OĞUL, HEY! ...

OĞUL, HEY! ...



Ənvər Çingizoğlu

ESSE

SÖZ ÖNÜ. Oğullar vardı: qara qaya qaplanı, qara dağın qurdu. Oğullar vardı: on min yağıya oyunum deyən. Oğullar vardı: qırx min yağıdan qırpınmayan. Oğullar vardı: səksən min yağıdan səksənməyən. Oğullar vardı, oğullar!..

…Elə oğullar vardı: yağı görsə yardımlı, düşmən görsə durumlu. Aca əppək verən, yalavaca köynək verən.

…Yıxılsın Oğuz oymaqları, hanı oğulları?!

YUĞ. Əli dağ qalxanlı, çiyni ağır kamanlı, oxu tanrı qəzəbli, qılıncı zülfüqar kəsərli oğul, hey !..

Hay deyəndə halay pozan, huy deyəndə alay dağıdan. Hayqıranda yağı bağrı yaran oğul, hey !..

Arxası ağır elli, qənşəri qarı düşmənli, adı el-oba sipəri, qeyrəti dillər əzbəri oğul, hey !..

SÖZÜN CANI. Oğul var elə şöhrət, oğul var elə töhmət. Oğula düşmən toxmağı deyib dədələr. Elin-günün ağır çağında dəmir donunu geyib, qılıncını qurşayan oğullar keçmiş günlərləmi getdilər yoxsa?!

…Papaq altında yatan oğulları var hələ…Bu yurdun anaları oğul doğublar axı. Oğul da olan gündən oğuldu, at olan gündən atdı. Günlərin bir günü ürəyinə yurd sevgisi dolmuş oğullar atlarını minib yağı üstünə gedəcəklər. O günə çoxmu qalır? Çin olacağımı olacaqmı onların arzusu?..

Yurd yoxsulluğunu bilməzdi türk oğulları. Dünyanın bu uçundan o ucuna varıb gedəm,- deyərdilər. İstəkləri də gözlərində qalmazdı. Dədə dünyanın elə su qaynaqları yoxdur ki, türk atları oradan su içməmiş olsun. Hər iqlimdə yurdları vardı. Yurdlarında da naxır-naxır sığırları, sürü-sürü qoyunları, ilxı-ilxı atları, qatar-qatar dəvələri vardı. İndi nəyin var türk oğlu?! Varının çoxunu yağılar yağmalayıb.

YUĞ. Qurd ürəkli, aslan biləkli, bənövşə bığlı, minarə boylu, darvaza kürəkli, gen sinəli oğul, hey !..
Gözü qızlar ovçusu, dili qızlar elçisi oğul, hey !..

SÖZÜN CANI. Bilirsənmi başına nələr gəldi, türk oğlu?! Qan qardaşlarını doğma yurd-yuvalarından qoparağını elə götürüblər ki, harda bənd aldıqlarını özləri də bilmirlər…

…Qardaşına dəyən daş saman torbasına dəyirmi, türk oğlu?
Nədən belə?!

At deyəndə ürəyin atlanmırmı? Silah görəndə sinov getmirsənmi? Yoxsa gözünün odunu alıblar?! Bəlkə səni başdan çıxardılar? Bəlkə qulağını doldurdular? Bəlkə yenə birinin qoltuğunda, qısnağındasan? Bəlkə kiminsə bığının altından keçmək istəyirsən?..

Bağrın yarılıbmı, ürəyin düşübmü, gözün qorxubmu, tükün ürpənibmi, boğazın quruyubmu, dilin tutulubmu, türk oğlu?
Hayıf sənə, hayıf sənə türk oğlu. Ayıb sənə, ayıb sənə, türk oğlu !..

YUĞ. Ay kimi doğdun, gün kimi batdın. Minəndə at bağrı yardın, düşəndə yer bağrı yardın. Saydığına salam verdin, saymadığına yan verdin, düşməninə dirsək göstərdin, qəniminə qan uddurdun, oğul, hey !..

Altının bədöy altına, çiyninin süzən tüfənginə, tərkinin dolu xurcununa, ağzının kəsərli sözünə qurban olum, oğul, hey !..

SÖZÜN CANI. Yollarda yalqız, yalnız yürüyənin umudu, umuru olmaz, qardaşlar! Birləşin! Birləşək!!!

Ağır atlaz geyən bəy balası gəbə-kəpənək geyən çoban-çoluq cocuqları ilə birləşə bilərmi? Niyə də yox?! Bu yurdun bəyləri gendə qalmayıblar. Bu elin bəyləri mərd olublar. Mərd olub torpağı qucublar. Namərd olub qaçmayıblar.

Bu torpaqda ucalan hər daş bir ərənin baş daşı! Bu daşlara göz olmaq, gözətçilik eləmək bu torpaq üstündə gəzənin borcudur.

Ötən çağlarda igid ömrü anlarla ölçülüb. Bir il bir igidin ömrüdür, - deyiblər. Elə indi də igid ömrü göz qırpımı ilə ölçülür. Amma harada?.. Oğul var dar səngərlərdə yağı gülləsinə sinə gərir. Oğul da var daldanacaq gəzir. Fərsiz oğuldan qara daşı yey bilib atalar.

Keçən günün harda qalıb, türk oğlu? Vaxt vardı atının ayaqladığı torpağı özününkü bilirdin, İndi torpağını yadlar ayaqlayır. Özünə gəl, türk oğlu. Özünə dön, türk oğlu!!!

YUM. Ucun uzağa getsin, yanın yayılsın. Dünün dündən, günün gündən, dəmin dəmdən yey olsun, türk oğlu!
25 iyul 2019 /

OĞUL, HEY! ...

Похожие новости

ÖLÜMDƏN ƏVVƏL ANASININ SON XAHİŞİ OĞLUNU ŞOKA SALDI!

Valideynlərimiz bizi çətinliklərin öhdəsindən gəlməyi öyrədirlər. Nə vaxt ki, onlar müəyyən yaşa çatırlar, uşaq olaraq biz ehtiyac duyduğumuz qayğıya onlarda ehtiyac duyurlar. Bəzən uşaqlar çıxış

Qədim türklər niyə sırğa taxırdı?

Belə ki, qıpçaq adətlərində çox müdrik qanunlar qoyulubmuş. Qıpçaqlar daha çox övladları üçün yaşayırmış. Uşaqlara qayğının ən böyüyü göstərilirmiş. Daha sonra atasına sahib çıxması üçün uşağı yüksək

ATA - OĞUL ŞƏHİDLƏR: Mahmud Əli oğlu Mirzəyev və Nüsrət Mahmud oğlu Mirzəyev

Mirzəyev Mahmud Əli oğlu . 10 aprel 1936-cı ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olub. Onu öz el- obasında Mamoy adıyla tanıyırdılar... Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi

ATA-OĞUL ŞƏHİDLƏRİMİZ: Almasov Tağı Süleyman oğlu və Almasov Şahid Tağı oğlu

Ağdərə rayonu, Kərəmli kəndi. Məlumatlar Qorxmaz Mustafayevin "Ağdərədə nələr oldu?" kitabındakı qeydlərdən götürülüb) Ağdərə kolanıları arasında tam olmayan məlumata görə altı ata və oğul şəhidimiz

ATA-OĞUL ŞƏHİDLƏR

SƏN, ŞƏHİD OĞLU, ŞƏHİD İSTƏMƏ MƏNDƏN MAQBƏR, SƏNƏ AĞUŞUNU AÇMIŞ VƏ DURUR PEYĞƏMBƏR! Mehmet Akif[img=left] Bu barədə mətbuatda az yazılıb. Qarabağ müharibəsində döyüşərək həlak olmuş 4 nəfər şəhid
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ