SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?



Keşikçidağ yüksəkliyi və məbədi ətrafında baş vermiş gürcü təxribatı haqqında müzakirələr səngimək bilmir. Xüsusən də gürcü millətindən olan mülki şəxslərin keşikdə dayanan əsgərlərin əlindən silahılarını alması müzakirələri daha da qızışdırdı. Bu gün haqqı olan və olmayan, başı çıxan və çıxmayan bəzi adamların Sərhəd Qoşunlarını hədəfə gətirməsinin arxasında kimlərin və hansı düşmən maraqlarının dayanması ortadadır. Xüsusən də bu cür təxribatlara sərhədçilərin vətənpərvər bayraq aksiyasından sonra start verilməsi heç də təsadüfən olmadığını gördüyümüzə görə araşdırmalara başladıq. Öncə bildirək ki, nə tarixi, nə inzibati, nə hərbi, nə də coğrafi aspektdə bu absurd gürcü iddiasının heç bir əsası yoxdur.

Xatırladaq ki, iddialara start verənlərdən olan üzdəniraq Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın Müdafiə naziri postunda çalışmış və qovulmuş İrakli Okruaşvili şəxsi facebook profilində dəfələrlə Gürcüstan azərbaycanlılarını təhqir etmişdi. Digər gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməklə eyni bir mərkəzdən idarə olunduqlarını ortaya qoyaraq deşifrə etmişdi. Hər iki deputat erməni əsilli və ermənipərəstdirlər, erməni sifarişlərini yerinə yetirirlər. ABŞ-da "Cavaxetiyaya azadlıq!" adlı marafon keçirən ermənilərə susqun qalan bu cinsi və milliyyəti pozğunlar Azərbaycanı təsadüfən hədəf seçməyiblər. Sadəcə gürcü soyadı ilə pərdələnmişlər. Açıqlamaların ardınca millət vəkilləri, ictimai aktivistlər, din xadimləri bölgəyə axın etdilər. Televiziyalar oradan canlı yayımlara başladılar. Deməli bu xanım prezident kimlərinsə sifarişinə uyğun bu oyuna girişib və Gürcüstan üçün yaxşı heç nə vəd etməyən bu oyundan zamanında geri dönməlidir. Məlum ərtazilərin nə əsrin əvvəllərində, nə Sovet dönəmində Gürcüstana heç bir aidiyyatı olmamışdır və Alban məbədinə sahiblənərək gülüş doğuran iddiaya qalsa, o zaman Tiflisdəki bizə məxsus olan (hələ şəhərin Alp Ər Tunqa tərəfindən salınmasını bir kənara qoyuruq) ərazilərlə birgə bizlərə verilməlidir. Nadir şah tərəfindən 1744-cü ildə inzibati islahat kimi Gürcü knyazlığına birləşdirilən Borçalı dərhal geri qaytarılmalıdır.

Yaxud tarixi aspektdə də aclıq çəkən Gürcüstan tərəfi üçün əsrin əvvəllərində də Azərbaycanın Muğan düzündə yetişdirilən taxıl mühüm faktor idi.

Qida təminatı ilə (xüsusilə də balıq, düyü və taxıl İran vasitəsiylə daşınması) Xəzər marşurutu əsas rol oynayırdı. Buraya gedən yeganə yol isə Azərbaycandan keçirdi. Ermənistandan keçən Tbilisi-Culfa-Mərənd dəmiryolu fəaliyyət göstərmirdi. Azərbaycan, Gürcüstan-İran ticarəti üçün tək nəqliyyat dəhlizi idi.
SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?




Tbilisinin Bakı ilə səmimi münasibətində ən mühüm rolu Gürcüstan əhalisinin yaşayış tələbatı oynayırdı.1918-ci ildə ərazi mübahisələri Gürcüstan və Ermənistan arasında kiçik miqyaslı müharibəyə səbəb olmuşdu. Oxşar ərazi mübahisəsi Azərbaycan və Ermənistan arasında da silahlı qarşıdurma yaratmışdı.

Azərbaycan və Gürcüstan arasında ərazi mübahisələri heç bir döyüşə yol açmamışdı. Əksinə, hər iki tərəf bir-birini strateji müttəfiq kimi görürdü. Çünki hər iki tərəf münaqişə yox, məhz əməkdaşlıq yolu ilə çox şey əldə edə biləcəyini anlayırdı. Əsrin sonunda da strateji əlaqələr eynidir. Boru kəməri, nəqliyyat-daşımaçılıq Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstanın enerji ehtiyaclarını Azərbaycan təmin edir və s.

Biz gürcülərə də çox torpaqlarımızı pay vermişik. Xain kommunistlərin dövründə Azərbaycan Cümhuriyyətinin 1920-ci il işğalından sonra Gürcüstana verilən torpaqların siyahısına diqqət yetirin:

1. Cüyür meşəliyi - 5000 ha (Zaqatala quberniyası) - 1924-cü il
2. Şirək çölü -18000 ha (Zaqatala quberniyası) - 1924 - cü il
3. Eldar düzü -16387 ha (Samux mahalı) - 1929 - cu il
4. Vaşlovan və Buğa - 8376 ha (Gəncə) - 1926 - cı il
5. İorri - 8577 ha (Samux mahalı) - 1926 -cı il
6. Çatma çölü - (Qazax qəzası) - 12890,85 ha - 1926-cı il
7. Aramdərə və Bodbi pay torpaqları (Qazax qəzası) - 1927
8. Keşikçidağ rayonu (Qazax qəzası) - 2884,2 ha - 1929-cu il (AVMVİB sədri F. Rzaquliyevin açıqlamasından).

Coğrafi baxımdan ərazidə yaşayan əhali azərbaycanlılardır və əlavə izahata heç bir ehtiyac qalmır.

hərbi strateji baxımdan Keşikçidağ sadəcə sıradan bir tarix, məbəd kompleksi deyil, həm də strateji əhəmiyyətə malik yüksəklikdir. Oraya sahib olan tərəf, ətraf əraziləri nəzarətdə saxlaya bilər. Yəniı məbəd kompleksinə "sevgi"nin arxasında Azərbaycanın iç ərazilərində strateji üstünlük əldə etməkdən ibarətdir. Gürcülərin, bir çox ərazilərimizə - Qaxa, Balakənə olan iddialarından xəbərdarıq.
SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?




















Bu aspektlərin fonunda bir xətt aydın görünməkdədir. Hələ qərar elan olunan kimi Qərb sərhədlərimizin sərhədçilər tərəfindən mühafizəsi planı başlanar başlanmaz erməni informasiya vasitələri tez-tez Sərhəd Qoşunlarımızdan yazmağa başladılar və yazılarda "элитная подразделения пограничников Aзербайджана" deyimi dönə-dönə təkrarlanması sübut edirdi ki, düşmən bu qruplaşmadan ehtiyyat edir. İkincisi, düşmənin illərcə qurduğu və bəzən içəriyə sızdırdığı bütün kəşfiyyat planları puç oldu. Üçüncüsü və ən başlıcası Azərbaycan Qərb sərhədlərinin bərpasına start verdi.

Həqiqətən də Azərbaycan Sərhəd Qoşunları elit və döyüşkən hərbi hissələrdən ibarətdir. Düşmən bunu deməkdə haqlıdır və bu hərbi hissələrin qurulmasında da Ordu quruculuğunda böyük əməyi olan Ali Baş Komandan cənab İlham Əliyevin və General polkovnik Elçin Quliyevin müstəsna xidmətləri var. Bunu danmaq olmaz. Bu gün içimizdə daim düşmənin təbliğat ruporuna çevrilmiş saytlar və bəzi antimilli mövqeli insanlar eyni bir hədəfə vurmaqdadırlar. Sərhəd Qoşunları və sərhədçilərin vətənpərvərlik aksiyası olan "Bayraq aksiyası"nı hədəfə alanların milli kimliyinə şübhə edirik. Onlar düşmən dəyirmanına su tökdükləri gün kimi aydındır.

Belələrindən birinin adını çəkmək kifayət edər. Azərbaycanda bütün hoqqaların episentrində rol alan Rəhim Qazıyev kanal 13-də açıqlamalar verib: “Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir. O yaxşı komandan olsaydı və özündə zərrə qədər məsuliyyət hiss etsəydi, sərhədlərimizin toxunulmazlığını qoruya bilmədiyinə görə özünü asmalı idi.

Ən azı vicdanı var idisə, Keşikçi dağ hadisəsindən sonra həmin dəqiqə istefa verməli idi. Mən orada dayanan əsgərlərimizdə heç bir günah görmürəm. Bəlkə də o sərhəddə dayanan əsgərlərimizin avtomatlarında heç bir güllə olmayıb və onlara “atma” əmri verilib. Belə etmək olmaz. Bu hadisə Azərbaycan dövlətinə və xalqına qarşı olan təhqirdir”.
SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?



Bu sözləri torpaqlarımızın 20%-nin işğalına bais olmuş Rəhim Qazıyev deyir. Nədənsə erməni tərəfə əlavə güc lazım olan kimi, ya Surət, ya da Rəhim danışır? Sizcə bu təsadüfdürmü? Hətta Köçəryan da dara düşəndə bunların adlarını çəkir. R. Qazıyevin “Elçin Quliyev şortik geyinib, 5 kilometrlik bayrağı sərhəddə asıb şou göstərir" kimi iyrənc açıüqlamasından da aydın görünür ki bu adam, hələ də milli qürur oyadan hər şeyi qaralamaq xislətindən əl çəkməyib. Müharibə veteranları bayraq aksiyasına irad tutanların mili təəssübdən xədim olduqlarını bildirmişdi. R. Qazıyev isə məlumdur ki, hərbçi olmadığına görə, hərbi forma ilə şortiki hələ də seçə bilmir...

Sərhəd Qoşunları öz xüsusiyyətləri olan bir hərbi birləşmədir. Sərhədçinin barmağı hər an tətikdədir. DSX rəisi general Elçin Quliyevin rəhbərliyi altında, sərhədçilərimiz tərəfindən Zaqatala-Balakən zonasında Hacı Maqamedovun separatçı dəstəsi zərərsizləşdirəndə bu adamlar susurdular. Qusarda fərqli terror qrupları, cənub sərhədlərimizdən keçməyə cəhd edən radikallar zərərsizləşdirilərkən də susdular. Xəzər dənizində Türkmənistana məxsus hərbi gəmilərin neft-qaz yataqlarında lövbərlənməsinə müdaxilə ediləndə də susdular. Gürcüstanın dəfələrlə sərhədin müxtəlif ərazilərində təxribatlarının qarşısı alınanda da, ermənilərin atəş nöqtələri susdurulanda da səsləri çıxmadı...
SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?















Keşikçidağ məsələsi də yoluna qoyulacağına əminik. Hər halda ölkə prezidenti İlham Əliyev hakimiyyətdə olduğu dövrdə düşməndən yalnız ərazi azad edib və bir qarış da torpağın işğalına yol verməyib. Ona görə də ilkin olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmriylə və general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə aparılmış işlər sayəsində Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib: “Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

Hələlik bu qədər, düşünürük ki, yetrərlidir. Bir də peyğəmbərimizin bir kəlamını xatırladırıq ki, bir gün Vətənin sərhəddində durmaq 40 il ibadətə bərabərdir.
Bəs bu məqamda duranlara böhtan atmağın cəzası nədir?

Fedai.az Araşdırmalar Qrupu
AVMVİB Mətbuat Xidməti
SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?
19 iyul 2019 /

SƏRHƏD QOŞUNLARINI VƏ KOMANDANI KİMLƏR HƏDƏFƏ ALIB?

Похожие новости

Keşikçidağda baş verənlərlə bağlı araşdırma başladılıb - Gürcüstanda

“Ümid edirik ki, Azərbaycanlı həmkarlarımızla birgə dövlət sərhədinin delimitasiya prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq başa çatdırılacaq”. Bu barədə Azərbaycan

Gürcüstan səfiri Azərbaycan XİN-ə çağırılıb

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya olunmamış hissəsində yerləşən David Qareci monastır kompleksi ətrafında yerli sakinlər və Azərbaycan sərhədçiləri arasında növbəti insident baş verib.

AVMVİB sədri F. Rzaquliyev: "Biz Qarabağı azad etməyə məhkumuq!"

Erməni saytı "Наша Армения" saytı ermənistanın müdafiə naziri David Tonoyanın hay həyasızlığı ilə Başkənd sevdasına düşməəsinə aid bir yazı yayınlayıb. Yazıda deyilir: "Rusiya-Azərbaycan hərbi

GÜRCÜSTANIN ƏSASSIZ ƏRAZİ İDDİALARI

Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın

1918 - Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili

1918-ci il Qafqazda mübahisəli ərazilər və silahlı toqquşmalar ili olub. Həm gürcülər, həm də ermənilər Lori rayonunun Borçalı uyezdinə iddia edirdilər. Bu ərazi mübahisəsi 1918-ci ilin dekabrında
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Pensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldıBu işçilərin maaşları artırıldıAzərbaycanda itkin düşən uşaqların sayı artıbBU ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıbTƏBRİK: ALLAHVERDİ DƏRD - 65Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıbBAYRAĞIMIZA TƏRS BAXANLAR... NİYƏ ONLAR CƏZALANDIRILMIR?Ermənistan KİV-ləri Paşinyan sərsəmləmələrini şübhə altına aldıQARABAĞA NÜMAYƏNDƏ GÖNDƏRƏN ÖLKƏLƏRİN S İ Y A H I S I...Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- FOTOZELENSKİ TÜRKİYƏDƏErmənilərin mənşəyi haqqındaRəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə sərt reaksiya"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...Tural Gəncəliyev: "Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib"AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdıXANKƏNDİNDƏKİ MİTİNQDƏ ETİRAZLARBakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ARAŞDIRMATƏBRİK: TOĞRUL MUSAYEV - 30Paşinyan Qarabağda "at oynadır", bizimkilər isə qarğış tökür: "Paşinyan qələt edir nəsli-kökü ilə""Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO80 İLDƏN SONRA YER ÜZÜNDƏ İNSANLARIN SAYI DAHA ARTMAYACAQ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ