Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...

Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...



Taleh Xasməmmədov
Hüquq müdafiəçisi

2 ildən artıq müddətdir ki, Azərbaycan Ordusunda dövlətə xəyanətdə ittiham olunan “casus şəbəkə” ilə bağlı yazılar mətbuatda yer alır. Hətta onların bir qismi həqiqi mənada dövlətə xəyanət etmiş olsalar da, bəzi şəxslər bilərəkdən və ya bilməyərəkdən onların mənafeyindən çıxış edirlər. Amma unutmaq lazım deyil ki, bu hadisələrlə bağlı zərərçəkmiş insanlar da var. Onların da taleyi ilə maraqlanmaq, dərdlərinə şərik olmaq lazımdır. Erməni kəşfiyyatına təslim edilmiş və nəticədə zorlanaraq alçaldılmış əsgər və zabitlərimizin bu gün mediada özlərini müdafiə üçün çıxış etməmələri, o demək deyil ki, sözügüdən dövlətə xəyanət hadisələri baş verməyib. Həmin insanları anlamaq o qədər də çətin deyil. Onlar sadəcə daxili və xarici düşmənlərimiz sayəsində məhv olmuş həyatlarında yaralarını təzələmək istəmirlər. Bu dəfə mənimlə görüşüb növbəti həmsöhbət olan Əsgər Əsgərov (ad şərti verilir) bir çox təkidimdən sonra mənimlə görüşməyə razılıq verdi. Görüşümüz zamanı bir neçə dəfə onun ağlayaraq hönkürməsinə görə narahatçılıq keçirdim. Həmçinin onun uşaqlıqdan atasını itirməsi, yetim olmaqla kasıb həyat tərzi keçirməyi məni çox sarsıtdı. Amma tək faciə bu deyildi, əsl faciə onun orduda xidmət etdiyi dövürdə baş vermiş xəyanətlər idi...

...Əsgər Əsgərov bildirir ki, 2016-cı ilin yanvar ayından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi xidmət dövrünün ilk vaxtları yaxşı keçsə də həmin ilin oktyabr ayından ağır xəyanətlə üzləşib. O, fikirlərini belə qeyd etdi: “Mən 2016-cı ilin oktyabr ayında ilk dəfə baş leytenant Faiq Əhmədovla posta çıxarkən telefon əlaqəsində oturmuşdum. Ə. Faiq mənə dedi ki, bir yerdə gedək döyüş növbətçilərini və səngərləri yoxlayaq. Ona dedim ki, komandir silahımı götürüm, sonra gedək. Komandir dedi ki, silaha ehtiyac yoxur, silahsız gəl”. Təxminən gecə 01:00 radələrində səngərlə 50-100 metr getmişdik ki, səngərin içinə bir neçə nəfər tullandı. Həmin vaxt F. Əhmədov əlindəki sensor ekranlı "Samsung" telefonun işığını gözümə saldı, anidən özümü itirdim. “Komandir-komandir” deyən kimi məni tutub gözümü və əl-qolumu bağladılar. Daha sonra 3 nəfər erməni hərbiçisi məni otağa apararaq zorladılar, orada təxminən 10-15 dəqiqə qaldıqdan sonra Əhmədov Faiq məni qorxudaraq bildirdi ki, “bu haqda kiməsə məlumat versən, ailəni gözünün qabağına gətir, bilirsən ki, sənin ailənə nələr edə bilərik”. Bir müddət kin-küdurətdən, Faiqə olan nifətimdən onu öldürmək qərarına gəldim. Bir anda düşündüm ki, onu öldürsəm də, başıma gələnləri heç kimə sübut edə bilməyəcəyəm. Sonra fikrimdən daşındım. Bir müddət sonra o məni kazarmada qəbul edərkən təkrar olaraq eyni hədələri barəmdə edərək, ailə üzvlərimi öldürməklə hədələdi.

Təxminən bir neçə ay sonra başqa tağımda olan manqa komandiri Elxan Ağazadə zəruri ehtiyyatdan Turan İbrahimli adlı əsgərlə məni 3-cü mövqeyə apardı. Biz 13-cü mövqeyə gedərkən yenə baş leytenant Əhmədov Faiq orada post komandiri idi. Biz posta axşam saatında çatarkən Əhmədov Faiq çiynində silah bizi qəbul etdi. Biz həmin vaxt səngər təmizləmək üçün aparılırdıq. Biz səngərlə təxminən 100 metr hərəkət etdikdən sonra qarşımıza 2 nəfər silahlı şəxs çıxdı. Onlardan biri balacaboy sarışın idi. Onlar bizi vurub döymədən erməni postuna keçirdilər. Yenə ehtimal etdim ki, bu əməl komandir Əhmədov Faiqin quramasıdır. Bizi otağın içərisinə saldılar. Orada bizə otaqda yemək təklif etdilər. Biz yeməkdən imtina etsək də, Faiq Əhmədov və erməni tərəfdən olan 2 nəfər Turan və məni məcbur etdi ki, yemək yeyək. Biz orada konserv və düyü yeməkləri yedikdən sonra Faiq otaqdan çıxdı, 2 nəfər qara geyimli ermənilər gözümüzü, əl-qolumuzu bağlayaraq Turan və məni zorladılar. Həmin vaxt manqa komandiri kiçik çavuş Elxan Ağazadə də bizim yanımızda idi. Bir müddət sonra gözümüzü və əl-qolumuzu Elxan Ağazadə açaraq bizi bayıra çıxardı.

Bir-iki saatdan sonra biz xidmət etdiyimiz bölüyə qayıtdıq. Həmin vaxt bir tərəfdən Faiqə və Elxan Ağazadəyə qarşı nifrətdən ölürdüm, digər tərəfdən isə ailəmin ölümlə hədələnməsi məni ciddi narahat edirdi. Hətta bir neçə dəfə intihara cəhd etmək niyyətində oldum, amma bacarmadım...

Bu arada əsgər ağlamağa başlayır. Sonra o qeyd etdi ki, “mən ölənə qədər bu yükü daşıyacağam. 5-10 nəfər oğlan içində oturub kişilikdən danışanda, mən ölmək istəyirəm”. O yenidən ağlamağa başladı və bir siqaret yandırdı. Bildirdi ki, “bu yüklə yaşamaq mənə çox çətindir”. Onun durumu pisləşdi deyə bir neçə saat fasilə verdik...
Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...







































...Əsgər Əsgərov söhbətinə davam edərək bildirdi: “Təxminən 2016-cı ilin dekabr ayında axşam saatlarında mən bölüyün arxa tərəfində oturarkən manqa komandiri kiçik çavuş Mehman Hüseynov mənə yaxınlaşaraq dedi ki, “gedək DŞK mövqeyindən taxta-fanerka gətirək. Mən onunla həmin mövqeyə gedib çatarkən blindaja daxil olduq. Ora köhnə matras və digər köhnə əşyaların olduğu bir yer idi. Biz içəri daxil olduqda dərhal 2 nəfər mənim əl-qolumu bağladılar. Orada yenidən məni zorlamağa başladılar. Bir az sonra Mehman Hüseynov məni oradan götürərək bölüyə qaytardı. Mehmana dedim ki, “komandir məni niyə bu günə qoyursunuz?” O da mənə dedi ki, Əsgərov, təpindi ki, sakit ol, sənin bilmədiyin şeylər çoxdu, sən sakit ol”. Bundan əlavə o da məni ailəmlə qorxutmağa başladı və mən əvvəlki qaydada susmaqda davam etdim. Bölüyə qayıtdıqdan sonra bir neçə dəfə Mehmanla rastlaşdım, amma o haqda aramızda bu söhbətlər açılmadı. Mənə məlum oldu ki, Faiq Əhmədov, Mehman Hüseynov və Elxan Ağazadə bu işdə əlbirdirlər və cinayətin açılmasına ümidim kəsildi”.

Əsgərov qeyd edi ki, “başıma gələn hadisələri bu günə qədər anamdan gizli saxlamışam, istəmirəm ki, bunları bilib narahatlıq keçirsin. Onun gözündə həmişə uca qalmaq istəyirəm. Bacardığım qədər də bu sirri qoruyacağam. Arzu edirəm ki, döyüş olsun, gedib düşməndən həm qisasımı alım, həm də şəhid olum. Mən heç bir ölən qardaşlarımızdan artıq deyiləm. Bundan əlavə Faiq Əhmədov kimi şərəfsiz birinə dövlət layiqli cəza təyin etməlidir. Mən məhkəmədə Faiqə dedm ki, mən atasız böyümüşəm, mənim kimi yetim birini niyə bu günə saldın? Əgər belə rəva bilirdinsə, öz ailəndə olan ... insanları aparıb erməniyə verərdin. Məhkəmədə hakimdən ona ən ağır cəzanın təyin edilməsini xahiş etdim”.

Əsgər yaşadıqları kənddə qız istədiyini deyərək bir daha hönkürərək ağlamağa başladı və bildirdi ki, “özüm-özümdən utanıram, ona necə deyim ki, mən beləyəm və səninlə evlənmək istəyirəm”...
Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...



Redaksiyadan: Öncə Tofiq Şahmuradova və hüquq müdafiəçisi Taleh Xasməmmədova öz minnətdarlığımızı bildiririk. Əhmədov kimi şərəfsizlərin qohum-əqrabası utanmadan prokrorluq işçilərinə, onların bu cinayətini açan şəxslərə qara yaxmağa çalışırlar. Xüsusən də özlərinə müxalif düşərgədən havadarlar taparaq ictimai rəyi azdırmağa çalışırlar. Vətən xainləri bağışlamamalıdır və müəllif haqlıdır ki, bu həqiqətləri işığa çıxarmalıyıq ki, sonra gələnlər təkrarlamasınlar. Cinayəti bilib susmaq da bir cinayətdir. Əgər bu cinayət Vətənə qarşı yönəlibsə, o artıq xəyanətdir. Xainlərin cəzasını layiqincə vermək vacibdir...
15 avqust 2019 /

Xəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...

Похожие новости

QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI

Bu qadın Milli Qəhrəman Yelmar Edilovun həyat yoldaşı Reyhan Edilovadır. -Necəsiz, Reyhan xanım? -Yaşamağa çalışıram. -Reyhan xanım, Yelmarlı günlərə qayıdaq... Yelmarı döyüşə aparan yol haradan

İntihar edən Elinanın tükürpədici məktubu üzə çıxdı - MƏTN

Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin. Fedai.az Milli.az-a istinadən xəbər verir

Biz yəhudilər də, ermənidən ayrıseçkilik görmüşük

Mən orta təhsilimi rus dilində almışam. Bizim sinifdə rus, erməni, tatar və azərbaycanlı uşaqlar vardı. Həmin sinifdə məndən başqa bir yəhudi uşaqda oxuyurdu. Həmin yəhudi şagird sonralar yaşadığı

"Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

2014 cü ilin qızmar avqust ayı... Milli Ordumuz hər zamanki kimi Vətənin keşiyində idi. Cəbhənin Ağdam istiqamətində mühəndis istehkamçılarımız ön xəttin möhkəmləndirilməsini, minalanmış ərazinin

Erməni qadın efirdə etiraf etdi: “Qayınatam azərbaycanlı hamilə qadınlara təcavüz edib, qulaqlarını kəsib” – VİDEO

Ukrayna telekanalında yayımlanan verilişdə erməni qadın ağlayaraq həqiqətləri danışmalı olub. Fedai.az Minval.info-a istnadən xəbər verir ki, “Ekstasenslər araşdırma aparır” verilişində
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Pensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldıBu işçilərin maaşları artırıldıAzərbaycanda itkin düşən uşaqların sayı artıbBU ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıbTƏBRİK: ALLAHVERDİ DƏRD - 65Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıbBAYRAĞIMIZA TƏRS BAXANLAR... NİYƏ ONLAR CƏZALANDIRILMIR?Ermənistan KİV-ləri Paşinyan sərsəmləmələrini şübhə altına aldıQARABAĞA NÜMAYƏNDƏ GÖNDƏRƏN ÖLKƏLƏRİN S İ Y A H I S I...Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- FOTOZELENSKİ TÜRKİYƏDƏErmənilərin mənşəyi haqqındaRəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə sərt reaksiya"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...Tural Gəncəliyev: "Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib"AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdıXANKƏNDİNDƏKİ MİTİNQDƏ ETİRAZLARBakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ARAŞDIRMATƏBRİK: TOĞRUL MUSAYEV - 30Paşinyan Qarabağda "at oynadır", bizimkilər isə qarğış tökür: "Paşinyan qələt edir nəsli-kökü ilə""Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO80 İLDƏN SONRA YER ÜZÜNDƏ İNSANLARIN SAYI DAHA ARTMAYACAQ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ