ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM - 5

ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM - 5








































Xaqani Ədəboğlu

Yoruldum, çox yoruldum. Amma məni həyat deyil, məmləkətin halı yordu. Biz niyə adam kimi yaşaya bilmirik? Çünki bu suala cavab tapa bilməyəcək dərəcədə məzlumuq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 93 faizlik "kefi köklükdən" dəm vurur və arayış təqdim edir. Gülməli olsa da bu ağlamalı halımıza uyğun bir lətifə yadıma düşdü: "Mamed adlı birisinin arvadı boşanmaq üçün ərizə veribmiş ki, Mamedin kişiliyi yoxdur. Məhkəmə gününədək Mamed pulunu verib aidiyyatlı seksopotoloqlardan çoxlu arayış alır və kişi-kişi məhkəməyə təqdim edir. Məhkəmə hirslənib deyir ki, ay Mamed, bu qıza arayış deyil, iş lazımdır, iş". İndi bizə statistika lazım deyil, ey cənab nazir, küçəyə çıxmaq və bircə gün əhalinin arasında olmaq lazımdır...

Azərbaycan öz analoqsuzluğu ilə dünyaya görk etməkdədir. İndi məmləkət insanları dua edirlər ki, torpağımız düşmən tapdağında, sərvətlərimiz talanda, dinimiz məzarlıqlarda, elmimiz yox. Barı bizləri vicdansız buraxma, Allahım! Amma ölkənin dini lideri bəyan etdi ki, o, vicdan deyilən şeyin nə olduğunu bilmir. Yəni bizim bu dualarımız da boşa getdi.

Sanki bu ölkənin adamları, problem yükü altında adam olmağa yadırğayıb. Papağı əlindən alınanda kədərlənən yetim uşaq kimi qaytarılanda sevincini xoşbəxtliklə dəyişik salan millətimiz korrupsiyanı, bürokratiyanı və anti xalq məmur özbaşınalığını ölkənin Əsas Qanunun tələbi hesab etmələri bizləri bataqlıqdan bataqlıqlara salmaqdadır. Sanki İcraçı məmurun ilkin vəzifəsi rüşvət almaqdır. Hərçənd ki, rüşvətdən danışanda məmurlarımızın xatirinə dəyir, amma bizdə bu "nemət" olmasaydı o boyda korrupsiyayla mübarizə idarəsi olmazdı. Rüşvət olmasaydı, bu boyda bina ateistin kilsə tikməsi kimi yozulardı. Amma bir yəhudi aforizmində deyilir ki, əgər problemi pul ilə həll edə bilirsənsə, bu problem deyil, məsrəfdir. Təklif edirəm ki, biz korrupsiyanı, rüşvəti yığışdırmağa gücümüz yetmədiyi üçün, yəhudi sayaq bunun adını məsrəf qoyaq. Görək onda ağzıgöyçəklər bundan sonra nə deyəcəklər? İslahat belə olar. Yoxsa "X" rayonunun məsrəfçi başçısını, "Y" rayonunun məsrəfçi başçısı ilə kabinet dəyişməsiylə heç nə dəyişməz. Yəni "başçıyla başçının yerini dəyişəndə, rayon dəyişməz". Hərçənd bu barədə xalq tam özgə cür aforizm deyir.

Həm də xalq deyir ki, bir qadın ərə gedir. Bir neçə gün keçər və kişi başlayar onu döyməyə. Boşanıb başqa bir kişiyə ərə gedər. Amma bu kişi də ondan betər çıxar. Qadın ağlayar və deyər: "Yastıq dəyişər, qəzavü-qədər dəyişməz"...

Azərbaycan insanları qadınlı - kişili get - gedə qeybətçı bir topluma çevriliblər. Bir əxlaqsız qadın yanına gələn zinakarı hər kəs gördüm deyə, qeybət etsə də, amma bunca oğrunu gördüm deyən tapılmaz. Sanki belə oğrular meydanda olanda onların başları "şairə" Elza Seyidcahan xanım əfəndilərin "Tikim sizin ağzınızı" şeirini oxumağa qarışıbmış. Nə desən olar. Bizim xalq "şair xalqdır", hələ nağılı da lap çox sevərlər. Həm də bir qədər ədalətsiz yığnağıq. Femidanın tərəzisi para çəkəndən bəri bizlər edənə ödül verib, görənin gözünü çıxartmaqla məşğuluq.

Bura Azərbaycandır. Bir xalq ellikcə Həzrəti Lazımı gözləyir ki, Lazım gələcək və onun torpaqlarını azad edəcək. Bura Azərbaycandır. Buranı tərk edib canını qurtaran milyonlar qayıdacaqları, burada qalan əlsiz-ayaqsızlar isə çıxıb gedəcəkləri günü gözləməkdədirlər. Bizləri yaşadan tək ümüdlərimiz bunlardır.

Bura Azərbaycandır. Əmir Teymur Azərbaycana hücumu zamanı yorğunluğunu çıxarmaq üçün bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, qarşıdakı dağın adını xəbər alır. Vəzir cavabında "Ağrı dağdır"- deyir. Teymur qarşıdan axan çayın da adını soruşur və onun "Əyriçay" olduğunu öyrənir. Əmir Teymur bir müddət sonra - "bu kəndin adı nədir" deyə sual edir. Vəzir cavab verir ki, "Qibleyi-aləm, bu, Oğrukənddir".

Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: "Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədir. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur".

Anladınızmı Böyük Teymurun dediklərini?

Bura Azərbaycandır. Bəli, dünyada insanlığın toxumu və tarixin yaşdaşı olan bir xalqın yaşadığı məkanadır, Azərbaycan. Dünyanın mənfur və mürtəce imperializmi 300 ildi bir xalqı məhv etməyə girişib. Bizim ayaqda qalmağımızı belə möcüzə kimi təqdim edirlər. Biz dünyanın ən qədim xalqı və ən qədim mədəniyyətlərinin sahibləri, varisləriyik. Arxeoloji mədəni tapıntıların hamısının kökündə, fövqündə Kür-Araz mədəni irsi dayanır. Sadəcə bircə günahın odur ki, dünyalar səni tanıdı, amma hələ də sən özünü tanıya bilmədin. Sən buna can atmadın. Sən öz böyüklüyünü görməyəcək qədər kiçilmisən...

Yoruldum, çox yoruldum. Məni nə savaş, nə mücadilə, nə də həyatın acıları yormadı. Məni məmləkətin halı yordu.

Sonda böyük türk yazarı Əziz Nesinin bir sözünü sizlərə xatırlatmaq istərdim: "Bir gün bu məmləkətin yanağına bir öpücük, baş altına da bir məktub buraxıb gedəcəkdim...

Elə gözəl uyuyurdu ki, oyandırmağa qıymadım"...

Bura Azərbaycandır. Gedənlər qayıdacaqları günü, qalanlar isə gedəcəkləri günü gözləməkdədirlər...

Xoşca qalın...
05 avqust 2019 /

ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM - 5

Похожие новости

Tanrı Savaş ruhumuza zaval verməsin! - VİDEO

Xaqani Ədəboğlu Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününvə və dildə deyil, ruhən savaşçı doğulmuş bütün döyüşçü qardaşlarımıza ithaf edirəm... Savaşçı bir insan tipidir. Onun candan öncə və

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR

BU İL DƏ GÖRƏ BİLMƏDİM... Azərbaycanda Seçki günü bir kişi məntəqəyə gəlir. Deyir ki, sən Allah, baxın görək arvadım gəlib səs veribmi? Müşahidəçi siyahıya baxır, deyir ki, hə, iki saat bundan

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR...

MAMEDİN TELEFON XULİQANLIĞI İş axtaran Mamed Baş nazirin 1 milyon 900 minlik iş yeri hesabatını eşidib iş axtarmağa başlayır. İş tapmayınca Nazirlər Kabinetinə zəng edir: -Alo, bura Nazirlər

NİZAMİ HƏYATOVDAN LƏTİFƏLƏR...

Mən razıyam, qalıb ... Bir gün Mameddən soruşurlar ki, niyə evlənmirsən? Mamed deyir ki, az qalıb. İşin 50%-i düzəlib. Aylar ötür. Mameddən səs çıxmadığını görən dostu bir də soruşur: - Mamed, bəs

KOMMUNİSTLƏRİMİZİN "KOOPİTALİZM" QURUCULUĞU

Xaqani Ədəboğlu Bu dəfəki "quşu" - kəndlilərdən vergi almaqla əski (cındır yox ha, yəni köhnə) kommunistlərimizdən olan Ziyad Səmədzadə uçurtdu. Bunları qınamaq da olmur. Çunki Sovet hökuməti bu
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ