“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - Nazir

“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - Nazir



Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Caspian European Club tərəfindən təşkil olunmuş CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Təşkilat Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

50-yə yaxın şirkətin 85 nümayəndəsinin iştirak etdiyi tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri, layiqli əməyin təminatı, məşğulluq sahələrində biznes strukturları ilə əməkdaşlığının fəallaşması ilə əlaqədar Caspian European Club-un üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunub.

Caspian European Club-ın sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində mühüm islahatların aparıldığını və bu islahatların Caspian European Club tərəfindən maraqla izlənildiyini deyib. O, CEO Lunch Baku-da fəxri qonağı - nazir Sahil Babayevi görüş iştirakçılarına təqdim edərək, bu görüşdə iştirakına görə nazirə təşəkkürünü ifadə edib.
Sonra “AsProf Group” şirkətlər qrupunun, “Mirzayev’s Partners” hüquq şirkətinin və Qala Siğorta şirkətinin təqdimatı olub.

Görüşdə çıxış edən S.Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkədə innovativ iqtisadiyyatın formalaşdırılması və sahibkarlığın inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, ölkədə aparılan siyasətin ana xəttini vətəndaş amili təşkil etdiyini, bunun bariz nümunəsi olaraq milli iqtisadiyyatın sosialyönümlü olduğunu, iqtisadi islahatlardan əldə olunan gəlirlərin vətəndaş rifahının təminatına istiqamətləndiyini vurğulayıb. Nazir cari ildə dövlət başçısının iki sosial paketinin nəticəsi olaraq, əhalinin rifahı naminə inqilabi addımlar atıldığını deyib. Minimum əmək haqqı məbləğinin iki dəfəyə yaxın artırılaraq 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, müavinət və təqaüdlərin 100 faizədək, həmçinin dövlət sektoru üzrə əmək haqlarının əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bildirib ki, Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənir. Cari ildəki iki mühüm sosial islahat paketi 4,2 milyon vətəndaşı əhatə etməklə, nəticə etibarilə ölkədə hər bir ailənin rifahına ciddi dəstəyi təmin etmiş olur. Həmin inqliabi addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq.

Nazir vurğulayıb ki, minimum əmək haqqı artımı özəl sektora, bu sektorda işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində önəmli rolunu oynayır. Minimum əmək haqqının artımı, eyni zamanda, qeyri-leqal məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi cari ilin 6 ayında bu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayının 7,3 faiz və ya 101,66 min müqavilə artmasına imkan verib.

S. Babayev əmək, məşğulluq, sosial təminat sahələrində aparılan islahatları, bu sahələrdə e-texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron pensiya təyinatına başlanılması, əhaliyə proaktiv xidmətlərin göstərilməsi istiqamətində görülən işləri qeyd edib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi, cari ilin may ayında açılışı olan DOST Agentliyi və artıq 15 mindən çox şəxsin “bir pəncərə” prinsipi ilə şəffaf xidmətlərindən faydalandığı 1 saylı DOST mərkəzi barədə məlumat verib. Nazir “e-sosial” internet portalından, Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindəki altsistemlərdən, o cümlədən, işəgötürənlər üçün də mühüm önəm kəsb edən “Məşğulluq” alt-sistemindən bəhs edib. Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılmasına başlanan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mütərəqqi dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşmasına imkan verəcəyini diqqətə çatdırıb. Özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində görülən işləri, sosial tərəfdaşlardan ibarət Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini, sosial dialoqun gücləndirilməsi yönündə aparılan işləri, işsiz şəxslərin əməkhaqlarının subsidiyalaşdırılması proqramını qeyd edib.

Ölkəmizdə aparılan sosial islahatlara beynəlxalq səviyyədə də yüksək dəyər verildiyini vurğulayan S. Babayev bildirib ki, Azərbaycanın sosial yardım və əlilliyin qiymətləndirilməsi üzrə e-sistemləri, ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər, icra olunan özünüməşğulluq proqramı Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatları, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi isə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatı ilə təltif edilib.

Nazir müvafiq fəaliyyət sahələrində aparılan islahatlarda, xüsusən qeyri-rəsmi məşğulluğun qarşısının alınması, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, iş yerlərində əmək qanunvericiliyinin tətbiqi, işçi hüquqlarının təminatı sahələrində görülən işlərdə sahibkarlarla, biznes strukturları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulaylıb.

S. Babayev Caspian European Club-un üzv şirkətlərinin suallarını da cavablandırıb. Görüşdə qeyri-rəsmi şəraitdə biznes nümayəndələrini maraqlandıran müxtəlif mövzular müzakirə olunub. Görüşdə S. Babayevə Fəxri Klub üzvlüyü sertifikatı təqdim edilib. Həmçinin Caspian European Club-a yeni üzv olan şirkətlərə və üzvlüyünü davam etdirən şirkətlərə Klub üzvlüyü sertifikatları təqdim edilib. /Azvision.az/
11 iyul 2019 /

“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - Nazir

Похожие новости

Bu pensiyaçılara ŞAD XƏBƏR - Təqaüdləri 30 faiz ARTACAQ

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin

Əlillik dərəcələrində dəyişiklik olacaq

Nazir əlillik dərəcəsi xəstəliyinin həyata təsir faizinə uyğun təyin olunacağını deyib Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir. Bunu Əmək və

NAZİR S. BABAYEV MÜHARİBƏ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİR ARAYA GƏLDİ

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb. Əmək və Əhalinin Sosial

Sosial müdafiə sahəsində "ASAN XİDMƏT" yaradıldı

Azərbaycanda yeni “ASAN” yaradıldı: bu dəfə sosial müdafiə sahəsindəAzərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dayanıqlı və Operativ Sosial Təminat

Sahil Babayev: “Pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar aşkarlanıb”

“Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ