Hüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMA

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMA

































Hüseynpaşa xan Qarabağda, Şuşada məşhur olan rüstəmbəyovlar soyuna mənsubdur. Babaları Kəbirli elinin Əfətli obasından çıxmışdılar. Keçən yazımızda babası Hacı Kazım xan haqqında məlumat verdiyimizdən artıq cəhdə lüzum görmürük.

Hüseynpaşa xan Məhəmmədsadıq xan oğlu Bahaduri 1855-ci ildə Qaradağ vilayətinin Şərqi Dizmar mahalının Mərdannaqim kəndində anadan olmuşdu.
Hüseynpaşa xan mükəmməl təhsil almışdı. Təbrizə yollanıb vəliəhd Müzəffərəddin mirzəyə xidmət etmişdi. 1884-cü ildə yüzbaşı, 1886-cı ildə qullarağasıbaşı, 1891-ci ildə acudanbaşı rütbəsinə, 1892-ci ildə Əmir Bahaduri-Cəng ləqəbinə layiq görülmüşdü. (Mehdi Bamdad, Şərhe hale recale İran, I cild, Tehran, s. 384) Müzəffərəddin şah 1896-cı ildə Nizamüssəltənə Abdulla xan Qacar keşikçibaşının yerinə onu təyin etdi. Şah qvardiyasının rəisi oldu.

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1903-cü ildə sərdar rütbəsinə layiq görüldü. 1905-ci ildə Mirzə Mahmud xan Həkimülülmülk yerinə saray naziri təyin edildi. O, İran ordusunun komandanı kimi Kirman, İsfahan və Fars əyalətlərində reyd keçirmişdi.

1906-cı ildə kütlənin bir qurupu bir sıra dini alimlər və tacirlər ilə yanaşı Şah Əbdüləzim türbəsinə sığınıb və Əbdülməcid mirzə Eynüddövlənin Sədrəzəmin işdən kənar edilməsini tələb etdilər. Şah sığınanları şəhərə qaytarmaq məqsədilə 200 əsgəri Hüseynpaşa xan sərkərdəliyi ilə Şahəbdüləzimə göndərdi, Lakin onun səyi nəticə vermədi. (Nazimülislam Kirmani, Tarixi bidarani İran, I bölmə, II cild, s. 340, 347, 348; Braun, s. 114.)Türbəyə sığınanların ittihadı çoxalmaqla onlar İran gömrüyünün Belçikalı müdiri Misyö Nousun işdən azad edilməsini və ədalətxananın təşkil edilməsini tələb etmişlər. (Braun, s. 115-116; Kəsrəvi, h. Ş.1363, s. 67) Müzəffərəddin şah Hüseynpaşa xana çox etibar edirdi. Elə buna görə o sarayın nüfuzlu adamlarından oldu və bu yol ilə çoxlu sərvət qazanmışdı. O, şahı Avropa səfərlərində müşaiyət etmişdi. (Çerçil, s. 37)

Məhəmmədəli şah səltənətinin ilk dönəmlərində (1324-1327) Hüseynpaşa xanla çox da şaha yaxın deyildi, lakin tezliklə hər ikisi Məşrutə ilə müxalif olduğuna görə bir-birinə yaxınlaşmış və yenə də Hüseynpaşa xan keşikçibaşı təyin olunmuşdu. Hüseynpaşa xan hicri şəmsi 1326-ci ildə Milli məclis önundə Məşrutənin himayəsində and içsə də, məşrutəçilər onu Məhəmmədəli şahın tərəfdarı bilirdilər. (Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 195-199.)Bu ilin əvvəllərində, Hüseynpaşa xan Səltənət sarayının ətrafında yerləşən Silaxur ordusunun sərkərdəsi olmuşdu. Məhəmmədəli şah bu orduya çox arxayın idi və özünə tərəfdar olan qoşundan yalnız onu bilirdi. (Müğisəssəltənə, s. 194-195) 1326-ci il Rəbiüssani ayında Tehran keçirilən etirazda məşrutəçilər Hüseynpaşa xanın işdən azad olmasın şahdan tələb etmişlər və şah isə məcburi halda bu tələbi qəbul etmişdir. Bu zaman şahla bərabər məşrutəçilərin əleyhinə gizli sui-qəsd olan Hüseynpaşa xan Zərgəndədə yerləşən Rusiya səfirliyinə sığındı.

Cümadiəl-ula ayının 15-də, Hüseynpaşa xan şahın topxanasına başçı təyin edilmişdi. Bu qərardan öncə Qutbeyg elinin əsgərlərinin bir qurupu Tehrana dəvət olmuş və bir sıra quldurlar ilə yanaşı Bağişahda yerləşmişdilər. (Yenə orda, s. 223-224; Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 136, 151) Məhəmmədəli şahın iqamətgahına çevrilən Bağişah bir neçə müddətdən öncə Qızıl briqada və əks-məşrutə qüvvələrin yiğinaq yerinə dönmüşdü. 1326-ci il Cümadi əl-ulanın 23-cü günündən sonra, Hüseynpaşa xan ordunun komandanı olmuş, Mirzə Əhməd xan Müşirüssəltənənin IV və V kabinetdə Müdafiə naziri təyin etmişdir. (Nazimülislam Kirmani, II bölüm, IV cild, s. 167, Kəsrəvi, 1363 h.ş. s. 623; I cild, s. 385) Hüseynpaşa xan Məşrutə ilə müxalifətlərin ən güclü olan bu dövrlərdə güclü və nüfuzlu adamlardan sayılırdı və şaha o qədər nüfuzu vardı ki, ona “İranın diktatoru” ləqəbini vermişdilər. (Britaniya Xarici işlər nazirliyi, Sənədlər toplusu, I cild, s.289-290) Bir ildən sonra Rusiya və Britaniya səfirliklərinin təzyiqi ilə şah məcburi şəkildə Hüseynpaşa xanı vəzifədən azad etmişdi. (Yenə orda, I cild, s. 328; Nazimülislam Kirmani, II bölmə, V cild, s. 404) Lakin o sarayda öz hüzurunu davam etmişdi. Məşrutəçilər qələbə çalandan bir az öncə, Hüseynpaşa xan çox səy etsə də, Ətəbatda (Nəcəf, Kərbəla) məskunlaşma icazəsini əldə edə bilmədi. O, məşrutəçilər tərəfindən Tehran fəth olandan sonra, 1327-ci ilin Cümadi əl-axirə ayının 27-də Məhəmmədəli şahla bərabər Zərəgəndiyə gedərək Rusiya və Britaniyanın himayəsi altında oldu. (Nazimülislam Kirmani, II bölmə, V cild, s. 437, 494, 500)

Hüseynpaşa xan məşrutəçilərə qarşı kobud mövqedə olduğuna görə inqilabçılar tərəfindən bağışlanmadı və şahla bərabər sürgün olundu. O, bir müddət Odessada Məhəmmədəli şahın yanında yaşamışdı və 1329-cu il şaha tac-taxtını bərpa etməyə yardımçı oldu. O, bir müddətdən sonra Məhəmmədəli şahdan uzaqlaşdı və Parisə, sonra da Vyanaya getdi. (Kəsrəvi, 1355 h.ş. s. 172, Braun, s. 447, 450, Ic, s. 385-386)

Hüseynpaşa xan nəhayət neçə ildən sonra inqilabçılardan can təminatı istəyərək Tehrana qayıtdı və 1366-ci ildə həyatını dəyişdi. (Bamdad, I cild, s. 386)

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng 1917-ci ildə vəfat edib.

O, məşrutəçilərə qarşı bir kobud adam kimi tanınsa da, çox sadə və elmə, ədəbə maraq göstərən şəxsiyyət idi. (Şərif Kaşani, I cild, s. 275; Dövlətabadi, I cild, s. 151; Nazimülislam Kirmani, II bölmə, V cild, s. 287; Kəsrəvi, 1363 h.ş. s. 27; Tacüssəltənə, s. 94; Mustovfi, II cild, s. 138) Hüseynpaşa xan Firdovsinin "Şahnamə"sinə çox maraq göstərərdi və onun bəzi hissələrini əzbər bilirdi və xüsüsi məclislərdə onun bəzi qismətlərin nümayişə qoyardı. (Rüşdiyyə, s.139; Bozorgomid, s. 130-131; Bamdad, qabaqki refrensdə) O, Firdovsinin "Şahnamə"sindən bir dəfə çapa təqdim etdi ki, onun ləqəbinə aid olaraq "Əmir Bahaduri Şahnamə"si adlandırıldı. (Rüşdiyyə, s. 140; Bamdad, qabaqkı refrens) Həmçinin, saray naziri olan zaman, Şiə hədisilərinin etibarlı qaynaqlarında sayılan Məhəmməd ibni Həsən Hürri Amilinin "Vəsailüşşiə" kitabının 3 ciliddə çapını öhdəsinə götürmüşdü. (Müşar, Sütuni 989; Ağa Büzürg Tehrani, IV cild, s. 3542- 354)

H. ş. 1346-ci il, dövlət onun Tehranın Əmiriyyə xiyabanı (günümüzdə Vəliyyiəsr ) də yerləşən və Bahadüriyyə adı ilə tanınan evinin qalmış hissəsini almış və “Milli abidələr əncüməni”nin (indiki adı: Milli əsərlər və qəhrəmanlar əncüməni) ixtiyarında qoymuşdur. (Mustovfi, I cild, s. 451)

Məmmədəmin Rəsulzadə Hüseynpaşa xan Əmir Bahaduri-Cəng haqqında yazır:
"Hüseynpaşa xan, bu "cəng bahaduru" öz cəngavərliyini xalqa və demokratiyaya göstərdi. Məclisi topa tutdu. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə 1905-ci ilin dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdüləzim" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadur bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə güc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.

Yeni məclis yarananda Hüseynpaşa xan məclisi hərbi nazirliyinin tabeliyinə verilməsini tələb etdi. Ondan məclisin sədri məsələsini soruşanda qılıncını göstərib demişdi: "Sizin gələcək məclisinizin başçısı bu olacaq". 1909-cu ildə Məhəmmədəli şah devriləndə, təcili çıxarılması vacib olan iki nazirdən biri o idi.

Son zamanlar Tehranın vəziyyəti bu kibi niyətlər, xülyalar bəsləməgə görünüyor ki, olduqca müsaiddir. Bunun böylə olmasına Məhəmmədəli şahın ən sadiq yavrularından sabiq hərbiyyə vəziri Əmir Bahadırın Tehrana gəlmiş olduğudur. Əmir Bahadır o məşhur Əmir Bahadır cəngdir ki, məşrutiyyət əleyhinə gördügü İqdamatda Məhəmmədəli şahın “əcinnə”lərindən biri, həm də birincisi idi.

Əmir Bahadır 1909-cu ildə Tehranın məşrutiyyətpərəstlər tərəfindən alınmasından sonrasının yaylağı olan Zərkəndə sarayında bəstdə əyləşib, sonra inqilab hökuməti tərəfindən İran xaricinə sürgünə göndərilmişdi. Əmir Bahadır son zamanlara qədər Vyanada olub, restorançılıq edirdi. 1911-ci ildə Məhəmmədəli şahın Mazandarana keçib də orada təkrar bir hərəkəti-irticaiyyə başladığı zamanlar, hər kəs Əmir Bahadır cəngin də İrana gəlməsinə müntəzir ikən, Əmir “ağır oturub batman gəlmişdi”. Hətta, hər kəscə qaba, siyasətdən anlamaz, idrakdan məhrum, bütün məziyyəti yalnız “Şahnamə”yi əzbər oxumaqdan ibarət bilinmiş ikən, bu “restorançı vəzir”, o zaman böyük bir zəkavati-siyasiyyə göstərmiş, (məşhurdur) şah tərəfindən İrana getmək üçün kəndisinə vaqe olan təklifə “bu səfərdən faidə görməzsən” demişdi.
O səfər də “əldən çıxmış iqtidari qaytarmaq təşəbbüsünü faidəsiz” görən Əmirin bu dəfə “Məhəmmədəli şahı istiyoruz zamanında – birdən-birə Tehran üfüqündə “parlaması” bir az mənidar kibi görünüyor". (M.Rəsulzadə, “Açıq söz”, 23 fevral 1916, №118)

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

21 iyul 2019 /

Hüseynpaşa xan Əmir Bahaduri-Cəng: Qacarların Qarabağlı müdafiə naziri - ARAŞDIRMA

Похожие новости

Əmir Şeyx Həsən Sulduz: Arvadı tərəfindən öldürülmüş sərkərdə - ARAŞDIRMA

Əmir Şeyx Həsən 1319-cu ildə Əmir Dəmirdaş (Teymurtaş) Sulduzun ailəsində anadan olmuşdu. Əmir Çobanın nəvəsidir. Hərbçi aristokrat bir ailədə moğol qayda-qanununa uyğun tərbiyə edilmiş, islam

Rüstəm Əliyev. DQMV-nin yaranmasına etiraz edən doktor - ARAŞDIRMA

Qarabağın tanınmış həkimlərindən olan Rüstəm doktor əliyevlər soyuna bağlıdır. Bu soyun ulu babası Novruzəli əslən Kəbirli mahalındandır. Şuşada "Keçəl Novruzəli" kimi tanınırdı. Qəhrəman bəy

Yəhudilərin xilaskarı olan iranlı şindler kim idi?

Əbdülhüseyn xan Sərdarinin nəsil-nəcabəti haqqında qısa məlumat verək. O, Qacar elinin Qovanlı oymağının Musaxanlı tayfasındandır. Musaxanlı tayfasının bir qolu Qəzvin şəhərində butalanmışdı. Bu qola

Şahlar şahı Nadir şahın Məhəmməd şahla görüşü

Alıntı: Nurlan Saltayev 280 il əvvəl, 3 Mart 1739-cu ildə İranın türk hökmdarı, Böyük hökmdar Nadir şah Əfşar və Hindistanın Babur və Teymurun nəslindən olan türk hökmdarı Məhəmməd Şah Barlasın bir

DÜNYANIN AXTARDIĞI AZƏRBAYCANLI GENERAL

(Minlərlə Azərbaycanlını ölümdən xilas etmişdi) Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Müharibə əlili əlil arabasıyla təmin olunubSaakaşvilinin iqamətgahı bu qiymətə satıldıGilyotinə qəhqəhəsiylə meydan oxumuş qadın döyüşçü: Əlcazairli CəmiləHesab məsələləriAzərbaycandan qaçan məmur haqda ilginc məlumatlar + FotolarMəktəblərdəki nöqsanlara görə kimlər cəzalandırılıb?Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİVilayət Eyvazov Tural Hacıyevi rəis təyin etdiPrezident İlham Əliyev Boris Consonu təbrik edib"7 POLİS" FİLMİNİN TƏQDİMAT MƏRASİMİ - VİDEOErməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şokAzərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTOAzərbaycan Dünya Bankının kreditindən imtina edibABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərarAVMVİB ÜZVÜ OLAN VETERANLAR ANIM TƏDBİRLƏRİNDƏ..AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsində
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ