- SİYASƏT
-
GÜNDƏM
Məsləhət EtdiklərimizHeydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi 22.04 AVMVİB YENİ TƏYİNATLA BAĞLIBAŞ NAZİR NOVRUZ MƏMMƏDOVA TƏBRİK ÜNVANLADI 22.04 TÜRKİYƏ QIZIL EHTİYATLARINI ABŞ-DAN GERİ GÖTÜRÜB 22.04 Cümhuriyyəti satan adamın son aqibəti - Çingiz İldırım 22.04 Ermənistan müxalifətinin lideri etirazların davam etdiriləcəyini bəyan edib 22.04 Hitlerin Şuşa, Laçın, Kəlbəcərə göndərdiyi casuslar və Alman kəşfiyyatının 82 il əvvəl Qarabağın işğal olunacağı barədə SENSASİON proqnozu -ŞOK MƏXFİ MƏLUMATLAR 22.04
Xruşşov dövrünün Qarabağ şəhidi
Təzə öyrəndiklərin təzə-təzə suallar doğmasa olmaz ki!
Çingiz Hüseynovun “Минувшее – навстречу” (“Mənə sarı addımlayan keçmişim”) memuarının “Şıxəli Qurbanov, yaxud “Borc və şərəf adamları” bölümündə 60-cı illərdə görkəmli dövlət xadimlərinin, milli rəhbər kadrların bir-birinin ardınca müəmmalı ölüm sualı kimi.
Azərbaycan Kommunist Partiyasının ideologiya üzrə katibi Nazim Hacıyevun 38 yaşında həyatdan köçməsinin baiskarlarını güman etmək olsa da, Şıxəli Qurbanovun 41, komsomolun 1-ci katibi Maqsud Əlizadənin 34 yaşında ölümünün əsl səbəbləri hələ də sirli qalır.
Kitabda xeyli adamın adı keçir, diqqətimi xüsusi çəkən Nazim Hacıyev haqqında bir qədər ətraflı yazmaq istədim.
Memuarda oxuyuram ki, Nazim Hacıyev ölümündən iki il əvvəl ağır stress keçirib. Onu yatağa salan bu ölümcül stressin səbəbini, düşünürəm, hamımız bilməliyik.
SSRİ ilə münasibətlərin yumşalmasından istifadə edən ABŞ-dakı erməni diasporu sovet hökumətinə müraciət edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi qərarını nümunə gətirən Mikoyan məsələnin Siyasi Büroda müzakirəsinə nail olur. Komissiya yaradılır. Bölgəyə göndərilən briqada arayışlarla qayıdır. Qarabağın tarixi və hüquqi cəhətdən Azərbaycan torpağı olmasını sübut edən bir arayış isə mərkəzdə suallara səbəb olur. Partiyanın baş ideoloqu Suslov zəng edərək arayışı hazırlayan Nazim Hacıyevi Moskvaya çağırır.
36 yaşlı Nazim Hacıyev Siyasi Büroda SSRİ kimi nəhəng dövlətin üzü üzlər görmüş azman liderlərinin qarşısında Qarabağın Azərbaycan torpağı olmasını dəlillərlə əsaslandırır.
Kitabdan oxuyaq:
“- Xruşşov: “Məruzəçiyə kimin sualı var?”
– Mikoyan Hacıyevə “sən” deyə müraciət edərək: “Sən qatı millətçiymişsən ki! Sənə belə bir vəzifəni necə həvalə ediblər?”
– Xruşşov Mikoyana: “Şəxsiləşdirmə, mövqeyini bildir”.
– Mikoyan: “Beynəlmiləlçilik prinsipindən çıxış edərək, hesab edirəm ki, erməni diasporunun xahişini yerinə yetirməliyik, xüsusilə, Amerika ilə dostluq münasibətlərimizin yarandığı indiki vaxtda bu, əhəmiyyətlidir”.
Nazim Hacıyevin inadlı dirənişiylə keçən uzun müzakirələrə Xruşşov belə yekun vurur: “Sərhədlərə əl vursaq bir “bardak” yaranar ki, sümükləri yığışdıra bilmərik. Odur ki, sovet ailəsində dostcasına yaşamağa davam edək”.
Anlaşılan odur ki, Qarabağın elə o vaxt Ermənistana verilməsi üçün hər cür “beynəlmiləl zəmin” varmış. Sonralar bütöv bir xalqın qoruya bilmədiyi Qarabağı Nazim Hacıyev tək canına, həyatı bahasına qoruya bilib. Həmin iclasda yaşadığı stress, sonrakı basqı, təhdid və təqiblər öz işini görüb – çox çəkməyib, Nazim Hacıyev yatağa düşüb, vəfat edib. Bəlkə də ölümü sürətləndirən başqa səbəblər də olub.
Dil, milli adət-ənənə, vətən təəssübü çəkən bu siyasi xadimlər daha yüksək vəzifələr tutacaqdı. Kremlə isə təəssübkeş milli kardlar lazım deyildi!
Gənc bir partiya xadiminin qoca kommunist “başyeyən”lərlə döş-döşə gəlməsi rəğbət duyğusu yaratmaya bilməzdi. “Nazim Hacıyev” yazıb axtarış saytlarına baş vurdum. Yalnız Vikipediyanın ruscası onun haqqında bioqrafik məlumat dərc edib.
Azərbaycan türkcəsində isə tək-tük halda rastladım, məsələn, Əziz Mirəhmədov, Cəmil Əlibəyov, İlyas Tapdıq, Nodar Şaşıqoğlu məqalə və müsahibələrində onun adını çəkiblər. Osman Mirzəyevin ondan bir oçerk yazdığını da oxudum, öçerkin özünü tapmasam da. Bakıda 400 metrlik bir küçə də var “Nazim Hacıyev” adında, amma bilmədim həmin adamdırmı!?
Kinomuzun “Mixaylo”su Nodar Şaşıqoğlunun müsahibəsindən:
“O zaman Nazim Hacıyev adlı bir şəxs vardı. Mərkəzi Komitədə təbliğat və təşviqat üzrə katib idi. Yəqin, daha böyük vəzifə tutacaqdı. Vaxtsız ölüm imkan vermədi. Mən onun xatirəsini həmişə əziz tuturam. Bu insan Azərbaycan incəsənətinə o qədər can yandırırdı ki, hər bir sənət xadiminin necə yaşadığını, nəyə ehtiyacı olduğunu xırdalığına qədər bilirdi və kömək eləyirdi. O cümlədən mənim evlə təmin olunmağıma da kömək etdi”.
İçində həqiqət bildiyinə sadiqliyin varsa, hansı ideologiyaya qulluğun önəm kəsb eləmir, ideologiyalar da hakimiyyətlər kimi gəldi-gedərdi. Əsas odur ki, bu günkü şüar vətənpərvərliyi zamanında əsl vətənsevərləri seçə bilək, onları tanıyaq, yad edək, örnək göstərək.
Xüsusən də Xuruşşov dövrünün Qarabağ şəhidi – Nazim Hacıyev kimi tanınmayanları!
Vahid Qazi
P.S. Nazim Hacıyevin oğlu professor Aydın Hacıyev Rusiyanın Arxangelsk şəhərində yaşayır. Onu qohumu Hikmət Hacızadənin bələdçiliyilə feysbukda tapdım. Atasının şəkillərini istədim. Göndərdi. Hələ üstəlik atası haqda yazdığı ”Все понять, но не все простить” adlı kitabını göndərəcəyini də söz verdi. Aydın müəllimdən aldığım fotoları dərc edirəm.Nazim Hacıyev Vəli Axundov, Şıxəli QurbanovlaNazim Hacıyev Səməd VurğunlaA. Şelepin, Y. Furseva iləQarabağın Ermənistana verilməsi ilə bağlı erməni partiyasının müraciətiNazim Hacıyevə ünvanlanan müşaiyət məktubuYusif MəmmədəliyevləVəli AxundovlaSov.İKP-nin XX qurultayı. İkinci cərgədə Molotovun arxasında
vahidqazi.wordpress.comOxşar məqalələr:Şərh əlavə etməkXəbərlərHeydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi 01:42AVMVİB YENİ TƏYİNATLA BAĞLIBAŞ NAZİR NOVRUZ MƏMMƏDOVA TƏBRİK ÜNVANLADI 01:20TÜRKİYƏ QIZIL EHTİYATLARINI ABŞ-DAN GERİ GÖTÜRÜB 01:11Cümhuriyyəti satan adamın son aqibəti - Çingiz İldırım 01:08Ermənistan müxalifətinin lideri etirazların davam etdiriləcəyini bəyan edib 01:04Hitlerin Şuşa, Laçın, Kəlbəcərə göndərdiyi casuslar və Alman kəşfiyyatının 82 il əvvəl Qarabağın işğal olunacağı barədə SENSASİON proqnozu -ŞOK MƏXFİ MƏLUMATLAR 00:57Dünyaya "erməni" kimi sırınan həmşinlilər kimlərdir? - Araşdırmaçı Araz Qurbanovla MÜSAHİBƏ 00:49В Пентагоне отреагировали на доставку американских ракет в Россию 00:45Трамп рассказал о «жестокой схватке» с российскими войсками в Сирии 00:42Первое заявление Новруз Мамедова в качестве премьер-министра Азербайджана 00:38AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ
Populyar xəbərlərВласти США заявили, что армянам придется извиниться перед турками за «историческую ложь» о геноциде 1915 года Ходжалинская резня: Мы ничего не забыли.. Süleyman Rüstəmin Müsavatı alçaldan şeiri: “Müsavatçı bayquşlara” Ermənilərin imtina etdikləri hərbçiləri kimlərdir? - ŞOK FAKTLAR ( FOTO 18+) Кто они, военнослужащие, от которых отказалась Армения? – ШОКИРУЮЩИЕ ФАКТЫ (ФОТО 18+) "ALÇALDILMIŞ VƏ TƏHQİR OLUNMUŞ" JURNALİSTİKAMIZ "Əgər eşitsəm ki, gələcək nəsillər Qarabağı Azərbaycana qaytarıb qəbirdən geri dönərəm". BATİNİ BİLGİLƏR: İsrail oğulları - Talış dağlarının hunnlarıdır Азербайджан нанес мощный контрудар по пророссийским войскам в Армении: армяне понесли тяжелые потери и вынуждены отступать Afrində böyük tunel qazan maşın görənlər heyrətə saldı!
Elaqe
E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Telefon 4: +9953343903
Redaktor : Elnur Selimov
Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : fedaiaz.fedaiqezeti.94@bk.ru
Unvan : R.Quliyev Kucesi Ev 2
Telefon : +994513146060
Telefon 2: +994553343903
Telefon 3: +994773146060
Telefon 4: +9953343903
Redaktor : Elnur Selimov
Müəllif hüquqları qorunur. Fedai.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.