5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLAR

5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLAR























1. Səhnə texnikası

Teatr aktyorları bilir ki, yalnız ön cərgədə oturanlar üçün deyil, bütün zal üçün çıxış edirlər. Buna görə də səs tonunu artırmaqla yanaşı, arxa cərgələrdə əyləşənlərin görməsi üçün hərəkət sahəsini genişləndirirlər. Həmçinin üz ifadələrini də adi hala nisbətən daha intensiv və qabarıq göstərirlər. Elmə məlumdur ki, informasiyanın 7 faizi sözlər, 38 faizi səs tonu, 55 faizi isə bədən dili ilə ötürülür. Buna görə də dərs zamanı özünüzü səhnədəki aktyor kimi təsəvvür edin. Sizə lazımdır ki, hərəkətlərinizi canlı və zəngin edəsiniz. Məsələn, üçbucaqla bağlı mövzu olduqda tərəddüd etmədən jest və hərəkətlərdən istifadə edərək böyük üçbucaq formasını yaratmaqdan çəkinməyin. “Qaçış” jestini çevik qol hərəkətləri ilə nümayiş etdirin. Əgər “qarışqaların qaçışından” danışırsınızsa, barmaqlarınınzdan istifadə edərək səhnəni canlandırın. Bu zaman şagirdlər dediklərinizi əyani şəkildə görürlər. Jest, mimika, hərəkət dərsləri daha yaxşı yadda saxlamağa kömək edir.

2. Möhkəmləndirmə

Maşın reklamlarında maşının qarşısında gözəl qadının niyə dayandığı barədə düşünmüsünüzmü? Çünki onların hər ikisini əlaqələndirməyimizi istəyirlər.

Möhkəmləndirmə İ.Pavlovun şərti refleksinə əsaslanan Neyro Linqvistik Proqramlaşdırma (NLP) texnikasıdır. Alimlər belə qənaətə gəliblər ki, 2 əşyanı davamlı olaraq cütlük kimi təqdim etsək, beyin onları bir görməyə başlayır.

Burada əsas təkrardır: cütlükləri kifayət qədər tez-tez təkrarlayın və tezliklə biri digərini yada salacaq.

Müəllim kimi bu psixoloji fenomendən istifadə edərək effektivliyinizi artıra bilərsiniz.

Məsələn, İngilis dili dərsində “snake” (ilan) sözünü keçərkən ilanın hərəkətinə bənzəyən qıvrım hərəkətlər edin və hər dəfə bu sözü dedikdə eyni hərəkəti təkrarlayın. Vaxt keçdikcə təkrarlanan hərəkət şagirdlərin sözü yadda saxlamalarına kömək edəcəkdir ki, yazılı imtahanda qarmaqarışıq hərəkətləriniz onların gözlərində canlanacaq və deyəcəklər: “həəə, ilan!”

Şagirdlərin davranışını idarə etmək üçün bu texnikadan istifadə edə bilərsiniz: qara top (və ya istənilən başqa bir əşya) götürün və bunu hər hansı bir davranışın simvolu edin. Deyək ki, sakitlik! Hər dəfə sinfə “şşşş, sakit olun” dedikdə qara topu qaldırın. Bunu dərslərdə bir neçə dəfə təkrarlayın. Tezliklə başa düşəcəksiniz ki, onlara heç nə deməyiniz lazım deyil. Qara topu qaldırın və nə istədiyinizi şagirdlər biləcəklər. Bəzən bu texnika o qədər təsirli olur ki, cismi qaldırmadan sinif sakitləşməyə başlayır.

3. Göz təması

Qeyri-verbal ünsiyyət üsullarından biri də göz təmasıdır.

Şagirdlərlə göz kontaktı qurmaq onları dinlədiyinizi göstərir və şagirdlər daha inamla danışırlar. Bəzən isə kiminsə adını çəkib “sakit ol” deməkdənsə, həmin insana baxmaq daha faydalı ola bilər.

Şagirdlər hara baxdığınıza diqqət edirlər, buna görə də müəyyən bir obyektə diqqəti yönəltmək istəyirsinizsə, baxışlarınızı həmin obyektə və ya istiqamətə yönəldin.

Gözlər həqiqətən danışır. Gözün hərəkəti, baxış istiqaməti, yuxarı və ya aşağı baxma və s. bizə müxtəlif informasiya verir. Gözləriniz effektiv ünsiyyət üçün vasitədir. Məsələn, ciddi niyyət nümayiş etdirmək istəyirsinizsə, gözlərinizi tez-tez qırpmayın və baxışınızı yayındırmayın.

4. Səs

Sinifdə diqqəti nizamlayan ən sürətli üsul səsdir. Səs tonunuzu dəyişdikdə, lövhəyə vurduqda, əl çaldıqda diqqət sizə yönəlir.

Fərqli səslərdən istifadə edərək dərslərinizi canlandıra bilərsiniz. Məsələn, hekayə danışan zaman fərqli personajlar üçün müxtəlif səslərdən istifadə edin. Duyğu və ya əhval-ruhiyyəni ifadə etmək, ölçünü və sürəti göstərmək, dəhşətli bir şeyə işarə etmək, maraq oyatmaq və ya şagirdləri motivasiya etmək üçün səsinizin tonunu, sürətini dəyişə bilərsiniz.

Məsələn, "böyük" və "kiçik" kimi əks olan anlayışları öyrədərkən səsinizi dəyişdirin. "Böyük" dedikdə uca və sərt, "kiçik" dedikdə sakit və yumşaq səs tonundan istifadə edin.

Unutmayın, səsinizdə istifadə etdiyiniz sözlərdən daha çox məna var.

5. Müsbət enerji sahəsi


Dəstəkləyici bədən dili şagirdlərin narahatlıqlarını azaldır, motivasiyalarını artırır və onlar özlərini dərsdə təhlükəsiz hiss edirlər. Dəstəkləyici bədən dili dedikdə, gülümsəmək, başını yelləmək, açıq ovuclardan istifadə etmək, şagirdlərlə təmas və s. nəzərdə tutulur.

Bədən dilinin gücü və onları həyata keçirməyin nə qədər asan olduğu barədə fikirləşin. Əslində bunları şüurlu şəkildə idarə etmək olar və tez-tez etsəniz, bir müəllim kimi effektivliyinizi artıra bilərsiniz.

Sinfə girdiyiniz andan etibarən hekayə danışarkən, sual verərkən, şagirdlərin suallarını dinləyərkən, qruplarla, cütlərlə iş zamanı sinifdə "müsbət enerji sahəsi" yarada bilərsiniz. Məsələn, şagirdlər çətinliklə üzləşdikdə belə deyin: “Mən kömək etmək üçün buradayam. Gəlin birlikdə edək”.

Dərsdə müsbət bədən dilindən istifadə etdikdə nə baş verir?

Şagirdlər sinif fəaliyyətlərində daha yaxşı işləyirlər;

Sizi daha savadlı müəllim kimi qəbul edirlər;

Gülümsəyən müəllim şagirdlər tərəfindən daha yaxşı qiymətləndirilir.

İcazə verin, təbəssümünüzü şagirdlər də görsün.

Sadalananlar dərsin effektivliyini artıran beş qeyri-verbal komponentdir. Onların istifadəsi vəsait və avadanlıq tələb etmir. Onları dərhal tətbiq edin və dərslərinizin tamamilə yeni səviyyəyə yüksələcəyinə şahid olun.
15 avqust 2019 /

5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLAR

Похожие новости

Məktəblərin reytinq göstəriciləri haqda yeni qayda

“Təəssüf ki, fərqli düşünən valideyn və şagirdlər də var. Onların əsas məqsədi yalnız ali məktəbə hazırlıqdır. Təhsil Nazirliyi olaraq hazırda məktəbin imkanlarından və resurslarından düzgün istifadə

Uğurlu İş Qadini Olmağin 5 Sirri

QADINLARIN KARYERALARINI MƏHV EDƏN FAKTORLARI ÖYRƏNIN VƏ UĞURA GEDƏN YOLDA BUNLARDAN UZAQ OLMAĞA ÇALIŞIN. Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə

Əl jestləriniz sizi daha xarizmatik göstərə bilər

Natiqlərlə bağlı araşdırma göstərib ki, əl hərəkətləri sizin cazibədarlığınızı daha da artıra bilər. David Robson izah edir. Növbəti dəfə TED çıxışı və ya bir siyasi nitq izləyərkən, spikerin əl

Ünsiyyət qurmağın 50 qaydası

Hər gün müxtəlif insanlarla ünsiyyətdə oluruq. Sosioloqların tədqiqatları nəticəsində insanlarla uğurlu ünsiyyətin bir çox qaydaları müəyyənləşdirilib. Fedai.az həmin qaydalar təqdim edir 1.

Gün boyu kompüterə baxanlar üçün göz idmanı

Sağlam ailə – Gün boyu kompüterə baxanlar üçün göz idmanı Gün boyu kompüterə baxanlar üçün göz idmanı Peşənizlə bağlı olaraq uzun müddət kompüter, yaxud televizor ekranına baxmaq
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Pensiya artımı neçə nəfəri əhatə edəcək?Əillərə verilən prezident təqaüdü hansı halda dayandırıla bilər?AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI..."BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz TonoyanƏhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadəyə yazır - Səndən ermənilərə çox üz verməməni xahiş edirəm6 ay ərzində Azərbaycanda bu qədər insan ölüb2020-2021-ci tədris ilindən vahid məktəbli forması tətbiq ediləcək.Bəylər, bu vətənə necə qıydınız?"FƏDAİ" ADI ÇOXLARININ MARAQLANDIRIR, NİYƏ, MƏHZ FƏDAİ?Elçin Quliyev: "Ermənistanla sərhədin mühafizəyə götürülməsi zəfər yürüşümüzün davamıdır"Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEOAtatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olubAzər Süleymanov Mixeil Saakaşvili ilə müzakirə etdiklərini açıqladıAzərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümüАzərbaycan əhalisinin sayı açıqlanıbBir "Aprel Şəhidi"nin qardaşıdigər "Aprel Şəhidi"nin bacısı ilə ailə qurdu- VİDEOTÜRKLƏR ÖZ SAK KEÇMİŞİNƏ SAHİB ÇIXMALIDIRLARAVMVİB 25 illiyi ilə bağlı ilk Xatirə medalını AVMVİB sədrinə təqdim etdiPolşada Şoyqu təyyarəsindən F-18-in "qəhrəmancasına" qaçışını lağa qoydular“Böyük Ərməniyyə” Movses Xorenatsi, Favtos Buzandın təxəyyülünün məhsuludurXarici işlər Nazirliyi bəyanat yaydı — Rusiya işğala davam edirAzərbaycanlı general ABŞ donanmasında komandan təyin olunduƏJDƏR İSMAYILOV DÜNYADA İSTİNAD EDİLƏSİ MÖTƏBƏR ALİM TÖVSİYƏ EDİLDİ...Ukraynada nazir müavini və köməkçisi həbs edildi“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında hərbi qulluqçularımız mükafatlandırılıb - VİDEO"Bayat elinin ziyalıları" filminin təqdimatı oldu - VİDEODüşmən komandanlığı zabit heyətini ayağa qaldırdı: Fərari əsgərə görə...Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib, Kazaryan saxlanma şəraitindən razıdırMehriban Əliyeva Putinə minnətdarlıq məktubu göndərdiERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ İFTİRAXəyanətə uğramış əsgər göz yaşlarını saxlaya bilmədi...AVMVİB Göygöl rayon şöbəsində5 İNTERAKTİV YOLLA DƏRSİN KEYFİYYƏTİNİ NECƏ ARTIRMAQ OLARABŞ-DAN ERMƏNİSTANA XƏBƏRDARLIQİcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - VİDEONazir ödənişli təhsil alan tələbələrlə bağlı göstəriş verdiPaşinyan Azərbaycandakı erməni hərbçilərə ev tikilməsi üçün 2,9 mlrd. ayırmağa qərar verdi...Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədirƏmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM"BARBAR" TÜRKLƏR!Los-Ancels də "eməni" şəhəri imiş...Biz niyə beləyik?SQ Qazaxda döyüş mövqelərini irəli çəkdiQarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEOAzərbaycanın erməni "manıslarına" sevgisinin arxasında nə dayanır?Adil hakimin ibrətamiz hökmü...ABŞ hakimiyyəti, ermənilər 1915-ci il "soyqırımı" ilə bağlı "tarixi yalanlara" görə türklərdən üzr istəməli olduqlarını söyləmişdiBrayzadan 11 ilin ETİRAFI: "ABŞ Saakaşvilini sakitləşdirməliydi"Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDIMehriban Əliyevaya orden verildiMüdafiə naziri yeni tikilən hərbi hospitalın açılışında olubTÜRK MİFOLOJİ QƏHRƏMANI QESER XAN...AVMVİB Qax rayon şöbəsindəErməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - İrəvan susurİlin 9 ayını xəstəxanada keçirən Qarabağ qazisiRusiya, Azərbaycan və İran prezidentlərinin görüşü başqa vaxta keçirilibHərbi hissələrdə Qurban bayramı qeyd edilibQafqazın əsil sahibi kimlər imiş?Cəbhədə Ermənistan Ordusunun hərbçisi əsir götürülüb – FOTOLARMehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılırAVMVİB Sabunçu rayon şöbəsindəDƏRDİN ƏLİNDƏN TUTUB GƏZDİRƏN ADAM...Ermənistandan bəzi STATİSTİK MƏLUMATLARMəcburi köçkünlər yurdlarını istəyirlərABDULLA ÖCALAN KÜRD MƏSƏLƏSİNİ 1 HƏFTƏYƏ HƏLL EDƏ BİLƏCƏYİNİ BİLDİRİBAVMVİB daha bir fəxri üzvünü mükafatlandırdıAVMVİB BİLƏSUVAR ŞÖBƏSİNDƏAVMVİB LAYİHƏNİN İCRASINI DAVAM ETDİRİBAVMVİB NİZAMİ RAYON ŞÖBƏSİNDƏ“Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında Azərbaycan tankçıları Çinə qalib gəlibPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibTürkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydıMehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibSON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"TARİXÖNCƏKİ DÖVRLƏRDƏN TÜRKÜN YARATDIĞI QURBAN BAYRAMINIZ MÜBARƏK!TƏBRİK: KAMİL ŞİRİNOV – 55Ermənistan Azərbaycanın təbii sərvətlərini talayır – FOTOİxtisas qrupları üzrə bu qədər plan yerləri boş qaldıBu işçilərin maaşları artırıldıAzərbaycanda itkin düşən uşaqların sayı artıbBU ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıbTƏBRİK: ALLAHVERDİ DƏRD - 65Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıbBAYRAĞIMIZA TƏRS BAXANLAR... NİYƏ ONLAR CƏZALANDIRILMIR?Ermənistan KİV-ləri Paşinyan sərsəmləmələrini şübhə altına aldıQARABAĞA NÜMAYƏNDƏ GÖNDƏRƏN ÖLKƏLƏRİN S İ Y A H I S I...Ermənistan yezidi kürdlərindən və PKK-lılardan necə yararlanır?- FOTOZELENSKİ TÜRKİYƏDƏErmənilərin mənşəyi haqqındaRəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə sərt reaksiya"Ax, bu Qarabağ tərəkəmələri!"-nə söz ardı...Tural Gəncəliyev: "Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan edib"AVMVİB sədri antiterror əməliyyatlarının başlanmasına çağırdıXANKƏNDİNDƏKİ MİTİNQDƏ ETİRAZLARBakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ARAŞDIRMATƏBRİK: TOĞRUL MUSAYEV - 30Paşinyan Qarabağda "at oynadır", bizimkilər isə qarğış tökür: "Paşinyan qələt edir nəsli-kökü ilə""Rəsulzadə" gəmisi suya buraxıldı - FOTO80 İLDƏN SONRA YER ÜZÜNDƏ İNSANLARIN SAYI DAHA ARTMAYACAQ
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ