Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA

Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA



Cəfər bəy Mirzə Sadıq bəy oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər Qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.

Mirzə Cəfər bəy Vəzirov dövlət idarəsində məmur işləmişdi. Kollec qeydiyyatçısı mülki çini almışdı.

Mirzə Cəfər bəy Vəzirov Qarabağın ünlü mülkədarlarından sayılırdı. Zümürxaç, Əbiyətli, Bəhlul və Tərəkəmə-Mirzəcəfərli kəndlərində mülkü vardı.

Mirzə Cəfər bəy Vəzirov xalq qəhrəmanıdır. 1905-1906-cı illərdə müsəlmanları qırıb-çatan ermənilərin qarşısını almışdı.

Tarixçi Mir Möhsün Nəvvab «1905-1906-cı illərdə erməni-müsəlman davası» adlı kitabında Mirzə Cəfər bəy Vəzirovun erməni quldurlarına qarşı igidliklə vuruşmasından dəfələrlə bəhs etmişdir. Müəllif əsərində yazır: «Həmin gün Bağlar tərəfindən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.103).

Mirzə Cəfər bəy Vəzirov Şuşa şəhəri mühasirədə qalanda camaata 100 pud buğda göndərmişdi.

Mirzə Cəfər bəy Vəzirov 1906-cı ildə tutulmuşdu. Mir Möhsün Nəvvab yazır: «Zilhiccə ayının 20-də divanın hökmü əsasında ermənilərdən iki nəfəri (Gerasim Şahnəzərovu və Xaçatur Bahadurovu), müsəlmanlardan isə üç nəfəri (uçitel Ağa Mir Haşım bəyi, Cəfər bəy Vəzirzadəni və Ağa Məhəmmədcəfər Muxtarzadəni) həbs etdilər.Divanın hökmünə əsasən bu şəxslər erməni və müsəlman vilayətlərindən kənar bir yerə sürgün edilməlidir. Amma Allahın köməyi ilə bu üç müsəlman hərəsi bir vasitə ilə xilas oldular». (M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.103).

Mirzə Cəfər bəy Vəzirov “Difai” partiyasının qurucu və başçılarından biri idi.

“Difai” partiyasının ən çoxsaylı, nüfuzlu və fəal bölməsi mərkəzi Şuşada olan Qarabağ bölməsi idi. Bu bölmədə 400-ə yaxın üzv vardı. (Документы по русской политике в Закавказье. Вып.1, Баку, 1920, с. 26.) 1907-ci ilin ortalarından həmin bölmə “Qarabağ Birlik Məclisi” adlanırdı. Cavanşir qəzasının rəisi 1907-ci il dekabrın 7-də Yelizavetpol qubernatoruna məktubunda yazırdı ki, “Qarabağ Birlik Məclisi” müsəlmanların “Hidayət” xeyriyyə cəmiyyətinin himayəsi altında yaradılmışdır. (Документы по русской политике в Закавказье, с.35.) Məclisin yaradılmasından əvvəl Cənubi Qafqaz, Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı keçirilmişdir. 1907 -ci ilin mart ayında Yelizavetpol şəhər qlavası Əsgər ağa Adıgözəlovun evində keçirilmiş bu qurultayda Bakı xanları da iştirak edirdi. Qurultayın işində İsmayıl bəy Qaspinski də iştirak etmişdir. Qurultay qərara almışdı:

“1) “Daşnaksutyun” a bənzər olan Zaqafqaziya müsəlman ittifaqı (Krım nümayəndələrinin iştirakı ilə) təşkil edilsin və sonuncu kimi terror yolu ilə hökumətdən güzəştlərə nail olunsun;

2) cari ilin baharında Qarabağda erməni “xumbaları” müqabilində Cəfər bəy Vəzirov başda olmaqla “Difai” dəstələri yerləşdirilsin”. (ГАППОДАР: ф.276, оп.8, д.231, л.1 -2; ГИААР: ф.524, оп.1, д.18, л.38.)

Bəzi məlumatlara görə (rotmistr Kornilovun raportu), partiyanın Ağdam komitəsinə Vladiqafqazda yaşayan və Ağdama gəlmiş Xasay xan Usmiyev başçılıq edirdi. Elə həmin sənəddə qeyd edilir ki, buraya Səlim bəy Rüstəm bəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur. (Məmmədov X. Azərbaycan milli hərəkatı 1875-1918-ci illər, Bakı,1996, s.87.) Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Baxış bəy (meşşan) və Şükür bəy Kazımbəyov qardaşları, Mirzə Davud Ağamirzəyev (Əfəndi – Ağdam şəhərindən olan kəndli), Hacı Seyid Mirşi Seyid Bağır oğlu (Şuşa şəhərindən olan meşşan) komitənin üzvləri idi. Bu yardımçı komitədə Şükür bəy Kazımbəyov həm də icra hakimiyyətinin təşkilatçısı və rəhbəri rolunu yerinə yetirir, kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini “Difai”yə tabe olmağa and içdirirdi. Mirzə Davud Ağamirzəyev (Əfəndi) təşkilatın katibi idi. Partiyanın Ağdam yardımçı komitəsində Mirzə Məmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı. (Документы по русской политике в Закавказье, с. 22, 42.) Gizli agent S. Səfərəlibəyovun 7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki, Ağdam komit əsi “qondarma” və “quru bəylərdən” təşkil olunmuşdur. Onların “ əsl bəylərə” barışmaz nifrət hissi vardı”. Bu, bütün məsələlərdə həqiqi bəylərə bərabər olmaq arzusu və paxıllıq hissi ilə izah edilirdi. Bu “quru bəylərin” öz malikanələri və torpaqları yox idi, lakin onlar Ağdam bazarına n əzarət edirdi və buna görə də xalq arasında müəyyən nüfuza malik idi“. (Документы по русской политике в Закавказье, с. 40.)

Mirzə Cəfər bəy Vəzirov müddət Zümürxaç kəndində yaşamışdı.

Mirzə Cəfər bəy Vəzirov Sənəm xanımla ailə qurmuşdu. Sadıq bəy və Zülfüqar bəy adlı oğlanları vardı.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA
07 iyul 2019 /

Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA

Похожие новости

"MÜSƏLMANIN TAMAHI"

Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində yazır: "Erməni daşnaklar müsəlmanlarda (yəni azərbaycanlılarda) olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər.

75 AZƏRBAYCAN KƏNDİNİN DAĞIDILMASI

Erməni vəhşiliyini etiraf edən erməni . Erməni millətçi və Daşnaksütyun partiyasının üç qurucusundan biri olan Simon Zavaryan "Экономические условия Карабаха и голод 1905-1907 г." (Ekonomiçeskie

MİLLİ ORDU-100: MİLLİ ORDUDAKI GENERALLARIMIZ

Ordu quruculuğuna xüsusi önəm verən Azərbaycan Cümhuriyyətinin 21 generalı olub. 1. Səməd bəy Mehmandarov 2. Əliağa Şıxlinski 3. Xosrov bəy Sultanov 4. İbrahim ağa Vəkilov 5. Həbib bəy Səlimov 6.

Cəfər Cabbarlının qızı dünyasını dəyişdi

Böyük dramaturq Cəfər Cabbarlının qızı, son nişanəsi Gülarə Cabbbarlı dünyasını dəyişdi. Moderator.az xəbər verir ki, bu barədə Cabbarlı ailəsinin yaxın qohumu, Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu

Generalın bu sözləri ölümünü tezləşdirdi

Sovet hakimiyyəti dövründə ən tez general rütbəsi ilə təltif edilən həmyerlimiz Qamboy Vəzirov 1937-ci ildə həbs edilərək erməni müstəntiq Avanesyan tərəfindəndindirilərkən,dediyi bu söz onun ölümünü
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ