Atatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olub

Atatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olub



Avqustun 16-da Atatürk Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın müasir yazarlarının əsərlərdən ibarət kitabın nəşri” adlı layihə əsasında ingilis dilində hazırlanmış “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihə çərçivəsində Azərbaycanın müstəqilliyi dövründə yazıb-yaradan müasir şairlərin ingilis dilinə tərcümə olunmuş əsərlərindən ibarət örnəklər antologiya şəklində ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri və kitabın tərtibçisi “Türk dünyası İnfo” İB-nin sədri, jurnalist, şair Dəyanət Osmanlı, məsləhətçisi, akademik Nizami Cəfərov, ön sözün müəllifi professor Bədirxan Əhmədli, redaktoru, filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır. Antologiyada ümumilikdə 34 şairin 150-dən çox şeiri yer alıb. Şeirləri ingilis dilinə İlahə Abdullayeva, Sevil Gültən, Kamran Nəzirli, Məsmə İsmayılova və başqaları tərcümə ediblər.

“Türk dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı layihənin həyata keçirilməsinə dəstək verən QHT Şurasına, könüllü iştirakçılara təşəkkür edərək bildirib ki, layihə Azərbaycanın müstəqillik dövrünün tanınmış müasir şairlərinin əsərlərindən ibarət örnəkləri ingilis dilinə çevirib, antologiya şəklində nəşr etməklə yaradıcılıq nümunələrimizin beynəlxalq aləmdə tanıdılmasına istiqamətlənib. “Təqdim etdiyimiz layihənin məqsədinə uyğun olaraq ədəbiyyatımızın təbliği sahəsində problemi diqqətlə öyrənmiş və həlli yollarını müəyyən edə bilmişik. Topladığımız təcrübəyə əsaslanaraq qeyd edə bilərik ki, nə qədər ədəbiyyat var, əsərlər yazılırsa, onların ən dəyərlilərinin müxtəlif dillərə çevrilərək beynəlxalq aləmdə təbliği işi aktuallıq kəsb edəcək. Bu tanıtım ədəbiyyatımızın dünyaya inteqrasiyası, həm təbliği, həm də mədəniyyətlərin təmasında özünün zənginləşməsi deməkdir. İctimai birlik olaraq bundan əvvəllər də ədəbiyyatımızın xaricdə tanıdılması istiqamətində bir sıra təşəbbüsləri reallaşdırmışıq. Belə ki, QHT Şurasının dəstəyi ilə müasir Azərbaycan şairlərinin əsərləri tərəfimizdən Türkiyə türkcəsinə və gürcü dillərində irihəcmli antologiyalar hazırlanaraq Ankarada və Tbilisi şəhərlərində ictimaiyyətin diqqətinə təqdim olunub. Bu cür layihələri gələcəkdə də davam etdirməyi düşünürük”, - deyə layihə rəhbəri qeyd edib.
Atatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olub



Tədbirdə Paşa Qəlbinur, Elbariz Məmmədli, İlham Qəhrəman, Seymur Verdizadə, Qəşəm Nəcəfzadə, Xanəmir Telmanoğlu və başqaları çıxış edərək antologiyanın müstəqillik dövr ədəbiyyatımızın təbliğinə və araşdırılmasına mühüm töhfə olduğunu, bu cür təşəbbüslərin artırılmasına və dəstək verilməsinə ehtiyac duyulduğunu vurğulayıblar. Layihənin həyata keçirilməsi dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyə yeni nəsil yaradıcı insanlarının ictimai platformadan müsbət reaksiyası kimi dəyərləndirilib.

Qeyd edək ki, “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın aparıcı kitabxanalara, tələbə gənclərə, ictimai-sosial qurumlara, diplomatik nümayəndəliklərə paylanılması nəzərdə tutulub. Bu toplu ilə ədəbi dairələr, tələbə-gənclər, elmi araşdırmaçılar (qurumlar) müasir Azərbaycan poeziyasının azadlıq, milli özünüdərk prosesində rolunu əks etdirən poetik materiallarla, müstəqillik illərində ədəbiyyata gəlmiş bir sıra tanınmış şairlərin yaradıcılıq nümunələri, düşüncələri ilə tanış ola biləcəklər.
17 avqust 2019 /

Atatürk Mərkəzində “Azərbaycanın müstəqillik şairləri” adlı kitabın təqdimatı olub

Похожие новости

"BİRİNCİ..." - ETİMAD ƏSƏDOVA HƏSR OLUNAN KİTABIN TƏQDİMATI KEÇİRİLİB

Dünən "Azərkitab kitab təbliğatı" Mərkəzində "Qarabağ Qaziləri" İctimai Birliyinin sabiq sədri, Azərbaycanın qəhrəman və mübariz oğlu Etimad Əsədovun 55 illik yubileyi qeyd olunub. Tədbir

AVMVİB LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ AĞSU VETERANLARI İLƏ GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon

AVMVİB GÖRÜŞLƏRİNİ DAVAM ETDİRİR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Müharibə veteranlarına hüquqi yardım" adlı layihə çərçivəsində AVMVİB, rayon

TDİB yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin

TDİB yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ