Rusiya sevgi istəmir

Rusiya sevgi istəmir




















Yaxın və uzaq qonşularından, keçmiş və yeni vassallarından nə hörmət, nə sevgi, nə də anlayış gözləmir Rusiya. Yalnız tabelik tələb edir. Cəlbedici olmadığını bilir, təklif etməyə heç nəyinin olmadığını da mübahisələndirmir. Münasibətlərin təməlində qorxunun dayanması onun üçün məqbuldur. 21-ci əsrə səmimiyyət günəşi kimi doğdu Rusiya; infantil kobudluğun, sonsuz-bucaqsız zənginlik və səfalətin təntənəsi kimi.

Bir yırtıcı heyvanla yaxın təmasdan qorxduğumuz qədər qorxmalıyıq Rusiyadan. Yekəbaşlıq edib yırtıcının qəfəsinə girən və parçalanan adam haqda «əcəb oldu» deyərik, çünki bu adam öz əməli ilə, bizə başqa şans tanımayıb. Kim, hansı haqla Rusiyadan qorxmur? Dünyada qorxmayanların nə üçün qorxmadıqlarını bilirik, bəs qorxmalı olub qorxmayanlar niyə qorxmurlar?

Rusiyadan qorxmamaq axmaqlıqdır desəm, çoxmu incidici olar? Axı qorxmayanın həyatını cəhənnəmə çevirir, Rusiya bunu yaxşı bacarır, bacardığı yeganə şeydir. Bəlkə şimalımızda bir baş bəlası nəhənglə yaşamağa tarixən məhkumluğumuzla barışaq? Rusiyanın istədiyi «kobud seks»dir, heç qorxunda səmimi olmalı da deyilsən, qorxunun imitasiyası bəs edir.
Rusiya sevgi istəmir

Bütün bunların fonunda «Azərbaycanın filan strukturundakı filankəs Rusiyanın adamıdır, feşmankəs Rusiyadan əmr alır; getdi Rusiyaya gəldi, filan təyinat oldu» söhbətlərinin mənası qalırmı? 30 min kvadrat kilometr, yəni Ermənistan boyda ərazisi yanıb kül oldu Rusiyanın, adamlar uf belə demədi. Fəqət biz onu yenə də ciddi qəbul etməli, ondan qorxmalıyıq. Məhz Ermənistan boyda ərazisi yandı deyə qorxmalıyıq. Rusiya ilə münasibətlərdə əməkdaşlıq ruhu, fəlsəfə, tarix, elm, humanizm axtarmaq mənasızdır. Bir baxıma rahat formatdır, çünki konkretlik var, qırmızı xəttlər bəllidir. Abstraksiyaya heç yer yoxdur.

«Rus sektorlu 340 məktəb», «rusdramteatrı», «universitet filialları» və s. ilə loyallığımızı göstərsək də, istənilən ağlı başında rus bilir ki, azərbaycanlıların əksəriyyətinin Rusiyaya münasibəti mənfidir, hətta bu dövləti «bütün bəlalarımızın baiskarı» bilir (heç də hər zaman haqlı olmayaraq). Bu səbədəndir ki, Rusiya KİV-indəki əcinnə propaqandonlar Azərbaycanın loyallığını başqalarına nümunə göstərmir. Ukrayna, Gürcüstan, Baltikyanı ölkələrə demir ki, «baxın və ibrət götürün Azərbaycandan». Rusiya da bilir ki, Azərbaycanın loyallığı zahiri qatdır, altı isə laxdır, azərbaycanlılar altdan-altdan öz işlərini görürlər. Onlar, pambıqla baş kəsir, bir yandan dövlətlərini qururlar.

Erkin Qədirlinin «rus sektoru» narahatlığını heç vaxt bölüşməmişəm. Bizim xalqın içərisində mental «rusiyalı»ların, «rus»ların faizi çox aşağıdır, ən azından kritik həddə deyil və böyümə tendensiyası yoxdur. Şəhər rusdillilərimiz də daxil, azərbaycanlılar öz dillərinə, ənənələrinə bağlı xalqdır. 340 rusdilli məktəb heç nə demək deyil, bunların sayı istəyir 500 olsun. Əlbəttə, bu məktəblərdə başqa dillərin səviyyəsini yaxşılaşdırsaydılar ikidilli-üçdilli uşaqlar yetişərdi, bunun nəyi pisdir?

Yeni nəsil azərbaycanlılar hər yerdə azərbaycan dili ilə əhatə olunublar, bizim qarşımızda dil assimilyasiyası kimi bir təhlükə yoxdur. Dövlətin dil siyasəti qənaətbəxşdir. Azərbaycanlıların öz dillərini bilmələri, öyrənmələri üçün hər bir şərait var. TV-lərdə də dilin anasını ağladan aparıcıların sayı azalır, yaxşı olar ki, bütün humanitar fakultələrdə diksiya və fonetika kursları açılsın. Təhsil Nazirliyinin diqqətinə…

Rusiya sevgi istəmir

Tülkü azərbaycanlılar

Keçmiş bakılı olan, rusiyalı bir facebook istifadəçisi, Azərbaycana aid paylaşımın altında yazır: «Azərbaycanlılar çox tülküdür. Özlərindən böyük rusofob yoxdur, amma elə görüntü yaradıblar guya bunlardan ruspərəsti də yoxdur. Üzdə hər şey əladır, etiraz da edə bilmirsən. Amma mən bilirəm ki, siz bizi sevmirsiniz, bizə nifrət edirsiniz, lənət olsun sizə. Heyf ki, Putin yumşaq adamdır. Biz, ruslar daha sərt prezident istəyirik. Gəlsin hamınızın anasını ağlatsın. Və o günlər uzaqda deyil…»

Siz bu cümlələrdəki gözəlliyə, həzin musiqiyə fikir verin. Yerlimiz, keçmiş bakılımız heç özü də başa düşmür ki, xalis azərbaycanlıdır. Həqiqi rus heç vaxt bu qədər dərinə getməz, zahirlə kifayətlənər. Sən isə ey qafil, səmimi sevgi istəyirsən, çünki sənin üçün ürək vacibdir. Çünki ürək yaman şeydir.

Azərbaycanın öz oyununu oynadığını başa düşən, şərti adı Mişa olan bu oğlana yer eləyən də odur ki, bu oyunda dərin, mürəkkəb heç nə yoxdur, hər şey çox sadədir, üzdədir. Azərbaycanın sabit, güclü və bitkin dövlət təsiri bağışlaması, həm də bu loyallığın hesabınadır.

Ölkəsində mənzillərin, obyektlərin, zavodların partlamasını istəməyən hər kəs qorxmalıdır Rusiyadan. Həyatdır, hər şeyə ola bilər. Müəyyən idarələrin nəzarətində olan mənzillərin birində yaşayan naməlum, tənha bir adam, səhər evdən çıxanda qazı açıq qoya bilər. Çoxmərtəbəli binada görün nə qədər mənzil var, insan var. Nəyimizə lazımdır axı? Azərbaycanın etnik azlıqlar yaşayan bölgələrində təxribata da əl ata bilərlər. Hər kəs Azərbaycana və onun vətəndaşlığına sadiq olsaydı belə bir dərdimiz, qorxumuz olmazdı.

Rusiya sevgi istəmir

Rusiyadan qorxmamaq kimi lüksumuz, haqqımız yoxdur. Hökumət də Rusiyadan qorxmağa borcludur. Azərbaycanlılar İlham Əliyevə Rusiya ilə dava eləmək üçün mandat verməyib (Rusiyada yaşayan azərbaycanlıları heç demirəm). Xilasımız regional birlikdə ola bilərdi, bəlkə bir yerdə bütün «böyük qardaş»lara meydan oxuyardıq, əgər qonşular sarıdan bəxtimiz gətirsəydi. Baltikyanı ölkələrdə belə bir risk yoxdur, Rusiya orada təxribata əl atıb xalqlararası ədavət çıxarmaq resurslarından tamamilə və birdəfəlik məhrumdur. Bizimsə onlar kimi olmağa mədəniyyətimiz çatmadı. Qonşularımız da belə bir birliyin olmasını istəmədilər. Ermənilər 88-də bizə dil çıxartdılar, gürcülər onlardan bir az sonra. Qədim, aristokrat, sivil qonşularımız hesab elədilər ki, «doğub-törəyən bu müsəlman vəhşilər bizi axır-əvvəl assimilyasiya edəcəklər» və bizimlə münaqişəyə girməkdən savayı ağıllarına yönlü bir fikir gəlmədi. Külək əkən, fırtına biçər. İndiyə qədər də qarınlarının ağrısı budur ki, «doğub-törəyirlər». Bu məsələdə qonşularımıza heç cür kömək edə bilməyəcəyik. Camaata desək ki, yataqda az hərəkət edin bu, lap ağ olar.

Regional birlik mümkün olmadığına görə, hər kəs başının çarəsinə baxmalıdır. Biz də bacardığımız qədər başımızın çarəsinə baxırıq. Kim nə deyir desin – hökumətin ifrat ehtiyatlı Rusiya siyasəti doğrudur, bunu görməmək üçün bizim bəzi müxalifət liderləri kimi siyasi luzer olmaq gərəkdir. Azərbaycan bu gün ona görə var ki, Keşikçidağdakı insidentdən sonra «əsgərimiz gürcülərə atəş açmalıydı» deyən adamlar iqtidarda deyil.
04 avqust 2019 /

Rusiya sevgi istəmir

Похожие новости

Rusiyanın Qarabağla bağlı SENSASİON MƏQSƏDİ - Qevorqyan bütün DETALLARI AÇDI

“Rusiya siyasi, ekspert dairələri Dağlıq Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxmasından narahatdır. Rusiya “Lavrov planı”nı irəli çəkməyə çalışır və son məqsədi rus ordusunun Qarabağa

“Ermənilərlə azərbaycanlılar dostdur” - Mehriban Sadıqova

"AzərRos”un prezidenti ermənilərlə bağlı şok açıqlamlarla Rusiya televiziyasına müsahibə verib. Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal

Rusiyalı teleaparıcı: "Ermənistan tarixən Rusiya üçün yük olub"

Mixail Leontyev: "Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni" "Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub".

Rusiyadan Qarabağla bağlı ilk addım – YENİ TƏKLİF

Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır. FEDAİ.AZ bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi Rusiyanın MDB

GÖRKƏMLİ TÜRKOLOQ QARABAĞ MƏSƏLƏSİNƏ DƏ TOXUNDU

Teleqraf.com türkçülük ideologiyası mövzusunda tanınmış tatar aydın, ictimai-siyasi xadim, türkçülükdə yeni nəzəriyyə və konsepsiyaları ilə diqqəti çəkən Zinnur Aqluyllimdan müsahibə alıb. Tanınmış
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜFüzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ