XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığında

XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığında



Azərbaycanın şimal torpaqlarının Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra bu diyarda çarizmin yeritdiyi müstəmləkəçi hərbi-siyasi və sosial-iqtisadi siyasət və bununla bağlı digər məsələlər Azərbaycanda istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində müəyyən qədər araşdırılsa da, göstərilən mövzu, bütövlükdə, XIX-XX əsrin əvvəlləri kimi böyük xronoloji dövrün kompleks halında öyrənilməsi baxımından hələ də xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Hərbi irsin öyrənilməsinin metodoloji, elmi-praktiki, mənəvi-tərbiyəvi əhəmiyyəti vardır.

Çar Rusiyasının tərkibində olduğu vaxt Azərbaycanda hərb işinin yeni bir mərhələ başlamışdır. Bu dövrün səciyyəvi cəhəti ondan ibarət idi ki, Çar Rusiyasının tərkibində olarkən azərbaycanlılar hərb işinə cəlb edilmirdilər. Bunun əsas səbəblərindən biri o idi ki, Çar Rusiyası bu rejimin işğalına qarşı qətiyyətli mübarizə aparmış Azərbaycan xalqının övladlarına etibar etmirdi və əmin deyildi ki, azərbaycanlılara paylanmış silahlar rejimin özünə qarşı çevrilməyəcəkdir. Rusiya işğalına qarşı belə bir barışmaz mövqe əhali arasında kifayət qədər güclü idi. Bununla belə, artıq o dövrdə yetişməkdə olan azərbaycanlı ictimai-maarifpərvər xadimlər Azərbaycan xalqının hərb işindən yadırğadılmasının xalq üçün ziyanlı tərəflərini də görür və narahatlıq hissi keçirirdilər. Ona görə də azərbaycanlıların da hərb işinə cəlb edilməsi dövrün azərbaycanlı əsilzadələri çox düşündürürdü.

Qeyd edək ki, XIX əsrdə azərbaycanlıların hərb işinə cəlb edilməsi, onlardan ayrı-ayrı alaylar təşkil edilməsi halları da mövcud idi. Həmin alayların iştirak etdikləri müharibələrdə xüsusi şücaət göstərmələri haqqında da müfəssəl mənbə məlumatları mövcuddur. Lakin bütünlükdə XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində azərbaycanlıların Rusiya ordusunda xidmətə cəlb edilməsi daha çox istisna xarakteri daşıyırdı. Azərbaycanlılardan formalaşdırılan alaylar daha çox xüsusi hallarda, müharibə dövründə istifadə edilirdi. Azərbaycanlı əhali arasında xidmətə cəlb edilmə xristian əhali arasında olduğu kimi daimi deyildi.

2018-ci ildə Moskvada Eldar İsmayılovun "Azərbaycanlılar rusiyalı imperatorları konvoyunda" monoqrafiyası nəşr edilib. XIX əsrdə Azərbaycan hərb işinin inkişafını izləmək baxımından bu əsər çox sanballı monoqrafiyadır. Bu əsərdə Azərbaycan tarixinin tərkib hissəsi olan milli hərb tarixinin müxtəlif dövrlərində öz fəaliyyəti ilə seçilmiş hərbi xadimlərimizin bir çoxu haqqında ətraflı məlumat vardır. Eldar İsmayılov xidmətləri və hünərləri ilə adlarını tarixə yazmış bir sıra layiqli hərbçiləri, onların hərbi və ictimai fəaliyyətini, xeyirxah əməllərini lazımınca tədqiq etmişdir.

Mən Eldar İsmayılovu şəxsən tanıyıram. Onun faktlara necə məsuliyyətli yanaşmağını dəfələrlə görmüşəm. Onun üçün "lazımsız fakt" anlayışı yoxdur. Əsərdə təqdim edilən bütün sənədlər və faktlar müvafiq şərh və izahlarla müşayiət olunur.

Əsər Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq örnəkləri sərgiləyib, general rütbələri alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir.

Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, çar üsul-idarəsi dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir.

Monoqrafiya imperator həzrətlərinin bölmələrindən birinin - 1839-cu ildə formalaşmış və 1856-cı ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunun 4-cü taqımına (müsəlman) yenidən formalaşdırılmış konvoyun (müsəlmanların komandası) tarixi, ənənələri, dislokasiyası, seçim prinsipləri və şəxsi heyətindən bəhs edir.

1881-ci ildə Leyb-Qvardiyası Qafqaz eskadronu ləğv edilənə qədər 42 il boyunca rus qvardiyasının bu bölməsində azərbaycanlılar xidmət keçib.

Kitabın mühüm hissəsini zabitlər haqda bioqrafik oçerklər, komandada xidmət keçən aşağı rütbəlilər, həmçinin müsəlmanların taqımına dair bilgi yer alıb. Bu bölmələrdən rus ordusunun zabitləri sırasına 200-dən çox aşağı rütbəli zabit göndərilib.

Yeni tarixi kitabda 100-ə yaxın unikal illüstrasiya təqdim edilib. Bunlar Rusiya və Azərbaycanın arxiv və muzeylərində aşkar edilib. Onların çoxu ilk dəfə dərc edilir.

Kitab "Qədim Seyxhauz"un kitabxanası" tarixi seriyası silsiləsindən dərc edilib. Tirajı 1000 nüsxədir. Rus dilində qələmə alınıb.

Eldar İsmayılov öz nümunəsi ilə göstərir ki, bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır.

Hərbi şəxsiyyətlərin həyatı, hərbi və ictimai fəaliyyətinin araşdırılması müharibə şəraitində yaşayan gənc nəslin hərbi vətənpərvərlik, Vətənə sədaqət ruhunda tərbiyə olunmasında, həmçinin qəhrəmanlıq tariximizin tədqiqi baxımından da böyük maraq kəsb edir.

Ənvər Çingizoğlu
20 iyul 2019 /

XIX əsr Azərbaycan hərb işi obyektiv mühakimə işığında

Похожие новости

XƏCALƏT GÜNÜMÜZ - BOLŞEVİKLƏRİN 27 APREL İŞĞAL GÜNÜ

Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 99-cU ildönümü tamam olur. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil

HƏRB YÖNƏMLİ QHT-LƏRDƏN F. ABBASOVA DƏSTƏK

Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsinin təşkil edilməsi xaricdə Azərbaycanın imicinin qalxması baxımından çox önəmlidir. Azərbaycan Respublikası

DTX xarici xüsusi xidmət orqanlarına işləyənləri həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam

DTX TƏQDİRƏLAYİQ ADDIM ATDI: Ermənilərlə bağlı arxivlər açılır

Moderator. az-ın yaydığı xəbərə görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb. DTX öz arxivlərində saxlanılan sənədli

Serbiya, Monteneqro və Bosniya və Herseqovinada soyqırımın 100-cü ildönümü ilə bağlı tədbirləri keçirilib

2018-ci il 31 mart tarixində azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib. Tədbirdə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Pensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldıBu işçilərin maaşları artırıldıAzərbaycanda itkin düşən uşaqların sayı artıbBU ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıbTƏBRİK: ALLAHVERDİ DƏRD - 65Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıbBAYRAĞIMIZA TƏRS BAXANLAR... NİYƏ ONLAR CƏZALANDIRILMIR?Ermənistan KİV-ləri Paşinyan sərsəmləmələrini şübhə altına aldıQARABAĞA NÜMAYƏNDƏ GÖNDƏRƏN ÖLKƏLƏRİN S İ Y A H I S I...Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- FOTOZELENSKİ TÜRKİYƏDƏErmənilərin mənşəyi haqqındaRəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə sərt reaksiya"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...Tural Gəncəliyev: "Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib"AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdıXANKƏNDİNDƏKİ MİTİNQDƏ ETİRAZLARBakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ARAŞDIRMATƏBRİK: TOĞRUL MUSAYEV - 30Paşinyan Qarabağda "at oynadır", bizimkilər isə qarğış tökür: "Paşinyan qələt edir nəsli-kökü ilə""Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO80 İLDƏN SONRA YER ÜZÜNDƏ İNSANLARIN SAYI DAHA ARTMAYACAQ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ