AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...

AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...



Bu millətə dəxli olmayan və başımıza müsəlləf etdiyimiz antitürk ünsürlər, Azərbaycan türklərini Avrosentrizstlərin mürtəce Qara dəniz - Xəzər arası ərazilərin türksüzləşdirilməsi planına dəstək verərək qabiliyyətsiz və istedadsız bir xalq kimi təqdim etməklə öz ağalarına "Ayı xidməti" göstərməkdədirlər. Zamanında Roma imperiyasının bölücülük missiyası üçün yaratdığı "broyler xalqlar" Azərbaycan türklərinin üzərinə qısqırdılıb. Türkü kiçiltmək üçün onun düşmənini kiçildiblər.

Bu gün düşdüyümüz duruma görə bütün cinayətlərdə əli olan ruslar və farslar bizim nailiyyətlərdən yararlanaraq dünyaya Azərbaycan türklərini "bazar adamı", "biidraki etrak" kimi təqdim etməyə çalışmaqdadırlar. Bu gün öz silahları ilə dünyaya meydan oxuyan rusların qorxunc silahları və nailiyyətləri altında bir Azərbaycan türkünün imzası dayanmaqdadır...

Bu gün proseslər sürətlənib. İstər ölkə daxilində, istərsə də ölkə xaricində sövdələşmiş güclər İrəvan xanlığının ərazilərini türksüzləşdirdikləri kimi, Qarabağ xanlığının ərazilərinə keçdilər. Zəngəzur və Dağlıq Qarabağ adıyla bölünən ərazilər tam və qismən hələ Rus-Sovet imperiyası zamanında türksüzləşdirilmişdi. Eyni siyasətin davamını izləməkdəyik və bu işdə marağı olanlar daxildə günbəgün güclənməkdədirlər. Bu gün təkcə Qarabağın deyil, Kür-Araz ovalığının başı üzərində bir kabus dolaşmaqdadır. Şəxsi ambisiyalarını Vətənin və dövlətin maraqlarından üstün tutan bir para işbaz hesabına elə bir duruma gəlmişik ki, "bu gün tez olsa da, sabah çox gec ola bilər".

Azərbaycan xalqı heç də deyildiyi və televiziyaların təqdim etdiyi kimi yaramaz insanların məmləkəti deyil, Azərbaycan dünya tarixinin başlandığı zaman, Azərbaycan Tanrının ayaq basdığı məkan və Azərbaycan türkləri isə bəşəriyyətin toxumudur. Bunu dünya elmi yaxşı bilir. Bunu bizlərin dərk etməməsi üçün türlü-türlü akademik institutlar yaradıb beyinləri yuyurlar. Azərbaycan gizli Oğuz elminin məkanıdır. Durmadan bizləri elmsiz qoymağa çalışan təhsil sistemimiz, məhvə məhkum edilmiş informasiya məkanımız və günbəgün harınlaşmaqda olan məmurların ucbatından "çörək uğrunda mübarizəyə" düçar edilmiş bir topluma çevrilməkdədir. Millətin bütün nailiyyətlərini qara yaxmaq üçün hədəfə çevirən "Haykanuşun bicləri" 24 saat növbədədirlər.

Amma bu millət oyanacaq. Tarix yenidən bu məmləkətdən doğacaq. Sizə təkcə Rusiyanı dünya dövləti kimi təsdiqləyən azərbaycanlılar haqqında məlumatları diqqətinizə çatdıracağam. Gerisini özünüz arayın və axtarın. Özünüzü tanıyın. Sən haqqında uydurulan iftiraların fövqündə dayanan bir millət olduğunu anlamaq zorundasan.

Rus atomunun yaradıcılarından olan- Çayxorski

Abas Çayxorski 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.
AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...


“Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: ulu babası inanclı adam olduğundan soyad kimi “Çaxırlı” yox, “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Onun həm də liberal baxışlı insan olduğunu xatırladan Aleksandr buna baxmayaraq, ulu babasının çar 3-cü Aleksandr tərəfindən Polşaya sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad polyak sayağı formasını alır - “Çayxorski”.

O, 2 ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. 1942-ci ilin avqustunda yaralanaraq hospitala götürülür. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.

1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənir və iyunda Qızıl Ulduz Ordeninə layiq görülmüşdür.

Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.

1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. Xatırladım ki, İ. Kurçatov da Bakı Neft Akademiyasında təhsil almışdı. Kurçatov Çayxorskini öz davamçısı hesab edirdi. Abas Çayxorski SSRİ-də nüvə məsələsini araşdıranların zarafatla “Bakı klubu” adlandırıldığını deyirdi. Səbəb isə Landaunun Bakıda anadan olması, Abas Çayxorskinin azərbaycanlı olması, məşhur kimyaçı Kurçatovun isə öz təhsilini Bakıda alması idi.

1969-cu ildə Abas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər (1991-ci il) - 22 il bu vəzifədə qalır. Bu 22 il ərzində daha bir hadisə baş verir - oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdləri 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək 1987-ci ildə Stokholma yollanır.

Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.

SSRİ-nin süqutundan sonra Abas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, oğlunun yanına yollanır. Bu, 1997-ci ildə baş verir və həmin vaxt onun artıq 80 yaşı vardı. SSRİ dönəmində yaxın adamına görə bir adamı narahat etmək, vəzifədən çıxarmaq adi iş idi. Lakin bu öz sahəsinin tək-tük mütəxəssisi olan Çayxorskiyə qəti aid edilmir. əksinə o, daha da irəliyə getməyi bacarır və “xalqlar həbsxanası”nın atom strategiyasına nəzarət edir. Yalnız 1997-ci ildə, müstəqil Rusiya dönəmində alimə qarşı bəzilərində illər ərzində qalaqlanmış kin özünü büruzə verir. Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına ABŞ-a gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-da da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur. Amma həm qocalıq, həm də başqa psixoloji amillər alimə Amerika elmi cəmiyyətində uğur qazanmasına mane olur.
AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...


Ömrünün son illərində Abas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilmiş, məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur. Mendeleyev cədvəli 100 il öncə hazırlanmışdı və müasir kəşflərlə səsləşməyən məqamları ilk görən Çayxorski olub. Bakıda müsahibələrinin birində bu barədə demişdi: "Ancaq mən bu barədə beynəlxalq simpoziumda məlumat verdikdən sonra çox şeylər asanlaşdı. Artıq iki il sonra mənim cədvəlim SSRİ Təhsil Nazirliyinin fərmanı ilə Mendeleev cədvəlinə əlavə olaraq kursa daxil edildi. Ölkənin qabaqcıl Ali məktəblərinin müəllimlərinin təkmilləşdirmə kurslarında öyrədildi. Və 1978-ci ildə, mənim monoqrafiyam nəşr olundu. Dünyada yeganə monoqrafiyadır - Neptunium kimyası".

Oğlu Aleksandr xatırlayır ki, atası hələ uşaq olarkən bir qaraçının söylədiyi fala inanırmış: falçı ona məşhur alim olacağını və 90 il yaşayacağını söyləyibmiş. O cür də olur: Abas Çayxorski artıq 1950-ci illərdə böyük alim idi, ömrünü isə 91 yaşında - 2008-ci ildə, Nevada ştatının Rino şəhərində başa vurmuşdu.Ölümündən bir il sonra, 2009-cu ildə Abas Çayxorskinin oğlu Aleksandr Çayxorski atasının külünü Azərbaycana gətirir və Bakıdakı qəbiristanlıqlardan birində dəfn edir.

Oğlu 80 yaşında öz vətənindən yola salınan atasının son sözlərini də belə xatırladıb:

“Mənə qarşı düzgün addım atmadılar. Zəhmətimlə qazandığım titulları aldılar, məni bircə xalq düşməni çıxarmaları qalmışdı. Lakin onlar mənim alim olduğumu unutdular. Mən, sadəcə, elmlə məşğul olurdum. Dəstək olsaydılar, daha çox nailiyyətlər əldə edə bilərdim”.

Bu da azərbaycanlı alim, hər kəsin “Atom kralı” kimi tanıdığı, adı uzun illər SSRİ-nin “məxfi alimlər”i siyahısında olan azərbaycanlı, Rusiyanın Atom-nüvə sahəsinin yaradıcılarından və inkişaf etdirənlərindən birinci olan Abas Çayxorskinin həyatı. Bu gün Rusiya Çayxorskinin nailiyyətlərinə söykənərək dünyaya meydan oxumaqdadır...

Nevada ştatında rəhmətə gedən Abbas Çayxorski nüvə reaktorlarının sahibi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru idi...

Tektonik silahın dünyadakı ilk ixtiraçısı - İkram Kərimov

İkram Kərimov Ağdam rayonunda anadan olub. İlk tektonik silahın yaradıcısı, zəlzələşünas alim kimi məşhurdur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri, mətbuatı tərəfindən gizli saxlanılır. Barəsində, kiçik istisnalarla, məlumat əldə etmək olduqca çətindir. Hazırda adı dünyanın elm sahəsində qızıl onluqdakı alimlərin adları arasındadır.
AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...



İkram Kərimov, 40-a yaxın elmi işin müəllifi olan Şamo Rəhimovun tövsiyəsi ilə seysmologiya ixtisasını seçmişdir. Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.

SSRİ Müdafiə Nazirliyi İkram Kərimov başda olmaqla, bir qrup alimi gizli seysmik laboratoriyalarda aparılan və tektonik silahın kəşf edilməsinə yönələn tədqiqat işlərinə cəlb etdi. Tektonik silahın yaradıcısı qarabağlı İkram Kərimovdur. Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən “Merkuri” kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu.

Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı:

"1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər".

Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən "Merkuri" kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başladı. SSRİ Nazirlər Kabinetinin 1384-345 nömrəli qərarı ilə 30 noyabr 1987-ci ildə İkram Kərimova böyük səlahiyyət verilir. 1995-ci ilə qədər öz qrupu ilə Azərbaycanda qalmışdır. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar.

Venesuela prezidenti Uqo Çaves bəyanat verərərək, ən az 175 min nəfər insanı öldürən Haitidəki güclü bir zəlzələ, "ABŞ HD Donanması tərəfindən aparılan sınaq zamanı həyata keçirilmiş "bir növ yoxlanış zəlzələsi" olduğunu bildirmişdi. İspaniya qəzeti ABC-nin istinadən verdiyi xəbərə görə, Haitini yer üzündən silən təcrübə testləri ilə ABŞ, İranda zəlzələlər törətməklə ölkəni məhvini və İslamçı rejimi devirməyi hədəfləmişdi.

Çaves bildirmişdi ki, rusların qurduğu avadanlıqlarla 2008-ci ildən ABŞ donanmasını Karib hövzəsində izləməkdədir.

Ermənilər Spitakda 1988-ci ildə baş verən zəlzələdə onu ittiham edirdilər. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb. Yəni onun məşhurluğundan xəbərdar olan erməni toplumu bu yolla elm xadimindən qisas almağa çalışıb.
AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...



2002-ci ildə isə Rusiya, Gürcüstanda tektonik silah istifadə etməkdə günahlandırıldı. Tbilisidə baş vermiş 6 bal gücündə zəlzələdən sonra Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçeladze Rus əsgərlərinin Abxaziyadakı seysmik monitorinq üzrə Eşer stansiyasının imkanlarından istifadə edərək süni şəkildə titrəyişlər etdiyini bildirmişdi.

Xatırladaq ki, Eşer seysmoloji laboratoriyasında, hətta Sovet dövründə, tektonik silahların yaradılması üzərində işləyirdilər.

Daha sonra rus mənbələrinə istinadən, Qaçeçeladze, Eşer seysmoloji laboratoriyasının ən gizli obyektlərdən biri olduğunu və Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargahına tabe olduğunu qeyd etmişdi.

Yaşılların lideri, seysmologiya sahəsində görkəmli rus alimi Aleksey Nikolayevin, Orta Asiyada 70-ci illərdə hərbi texnikanın tektonik silahların istifadə olunduğunu və Pamirdə hərbçilər tərəfindən 7 bal gücündə zəlzələ törədildiyini dediyini xatırlatmışdı.

İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir.

Rus mətbuatı yazır: "Professor Kərimovun "Hiperboloidi". 1979-cu ilin mayında İkram Kərimovun rəhbərlik etdiyi bir qrup azərbaycanlı alim geofizika sahəsində fundemental bir kəşf etdi. («Итоговый отчет по научно-исследовательской работе за 1994 год по программе «Вулкан» Центра сейсмологии Академии наук Азербайджана под грифом«совершенно секретно», экз. № 2) . Kərimov "zəlzələ öncəsi anomal seysmik səs-küylərin olması qanunauyğunluqdur, microseysm ... Toplanan nəzəri və eksperimental materiallar bizə müəyyən təsirin tipinə, gücünə, tezliyinə və müddətinə uyğun olmaqla, effektiv təsir üsulunu inkişaf etdirməyə imkan verdi."

Başqa sözlə, tektonik silahın atası olan İkram Kərimov, bundan başqa, yeraltı prosesləri idarə etmək üsulunu tapdı. Bəşəriyyətin uzunmüddətli arzusuna yaxın - zəlzələlərin vaxtında proqnozlaşdırılması üsulunu da kəşf etdi. Bu ixtiraçı qrup İsmayıllıdakı zəlzələləni dörd gün əvvəl, Rumıniyada - on bir gün əvvəl, Kurildə - on beş gün qabaq qeyd etməyə imkan verdi ...

İkram Kərimovun yasratdığı elmi sistemdən bütün dünya bəhrələnməkdədir. İlk dəfə, məhz İ. Kərimov qlobal istiləşmənin atmosferdən deyil, yer qabığının qızması nəticəsində baş verdiyini müəyyən edib.

Dünya şöhrətli elm xadimi haqqında məxfi məlumatlardan sızdırılan az miqdar informasiyaları diqqətinizə çatdırmaqla iki super gücün öyündüyü tektonik silahın banisi olan soydaşımız İkram Kərimovu sizlərə tanıtmağa çalışdıq.

Yazı yerli və Rusiya mətbuatının materialları əsasında hazırlanıb.

(Ardı var)

FEDAİ,AZ ARAŞDIRMA QRUPU
AVMVİB MƏTBUAT XİDMƏTİ
08 iyul 2019 /

AZƏRBAYCAN TÜRKLƏRİNİN YARATDIĞI "RUS SİLAHLARI"...

Похожие новости

II DÜNYA MÜHARİBƏSİNDƏN 80 İL ÖTÜR...

Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olub. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən

Bu gün xanım akademikin anım günüdür

Bu gün Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin

8 yaşında İranın neft naziri "təyin olunmuş" erməni - George Çilingar

Erməni milyarderləri millətin gələcəyi naminə tələbələri öz pullarıyla oxutduğu bir əsrdə, bizimkilər də Şakiranı "oxudurlar". Bu yazını erməni saytı "Naşa Armeniya" yayınlayıb. Biz düşmənlərə harada

İlk azərbaycanlı qadın alim

Zümrüd Axundova 1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən, 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. O,Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın

Bu gün xanım akademikin anım günüdür

Bu gün Azərbaycan SSRİ-nin əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ