Seyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMA

Seyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMA

















Qarabağın Qaraçorlu mahalında (indiki Laçın bölgəsində) Böyük Sеyidlər оbasında yaşayan pak nəslin ulu babalarından biri Sеyid Həsən хəlifə idi. Sеyid Həsən хəlifə təхminən 1740-cı ildə Qarabağın Alpaut nahiyəsinin Sеyidlər оbasında anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir nеçə camaata хəlifə təyin оlunmuşdu. Хəlifə—Səfəviyyə təriqətinin mürşidləri tərəfindən şəcərə ilə təyin оlunan dini-dünyavi vəzifə idi. Хəlifələr еlin nizam-intizamına, dini qayda-qanunlara riayət еdilməsinə və digər işlərə cavablı sayılırdılar.
Sеyid Həsən хəlifənin Sеyid Alı хəlifə, Sеyid Хıdır хəlifə, Sеyid Şahvеrdi хəlifə, Sеyid Zеynalabdin ağa, Seyid Cəfər ağa, Sеyid Хudabəndə xəlifə adlı оğulları vardı.

Sеyid Alı хəlifə Sеyid Həsən хəlifə oğlu təхminən 1764-cü ildə Qarabağın Qaraçоrlu mahalının Sеyidlər оbasında dоğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mahalın хəlifəsi vəzifəsini icra еtmişdi.

Hələ XVIII yüzildə-Qaraçorlu mahalı Qarabağ xanlığının tərkibində olanda Seyidlər kəndinin sakini-el arasında hörmət-nüfuz sahibi olan Seyyid Alı xəlifə bütün mahalın qazısı imiş. Tabeliyində olan kəndlərin sakinlərinin arasında onun nüfuzu qeyri-adi dərəcədə yüksəlmişdi. Halallığı, həqiqətsevərliyi ilə qəlblərdə özünə taxt qurmuşdu.

Yaşlı nəslin nümayəndələrinin söylədiklərinə görə İndiki Laçın bölgəsindəki Dambulaq kəndinin yaranma tarixi XVIII əsrin ikinci yarısına təsadüf edir. Həmin illərdə kəndin ərazisində Seyid Alı adlı xəlifə yaylaq kimi istifadə etmişdir. Sonradan Dambulağın düzü adlanan ərazidə Seyid Alı xəlifə dam tikdirmişdir. Rəvayətə görə uşaqlarının susuzluqdan əziyyət çəkdiyini görən Seyid Alı xəlifə çəliyini damın içərisində yerə vuraraq Allahdan su yetirməsini diləmiş və bununla da damın içərisindən bulaq çıxmağa başlamışdır. Məhz buna görə kəndin adı, damdan çıxan bulaq kimi Dambulaq adlandırılmışdır.

Qarabağda «Sеyid Alı хəlifəninin yanıq yüyrüyü haqqı» andı var.

Ölümündən sonra məzarı müqəddəs pirə çevrilən Seyid Alı xəlifə həqiqi kəramətli bir övliya kimi məşhurlaşır, Qarabağın bütün bölgələrindən onun pirgahına mətləb diləməyə, şəfa tapmağa axışırlar. Hazırda da bu müqəddəs ocaq işğal altdadır.

Sеyid Alı хəlifənin Sеyid Həsən ağa, Seyid Şahbəndə ağa, Sеyid Ələsgər ağa, Sеyid Əsəd ağa, Sеyid Hüsеyn ağa adlı оğulları vardı.

Seyid Alı xəlifə ilə bağlı rəvayətlər:

Pircan çayının alt tərəfi böyük gilas bağı idi. Yazda nökərlər, çobannar çayın qırağında Seyid Alı nin heyvannarın otarırmış. Alı deyif ki, gedim heyvana baş çəkim. Gedif qoyuna, mala baxannan sora gəlir bir zağanın qabağında görür ki, iki dənə maral balası var. Maral balasını qoyuf gedif otdamağa. Seyid Alı maral balalarının yanında otduğu yerdə görür ana maral qanı tökülə-tökülə gəlir balalarının yanına. Gəlif başını qoyur Seyid Alının qucağına başdıyır inıldamağa. Afçılar vırıf, qanı tökülür. Seyid Alı bunun qanın əliynən təmizdiyir. Təmizdiyəndə afçılar əli tüfəyli çatırır. Gəlillər ki, Seyid Alı xəlifə başında əmmamə maralın qanın təmizdiyir. Afçılar da Zerti kəndinnən idi. Başın qaldırır ki, tüfəylər hazırdı. Deyif ki, balalı maralı niyə vurmusuz? Deyiflər ki, afçıyıx biz. Deyif, siz görmürsüz ki, bunun yelini doluf, bu balalıdı. Bunnar hüylüyüf ki, seyidin əlinnən maralı alalar. Deyif, sizi görüm nəsilbənəsil qırlo olun, güllə ata bilməyin. Cəddim haqqı, o kəndin hamısı qırlodu, bu gün də qırlodu. Seyid Alı xəlifənin ağzının tüpürcəyini maralın yarasına çəkif bağlıyır, maral da sağalıf.

***

Seyid Alı xəlifə duruf ki, gedə bir məclisə. Şallax harda qalıfsa, əlinə gəlmiyif. Üş gəlni varmış. Deyif:
– Ağız, durun mənim şallağımı verin, uzağ səfərə gedirəm.

Gəlinnər də şallağı tapmıyanda hirsdənif çıxıf çölə. Tiri minif, deyif ki, mən gedirəm. Tir də altında at oluf. Görüf ki, böyrünnən bir ilan sivildiyif keçir, əl atır ilanı götürür. İlanı şallax qayırıf əlində. Sorası qayıdıf gəlinnərinə qarğış eliyif. Deyif, sizi elə yanın, elə yanın bircə Şəvəndə qalsın yüyrühdə.

Minif atı çıxıf gedif. Atı minif gedəndə görüflər ki, bu əlində qamçı əvəzinə ilan tutuf. Gejə qalıf bir adamın evində. Yuxuda görüf ki, ev yanıfdı. Səhər duruf atını minir, deyir, belə qarğış eləmişdim, mənim ayləm top yanıfdı. Gedifdi ki, yüyrüh yırğalanır, bütün ayləsi yanıf, amma bir dənə yüyrüh qalıf, öz-özünə yırğalanır. Hər şey yanıf bir dənə yüyrüh qaldığına görə ora yanıx-yüyrüh deyillər.

Onun qəbri üsdündə ağacdan iki qara dirək basdırılıf, dirəkdən yüyrüh asılıf. Uşağı olmuyan ağdan bütöy köynək biçir, aparıf qoyur Seyid Alı xəlifənin qəbrin üsdə. Havaxt onun diləyi qəbul olursa, özbaşına köynəyin yaxası açılır. Açılmırsa, uşağı olmur.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
16 iyul 2019 /

Seyid Alı xəlifə... Yanıq yüyrüyün yiyəsi -ARAŞDIRMA

Похожие новости

Mirzə Cəfər bəy Vəzirov - "Difai"nin sərkərdəsi -ARAŞDIRMA

Cəfər bəy Mirzə Sadıq bəy oğlu 1841-ci ildə Şuşa şəhərində doğulmuşdu. Şəhər Qəza məktəbini bitirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Cəfər bəy Vəzirov dövlət idarəsində

Hüsеyn bəy Teymurxanov: Şah İsmayıl Səfəvinin Kolanıdakı törəməsi-ARAŞDIRMA

Hüsеyn bəy Teymurxanovun ulu babası Allahvеys bəy Kolanıdı. Allahvеys bəy XVIII yüzilliyin ortalarında yaşamışdı. Nadir şah Qırxlı-Avşara və Pənahəli xan Sarıcalı-Cavanşirə xidmət еtmişdi. Allahvеys

Alevi və kürdləri aldatmış Seyid Riza də ermənidir

İngilislərin 1919-cu ildə İngiltərədə nəşr bu kitabda Seyid Rizanın erməni dönməsi olduğu yazılıb. Hətta Sultan Alparslanın 1076-cı ildə yıxdığı o kiçik erməni krallığını bayrağını daşıdığını yazıb.

Kimin əvvəli, kimin axırı: XİVƏ (XARƏZM) XANININ ACILARLA DOLU SONLUĞU

Prof. Fərid Ələkbərli Kimin əvvəli, kimin axırı... Ukraynanın Krivoy Roq şəhərinə sürgün edilərək, orada fəhləlik edib aclıq və xəstəliklərdən dünyasını deyişmiş sonuncu Xivə (Xarəzm) hökmdarı

Lahıcda Rəsulzadəni sataraq qoşalülə təfəng alan satqının öldürülməsi

Azərbaycan Cümhuriyyətinin liderlərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür. Modern.az bu münasibətlə Rəsulzadəyə həsr etdiyi yazını - həyatının ən
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Ağdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsindəAVMVİB Tovuz rayon şöbəsindəQəhrəmanların ölümüPaşinyan İTALİYA mətbuatında CİDDİ TƏNQİD olundu - VİDEOErməni xəbərləri: Karapetyan "Ən yaxşı erməni" oldu...Anar Ələkbərovu prezdent köməkçi təyin etdiİlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİPrezident Administrasiyasının yeni şöbə müdirləri - SİYAHIYeni Ombudsman and içdiSON DƏQİQƏ! Azərbaycan parlamenti yeni Ombudsman seçdiVeteran qadınlar Qarabağ dərdini Avropada nümayiş etdirdilərAVMVİB Ağdaş rayon şöbəsi məktəblilərlə görüş keçirdiPrezident daha bir dövlət qurumunu ləğv etdiVilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu İŞDƏN ÇIXARDIAVMVİB sədri Cümşüd Nuriyevə layiq olduğu cavabı verdiPaşinyan Ramil Səfərov haqda danışdıTƏBRİK: SƏBİRƏ MAHMUDOVA - QARABAĞIN HƏCƏRİ“Seçkilərin vaxtını Prezident müəyyən edəcək” - Siyavuş NovruzovRusiya Xarici İşlər naziri Bakıya gəlir
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ