27 Okt 22:06GÜNDƏM / TƏHSİL

MƏŞHUR ŞAİRİMİZ UKRAYNADA FƏXRİ DOKTOR SEÇİLDİ

[right]MƏŞHUR ŞAİRİMİZ UKRAYNADA FƏXRİ DOKTOR SEÇİLDİ
Türkiyənin Çanaqqala Universitetinin professoru, şair Məmməd İsmayıl ədəbiyyat tarixi qarşısındakı xidmətlərinə görə Ukrayna Ali Təhsil Akademiyası və Ukrayna Elm və Mədəniyyət Tarixi İnstitutunun 4 Oktyabır 2017 tarixli qərarıyla bu elm ocaqlarının fəxri doktoru adına layiq görülüb.
Ukrayna Ali Təhsil Akademiyası Ukrayna Elm və Mədəniyyət Tarixi İnstitutunun direktoru Y. L. Mosengikin M.İsmayıla ünvanladığı məktubda deyilir: “Ukrayna Ali Təhsil Akademiyası və Ukrayna Elm və Mədəniyyət Tarixi İnstitutunun rəhbərliyi olaraq sizi Fəxri doktor adını almağınız münasibəti ilə ürəkdən təbrik edirik. Sizin poetik yaradıcılığınız, rus və türk ədəbiyyatları tarixinə aid elmi çalışmalarınız və çoxillik ictimai, siyasi fəaliyyətiniz sözün tam anlamıyla sizə uluslararası şöhrət gətirib. Biz Sizin çoxyönlü fəaliyyətinizi; yaradıcılığınızı, elmi uğurlarınızı Ukraynadakı həmkarlarınıza çattırmaqla qürur duyacağıq”.

Ə. N. Zərdabi
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ