AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.

AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.



Redaksiyadan: Müharibə veteranlarının sağlıq problemləri günbəgün artmaqdadır. AVMVİB veteran təşkilatı kimi bu problemləri araşdırıb yekunlaşdırmaq üzrədir. Konkret təkliflər paketiylə aidiyyatlı orqanlara müraciət etməyi planlaşdırırıq. Amma yekun olaraq bildiririk ki, ölkədə ən baxımsız toplum elə müharibə veteranlarının olması barədə illərdir yazırıq. Heç olmasa özümüz bir-birimizə əl uzadaq. Hamımız birgə güclüyük və hamı hər kəs üçün!

Bu sayımızdan etibarən xəstəlikdən əziyyət çəkən müharibə veteranları haqqında sosial şəbəkələrdə yayılmış məlumatları döyüşçü qardaşlarımızın diqqətinə çatdırmağa çalışacağıq. Bu yolda daim irəliləyən veteranlar Filman Bədəlova və İbrahim Məsimoğluna AVMVİB adından minnətdarlığımızı bildiririk. Həqiqətən də səngər xəstəliklərindən əziyyət çəkən müharibə veteranlarına diqqət artırılmalıdır. Vətən uğrunda savaşlara qatılmış müharibə veteranı Pyotr Kuvşinov haqqında yazılmış video kadrları,yazı və müsahibəni diqqətinizə çatdırırıq...

***
AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.



...Torpağın dəyişməz təbiəti insanlığa yaxşı bəllidir. Hər əkilən gül öz vədəsində solur. İnsan qəlbində əkilən güllər isə heç vaxt solmur. Doğma yurd savaşı veteranları üçün həmin qəbildən olan güllər əziz və unudulmaz səngər dostlarıdır. Onlar müqəddəs bir dünyanın sahibi və əvəzedilməz könül dayaqlarıdır. Bu gün cəsur səngər qardaşım Pyotr Kuvşinovdan söz açmaq istəyirəm.

Pyotr canı və qanı ilə Azərbaycanımıza bağlanmış qeyrətli Bakı rusudur. Əksər hallarda onu “azərbaycanlı Pyotr” deyə səsləyirəm. Bu, səbəbsiz deyil. Pyotr məmləkətimizin adi vətəndaşı sayılmır. Uzun illər Qırmızıbayraqlı Xəzər Donanmasının idman klubunda su polosu ilə məşğul olan Pyotr “KKF”in heyətində çempion olmuşdur. SSRİ Silahlı Qüvvələrinin kubok sahibi kimi dəfələrlə ölkə çempionatında yüksək yerlər tutmuşdur. SSRİ xalqlarının spartakiadasında xüsusi fəallıq göstərmiş və idman sahəsində əldə etdiyi yüksək müvəffəqiyyətlərə görə Azərbaycan rəhbərliyinin diqqətindən heç vaxt kənarda qalmamışdır. Daim ehtiram mərkəzi olaraq Azərbaycan məmləkətinin şərəfini uca tutmasına görə hamı tərəfindən səmimi bir şəkildə sevilmişdir.

Gizir Pyotr Kuvşinov 1992-ci ilin avqust ayından etibarən könüllü olaraq erməni işğalçılarına qarşı döyüşlərə atılmışdır. Milli hərb tariximizdə tanınmış 1-ci taborun igidlərindən biridir. Döyüşlərdə əyilməz döyüşçü xarakteri ilə seçilən bu gizirə briqadamızın fədakar komissarı İntiqam Mirzəyev tərəfindən “Polad” ləqəbi verilmişdi. Səngər tariximizdə onunla bağlı yazımdan çox maraqlı bir sitat gətirmək istəyirəm:
“...Mən Azərbaycan ordusunun könüllü döyüşçüsüyəm. Öz Vətənimin azadlığı uğrunda vuruşuram.

- Bunu necə başa düşək? Axı sən russan!

- 1957-ci ildə Bakı şəhərində doğulmuşam. Atam Anatoli, anam İvetta da bakılıdır. Dədə-babamız bu torpağın çörəyini yeyib, biz də. Demək, onu müdafiə etməyə borcluyuq.
AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.



- Səngər ömrü səni bezikdirmir?

- Bezikdirsə də, torpağımız düşməndən təmizlənənədək hər cür əzab-əziyyətə dözməliyik.

- Sən qorxmursan ki, döyüşməyin barədə qəzetdə yazaram, bütün Rusiya səndən xəbər tutar?!

- Mən bu barədə fikirləşmirəm. Qətiyyətlə bildirirəm: mən Azərbaycan rusuyam və öz ana yurdumu müdafiə etməyi özümə şərəf hesab edirəm”.

Bu dialoq 1994-cü ilin ilk günlərində Murovdağda uğurlu döyüşlərimiz gedən zaman “İzvestiya” qəzetinin müxbiri ilə “N” bölüyünün texniki, gizir Pyotr Kuvşinov arasında olub. Yaxşı xatırlayıram: qaşınmayan yerdən qan çıxartmağa, milli ədavəti qızışdırmağa həvəsli olan Rusiya müxbiri azərbaycanlı rusun dönməz və mətin mənəviyyatı qarşısında necə aciz göründü. Təəssüf ki, bu söhbət barədə “İzvestiya”nın nə cür yazı verdiyini izləyə bilmədim. Lakin mənim gözümdə Pyotr dağ kimi əzəmətləşdi.

... Murovdağda düşmənin ən güclü postları ayazlı-şaxtalı bir günün içində məhv edilmişdi. Yüksək döyüş əzmi, qələbəlik ruhu yaranmışdı. Axşamçağı idi. Yorğun döyüşçülər bir-birinə söykənib yuxulayırdılar. Səhər düşmən üzərinə hərtərəfli həmlə etmək planı hazırlanırdı. Pyotrun yuxusu gəlmirdi. Fikirli-fikirli siqaret çəkirdi. Gözlənilmədən sağ cinahdan bir güllə səsi gəldi. Axşamın əndişəli sakitliyində bu qəfil səs yaman əks-səda verdi. Pyotr ani olaraq hiss etdi ki, ayağına nəsə dəydi. Əyilib çəkməsinin iplərini açdı. Ağrını duydu. Gördü ki, güllə ayağını zədələyib. Amma bilmədi ki, bu “ağılsız” güllə istiqamətini hara dəyişib. Bərdəli Musa Vəliyevin ağrılı-ağrılı ufuldadığını görən Pyotr ayağını unudub özünü Musanın üstünə atdı:
AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.



- Musa, nə oldu? Hara dəydi? Cavab ver!

Lakin Pyotrun ayağına dəyib istiqamətini dəyişən güllə Musanın həyatına son qoymuşdu. Pyotrun ürəyini parçalayan da hadisənin bu yolla baş verməsi idi.

- Kaş güllə mənim ayağımı dağıdaydı, amma bölüyümüzün pəhləvanı Musaya heç nə olmayaydı!.. – Pyotrun gözləri doldu.

Pyotr Musaya yaxşı bələd idi. O, gülləyə baş əyən oğul deyildi. Ona görə ayağından qan axsa da, döyüşçü yoldaşını aparmağı öz üzərinə götürdü. Göz yaşını silə-silə, ayağını çəkə-çəkə qabağa durdu. Axsadığını görən əsgərlər onunla razı olmadılar...

1992-ci il avqustun 25-dən – cəbhəyə gəldiyi gündən Vətənə sədaqətlə xidmət edən bizim Pyotr belə Pyotrdur. Cəsur döyüşçü kimi biz onunla həmişə fəxr duyuruq.

Cəsur gizirimiz Pyotr Kuvşinov Azərbaycan Ordusunun ilk təməl daşını qoyan motoatıcı briqadanın tərkibində Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Ağdam, Tərtər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Erməni dığalarına divan tutulan uğurlu hərbi əməliyyatlarda öz fədakar əməlləri ilə fərqlənmiş və iki dəfə ağır yaralanmışdır. Onurğa nayihəsindən aldığı ağır qəlpə yaralarına görə üç ay müalicə olunduqdan sonra yenə cəbhəyə qayıtmışdır.

1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından tərxis olunan səngər qardaşımız yenə öz sevimli idman həyatına qayıtmışdır. Mətin müharibə əlili olaraq hazırda Bakı Ali Neft Məktəbində bədən tərbiyəsi kafedrasının baş müəllimi vəzifəsini də şərəflə daşıyır. Su polosu üzrə idman ustası olduğuna görə 2017-ci ilin İslam oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilmiş və layiqli nəticələr qazanmışdır.

Bu gün cəsur azərbaycanlı Pyotr barədə söz açmağımız onun ağır xəstəliyi ilə bağlıdır. İndi müqəddəs qazi ailəsi həyəcanlı günlər yaşayır. Onun bağırsağında xərçəng xəstəliyi yaranmışdır. Mərkəzi Neftçilər Xəstəxanasında bir dəfə əməliyyat olunsa da, hələ xəstəliyə tam son qoyulmamışdır. Xarici ölkədə müalicə olunmasına ehtiyac yaranmışdır. Amma maliyyə problemi ucbatından qazi ailəsi əlacsız bir durumdadır. Vətəncanlı igidimiz Pyotrun telefon nömrəsini açıqlayaraq xalqımızın imkanlı və xeyirxah insanlarını ona maddi kömək göstərməyə səsləyirəm:

055 496 23 35; 050 992 07 79

Azərbaycanlı Pyotr bizim fəxrimizdir, onu itirə bilmərik! Ulu Tanrımız səngər qardaşımıza daim yar və yardımçı olsun!

İbrahim MƏSİMOĞLU
hərbi yazıçı-jurnalist, müharibə veteranı
/Asiya.info/
AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.

20 iyul 2019 /

AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.

Похожие новости

I PYOTRUN «ERMƏNİ BUFER ZONASI PLANI»

I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi. I Pyotra ermənilərin

KÖMƏK EDİN: Hərbçimizin köməyə ehtiyacı var

Sosial şəbəkələrdə yayılmış bir müraciəti oxuyun və bu gün hər birimiz onun yanında olmağa borcluyuq. Keçmiş döyüşçülərə ağır xəstəlikdən əziyyət çəkən polkovnik-leytenant Elyaz Mirzəyevin

HEÇ KİM UNUDULMUR: QARAÇI DÖYÜŞÇÜ - BƏYZADƏ MƏMMƏDOV

REDAKSİYADAN: AVMVİB Ağdaş rayon şöbəsinin sədri, təşkilatçılığı ilə seçilən İlham Beydullayevin məsləhətiylə müharibə veteranı, bacarıqlı qələm sahibi, qaraçı xalqının nümayəndəsi Habil Cəfərovu

İlham Əliyev Pyotr Poroşenko ilə görüşdü

Noyabrın 23-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Pyotr Poroşenkonun görüşü olub. Yenicag.az xəbər verir ki, dövlət başçısı Ukrayna prezidenti Pyotr Poroşenkonun

"BAĞIŞLAYIN, SİZ ALLAH, ÖLƏ BİLMƏDİK"...

Veteranların problemləriylə bağlı xeyli söhbətləşdik. Müsahibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müavini Vahid Abdurəhmanovdur... E. S. - Veteranlardan
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Pensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldıBu işçilərin maaşları artırıldıAzərbaycanda itkin düşən uşaqların sayı artıbBU ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıbTƏBRİK: ALLAHVERDİ DƏRD - 65Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıbBAYRAĞIMIZA TƏRS BAXANLAR... NİYƏ ONLAR CƏZALANDIRILMIR?Ermənistan KİV-ləri Paşinyan sərsəmləmələrini şübhə altına aldıQARABAĞA NÜMAYƏNDƏ GÖNDƏRƏN ÖLKƏLƏRİN S İ Y A H I S I...Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- FOTOZELENSKİ TÜRKİYƏDƏErmənilərin mənşəyi haqqındaRəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə sərt reaksiya"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...Tural Gəncəliyev: "Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib"AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdıXANKƏNDİNDƏKİ MİTİNQDƏ ETİRAZLARBakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ARAŞDIRMATƏBRİK: TOĞRUL MUSAYEV - 30Paşinyan Qarabağda "at oynadır", bizimkilər isə qarğış tökür: "Paşinyan qələt edir nəsli-kökü ilə""Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO80 İLDƏN SONRA YER ÜZÜNDƏ İNSANLARIN SAYI DAHA ARTMAYACAQ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ