SİYASİ GİROV, DİPLOMAT, VƏFALI SEVGİLİ, ŞAİRƏ… - ARAŞDIRMA

SİYASİ GİROV, DİPLOMAT, VƏFALI SEVGİLİ, ŞAİRƏ… - ARAŞDIRMA

























Əziz RZAZADƏ

Tarixin üzü qara olsun! Elə şəxsiyyətlər var ki, onlar haqqında bircə cümləlik yazımız yoxdur. Bir qədər dəqiqləşdirim – öz tarixçi yazımız. Ümid qalır əcnəbi salnaməçinin insafına, nəyi düz, nəyi əskik qələmə aldığı ta Qiyamətədək müəmma olaraq qalacaq. O cümlədən Agabacı ağa, yaxud Ağabəyim xanım kimi çağırılan Qarabağ xanının qızı haqqında yazılanlar…

Qanbahası-girov

Köhnə salnamələrdə və elə indiki bəzi tarixi kitablarda da yazırlar ki, Ağa Məhəmməd şah Şuşada öldürülür. Fətəli şah Qacar hakimiyyətə gəlir. Az sonra İbrahim Xəlil xan Şuşaya qayıdır və hakimiyyətini bərpa edir. Qacar sarayına etibar qazanmaq və münasibətlərini möhkəmləndirmək üçün o, qızı Ağabəyim xanımı 1801-ci ildə Fətəli şaha ərə verir. O vaxt deyildiyi kimi, “hər iki tərəfin xatircəmliyi üçün”.

Məcid Yektayi “Bərrəsiha-ye tarixi”də bu həssas məqamla bağlı yazır ki, Qacar şahının öldürülməsindən sonra İbrahim xanım əmri ilə Ağa Məhəmməd xanın cənazəni böyük ehtiramla və şahın şəninə yaraşan şəkildə dəfn edirlər. İbrahim xan deyir ki, bu cənazə əmanətdir. Fətəli şah taxta çıxdıqdan sonra əmisi Ağa Məhəmməd şahın cənazəsini istəyir. Bunu münasib fürsət bilən Cavanşir xanədanın başçısı Qacar sarayı ilə münasibətini qurmaq üçün cənazəni qəbirdən çıxarıb böyük bir ehtişamla Tehrana yollayır.

Mirzə Fəzlullah Şirazi Xavəri “Tarix-e Zülqərneyn”də hekayəti belə davam etdirir: “Fətəli şah İbrahim xanın bu nəcabətli davranışından təsirlənib ona bir qılınc hədiyyə göndərir. Qacar hökmdarının tam etibarını qazanmaq istəyən Qarabağ hakimi öz qızını 200 nəfərlik heyətlə Tehrana girov göndərir”.

Şahın rəsmən dörd xanımı olduğundan Ağabəyim ağa hərəmdə mütə-siğə (müvəqqəti nikah) qaydasında məskən salır. Lakin şah xanımı Asyanın ölümündən sonra o, “Ağabacı” adı ilə dördlüyün bir üzvü olur.

Əyan-əşrəfin şahidliyinə əsasən, Ağabəyim ağanın sarayda nüfuzu və ehtiramı o qədər böyüyür ki, o, otağa daxil olanda, hətta şahın digər xanımları hökmdar hüzurunu tərk edirlərmiş…

Zəruri haşiyə: Saray tarixinin bilicisi, babası İbrahim Xəlilin Osmanlı sarayında elçisi olmuş, özü də Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy imiş. Lakin bu eşq dastanı açıldığı vaxtda da qapanıb.

Güman ki, xan nəslindəki ikitirəliyin, düşmənçiliyin bir səbəbi də bu imiş.

Həmin eşq macərası haqda, əlbəttə, nə “Qarabağnamə”lərdə, nə də digər salnamələrdə bircə cümləlik qeyd var. Lakin hər halda, gümanı kənara atmağın da yeri deyil.

Şah sarayında zifaf gecəsi

O, girov idi.

Canlı girov.

Həm də sərt qaydaları olan o dövrdə Ağabacı ağa saraylara “peşkəş edilən” yeganə xan övladı deyildi.

Zəruri haşiyə: Digər girov İbrahim Xəlil xanın oğlu Əbülfət ağa idi. Çox-çox sonra Fətəli şah ona xan titulu verdi. Əbülfət ağanın nəslindən xeyli tanınmış şəxs çıxıb.

Ümumiyyətlə, 1813 və 1828-ci ilin müqavilələrindən sonra Qarabağ və Gəncə xanlıqlarından İrana xeyli insan köç edib. Ərdəbildə və Təbrizdə Qarabağlılar məhəlləsi, habelə Həmədan ətrafında Qarabağlılar-Gəncəlilər kimi tanınan yurdlar var.

İranın ilk ədliyyə nazirindən tutmuş sərkərdələrə qədər neçə-neçə tanınmış simanın əcdadı Arazın bu tayındandır.

…Və xan qızı öz varlığı ilə, sözsüz ki, sülhün qoruyucusu olduğunu dərk edirdi.

Burda nöqtə qoydum. Gerisini iranlı tarixçi Mehdi Bamdad deyəcək:

“Lakin Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızından xoşu gəlmirdi. Bunun səbəbi İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi, yaxud da ortada hər hansı başqa səbəb vardı.

Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və qadın Qumda ondan ayrı yaşayırdı”.

(Mehdi Bamdad. İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı, Tehran, I cild, s.12.)

Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra oraqdan dəli kimi çıxır və bircə kəlmə söz deyir: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.

Yalan-doğru deyirlər, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır.

Birinci xanımın nüfuzu

Agabacı ağa 1780-ci ildə Şuşada anadan olmuşdu. O, gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi sayılır.

Şahbanu xanımın fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Şah sarayında ikən, Ağabəyim xanım Avropanın ümumişlək dili olan fransızcanı da mükəmməl mənimsəmişdi.

O zamanlar Qacar elçilərinin çoxu erməni tacirləri idi (bu ayrıca bir mövzu olduğundan dərinə getmirəm), lakin Avropa sarayları ilə məktublaşma işlərində də şah xanımı çox fəal idi.

1811-ci ildə o, Napoleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası ilə məktublaşmışdı. “Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz”, – deyə rus imperatriçası Ağabəyim xanıma yazmışdı.

1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı – şahbanu ilə görüşməkdə israrlıydı.

Sarayın məlaikəsi Ağabacı ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”.

(Ceymz Moriyer. İkinci səfər. Tehran, “Tus” nəşriyyatı, 1386 (2007), s. 213-214.).

Yeri gəlmişkən, saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər – qiymətli ətir hədiyyə etmişdi.

Zəruri haşiyə: Yalnız şah xanımları qızıl düymə və qumaş parçadan libas geyə bilərdi. Bu qədim bir ənənə, yazılmamış qanun idi. Nə qədər təəccüblü səslənsə də, xanlıqlar dövründə qızılı paltarı yalnız bir hakim – İrəvan sərdarı Hüseynqulu xanın hərəmləri geyinirdi.

Bu müstəsna ixtiyarı ona heç kim verməmişdi, ancaq və ancaq xanın şah sarayındakı fövqəladə nüfuzundan irəli gəlirdi. Üstəlik, Hüseynqulu xanın qızı Fətəli şahın sevimli xanımı idi.

Yeri gəlmişkən, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabacı ağanın xidmətidir.

Arazın bu tayında ruslara ən güclü müqavimət göstərən məhz İrəvanlı Qacar (Qoyunlu) hakimləri (Hüseynqulu xan və Həsən xan) olub. Buna görə də, Türkmənçay müqaviləsində onlar barədə müstəsna bənd var. Digər Azərbaycan xanları öz titul və mal-dövlətini qoruya bildiyi halda, İrəvanlı cütlük bu hüquqdan məhrum edilib.

…Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüddövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə qədər ayaq üstə dururdu”. (Şotlandiyalı səyyah və rəssam Ceyms Beyli Freyzer “Qış səyahəti” əsərində Qacar sarayında qadınların nüfuzundan yazarkən, Tacüddövlənin adını xüsusi çəkir).

Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” adlı əsərində Ağabacı xanımın şah sarayındakı intriqalarda fəal iştirakına diqqət çəkdirir.

Mühafizəkar qüvvələrin təhqiqi ilə üzləşmiş şahzadə Abbas Mirzənin tərəfini tutan şah xanımı Abbas Mirzə ilə İbrahim Xəlil Cavanşir arasında bir çox hallarda vasitəçilik edir: “İbrahim Xəlil gizlicə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz, şəhər darvazalarını üzünüzə açacağıq”. Lakin ruslar tərəfindən dəstəklənən xanın yaxınlarından biri bundan xəbərdar oldu və rusların yardımı ilə İbrahim Xəlil xanı Şuşadan çıxmağa məcbur etdi.

Bu hadisədən xəbərdar olan Abbas Mirzə İbrahim Xəlil xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı.

Təqribən yüz süvari yas içində İbrahim Xəlil xanın cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlı xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü”.

Kədər sarayı

Mirabbas Mirbağırzadə yazır: “Ağabəyim ağa Qacar sarayında “Ağabacı” adlanırdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi”.

Əsas bələdçimiz Mehdi Bamdad isə yazır ki, Qarabağın böyüklərindən olan Məlik bəy Ağabacıya vəzirlik edirdi. “Möhtərəm” ləqəbi ilə tanınan Ağa Bəhram onun xacələrindən idi.

Şahzadə Keykavus Mirzə ilə Mürəsse xanımı ona oğulluğa və qızlığa vermişdilər. Üstəlik, bacısı və qardaşı uşaqlarının tərbiyəsi ilə məşğul olurdu.

Ağabacının şahdan övladı olmadı, çünki kəbindən sonra Fətəli şahın diqqətini cəlb etməmiş və bakirə qalmışdı. Bir gün Fətəli şah öz yaxınlarına demişdi: “Ağabacı gözümə ilan kimi görünür”. Bununla belə, Fətəli şahın yanında uca məqamı, yeri və hörməti vardı.

Xanım vəfat etdikdə (1832-ci il), şah demişdi: “Mən bu qadınla xoşbəxt idim”.

Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasimin (ə.) məqbərəsindəki hücrəsində tənha qalırdı.

Sonralar hz. Məsumənin ziyarətgahı ilə məşhur olan Qum şəhərinin idarəçiliyini də ona verirlər.

Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı”.

Vüsalına yetməmiş şah xanımı hicri-qəməri 1248-ci ildə Qumda vəfat edib və orada torpağa tapşırılıb.

Çağdaşları onu dininə bağlı, həqiqi zöhd sahibi kimi səciyyələndirir. Hətta ərəb dilində nəşr edilmiş “E`lam nisa-il muminat” – “Mömin qadınların tanıtımı” (اعلام النساء المؤمنات) kitabında Şərqin ən mömin xanımlarının sırasında Ağabəyim ağanın adı çəkilir.

Zəruri haşiyə: Ağabəyimin övladlığına verilmiş şahzadə Kavus (Keykavus) da onun kimi mömin bir şəxs olub. Xanımın vəfatından sonra Qumda naiblik edən bu şəxs həcc ziyarətində olub, ziyarətdən qayıtdıqdan sonra Tehranda məskən salıb və siyasətdən uzaq guşənişin həyat keçirib.

Şahzadə İrəc Mirzənin xatiratında da Keykavusun adı ehtiramla yad edilir. “Bu şəxs dini məsələlərə çox bağlılıq göstərirdi. Hər il Seyyidüş-şühəda İmam Hüseynin (ə.) əza məclislərində iştirak edirdi. Amma övladlarının kamil təhsili yoxudu, hərzəlikdən başqa heç nə bacarmırdılar. İstəyirdilər ki, şahzadə varını-yoxunu onlara versin, şərab içib qumar oynasınlar”.

Qısası, o cür atadan bu cür naxələf övladlar!

…Bacarıqlı xan qızının həm də şer təbi vardı və ”Məluli” təxəllüsü ilə yazırdı (“Tuti” təxəllüsü də ona şamil edilir).

Fətəli şahla zifaf gecəsi cəmi bir neçə sual-cavabla keçmiş, ertəsi gün səhər Ağabacı ağa azəri türkcəsində bu sadə və anlaşıqlı beyti zümzümə etmişdi:

Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə qaldı, necə getdi.

Bu yanıqlı bayatı da onundur:

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

Bayatının müəllifi üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırmışdı. Gülüstana “Vətən bağı” adı verirlər. Fətəli şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin.

Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib üzüntüsünü belə ifadə edir:

“Vətən bağı” al-əlvandır,

Yox üstündə Xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

Bəzi mənbələr, – təkrar biliyin anasıdır, – Ağabacı ağanın “Tuti” təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir (Fətəli şahın digər xanımı Məryəmbəyimin və Müstəvərin də şerə etinasız olmadığı deyilir). Onun farsca şerləri, deyilənə görə, “Divan-e-Baci” adı ilə yayımlanıb.

“Qarabağ şikəstəsi” də Ağabacı Ağanın ayağına yazılır. Sözləri və musiqisi ilə birgə. “Qarabağ şikəstəsi”ndəki qüssə, kədər qürbətin mahiyyətini anladır.

P.S. Xan qızı Ağabəyim xanım haqqında bu qədər yaza bildim. Qərib İmamın (ə.) ziyarətinə gedənlərdən bir təvəqqem var: yolunuz Qumdan keçəndə, hz. Məsumənin (ə.) ziyarətgahında mənim adımdan qərib və nakam həmvətənlimiz üçün – Ağabəyim ağa üçün bir “Fatihə” oxuyarsınız, – savabdır…

SİYASİ GİROV, DİPLOMAT, VƏFALI SEVGİLİ, ŞAİRƏ… - ARAŞDIRMA
04 avqust 2019 /

SİYASİ GİROV, DİPLOMAT, VƏFALI SEVGİLİ, ŞAİRƏ… - ARAŞDIRMA

Похожие новости

Yəhudilərin xilaskarı olan iranlı şindler kim idi?

Əbdülhüseyn xan Sərdarinin nəsil-nəcabəti haqqında qısa məlumat verək. O, Qacar elinin Qovanlı oymağının Musaxanlı tayfasındandır. Musaxanlı tayfasının bir qolu Qəzvin şəhərində butalanmışdı. Bu qola

İRƏVANLILAR TARİXİMİZƏ SAHİB ÇIXIN!

XIX əsrin 70-ci illərində Azərbaycan rəssamı Mirzə Qədim İrəvani (azərbaycanlı Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani) tərəfindən çəkilmiş "Oturmuş qadın portreti", "Qacar şahzadəsi Mah Tələt xanımın

Şahlar şahı Nadir şahın Məhəmməd şahla görüşü

Alıntı: Nurlan Saltayev 280 il əvvəl, 3 Mart 1739-cu ildə İranın türk hökmdarı, Böyük hökmdar Nadir şah Əfşar və Hindistanın Babur və Teymurun nəslindən olan türk hökmdarı Məhəmməd Şah Barlasın bir

QƏDİM TÜRK TORPAĞI - iRƏVAN

14 Dəfə əldən - ələ keçmiş şəhərmi, 51 nəfər hökmüdarı olmuş məmləkətmi? Məhşur Türk səyyahı Övliya Çələbi yazır : « Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir 1407-1408 ci illərdə

MİLLİ ORDU-100: MİLLİ ORDUDAKI GENERALLARIMIZ

Ordu quruculuğuna xüsusi önəm verən Azərbaycan Cümhuriyyətinin 21 generalı olub. 1. Səməd bəy Mehmandarov 2. Əliağa Şıxlinski 3. Xosrov bəy Sultanov 4. İbrahim ağa Vəkilov 5. Həbib bəy Səlimov 6.
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜFüzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ