ANALOQU OLMAYAN QƏHRƏMANLIQ

ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
Bütün postsovet məkanında yaxşı tanınan "Ləzgi-Yar" («ЛезгиЯр») saytının yaradıcısı və inzibatçısı Ramil Mikayılovun ölüm xəbəri bu virtual nəşrlə tanış olan hər kəsi şoka salıb.

Sayt Azərbaycanda, Dağıstanda və onun hüdudlarından kənarda yaşayan ləzgilərə aid, aktual olan mövzuları operativliklə çatdırmağıyla seçilirdi. Son illərdə bir çox ləzgilər üçün gün bu sayta girişlə başlanardı. Yazarın peşəkarlığı sayəsində "Ləzgi-Yar", mübaliğəsiz desək, milli bir xəzinəyə çevrilmişdi. Bu gün hamı Ramil Mikayılovun ədəb, vətənpərvərlik, demokratik baxışlarından danışır. Ancaq əsl qəhrəman olduğunu təəssüf ki, hamımız yalnız onun ölümündən sonra anladıq. Bir çox insan, onun əlil arabasına məhkum olan bir gəncin 22 il boyunca həyat uğrunda mübarizə apardığından xəbərləri yox idi. Nə yazıq ki, biz insanları yalnız itirdikdən sonra qiymətləndiririk.

Ramil 9 fevral 1979-cu ildə Bakıda anadan olub. Valideynləri Qusar rayonunun Piral kəndindəndirlər. Ailə qurduqdan sonra Xaçmaz rayonunun Muxtadir kəndinə köçüblər. Daha sonra bacarıqlı bir mühəndis olan Ramilin atası Sadullahı, Bakıda işə dəvət edirlər və ailə yaşamaq üçün Bakıya köçdü. Anası Saniyat müəllimə idi. Bu gənc, sevgi dolu ailədə ard-arda üç uşaq dünyaya gəldi: Zaur, Ramil və Rəna.

Uşaqlıqdan Ramil qeyri-adi istedada malik bir uşaq idi. 5 yaşında oxuya və yaza bilirdi. Öz istəyi ilə valideynləri onu xüsusi imtahandan sonra təhsil aldığı 240 nömrəli məktəbin birinci sinfinə göndərirdilər. 5 yaşlı uşaq həm müəllimlərin, həm də sinif yoldaşlarının sevimlisinə çevrilmişdi.

Ramil vəkil olmaq arzusunda idi və məktəbi bitirdikdən sonra universitetin hüquq fakültəsinə imtahan verdi. Lakin qəbul üçün ona cəmi 3 bal çatmadı. "Heç nə, yenə cəhd edəcəm" deyərək yaxınlarını inandırdı və hazırlaşmağa davam etdi. Orduda xidmət etmək vaxtı gəldi. Uzun boylu, cüssəli, üzü gülər, Ramil dərhal kollektivin sevimlisinə çevrildi. Gələcəyi parlaq görünürdü. Hərbi hissənin ərazisində ehtiyyatsızlıq səbəbiylə hündürlükdən yıxılan 18 yaşlı Ramil bir anda belini iki yerdən yaraladı.

Ailəsinin yaşadıqları, bütün ağır sınaqlarla qarşılaşdıqları sözlə izah edilə bilməz. Bakı və Moskva xəstəxanalarına müraciətlər başlandı. Dərddən saçları ağarmış valideynlər, özləri, dövlətin və ya digərlərinin dəstəyi olmadan, oğlunun sağlamlığı üçün mübarizə apardılar. Əfsuslar olsun ki, səyləri heç bir nəticə vermədi. Ramil ömürlük əlil oldu. Əlləri və ayaqları işləmədi və daha sonra isə böyrək çatşmazlığı başladı.
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
Saniyat işdən çıxdı və özünü Ramilə həsr etdi. Sadullah oğluna kömək etmək üçün əlindən gələni etdi və edə bilmədi. Zaur Ramilin ruhdan düşməsinə imkan vermədən hər dəqiqə onun yanında oldu. O, yalnız sevən bir qardaş deyil, həm də həqiqi dost və müttəfiq idi. Ramilə pərəstiş edən və ona sitayiş edən, hətta evlənib Moskvada yaşamağa köçən Rəna da, qardaşı ilə hər gün saatlarla Skype-da danışardı. Bütün çətinliklərə baxmayaraq, ailə Ramil ətrafında sevgi və anlayışla dolu bir ortam yaratmaq üçün çox çalışırdı.

Üç il əvvəl Ramilin böyrək çatışmazlığı başadı. İndi həftədə üç dəfə dializ proseduru keçməli idi. Ananın ürəyi bu dərdə dözə bilmədi. Bu dünyanı tərk etdi. Bu itki Ramili çox mütəəssir etdi. Sosial şəbəkə profilində göz yaşları axıtmadan oxumaq mümkün olmayan anaya ithaf etdiyi yazılar paylaşdı.

Mikayılovlar ailəsi xüsusi hörmətə layiqdirlər. Yeri gəlmişkən Ramili sevdikləri və qayğısına qaldıqları, onların hansı əxlaqa sahib olduqlarını başa düşmək olar. Həyat yoldaşının ölümündən sonra Sadullah işini tərk etdi və oğlunun qayğısına qaldı. Selmi - Zaurun arvadı, Ramilin ikinci bacısı oldu. Övladları Aynur, Leyla və Sadullah əmilərinə pərəstiş edirdilər. O, həm də 15 yaşlı Aynur üçün eyni zamanda ona jurnalistikanın ilk dərslərini verən həqiqi müəllim idi. Mavi gözlü ağıllı qız jurnalist olmaq arzusundadır və əmisinin işini davam etdirmək istəyir. Bəs necə? Axı, Ramilin əkdiyi yaxşı toxumlar cücərməlidir.

Özlərini tamamilə sevdiklərinə həsr etmiş bu səbrli ailənin üzvləri ilə uzun müddət söhbət etdim və insan sevgisinin xüsusi bir hədiyyə olduğunu təəssüf ki, hər kəsə verilmədiyini anladım.

İndi isə analoqu olmayan başqa bir qəhrəmanlıq haqqında danışmaq istəyirəm. Əlil arabasına məhkum bir insanın əlinə qələm almağa necə qərar verdiyini düşünün.

Qardaşının dünya ilə əlaqəsinin kəsilməsinin nə qədər çətin olduğunu anlayan Zaur, böyük əqli potensiala meydan verilməli olduğunu başa düşdü. Bir dəfə Ramil üçün aldığı kompüterlə evə gəldi. Ancaq iflic və hissiyyatsız əllərinizlə nə edə bilərsiniz? Məhz o zaman ruhun gücü və ləzgi inadkarlığı köməyə gəldi. Bir möcüzə ilə ürək, sağ əlin iki barmağına "mışkanı" tutmağa hökm etdi. Bu iş dərhal olmadı. Uzun vaxt, iradə və səy göstərdi. Tezliklə, Ramil kompüterdəki işləri tam mənimsəməyi bacardı. Zaur ondan öz səhifəsini və ya saytını yaratmasını istədi.

Beləliklə, uzun səylər nəticə verdi. Böyük bir uğur qazanan "Ləzgi İdman" adlı bir resurs yarandı. Sonra, 2009-cu ildə, ən çox ziyarət edilən, ən sevimli sayt olan "ləzgiYar" («ЛезгиЯр») yaradıldı. Bütün ağrı və narahatlıqları, xalqımızın uğurları və sevinclərini, öz qəlbindən süzərək onları yaşadı. Ramil insanların adlarını, soyadlarını gizlətməklə, yalançı simaların arxasında gizlənməklə, cəmiyyətdə nifaq salmaq və təbliğat aparanlara öz təəccübünü gizlətmədi. Telefonda olduqca tez-tez danışardıq. Ləzgi mədəniyyətinə və ədəbiyyatına ziyan vuran nəşrlərə son dərəcə qəzəblənərdi. Axı, onun "LəzgiYar" («ЛезгиЯр») saytındakı işi həmişə insanları birləşdirməyə və toplamağa yönəlmişdi.

Belə bir informasiya məkanına sahib olan, nə Ramil, nə də ailəsi heç vaxt yaşadıqları maddi və mənəvi çətinliklərdən, saytın işinin hansı qiymətə dəstəklənməsindən danışmadılar. Ramilin istəmirdi ki, kimsə ona acısın. Heç vaxt öz sağlamlığı haqqında danışmırdı.
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
Hamımız Ramilin xatirəsinə borcluyuq. Özü də bilmədən bizi vahid virtual məkanda toplaya bildi. Bizi yetişdirdi, qəlbimizdə gələcəyə inam oyatdı. Ləzgilərdən qədim tarixə sahib qürurlu bir xalq olaraq açıq danışdı. Soydaşlarımızın uğurları, xalqın problemləri və istəkləri barədə danışdı. Əsl jurnalist idi, heç kimi diqqətindən qaçırmadı. Özü də həmişə pərdə arxasında qalırdı.

Həmişə onunla tanış olmaq, daha yaxından danışmaq ən böyük arzum idi. Hər dəfə bir görüş haqqında danışanda, onu gələcək üçün həvəslə bir kənara qoyardu. Ancaq bu mənə heç də haqq qazandırmır. Heç vaxt özümü bağışlamaram. Həmvətənlərim haqqında yazmaq üçün neçə dəfə yeddi dəniz keçməli oldum. Budur, əsl qəhrəmanlıq nümunəsi yaxınlıqda yaşayırmış və onun qapısını onun iradəsinə qarşı gedib döyə bilmirsən.

Əziz Ramil!

Hamımız üçün çox şey etdiniz. Sən bu dünyaya sevgi ilə baxmağı öyrətmişsən. Maddi zənginliyin mənəvi dəyərlərlə müqayisədə bir heç olduğunu sübut etdin. Bir qələmin, insanlar arasındakı mübahisələrə, şikayətlərə və çəkişmələrə deyil, yaxşılıq və sevincə necə xidmət etdiyinin nümunəsini göstərdin. Saytınız sənin dəqiq vətəndaşlıq mövqeyinə görə Azərbaycan və Dağıstanın digər millətlərinin nümayəndələrinin də etimadını qazandı. Allah sizə inanılmaz bir hikmət bəxş etmişdi. Siz ağ saçlı bir müdrik kimi insanlara sahib olduqları hər şeyi sevməyi və əziz tutmağı öyrətdiniz.

Ölümdən əvvəl atanıza qəbirüstü daşınıza "LəzgiYar" («ЛезгиЯр») sözünü yazmağı vəsiyyət etdiniz. Bu vida sözləri sizin nəsillərinizin sizin üçün nə qədər əziz olduğunu göstərir. Ramil, əmin olun ki, siz və "ləzgiYar" («ЛезгиЯр») qəlbimizdə və əməllərimizdə əbədi yaşayacaqsınız. Rahat uyuyun. Allağdi Vaz Rağmet Avuray! (Аллагьди ваз рагьмет авурай!)

SƏDAQƏT KƏRİMOVA
(Caмур)

P. S. Azərbaycan jurnalistləri adından Xaçmaz rayonu Muxtadır kəndində yaşamış, "Lezgiyar" saytının yaradıcısı və redaktoru Ramil Seydulla oğlu Mikayılova rəhmətlər diləyirik. Allağdi rağmetray!

Tərcümə Fedai.az-a məxsusdur.

ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
ANALOQU OLMAYAN QƏHRƏMANLIQ
02 avqust 2019 /

ANALOQU OLMAYAN QƏHRƏMANLIQ

Похожие новости

İlham Əliyev Ramil Usubovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib. Dövlət başçısı Ramil Usubovun uzun

Ramil Səfərovun məhkəmədə heyrət doğuran çıxışı - Video

Son vaxtlar Azərbaycanın qəhrəman oğlu Ramil Səfərovla bağlı birisinin apardığı qarayaxma kampaniyası ictimaiyyətdə böyük hiddət doğurub. Onunla bağlı neqativ sözlərə ən ideal cavab elə Ramil

Qondarma “respublika”dan Ramil Səfərovla bağlı qorxu dolu BƏYANAT...

“Bu gedişlə Azərbaycan onu Qarabağa qubernator təyin edəcək” Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, Qondarma “respublika”nın “prezidenti”nin mətbuat katibi Davit Babayan

Türkiyə Jandarmasının Baş komandanı Ramil Usubovun dəvəti ilə Bakıya gəldi – FOTOLAR

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə

Ramil Usubova ağır itki üz verib.

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova ağır itki üz verib. Fedai.az-ın Report-a istinadən xəbərinə görə, nazirin anası vəfat edib. Mərhum bu gün Saray qəbristanlığında
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜFüzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ