DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...

DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...



Xaqani Ədəboğlu

ALLAHVERDİ DƏRD - 65

Dərdim ürəyimdə, ellər, nə bilsin?
(Aşıq Veysel)

Allahverdi Dərdin 65 yaşı tamam oldu. Amma mənə elə gəlir ki, Dərdi Allahverdi bəydən çox böyükdü. Dərd sözü farscadan alınsa da, Allahverdi bəy bu sözü öz varlığıyla milliləşdirib və sanki Dərdlərimizin gəldiyi qapılardan birini bizlərə göstərib...

Allahverdi bəy də hamı kimi ağlaya-ağlaya gəldiyi dünyanı dərdiylə bəzədi. Hərdən Allahverdi bəyə baxanda, nədənsə onu bir Dəmir yol stansiyasında itirilmiş Dərd imzalı hüzünlü notlarla dolu, bir sevgi məktubuna bənzədirəm. Bu məktubda, nə yazan bəlli, nə də bu məktubun gedəcəyi ünvan. Bakının sərsəri küləyi bu məktubu belədən - belə uçurtmaqdadır. Külək, içərisindəki kədər dolu notları oxumaz, bu məktubun dərd yükünü anlamaz. Onun işi sarı xalatlı Bakı süpürgəçisi kimi küçələri "süpürməkdi". Düşünürəm ki, bir gün kimsə bu məktubu mütləq tapıb oxuyacaq və heç nə anlamayacaq. Çünki bu məktubda deyilənlər ona aid deyil. Çünki bu məktub itdiyi kimi ünvanı da itib. Onu oxuyaraq anlayacaq adam isə ortada yoxdur. Bu məktub dünyadakı bütün dərdli insanlara aid məktubdur. Dərd ünvan tanımaz. Dərdin ünvanı olmaz. Gələndə təklifsiz gələr. Qovsan gedib batmanlaşıb gələr...

"Gənclik" jurnalında birgə işədiyim rəhmətlik Sabir Sarvanın bu misraları yaddaşımı döyəcləyir:

Elə ağlatdı ki, taleyim məni,
Çeşmələr qurutdum hər daşın altda.
Başıma o qədər daş yağdı göydən,
Axırda gizləndim bir daşın altda.
DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...



Allahverdi bəy, dərdiylə əkizləşən bəndədir. Dərdi də dərd kimi qəbullanmaq hər kişinin işi deyil. O, dərdi qonaq kimi qəbul edib, əzizləyib, qonaq kimi də ehtiramla yola verməyə can atır. Hər gəzdiyi məkana, hər bir düşüncəsinə onu da qonaq edir. Çünki bilir ki, müsafirə qarşı comərd olmasan var-dövlətin, vəfalı olmasan, dostluğun, qarşılıq verilməyən sevginin bir faydası olmaz. Çünki onun DƏRDinin bir ucu Vətənsə, bir ucu Şəhid Övladdır. Nə xoş sənə, Allahverdi Dərd, Dərdin mübarək, Qəzan mübarək, Yaşın mübarək!

"Günəbaxanlar boy atdıqca günəşə boylandığı kimi, dərdə üz tutub, dərdə aşina olan" (525-ci qəzet) dərdli şairimiz Sabir Sarvan yazmışdı:

Seçkin bəndəyəmmiş, dərd məni tapdı,
Dost-tanış, yar-yoldaş, yaxın içində.
Yaşa qismətinlə verib baş-başa,
Umudun gözündə, qorxun içində...

... Mənim üçün adamlar iki cürdü. Biriləri dünyadan qopmayacaq qədər nadan, biriləri isə dünyanı çöp kimi ayaqları altına ala biləcək qədər nəhəng. Salam olsun Nəhəng adam. Ömür dediyin, ya bir gün, ya bir güllə. Bir günlə, ya da bir güllə ilə bitən bir həyatı, kimlərsə dərdlərlə savaşmağa, kimlərsə də dərdləri sevməyə həsr edər. Allahverdi Dərd, Vətən qoxulu, oğul cüssəli dərdə qucaq açanların sırasındadır. Çünki bu dərddən qaçmaq, özündən qaçmaqdır. Kimsə özündən qaça bilməz ki?...
DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...



..."Həyat nədir?"-sualına Dostoyevski: "Cəhənnəm", Sokrat: "İztirab", Fernandes: "Güc", Pikasso: "Sənət", Qandi: "Mübarizə"... Allahverdi bəy isə "Dərd" deyib. İki ayaq üstündə mənən ölmüş insanların məmləkətində bir dərdi yaşada bilməyin özü də bir dərddir. Türk aktyoru Tuncel Kurtizin bir filmdə söylədiyi bir deyim var: "Çox insanların "söküklərini" tikməyə çox çalışdım. Amma bacarmadım. Anladım ki, onların kişilikləri tikiş tutmur". Amma bəy, Kurtiz bu yerdə Elza xanım əfəndinin "Tikim sizin ağzınızı" şerini oxusaydı, lap yerinə düşərdi. Amma oxumadı, çünki xanım bu şeri o vaxt hələ yazmamışdı. Amma 66 illiyində bu şeri o kəlbəcərli yekə dişli aşığa verəcəm oxusun (Ad günü zarafatı)...

... "Dərdli qəlblərin hekayəti qısa olar"- deyərlər. Başlayan kimi bitər. Lap elə hecasız "dərd" sözü kimi. Bir təxəllüsə çevirdiyin Dərd qədər. Bunca gizli saxladığın dərdləri bir yazıya sığdıra bilmədiyim üçün, bağışla. Bağışla ki, istədiyim kimi yaza bilmədim. Amma bil ki, bir gün daha yaxşısını yazacağam. Yazacağam ki, hər daşda, hər çınqılda bir adam dəli bir ehtirasla doğma kəndini axtarır. Yazacağam ki, bir adam qaranlıq gecələrdə də öz yurdunun qara qarışqasını, böcəyini axtarır. Yazacağam ki, bir adam var, suda da öz bulaqlarının şırıltılı səsini axtarır. Yazacağam ki, vələs ağacının yarpaqlarının xışıltısında, öz vələs ağaclarının xışıltısını axtarır. Yazacağam ki, göydəki ulduzlara baxanda öz kəndinin üzərində duran ulduzları axtarır. Yazacağam ki, bu adamın damarlarından da qan əvəzinə göz yaşları axır. Yazacağam ki, bu adamın "üzü" Allahverdidi, "astarı" Dərddir. Yazacağam ki, bu adamın ürəyi ovucunun içindədir və hər döyüntü də "Azərbaycan"-deyir. Bir də yazacağam ki, mən insanların ciyərini oxuyuram, onun ciyərləri, Vətən nisgiliylə Azərbaycan kimi param-parçadır. Mütləq yazacağam...
DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...



... Dərdi Vətən və övlad qoxulu Allahverdi bəyin 65 yaşı tamam oldu. Qibləsi "yavru Vətən" dediyi Çərəkdar, inancı Turan elləri, səcdə yeri Bayraq, imanı Yurda sevgi, daşladığı və dışladığı namərdlik, xəyanət, adam kimi adam olan bir Adamın doğuluşu bu dünyanın başına gəlmiş ən yaxşı bir olaydır. Var ol, daim ol! 101 yaşa, incisən də 102 ağ olar...

P.S. Allahverdi Dərd söz qədri bilən yazarlardandı. Yaxşı sözün, yaxşı şeirin və yazının sərrafıdır. Bu gün sözün "taxtdan" salındığını da özünə dərd eləyib. Bu gün jurnalistika və qeyri yazarların tək problemi yazmaqdır. Qalan hər şeyi bilirlər. Bu dərddən bir vətəndaş, sonra bir jurnalist və yazıçı kimi ürək ağrısıyla danışır. Bilirəm ki, belə adamlar heç nə demədən bir yaxşı sözün uğrunda özünü asar. Amma yaxşı ki, varsınız. Söz qədər ömrünüz olsun, Allahverdi Dərd...

P.P.S. Tanrı dağına salam olsun! Turan ellər var olsun!

DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...
DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...
12 avqust 2019 /

DƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...

Похожие новости

AD GÜNÜN MÜBARƏK, ŞƏHİDİM

Şəhid Etibar Əliyev adına 162 saylı orta məktəbdə şəhidin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin şagirdləri, valideyinlər, müəllimlər, şəhidin ailə üzvləri və KİV nümayəndələri

AVMVİB ALLAHVERDİ DƏRDİ TƏLTİF ETDİ

AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə AVMVİB-in fəxri üzvü, şəhid atası, tanınmış yazıçı, Ağdərə və Kəlbəcər döyüşlərinin iştirakçısı Allahverdi Dərdi (Əliyev) "Milli Ordu -100" Xatirə medalı ilə

TƏBRİK: ALLAHVERDİ DƏRD - 65

Allahverdi Dərd. Dərdi ayaq üstdə gəzdirən kişi. Övlad dərdi, oba dərdi, millət dərdi, vətəndə vətənsizlik dərdi və Vətən dərdi... Yazıçı "Gülsaranın nifrəti" adlı əsərində yazır: "Azərbaycan -

BAŞSAĞLIĞI: ALLAH RƏHMƏT ELƏSİN!

AVMVİB Rəhbərliyi və Fedai.az saytı kollektivi yazar, şəhid atası Allahverdi Əliyevə (Dərd) anasının vəfatıyla əlaqədar dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirlər. Məkanı cənnət olsun!

Ramiz Rövşənin 71 yaşı tamam oldu

Görkəmli şairimiz Ramiz Rövşənin 71 yaşı tamam oldu. Bu münasibətlə böyük şairimizi veteranlar adından təbrik edir və yaradıcılıq uğurları arzulayırıq. Qara paltarlı qadın Ramiz Rövşən Kişilər bir
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!Sərksyanın qaçılmaz həbsi, Putinin dustaq Koçaryanla görüşmək niyyəti, Azərbaycanın qeyri-adi hərbi fəallığı... - TƏHLİL“Şollerin arxivi” filmi ABŞ PRADİS AKADEMİYA MÜKAFATI siyahısındaBaxımsızlıqdan uçub tökülən şəhid məzarıTanıyın, tanıdın: ONLAR VƏTƏN UĞRUNDA DÖYÜŞMÜŞLƏR...Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”, cavabını Vrtanesyan verdiVergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydıDənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTOMəktəbli çantasının çəkisi nə qədər olmalıdır? – Ölkəmizin əməl etmədiyi BEYNƏLXALQ NORMANİKOL PAŞİNYANIN İÇ ÜZÜ BİR DAHA AÇILDINaira Zohrabyan: "Ərazilər qaytarılmayacaq"...DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏTBöyük Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTORayon-rayon verilmiş torpaqlar uğrunda hektar-hektar söz "davası" gedir...Rusiyada həmyerlimiz erməni səfiri susdurduErməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri - Fətəli xan XoyskiBakıda böyük biznesi olan ermənilər kimdir? - DOSYEDEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASIMehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi - FOTOTƏBRİK: MAYIL ADİLOV - 55Suriyada tənha buraxılmış Kolanı türklərinin KOLANI TUĞAYI - VİDEOPensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCƏYİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldı
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ