aparırıq. Məmurun da, ziyalının da, sıravilərin də gündəmində hər şey var, Qarabağdan başqa. Axı nə etməliyik? Bu söhbət olanda ən çox verilən və ən mənasız sual da budur. Bu sualı içində vətən, Qarabağ sevgisi olmayan insanlar verir. Bu sualı bəzən qeyd etdiyimiz məmur və ziyalı təbəqəsi də verir, cavabdan yayınmaq üçün 80-ci illərin sonunda meydan hərəkatından, o vaxt yazdığı şerdən, məqalədən danışıb işini bitmiş hesab edənlər də var.

Birbaşa Qarabağ münaqişəsi ilə məşğul olan məmurların da standart cavablarından, bəzən isə tam yanlış bəyanatlarından başqa nə eşitdik ki? Nadir hallarda bəzi keçmiş məmur mütəxəssislər, ekspertlər istisna olaraq nəsə deyirlər, o da, jurnalist sual ünvanlayanda.

Nədən bu vəziyyəti xüsusi vurğulamaq məcburiyyətində olduq? Biz məğlub vəziyyətdə olan dövlətik, xalqıq. Biz böyük bir ərazimizi itirmişik və onun geri qaytarılması, azad edilməsi uğrunda daha çox, hər gün danışmalı və iş görməliyik. Amma, əksinə proses baş verir. Qalib düşmən daha çox iş görür, Qarabağ problemini gündəlik olaraq müzakirə edir, nəinki Dağlıq Qarabağın, hətta bütün işğal olunmuş Qarabağ torpaqlarının Azərbaycana qaytarılmayacağını hər gün xalqının beyninə yeridir. Həm də təkcə özlərinin deyil, bütün dünyanın şüuruna, düşüncəsinə yeridirlər və buna demək olar ki, nail olublar. Qeyd etdiyimiz kimi bu işdə düşmənin bütün təbəqələri fəaldır, Paşinyandan tutmuş Kəlbəcərdə məskunlaşan Yervanda qədər.

Qarabağda bu günlərdə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Artsax xalqının qətiyyətindən” məmnun qaldığını söyləyir. Vaşinqton görüşündən sonra Qarabağa baş çəkən nazir görünür perspektiv sülhməramlılar, hansısa ərazilərin geri qaytarılması barəsində dediklərinin süngü ilə qarşılandığını hiss edəndə bu qənaətə gəlib. İrəvandan gələn məmura sərt cavablar verilib. Onlar bu sərtliyi illərlə aparılan təbliğatdan və bizim susqunluğumuzdan ilhamlanaraq nümayiş etdirirlər. Qarabağın təhlükəsizlik məsələləri üzrə eksperti hesab edilən Raçya Qalstyanın Mnatsakanyana cavabına diqqət edin.

“Nə sülhməramlılar, nə ərazi qaytarmaq? Yerevan ictimaiyyəti (biz yox ha, özləri!) bizim qalib gəldiyimizlə barışmalıdır. Qalib olmağa alışın və XXI əsrin təhlükələrinə və çağırışlarına hazır olun. XX əsrdən qalma bir işimizi də başa vurmalıyıq, Miatsum prosesini bitirmək lazımdır. Erməni dövlətçiliyi arasındakı bölücülüyü, aranı ləğv edib, Birləşmiş Ermənistan yaradılmalıdır”.
Bu, bir separatçı erməninin mövqeyi deyil, buna ”əşşi, erməni qələt eləyir, nə olsun deyib” kimi mənasız yekəxana (əslində bacarıqsızlığın sığortası) əl yelləmək də lazım deyil. Sovet dönəmindəki respublika rəhbərləri də başlarını işlətmək əvəzinə əllərini yellədib Kremlin başında yanan ulduzu özünə mayak bilib Qarabağı bu günə qoydular. Məsələdən xəbərdar ola-ola, heç bir real iş görmədilər.

Və erməninin “qalib olmağa alışın” deyiminin arxasında böyük siyasət dayanır. Ona görə ki, hər gün onun ziyalısı, məmuru bunu onların şüuruna yeridib. 25 ildir biz bu mövqeyin tam tərsi olan “məğlub olmağa alışın”durumu ilə üz-üzəyik.

Açığı, Qarabağ məsələsinin həllinə yanaşmada Qarabağ erməniləri ilə İrəvan ermənilərinin mövqeyində üst-üstə düşməyən məqamların olduğu məlum idi və güman etmək olardı ki, bizim keçmiş vətəndaşlarımız hansısa keçmiş münasibətləri yadda saxlayıb barışığa meyilli olarlar. Tam əksi imiş. Onlar indiki duruma alışıblar və burda ən çox bizim rolumuz var. Rolumuz susqunluğumuzdur.

Separatçı rejimin keçmiş məmuru da “nə işimə qalıb” fəlsəfəsindən uzaq olduğunu nazir Mnatsakanyana çatdırıb. Qondarma rejimin (özümüzə verdiyimiz təsəlli terminlərinə bax...) keçmiş xarici işlər naziri Arman Melikyan təkcə Yerevan rəsmisini yox, bəzi tərəddüd keçirən yerli erməniləri də hədəf götürür. “Bəziləri düşünür ki, ərazi güzəşti olmasa necə olacaq? Biz nəsə verməliyik ki, nəsə də alaq. Bu kommersantlar üçün olan yoldur. Bizim problem kommersiya vasitəsi ilə həll olunmur. Ticarətçilər anlamaz ki, diplomatiyada nəsə almaq üçün ən yaxşısı heç nə verməməkdir”. Bu da, keçmiş məmurun fəlsəfəsi. Bütün həyat fəlsəfəsini maddiyyat üstündə quran keçmiş, indiki məmurlarımızın mövqeyi qolda iki milyonluq saat taxmaqdan o yana deyil. O saatı taxanın, o pulları oğurlayanın yadına Qarabağ hardan düşsün?

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?/moderator.az/
07 iyul 2019 /

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?

Похожие новости

"Azərbaycana “sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"

İlham İsmayıl Başqa sabitlik yox, atəşkəsdən sonra Qarabağın işğalının sabit olaraq qalması və bu sabitliyin və sükutun fonunda ölkənin sabit durumu ilə fəxr etmək və bunu örnək göstərmək çox

“Artsax” məhv edilməli olan bir fenomendir

Azərbaycan ərazisində yaradılmış “Artsax” (Qarabağ) kvazi dövləti – insan sivilizasiyası üçün tamamilə qeyri-təbii və məhv edilməli olan bir fenomendir. Bu sözləri Axar.az-a açıqlamasında

Qarabağ ermənilərinə İrəvan erməniləri təhqiramiz şəkildə çıxıb getməyi təklif edib

Ermənistanda seçkiöncəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə görə siyasi mübahisələr başlayıb. Nikol Paşinyan hakimiyyəti keçmiş prezident Serj Sarkisyanın komandasına yaxın olan

Ceyms Uorlik: "Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır"

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır. Virtualaz.org xəbər verir ki,

Paşinyan Moskvada sərsəm bəyanat verdi: Qarabağ Ermənistanın tərkib hissəsidir...

Ermənistan baş naziri Nikol Paşinyan Moskvaya dünənki səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşüb. Fedai.az virtualaz.org-a istinadən xəbər verir ki, Paşinyan bu görüşdə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ