Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMA

Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMA

































Qarabağın tanınmış həkimlərindən olan Rüstəm doktor əliyevlər soyuna bağlıdır. Bu soyun ulu babası Novruzəli əslən Kəbirli mahalındandır. Şuşada "Keçəl Novruzəli" kimi tanınırdı. Qəhrəman bəy Məhəmmədəli bəy oğlu Kəbirlinin rəiyyəti idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Novruzəlinin törəmələri Əliyev soyadını daşıyırdılar.

Kərbəlayı Novruzəli Şəhribanu ilə ailə qurmuşdu. Məmmədhəsən, Qasım, Cəfər, Paşa adlı oğlanları vardı.

Babası Qasım Kərbəlayı Novruzəli oğlu 1809-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul olmuşdu. II gildiya tacir idi. Əvvəlcə Məşhədi-müqəddəsi, sonra Kərbəlayi xaki-paki, daha sonra Məkkəyi-müşərrəfi ziyarət etmişdi.

Hacı Qasım Xeyrənsə ilə ailə qurmuşdu. Əli, Əkbər, Rəhim, Səlim adlı oğlanları vardı.

Atası Səlim Hacı Qasım oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Səlim Əliyev 1938-ci ildə repressiyaya uğrayıb.
Məşədi Səlimin Rüstəm adlı oğlu vardı.

Rüstəm Məşədi Səlim oğlu Əliyev 5 oktyabr 1893-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Real məktəbi bitirmişdi. Daha sonra 1 sentyabr 1904-cü ildən 4 iyun 1912-ci ilədək Yelizavetpol (Gəncə) kişi gimnaziyasında oxumuşdu. 1912-ci ildə Kiyev Müqəddəs Vladimir Universitetinin tibb fakültəsinə qəbul olmuşdu. 1919-cu ildə universiteti tamamlamışdı. Bir müddət Kiyevi alan qırmızıların dəstəsində döyüşmüşdü. Ağqvardiyaçılar qalib gələndən sonra işsiz qalmışdı. 1920-ci ildə Kiyevdə sovet hakimiyyəti qurulandan sonra yenidən xidmətə qatılmışdı.

Rüstəm Əliyev 1920-ci ilin sentyabr ayında Bakıya, Azərbaycan SSR Xalq Səhiyyə komissarlığının sərəncamına göndərilmişdi. Binəqədidə həkim kimi çalışmışdı. Sonra Mərdəkan xəstəxanasında işləmişdi.

Rüstəm Əliyev 1922-ci ildə Şuşa şəhər xəstəxanasına müdir göndərilmişdi.

Rüstəm Əliyev 1923-cü ildə Şuşa şəhər xəstəxanasının müdiri idi. O, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirdi. Onun doğma şəhəri Dağlıq Qarabağ Muxtar vilayətinin tərkibinə verilərkən etiraz edən qeyrətlilərdən biri olmuşdu. Şuşa şəhərinin səlahiyyətli nümayəndələri Rüstəm Əliyev, İbrahim Musayev, Bəşir Sarabi və Hacı Şəmşiyev 1923-cü il avqustun 9-da şəhər əhalisi adından Azərbaycan MİK-ə göndərdikləri ərizədə bir əsrdən çox Qarabağın rus militarizminin tapdağı altında olduğuna diqqət yetirir, rejimin qara qüvvələrini xalqlar üzərinə göndərdiyini, Qarabağın mərkəzi olan Şuşa şəhərinin dağıdıldığını, sovetləşmənin bu qardaş qırğınına son qoyduğunu, Şuşa şəhərinin və qəzasının Kürdüstan ilə bütün sahələrdə, o cümlədən iqtisadi baxımdan bağlı olduğunu yazaraq, bu xahişlərinin rədd edilməməsini istəyirdilər. Yazırdılar ki, əgər hər hansı dövlət və digər mülahizələrdən bizim istəyimiz yerinə yetirilməsə, onda Dağlıq Qarabağın mərkəzi Şuşada saxlanılsın və Xankəndinə keçirilməsin. Ərizə müəllifləri məsələləri yerində öyrənmək üçün partiya komissiyası göndərilməsini xahiş edirdilər. (Заявление уполномоченных гор. Шуши Рустама Алиева, Ибрагима Мусаева, Башира Сараби и Гаджия Шамшиева в АзЦИК. 09.08.1923. – ARSSA, f.1, siy.4, iş 51, v.36-37.)

1923-cü ilin dekabr ayından Kürdüstan qəza səhiyyə şöbəsinin və Laçın şəhər xəstəxanasının müdiri təyin edilmişdi. 27 avqust 1927-ci ilə qədər həmin vəzifəni icra etmişdi.

Rüstəm Əliyev 1932-ci ildə vəfat edib. Bəzi məlumatlara görə onu ermənilər zəhərləmişdilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
13 iyul 2019 /

Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMA

Похожие новости

Molla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMA

Qarabağın Sırxavənd obasından çıxan şöhrətli şəxsiyyətlərdən biri də Molla Əsgər Kolanıdır. Molla Əsgər Vəli oğlu 1799-cu ildə Kolanı mahalının Sırxavənd obasında anadan olmuşdu. İbtidai təhsilini

Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA

Cəfər bəy Mirzə Sadıq bəy oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər Qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Cəfər bəy Vəzirov dövlət idarəsində

Hüsеyn bəy Teymurxanov: Şah İsmayıl Səfəvinin Kolanıdakı törəməsi-ARAŞDIRMA

Hüsеyn bəy Teymurxanovun ulu babası Allahvеys bəy Kolanıdı. Allahvеys bəy XVIII yüzilliyin ortalarında yaşamışdı. Nadir şah Qırxlı-Avşara və Pənahəli xan Sarıcalı-Cavanşirə xidmət еtmişdi. Allahvеys

ERMƏNİLƏRƏ QARŞI VURUŞAN AXUND

(5000 nəfərə yaxın uşağı ölümdən xilas etdilər ) Mеhdi Məşədi İskəndər oğlu 1868-ci ildə, fеvralın 3-də Şuşa qəzasının Quzanlı obasında anadan olmuşdu. İbtidai təhsilini Axund Molla Hüsеynin yanında

ÖZ EVİNİ DÖVLƏTƏ VERƏN DİFAİ ÜZVÜ

2000 erməni quldur dəstəsini bir gündə məhv etdi. Bala Məşədi 1870-ci ildə-ci ildə Gəncə şəhərində anadan olub. Atası Kərbəlayı Qasım kişinin 3 oğlan övladı vardı. Bala Məşədi övladlardan kiçiyi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Daha bir erməni leşi aşkarlanıbHüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMABİR NƏFƏR HAMI ÜÇÜN, HAMI BİR NƏFƏR ÜÇÜN!...VİDEOOnlar Vətən üçün döyüşüblərGürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?Ermənilərin azərbaycanlılara qarşı dəhşətli əməlləri və MƏXFİ “ÖLÜM SİYAHISI”I Dünya İslam Kulinariya Konqresi keçirilib"FACEBOOK"-UN TƏQDİM ETDİYİ YENİ KRİPTOVALYUTA KİMƏ TƏHLÜKƏ YARADIR“Fitch” Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada reytinqini açıqlayıbİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edibŞumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiyaAZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.Ermənilər Rusiyanı şantaj edir, Qərb qarşısında isə striptiz oynayırAzərbaycanlı xanım Kanadada “ilin ən yaxşı müəllimi” oldu - FOTOTƏBRİK: ETİBAR VƏLİYEV - 51XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığındaErmənistanda Naxçıvanala bağlı iddialar yenidən gündəmə gəlibMüdafiə Nazirliyinin rəsmi saytı veteranlarla görüşdən yazdı: Veteranlarla görüş keçirilibHərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”Ermənilər kütləvi halda çeçenlərə hücum etdi“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri - SİYAHIERMƏNİLƏR AZƏRBAYCANA EDİLƏN ABŞ YARDIMINI MÜZAKİRƏ EDİRLƏRTramp Azərbaycana $100 milyon ayırıb - Cənub sərhədlərini gücləndirmək üçün...Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olubPAŞİNYAN HAKİMİYYƏTİ QAN TÖKDÜSƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?AVMVİB GÖYGÖL RAYON ŞÖBƏSİNDƏAVMVİB DƏYİRMİ MASA KEÇİRDİEHTİYATLI OLUN! DÜNYAYA YENİ ERMƏNİ SOYU GƏLİR!QƏHRƏMAN QAYIBOVLAR...Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMAElçin Quliyev yaralı əsgər və valideynləri ilə görüşübDüşmən atəş­indən əsgərimiz yaralandıPaşinyandan SENSASİON SÖZLƏR: “Qarabağın həlli Azərbaycanı qane etməlidir”Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - GürcüstandaErmənistandan region üçün daha bir təhlükəli addım - Rusiya kömək edəcəkAVMVİB 25 İLLİK YUBİLEYLƏ BAĞLI TƏDBİRLƏRƏ START VERDİXOŞ GƏLDİN, ŞAHİM, XOŞ GƏLDİN?HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? – Bu provokasiyada marağı olanlar kimlərdir?NEHRƏMüəllimlərin işə qəbul imtahanlarında ən çox yol verilən pozuntularDilqəm Əsgərov sağdırmı? – Oğlundan həyəcanlı MƏKTUBKeşikçidağa giriş QADAĞAN EDİLDİTürkiyənin Şərqi Aralıq dənizində enerji axtarışları nəticə veribSaakaşvili Keşikçidağda baş verən insidentdən danışdıwww.azermedia.az saytı istifadəyə verildiMÜHARİBƏ VETERANLARI SƏRHƏD İNSİDENTİNDƏN HİDDƏTLƏNİBLƏRTÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFANSeyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMASabunçu batalyonunun döyüşçüləri bir aradaRUSİYA ABŞ-IN ASİYADAKI İKİNCİ İRİ MÜTTƏFİQİ İLƏ DƏ ANLAŞIBGürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıbHEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!Gürcülər Azərbaycan əsgərinə hücum etdi-Keşikçidağda gürcü basqını-VİDEOABŞ - İRAN MÜHARİBƏSİ OLMAYACAQDüşmən Azərbaycanın atacağı addımdan əndişələnirBu dəfə ukraynalı jurnalist Putinin anasına... söydü -VİDEO - +18-90...Moldova Saakaşvilidən kömək istəyir...Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...Erməni nəşrindən şok etiraf: “Xankəndi aeroportu istifadəsizdir...”Tusk İrəvanda “erməni soyqırım” abidəsini ziyarət etmədiHeydər Əliyev Fondu tərəfindən Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib“ATƏT-dən çıxmaq - “Dağlıq Qarabağ”ı “dövlət” kimi tanımaq lazımdır...”Prezident İlham Əliyev: ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın qətiyyətli və obyektiv mövqeyinə ümidlər bəsləyirikDövlət üçün müstəsna xidmətləri olan insanMirzə Ələkbər Sabirin ilk və son müsahibəsi: “Başda o böyükdür, yaşda mən”Hitlerin türklərdən oğurladığı "ÖZ" tamğası-FOTOLARMəktəb direktoru vəzifəsinə qəbul başladıS-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEOAğdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO“S-400″lərin Türkiyəyə tədarükü başlandı – İLK VİDEO GÖRÜNTÜLƏRZabitləri hədələyən, mühafizəçilərlə gəzən Aşot Paşinyanın “əsgərlik” sərgüzəştləri...Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMADövlət Agentliyi: Həkimlərin maaşlarında ikihissəli artım olacaqİlham Əliyev: İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi bundan sonra da davam etdirəcəyikBakı şəhərinin Hərbi prokuroru vəzifəsinə yeni təyinatTəhsil Naziri müəllimlərin maaşlarının artırılmasından danışdıAVMVİB sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildiTÜRK TÖRƏSİ TİNİMİZDİRXüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"Rusiyanın İran səfirliyində PARTLAYIŞ - ÖLƏNLƏR VARATƏT PA-nın Lüksemburq bəyannaməsinin 22-ci bəndini alqışlamaq lazımdırİRANLA BİRBAŞA MÜHARİBƏ TƏHLÜKƏSİ VARXALQ YAZIÇISI SABİR ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜRBU GÜN SEREBRENİTSA SOYQIRIMI GÜNÜDÜRQARABAĞ SAVAŞÇISI OLAN BAKILI BALASI...Onlar Vətən uğrunda döyüşüblər...Vətənin hayına hay verənlərİrəvanda etiraz aksiyası zorakılıqla dağıdılıb - VİDEOMolla Əsgər Kolanı... Mükəmməlliyin və müdrikliyin piri - ARAŞDIRMARusiya və NATO rəsmiləri Bakıdadırlarİlham Əliyev:"Neft-qaz sektorundan asılılığın azaldılması əsas vəzifəmizdir"“İnqilabi addımların atılması üçün 3,9 milyard manat ayrılacaq” - NazirDonald Tusk: Dağlıq-Qarabağ münaqişəsi hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdırPrezident: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdirTanınmış güney azərbaycanlı fəal Abbas Lisani 8 il həbs və 2 il sürgünə məhkum edilibNazir bayrağı baş-ayaq asdı, feyzbukda həmin şəkli tərs paylaşdılar - FOTOVETERANLAR ASKEF TÜRKİYƏNİN TƏŞKİL ETDİYİ TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR-FOTOLAR"TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN" yazısına söz ardı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ