Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...

Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...




Mən 11 yaşlı dostum Atillaya söz vermişdim ki, bu yay səni doğma yurd yerimiz olan Ağdərəyə aparacağam. Əvvəl inanmadı və soruşdu ki, Ağdərəni alacaqsan? Axı düşmən işğal edib. Dedim söz...

Bərdəyə bir ağdərəli döyüşçünün 40 mərasiminə getmişdim. Atilla bəy isə Tərtərdə idi. Gec olsa da, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin hüquqi və sosial işlər üzrə müavini Abbas Hüseynlinin dəstəyi ilə Şıxarxa yollandıq. Lap gecə saatları olsaydı da, sözümü yerinə yetirməliydim. Çünki sabah geri dönməliydik.Müharibə veteranları uğrunda döyüşdükləri torpağa qədəm basmağa, həmçinin bir qarış yurd yeri kimi doğma Ağdərənin havasını udmağa, gecə siluet kimi görünən qəmli dağlara boylanmağa tələsdik. Atilla isə Ata yurduna qədəm basmağa tələsirdi. Çoxları gec olduğu üçün postdan qabağa buraxmayacaqlarını deyirdi. Ancaq bu istəyin önünə sipər çəkə biləcək güc ola bilməzdi. Vətən nə yaxşı ki, varsan və sənin uğrunda yüz yol can verməyə dəyər. Bir gün beş-üç erməni çapovulçusu və beş -üç Haykanuşun bici, qayıdış hirsinin önünü topla-tankla, raketlə kəsə bilməyəcəklər....

Postu keçər-keçməz bu torpaqları düşməndən azad edərkən şəhid olmuş qardaşlarımızın əziz xatirəsini yad etdik. Üç potensial döyüşçü və bir də Vətənin dərki yoluyla yürüyən 11 yaşlı Atilla...
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...



Ağdərə yeganə rayondur ki, ərazisi bizdə ola-ola, 15 minlik əhalisiylə Yuxarı Qarabağın ikinci böyük azərbaycanlı əhalisi yaşayan bölgəsi olduğu halda, savadsız biveclər tərəfindən ləğv edilib və bu gün ərazisi olmayan Kəlbəcər, qismən ərazili Ağdam və Tərtər rayonları arasında bölüşdürülüb. Ağdərə əhalisi illərdir ki, bu bölgünü aparanları lənətləməklə məşğuldurlar. AVMVİB sədri Milli Ordu tərkibində Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. AVMVİB sədrinin müavini Abbas Hüseynli isə Ağdərə polisi şöbəsində işləyə-işləyə, döyüşlərə qatılıb və son iş yerləri Şıxarx qəsəbəsində olub. Bəndəniz isə buradan 56 km qərbdə yaralanıb və Atilla isə babalarının əlimizdə saxlaya bilmədiyimiz yurdunun kiçik bir bucağına ayaq basaraq kiçik Vətəniylə görüş marağındadır. Bizim olub, bizim olmayan, olan olmayan Ağdərəni axtarır. Bircə izah verdim ki, gələcəkdə bu yerdə dayanıb bizləri söymək haqqını bizlər sizə miras olaraq verməkdəyik. 27 il keçən bir qan var ortada. Mən də o separatçı xanları, ermənini özlərinə övrət edib, məmləkəti param-parça edən xan babaları söyürəm. Bizləri söyün və bizim kimi nadancasına Lazımı gözləməyin. Bu gözlərin görməyəcəyi hüdudlaradək uzanan sərhədlər bizimdi. Tanrı bizim səhvlərimizi düzəltməyi sizlərə nəsib etsin, Atilla bəy! Biz bacarmadıq. Malı, pulu və canı bu məmləkətdən çox sevdik.
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...



Sonra Marağadan hayların köçüb gəlmələrinin 150 illiyinə qoyduqları abidənin dağılmış yerinə gəldik. Xatirə olsun deyə şəkil çəkdirəndə bir kürd yaxınlaşıb bizə xoş gəldin elədi. Öz rayonuma xoş gəlmişdim, amma viran olmuş, talan edilmiş, param -parça edilmiş və bizim olmayan bir yurd yerinə xoş gəlmək olarrmı? Olmaz, kürd qardaş, olmaz. Eləsə sən də xoş gəldin. Mən bu "evin" sahibiydim. İcəridəki xainlərlə o tərəfdəki xainlər əl-ələ verib bizi Vətənimizdən perik saldılar...

Abidənin sökülüb rekonstruksiya edilməsini ermənilər etmişdi. 1978-ci ildə tikilən bu abidədə yazılmış "MARAĞA 150" onların qədimlik iddialarını təkzib edirdi. Lakin buradakı hay sifarişinin icraçıları abidənin qalıqlarını da yoxa çıxarmağa çalışıblar. Lakin Ağdərədən olan ziyalımız İlqar Qasımov abidənin cüzi qlıqlarını xilas etməyə çağırmışdı. Prezident İlham Əliyev aşkar edilən tarixi sübutları eksponat kimi Şıxarxda qurmağı tapşırdı. Abidənin ətrafı abadlaşdırıldı, stendlər quruldu və nəticədə xarici ölkələrin səfirlərinin, Azərbaycanda akkreditasiya olunan xarici KİV, o cümlədən yerli media nümayəndələrinin əraziyə səfəri təşkil olundu. Bütün diplomatlar bir daha canlı olaraq erməni yalanının şahidi oldular. Bununla da ermənilərin 5-6 əsr Qarabağda yaşadıqlarına dair yalanlar ifşa olundu.
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...



Rəsmi tarixi bilgilərdən alıntı (AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu): "1826-1828-ci illər Rus-İran müharibəsinin gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. A.S. Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük rol oynadı.

Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı:

“İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S. Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən) xahiş etdim və indi mən cənaba (Qriboyedova) yazıram, cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin Böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni Ermənistana qayıtmaq haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın”.

1828-ci il fevralın 10-da imzalanmış “Türkmənçay müqaviləsi”nin XV maddəsi ermənilərin köçürülməsini nəzərdə tuturdu.

XV maddədən: “Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büs-bütün və tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına, əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir”.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.

Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu il Rus-Türk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 min erməni köçürüldü. İran, Türkiyə və digər Şərq ölkələrində ermənilərin Rusiyaya köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...



Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.

N.İ. Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil və bizim tərəfimizdən köçürülmüşdür”.

Ermənilər Zaqafqaziyaya köçürülərkən onların harada yerləşdirilməsinə xüsüsi diqqət verilirdi.

A.S. Qriboyedov yazırdı: rus ordusunun tutduğu rayonlardan – Təbriz, Xoy, Salmas, Marağadan bütün erməniləri Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürmək lazımdır.

Qriboyedovun bu tövsiyəsi layiqincə yerinə yetirildi.

Şavrov yazırdı: “Ermənilər erməni əhalisinin cüzi miqdarda olduğu Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirildi… Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri bu ermənilərlə məskunlaşmışdır”.

Beləliklə, ermənilərin köçürülməsi ilə adları çəkilən ərazilərin etnik tərkibi dəyişdirilməyə başladı.

1823-cü il məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1, 5 minini erməni ailəsi təşkil edirdi.

Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir.

1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi.

Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başladı.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təşkil edərkən tarixi ədalətsizliyə yol verildi, Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə vuruldu.

Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə Mardakert – Ağdərə rayonunun Marağa – Leninavan kəndində xüsusi abidə qoymuşdular. Ermənilərin köçürüldüyü qeyd edildiyi kimi həm Rusiyanın, həm də Ermənistanın siyasi mənafeləri ilə bağlı olmuşdur. Minlərlə erməni hər iki dövlətin bu fitnəkar siyasətinin düşünülmüş qurbanı olmuşdur".

Bu sənəddən də aydın görünür ki, ruslar İrəvan, Naxçıvan və Qarabağı ermənilərə söz veribmiş və bu gün ermənilər bu əsasa görə o torpaqlara iddialarında qalmaqdadırlar.
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...



Xatırladım ki, ruslar yeni işğal ərazilərindəki bəyləri və xalqı narazı salmamaq üçün ermənilərlə müqavilələr bağlatdırıb ki, yerli bəylər istəsələr ermənilər bu ərazilərdən köçürüləcəkdir. Yaşlı adamlar bu müqavilələrin Sankt Peterburqda saxlanmasını deyirdilər.

Yurd sahiblərini gözləyir. Öndə dağıdılmış yüzlərlə kənd və şəhərimiz "hanı mənim övladlarım"-deyə haray çəkən Anaya bənzəyir. Bu ənginliyi, bu dağları, bu cənnəti bir otaqlı mənziləmi dəyişmək istəyirsiniz, ay qarabağlılar?

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...
02 avqust 2019 /

Budur sənin Vətənin: Olan, olmayan Ağdərə...

Похожие новости

Bu gün Ağdərənin ermənilər tərəfindən işğalından 26 il keçir - FOTOLAR

7 iyul 1993-cu ildə Ağdərə rayonu işğal edilmişdi. BAKU.NEWS xatırladır ki, Ağdərə keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrdə burada

Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR

Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik? Bu gün- iyunun 28-də ermənilər Azərbaycanın 26 ildir ki, işğal altında qalan Ağdərə şəhərində bayram tədbirləri

"Jewish Journal": Ermənilər Dağlıq Qarabağda qısa müddət ərzində yaşadıqlarına dair sübutları məhv edir

Samir Əli - Trend: Erməni qüvvələri etnik təmizləməyə bəraət qazandırmaq məqsədi ilə vaxtilə çiçəklənən mədəniyyətin bütün sübutlarını məhv edir. Trend-in məlumatına görə, bu barədə "Dağlıq Qarabağ

QƏRBİ AZƏRBAYCANA ERMƏNİLƏRİN KÜTLƏVİ AXINI VƏ AZƏRBAYCANLILARIN İLKİN QAÇQINLIQ DÖVRÜ (XVII-XIX ƏSRLƏR)

VAQİF ARZUMANLI, NAZİM MUSTAFA "TARİXİN QARA SƏHİFƏLƏRİ: Deportasiya. Soyqırım. Qaçqınlıq" kitabından alıntı REDAKSİYADAN: Tez-tez eşidirik, yeri gəldi, gəlmədi, xalq deyir ki, bizim ziyalımız

Aprel döyüşləri Azərbaycan dövlətinin qələbəsidir: İlham Əliyev

“Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Müharibə əlili əlil arabasıyla təmin olunubSaakaşvilinin iqamətgahı bu qiymətə satıldıGilyotinə qəhqəhəsiylə meydan oxumuş qadın döyüşçü: Əlcazairli CəmiləHesab məsələləriAzərbaycandan qaçan məmur haqda ilginc məlumatlar + FotolarMəktəblərdəki nöqsanlara görə kimlər cəzalandırılıb?Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİVilayət Eyvazov Tural Hacıyevi rəis təyin etdiPrezident İlham Əliyev Boris Consonu təbrik edib"7 POLİS" FİLMİNİN TƏQDİMAT MƏRASİMİ - VİDEOErməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şokAzərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTOAzərbaycan Dünya Bankının kreditindən imtina edibABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərarAVMVİB ÜZVÜ OLAN VETERANLAR ANIM TƏDBİRLƏRİNDƏ..AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsində
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ