27 Okt 22:16GÜNDƏM / TARİX

İSTANBULDA QƏDİM TÜRK İZLƏRİ...

İSTANBULDA QƏDİM TÜRK İZLƏRİ...

İstanbulun Beşiktaş məhəlləsində metro tikintisi üçün aparılan qazıntılar zamanı 3500 il tarixə malik Türk və Altay mədəniyyətlərinə aid 35 kurqan tipli məzar aşkarlanıb.
“Hürriyət” yaydığı məlumata görə, İstanbulda yerləşən “Barbaros” bulvarı yaxınlığında tapılan qalıqlar İstanbulun tarixini dəyişə biləcək informasiyaları ortaya çıxarıb. Hazırda İstanbulda tapılan ən qədim məzarlıqda qazıntı işləri davam etdirilir. Şimali Qara dəniz mədəniyyətinə aid olan qalıqların tapılması elm adamlarının həyəcanına səbəb olub.
Beşiktaşda gedən arxeoloji qazıntıların nəticələri türklərin Anadoluya girişini 1071-ci ildə Malazgird döyüşünə bağlayan tarixi məlumatın dəqiqliyini sual altında qoyub. İlkin proqnozlara əsasən, məzarların tunc dövrünün sonu və dəmir dövrünün ilk mərhələsinə (e.ə 1200-1500) aid olduğu bilidirilir.
Türk tarixinin Anadolu və Azərbaycan ərazilərində tarixi ən azı 12 min ildir. Bölgənin əsil sakinləri, mədəniyyəti Kür-Araz əhalisi və mədəniyyətidir.
Pərviz Hüseyn
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ