"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...

"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...



Qarabağlısan, yazıçılıq etmək istəyirsən, cəhənnəm ol get otur öz Qarabağında, nə qədər istəyirsən yaz. Dəxi sənin Bakıda nə işin var? Məgər bizim öz Bakımızda öz yazıçımız yoxdur? Axır, insanda bir həya da yaxsı zaddır.

Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya.

Bir yandan o biri yana köçmək, bu il burada, gələn il bir ayrı yerdə yaşamaq, yay fəsli yaylaqda, qış vaxtı qışlaqda güzəran etmək qədim əyyamdan başlanıb. O vaxtlar sənət və ticarət yox imiş və insanlar heyvanların südü və əti ilə zindəganlıq edirmişlər. Heyvanları da bir gün bu çəməndə, o biri gün o çəməndə otara-otara özləri heyvanların dalınca hərəkət edərmişlər.

Bu sayaq yaşayan adamlar yer üzündə indi yenə az-maz tapılır. Qeyri yerlərdə bunlara “qaraçı”deyirlər, bizim içimizdə bunların adı tərəkəmədir. Rusiyada qaraçıların vətəni Bessarabiya səhrasıdır. Qafqazda da tərəkəmələrrin mədəni Qarabağdır.

Hər bir yerdə, hansı dağın təpəsində bir alaçıq görsən və dağın ətəyində bir sürü qoyun-keçi görsən, bil ki, qarabağlıdır.

Qafqazda hansı bir yolla gecə vaxtı keçəndə, yolun kənarında bir çoxlu çadır görəcəksən. Faytonçu faytonu saxlayır ki, atlar dinclərini alsınlar. Birdən çadırın içindən bir belə oxumaq səsi gəlir:

Nənəm a narış qoyun,
Boynu bir qarış qoyun.
Çoban səndən küsübdür,
Südü ver barış qoyun.

Bəli, bunların hamısı Qarabağ tərəkəməlidirlər.

Üləmalar təbiətdə çox hikmətlər tapıblar. Frəngistanın məşhur həkimləri sübuta yetiriblər ki, bir şəxsin sifətləri və xəsiyyətləri onun evladlarına yetişəcək, evladlarına yetişməsə, nəvələrinə, nəvələrinə yetişməsə, nəticə və kötücələrinə yetişəcək. Təbiyyətin həmin qanununun nəticəsidir ki, indi Qafqazda heç bir yerin adamları qarabağlılar kimi köçəriliyə mail deyillər. Qarabağlı öz vilayətində otura bilməz: dünya və aləm qarabağlı ilə doludur. Çünki qanlarında köçərilik xasiyyəti var.

Naxçıvanda iki mötəbər tacir olsa, biri qarabağlıdır. Qubada iki mollanın biri qarabağlıdır. Dünyada nə qədər tar çalan və oxuyan var – qarabağlıdır. Heç bir iş, heç bir sənət yoxdur ki, ora qarabağlı özünü soxmamış olsun. Bu kimdir? – Müəllim. Haralıdır? – Qarabağlı. Bu kimdir? – Şeyxülislam. Haralıdır? – Qarabağlı. Nə bilim, bu şahzadə - qarabağlı, bu xanzadə - qarabağlı. Tiflisdə qarabağlı dəstəsi, Aşqabadda qarabağlı məscidi. Xülasə, qarabağlı, qarabağlı.

İndi gələk Badikübə şəhərinə.

Cəmi müəllimlər – qarabağlı, cəmi injenerlər – qarabağlı. Hələ bu ötüşər: tamam qəzetçilər – qarabağlı. Doğrusu, insanda bir həya da yaxşı zaddır. Ruslar içində bir məsəl var deyərlər ki, “Çağırılmamış qonaq molla hacı Babadan pisdir”. Bari-pərvərdigara, bu sırtıq qarabağlılar bu yazıq bakılılardan nə istəyir? Harada görsənib ki, bir şəhərdən bir adam çıxıb gedə bir özgə şəhərdə qəzet çıxarda? Nə Avropada belə adət var, nə Rusiyada.

Heç bir millət heç bir işdə bizə oxşamır. Hər işimiz tərsinədir. Qarabağlısan, yazıçılıq etmək istəyirsən, cəhənnəm ol get otur öz Qarabağında, nə qədər istəyirsən yaz. Dəxi sənin Bakıda nə işin var? Məgər bizim öz Bakımızda öz yazıçımız yoxdur? Axır, insanda bir həya da yaxsı zaddır. Biz, vallah, billah, sizə çox hörmət qoyuruq, “xətir” saxlayırıq. Yoxsa indiyə kimi hamınızı qırıb qurtarmışdıq.

Bu harada görsənib ki, insan qarabağlı ola-ola gedə otura bir özgə şəhərdə qəzet çıxarda? Əgər bir moskvalı istəyə gedib Peterburqda alış-veriş eləyə,- peterburqlular onu baykot eyləyib, içlərinə qoymazlar. Hər bir nataraş iş var, hamısı biz müsəlmanlardan baş verir. İşlərimiz hamısı köndələn düşübdür; üzümüzdə bircə tikə su qalmayıb. Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya. Qonşularımız bizə lənət oxuyur, ondan ötrü ki, Bakının ala qoyun gözləri baxa-baxa qarabağlılar gəlib burada ad çıxardırlar. Havada uçan quşlar bizim üstümüzə gülürlər o səbəbə ki, əcnəbilərin gözünün qabağında Bakıda qarabağlı-bakılı davası düşür. Bu da bizim ittifaq və ittihadımız (“İttifaq” və “İttihad” məktəblərini demirəm ha!). Bu da bizim ittihadımız, bu da bizim qeyrət və hümmətimiz. Doğrudan da insanda bir həya yaxşı zaddır. Bu sözləri yazmaqdan qəsdimiz müsəlman qardaşlara bir belə vəsiyyət etməkdir:

Amandı qardaşlar, huşyar olun.

Əvvələn içinizdə özgə şəhərdən gəlmə bir yad adamı qoymayın, qoymayın, qoymayın. Və saniyən, bu qarabağlılardan özünüzü gözləyin, amandır, gözləyin, gözləyin, gözləyin.

Və hər yerdə bir qarabağlı gördünüz – səy edin, çalışın, ərizə verməlidir – verin, şpionluq eləməlidir – eləyin, şəklini çəkməlidir – çəkin. Xülasə, hər bir vasitə ilə olsa, çalışın öz içinizdən rədd eləyin.

Amandı qardaşlar, qeyrət, qeyrət (əgər varsa).

Amandı qardaşlar, hümmət, hümmət (xudanakərdə).

Ax, bu qarabağlılar.

Lağlağı. “Molla Nəsrəddin”, 6 sentyabr, 1909, № 36...

***
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...



İndi qarabağlının cəhənnəm olub getməyə Qarabağı da yoxdur. Harada məcburi köçkün görürsən qarabağlıdı. Harada yurd-yuvasız quş da görsən, bil ki, qarabağlıdır. Harada evsiz-eşiksiz görsən, bil ki, qarabağlıdır. Avropanın qaçqın kamplarında həyatla çarpışan birini görsən, bil ki, qarasbağlıdır. Harada kimliyi özünə düşmən olan bir insan görsəniz, bilin ki, qarabağlıdır.

Beş-üç dılğır və qotur liderciyin əliylə torpaqları hərraca qoyulan bir zat görsəniz, bilin ki, qarabağlıdır.

Hardasız, ay qarabağlılar? Ey yurdu talan, şəhəri viran edilmiş, şəhidinin qanının üstündən qan əvəzinə zaman axıdılmış qarabağlı!

Sən ki, öz bağrından Əhməd bəy Ağaoğlu çıxarmışdın? Sən ki, öz bağrından Üzeyir bəy çıxarmışdın? Saysam internet yaddaşlarına sığmayacaq isimlər. Tanrı səni köçkün və qaçqın olmaq üçünmü yaratdı? Hasnı bəs, o zaman Musa peyğəmbərin? 30 ildi səmtsiz qayıq kimi təlatümlərə atılmısan. Bağrınmı yarıldı? Qısırlaşdınmı? O üstündə at (erməni ata minməz), eşşək oynadılan və sızlayan sümüklər sənin babalarınınkı deyilmi?...

Fedai.az
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...
"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...
07 avqust 2019 /

"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...

Похожие новости

Könlüm Qarabağdan keçər...

Bəsti İsmayıl Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi Bu başlıq Səməd Vurğuna uyğunlaşdırılmayıb. Məşhur türk müğənnisi Kayahan oxuyur: “Mən Anadolu çocuğuyum, könlüm sevgidən keçər”. Mirzə

İRƏVANDA İKİ KLAN ARASINDA QARŞIDURMA DƏRİNLƏŞİR

Ermənistanda Qarabağ və İrəvan klanı arasında gizli mübarizə dərinləşməkdədir. Ermənistanda ikinci növ -şurduvaz erməni adlandırılan qarabağlı ermənilərə qarşı təzyiqlər günbəgün artmaqdadır.

Cəlil Məmmədquluzadə: "Erməni keşişi və azərbaycanli axundun fərqi haqda"

" İrəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır. Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır. Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin

QORXMAYIN, BİZDƏ BÜLBÜLLƏR DƏ, QARĞALAR DA, HƏTTA SƏRÇƏLƏR DƏ ERMƏNİNİ SEVMƏYƏ BAŞLAYIBLAR...

Xaqani Ədəboğlu Bu dəfə Rusiya səfirimiz öz mübhəm erməni sevgisini dilə gətirdi: “Azərbaycanda erməniləri düşmən kimi qəbul edən yeni nəsil yetişir. Buna imkan verməməliyik”. Bu günki

Zakir Sadatlını, onun "Salam, baça"sını -da; -də-nin bitişik və ayrı yazılmağını və Qarabağı düşünərkən...

Aydın Canıyevdən möhtəşəm bir yazı... "Əfqan" rəhmətlik Zakir Sadatlının "Salam, baça" hekayəsi vardı. Baça-əsgər ölür və silahı əlində qalır. Nə qədər əlləşirlərsə, silahı əlindən çıxara bilmirlər
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜFüzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTO
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ