QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...

QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...



Bəzi qorxaqlar qaçıb "bakılı balası" olmağa gələndə bakılı balası Sadiq Qədirli düşmənin qorxulu röyasına çevrilən XTPD (OMON) tərkibində qarabağlı olmağa getmişdi. Öncə vətənin, sonra isə taleyin ümüdinə buraxılmış kimsəsiz soydaşlarımızın səsinə səs vermişdi. İstər arxada, istərsə də öndə bu qəhrəmanlıq səlnamələri yazan dəstənin tərkibində bir amal uğrunda öz həyatlarını ortaya qoyanların sırasında sıra nəfəri olmağı bacarmışdı, bakılı balası...

Bu gün də bir dönəmin qəhrəmanları haqqında ehtiyyatla danışanlar, bu dəstə üzvlərinə qara yaxma ilə məşğul olanların məqsədi bəllidir. Hər bir dəstə üzvü buraxılmış yanlışın miqyasını anlasa da, Avropada və sosial şəbəkədə bu addan vahimələnən ermənilərlə, bu gün öz içimizdə onları hədəfə alanlar arasında mən bir fərq görmürəm. Çünki mənim tanıdığım hər bir OMON-çu dövlətçi və Ali Baş Komandanın əmrinə hazır olan potensial bir savaşçı təsiri bağışlayıb. Fərq qoymadan aparılmış təqiblər bu toplumun ağır xəstəliklərə düçar olmasına səbəb olub. Hər bir döyüşçü bir yanlışın bədəlini artıqlamasıyla verib. Bir yanlış bu savaş qəhrəmanlarının cəbhədən cəbhəyə, səngərdən səngərə daşıdığı şücaətləri heçə döndərə bilməz. Çünki qanla yazılan tarixi, qələmlə və hökmlə silmək mümkün deyil. Bu dəstənin adı gələndə düşmənin bağrı yarılmasını görən bir döyüş adamı kimi soruşuram: OMON təkcə qiyammı edib?

Bakıda ruslardan hərbi texnika və sursatın alınıb yerli dəstələrə verilməsi, Xocalı aereportunun azad edilməsi, "Kolso" əməliyyatı, Dağlıq Qarabağda keçirilmiş bütün uğurlu əməliyyatların altında XTPD-nin də imzası var. Şərəfli bir imza...
QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...



Rəsmi sənədlərdə və düşmən mənbələrində deyilir: "Azərbaycan rəhbərliyinin təkidli tələbi və Viktor Polyaniçkonun (Azərbaycan Kommunist Partiyasının ikinci katibi ), general-mayor V.N. Safonovun (Komendant saatının rəisi) göstərikləri dəstək nəticəsində aeroport Azərbaycanın Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) nəzarəti altına keçir. S.Hasratyan “Qarabağ müharibəsi” adlı kitabında Xocalı aeroportunun birmənalı olaraq 1990- cı il oktyabrın 17-dən etibarən XTPD-nin nəzarəti altına keçməsini bildirir". Adi bir faktı ona görə diqqətinizə çatdırdım ki, OMON sovet ordusunun əlindən bu aereportu almışdı və bu gün Ermənistana uçuş edən təyyarələrin qəza enişi Gəncə deyil, icazə vermədiyimiz Xocalı seçilməsi də günümüzün xəcalətlərindəndir...
QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...




Mən təşkilata gəlmədən öncə virtual tanıdığım bakılı balası Sadiq Qədirli haqqında danışırdım. Həyatı param-parça olmuş Vətən oğullarındandı. Amma buna baxmayaraq döyüş dostları arasında, daha sonra bütün döyüşmüş insanlar arasında körpü olmağa çalışır. Doğma torpaqlarımızın azad edilməsi amalıyla yaşayan Sadiq Qədirli bu gün AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi təyin edilib. Hər bir döyüşçü dostunun ağrısıyla ağrıyan və sevinciylə sevinən Sadiq Qədirlinin bir düşməni var. O da torpaqlarımızı işğal edən ermənilərdir. Bir də bu deyimdən xoşlanmayanlar bütün veteranları heç sevməzlər.

Nədənsə sakitcə zaman maşını kimi öz işini görən Sadiq Qədirli haqqında yazmaq beynimə verdi və bir zamanlar yazdığım bir yazının bir hissəsini Sadiq bəyə də aid edir və bu yazıya əlavə edirəm...
QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...



...Buralarda savaş var
Oralarda günəş varmı?
Varsa sor ona
Niyə isitmir bizi
Sizi isitdiyi qədər?

(Fikret Tuncer "Əsgər məktubu")

Bizlər savaşa yollananda 20-30 yaşlarındaydıq. Bir dahinin dediyinə görə, savaş, tarixin elə bir anıdır ki, o, millətin ən gizli intim münasibətlərini də tarix səhnəsinə çıxarır. Bu gün multikulturalizm "qoruğunda" səs-küy salan "Biləcəri cırcıramalarından" fərqli olaraq Qarabağın o qanlı və qaranlıq gecələrində kimin kimlə him-cim etdiyini belə görürdük. Bizləri ermənilər savaşçı olduğumuza görə, arxadakılar isə onların bu əməllərini gördüyümüzə görə heç sevmədilər. İstəsələr belə sevə də bilməzdilər...

Bizi isə güllələr sevdi. Bizi Vətəni sevdiyimiz kimi sevdi. Odlu, yanar bir qurğuşun kimi sevdi bizi. Bu bizə yetər.

Buralarda savaş var
Oralarda qadın varmı?
Varsa sor ona
Niyə öpmür bizi
Sizi öpdüyü qədər?

Bu gün şəhidin atasına, "oğlunu mən göndərməmişdim"- deyən beynini piy basmış məmur, heç zaman bilə bilməz ki, onun dörd əllə yapışdığı dünyanı şəhid valideyni öz şəhid balasını bircə anlıq qucaqlayıb qoxlamaq üçün düşünmədən və göz qırpmadan verər. O sözü deyə bilən adamcıq hardan bilsin ki, hələ öpüş görməmiş nə dodaqlar bu məmləkətin torpağını son dəfə öpürmüş kimi nakam köçdülər...

Buralarda savaş var
Oralarda çiçək varmı?
Varsa sor ona
Niyə qoxusu gəlmir
Sizə gəldiyi qədər?

Döyüşçünü özünə borclu bilən fərarilər, hardan bilsin ki, itirdiyi və sızıltı ilə geyişən bir əzasını qaşımaq üçün bu şərəfsizlərin qazandığı sərvətin 10 qatını da göz qırpmadan verər. Təkcə itmiş bir əzanı qaşımaq istəyini anlamayanların olmayan vicdanları belə qaşınmaz. Savaşı hər kəs pisləyər. Amma hər kəs ən azı özünü qorumaq üçün savaşa hazırlaşar. Əlbəttə kosmopolitlər və patsefistlər bu kriteriyaları özlərinə sığıncaq etmək üçün bizləri heç zaman sevməzlər. Çünki bizi sevmək üçün özlərini danmaları lazımdır.

Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?

Bizim nəsil gəncliyini heç yaşaya bilmədi. Buna vaxtımız olmadı. Bu gün sıralarımız seyrəlir. Bir - bir veteran döyüşçülər 49-55 yaşlarında bu dünyaya əl yelləyib gedirlər. Hökmüm olsaydı, döyüşçü dostlara ölməyi qadağan edərdim: "Qarabağı almamış ölmək bizlərə yasaqdır". Düşmən tərəfinin ideoloqları Qarabağı de yure almaq üçün sonuncu veteranın öldüyü günədək gözləməyi öz xalqlarına məsləhət bilirlər. Bizimsə bu utanc ilə nə yaşamağa, nə də ölməyə haqqımız yoxdur. Amma bizlərə bu iradı bildirməyə bu gün məmur etdiklərimizin heç haqları yoxdur. Sadəcə bizdən sonra gələcək nəsillərin çiyninə qoyduğumuz bu yükə görə xəcalət yükümüz var. Xalqımızın sadəlövhcəsinə zillənib baxdıqları zatların kimliyini bildiyimizin ağrısı və millətimizin o baxışlarındakı yazıqlığın, çarəsizliyin üzüntüsü bizlərə yetər. Amma bilin ki, bu vəbal tək bizim boynumuzda deyil. Bu vəbal, siyasəti xəyanətin sinoniminə çevirmiş bir para dəllalın boynundadır...

Düşünməyin ki,hər şey unudulmuş,hər şey yaddan çıxmış. Zaman böyük və amansız bir hakimdir. Onun ədalətinə inanıram.

Türkiyəli şair Fikrət Tuncər gözəl deyib:"Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən"...

Amma savaş bir istəyimizi bizdən ala bilmədi: "BÖYÜK A Z Ə R B A Y C A N"...

Sadiq bəy! Mən özgə bir yazı yazmaq niyyətiylə başladım, amma belə alındı. Bu yazını bütün savaşçı qardaşlarımıza ithaf elədim və bu işdə də körpü olan yenə sən oldun...

X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...
11 iyul 2019 /

QARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...

Похожие новости

TƏBRİK: SADİQ QƏDİRLİ - 56

Qarabağ uğrunda gedən ağır döyüş yolu keçmiş, XTPD tərkibində bir çox əməliyyatlarda iştirak etmiş, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Sadiq Qədirlinin 56 yaşı tamam oldu. Bu münasibətlə Sadiq

DÖYÜŞÇÜLƏR ETİRAZ EDİRLƏR ...

Özlərinin xalq arasında nüfuzlarının bir heç olduğunu anlayan bəzi "mühacirlər" yalandan keçmiş döyüşçülərin onları dəstəklədiyini yayınlayırlar. Məsələ ilə bağlı öz Facebook səhifəsində münasibət

QARABAĞ QAZİSİNİN ÖLÜMÜ: ETİMAD ƏSƏDOV HAQQA YÜRÜDÜ

Xaqani Ədəboğlu (Elegiya) Dərmanım tapılmır, ağır xəstəyəm, Köhnə yaralarım hələ qan verir. Mən diri şəhidəm, ayaq üstəyəm, Vətənsiz ölənlər, necə can verir? (Ə. Saldaş) Xəbər çox acı xəbərdi.

OMONÇULARIN AZAD OLUNMASI VACİBDİR

Keçmiş döyüşçü olan OMON üzvü olmuş şəxslərin bu günədək həbsdə saxlanması faktı nəzərdən keçirilməlidir. Qarşıdan Cümhuriyyətimizin 100 illiyi gəlir. Vətən qarşısında müstəsna xidməti olan bu

Savaş bir istəyimizi ala bilmədi

Xaqani Ədəboğlu Buralarda savaş var Oralarda günəş varmı? Varsa sor ona Niyə isitmir bizi Sizi isitdiyi qədər? (Fikret Tuncer "Əsgər məktubu") Biz savaşa yollananda 20-30 yaşlarındaydıq. Bir dahinin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ