Bəylər, bu vətənə necə qıydınız?

Bəylər, bu vətənə necə qıydınız?



Günü gəlir, çarx düzünə çevrilir,
Günü gəlir, hesabınız görülür
Günü gəlir, sualınız sorulur:
Bəylər, bu vətənə necə qıydınız?
(Nazim Hikmət)

Tofiq Şahmuradov

REDAKSİYADAN: Bir daha yazırıq ki, bu günlərdə Vətənə xəyanət etmişlərin yaxınları xeyli aktivləşiblər. Mövzunun qapalı saxlanması, xalqın məlumatsızlığı az qala xainlərin "qəhrəman" kimi tanıdılmasına yol açmaqdadır və yetərli dərəcədə dezinformasiyalar yayılmaqdadır. Xüsusən də bu sahədə səriştəsiz olan mediamız lap "gül vurmaqdadır". Get Vətənini düşmənə sat və gəl hüquq tələb elə. Vətənə xəyanət edən kim olursa, olsun onun bağışlanmaq şansı olmamalıdır. Bu bütün müharibə veteranlarının tələbidir. Nədənsə öz "orqanını" düşmənə satanların müdafiəçiləri, Vətən qarşısında xidməti olanları, o iyrənc xainlərə işğəncə vermək adı altında həbs olunmuş kəşfiyyatçı və XTQ-çilərin müdafiəsindən heç danışmazlar? Çünki hər əsgər özünə uyğun səngərdə durar.
Amma bizi bir sual düşündürür: BU SEÇMƏ İGİDLƏRİ NİYƏ VƏ KİM XAİN OVUNA GÖNDƏRMİŞDİ? Bu məqamı araşdırmaq vacibdir...

***

Bəylər, bu vətənə necə qıydınız?

Gizir Əliyev Elcin Kalam oğlu 1986-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunda anadan olub.

1993-cü ildə Sumqayıt şəhər 1 saylı orta məktəbə qəbul olub, 2004-cü ildə məktəbi bitirərək, Azərbaycan Beynalxalq Universetinə qəbul olub, 2006-cı ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb, Füzulidə hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvəlırin kursuna yazılıb, kurs keçərək 2007-ci ildən XTQ-də hərbi xidmətə başlıyıb.

Xidmət dövrü müxtəlif kurslar keçib.

1. Erməni dili kursu
2. Hava desant hazırlıq kursu
3. "SAT" Sualtı taruz kursu
4. Dağlıq ərazidə "Qış-qar" kursu (Xizəklə hərəkət edərək atəş açmaq, dağda eniş-yoxuşlarda hərəkət etmə, 10 km xizəklə, 90 km xizəksiz dağda hərəkər)
5. Türkiyə "Antiterror və Qoruma Mühafizə" kursu
6. Alpinizm və Dağçılıq kursu
7. Tarama, İncələmə kursu
8. Yaşayış məntəqələrində döyüşlərin aparılması kurslarını keçib.

2014-cü ildən Tərtərdə kəşfiyyat taborunda xidmət edib, həmən il Kəlbəcərdə məxfi tapşırığı uğurla yerinə yetirib.

Düşmən arxasında bir çox əməliyyatları içra edib, 2015-ci ilin oktyabrında qrup komandiri Baş leytenant Kamil Müsəvi ilə düşmən arxasında tapşırığı icra edərkən Kamil Müsəvi minaya düşərək ağır yaralanmış, gizir Əliyev Elcin onu çıxardaraq təhlükəli ərazidən qospitala çatdırmışdır.
Bəylər, bu vətənə necə qıydınız?

2016-cı ildə aprel döyüşlərində Talış istiqamətində döyüşüb.

2017-ci ilin fevralın 25-də Ağdam istiqamətində əməliyyatlarda iştirak edib, hal-hazırda isə vətən xainlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilən leytenant Mikayılov Ruslan, gizir Maşayev Sənan, gizir Ağadadaşov Cavid, gizir Qəhrəmanov Cabir, gizir Əzizov Poladla birlikdə uğurlu əməliyyatı icra ediblər.

2017-ci ilin mayında aşkara çıxarılan casus şəbəkənin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib...
Bəylər, bu vətənə necə qıydınız?


Gizir Əzizov Polad Seyfəddin oğlu 1982-ci ildə Qazaxın Qazaxbəyli kəndində anadan olub.

Uşaq vaxtlarından profsional idmanla məşğul olub, 1997-ci ildə MDB ölkələri arası kinboxing turnirində birinci yer, həmən il Avropa cempionatında 3-cü yer tutub.

1998-ci ildə Avropa cempionu olub, Gürcüstanda keçirilən beynəlxalq yarışın qalibi olub.

2000-ci ildə hərbi xidmətə yollanıb, əsgərlikdə Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb, kursu keçərək orda xidmətə başlıyıb.

Müxtəlif ölkələrdə kurslar keçib:

1. Erməni dili kursu
2. Hava desant hazırlıq kursu
3. "SAT"Sualtı taruz kursu
4. Dağlıq ərazidə "Qış-qar" kursu (Xizəklə hərəkət edərək atəş açmaq, dağda eniş-yoxuşlarda hərəkət etmə,10 km xizəklə 90 km xizəksiz dağda hərəkər).
5. Türkiyə "Antiterror və Qoruma Mühafizə" kursu
6. Alpinizm və Dağçılıq kursu
7. Tarama,İncələmə kursu
8. Yaşayış məntəqələrində döyüşlərin aparılması kurslarını keçib.

2006-ci ildə Quba və Zaqatalada "Meşə qardaşları" adlı terrorçuların tutulub məhv edilməsi üçün xüsusi əməliyyat tapşırığını uğurla yerinə yetirib.

2009-cu ildə Gədəbəy istiqamətində düşmənin hərəkət edən kolonunun məhv edilməsində iştirak edib.

2012-ci ildə Tərtərin Çaylı kəndi istiqamətində düşmənin təkər postu deyilən postunun dağıdılması...

2013-cü ildə cəbhənin Füzuli rayonu hissəsində Araz cayı boyu düşmən postlarının dağıdılması...

2014-cü ildə Füzuli istiqamətində düşmənin bir postunun şəxsi heyəti ilə birlikdə tamami ilə məhv edilməsi...

2015-ci ilin oktyabrında Xüsusi Təyinatlı Qüvvələrdən və Ordu sıralarından təxris olunub.

2016-cı il aprel döyüşlərində illərdi xidmət etdiyi yoldaşlarının şəhid olması Polada pis təsir etmişdir, ona yenidən orduda xidmət etmək təklif edilir və qayıdır.

2016-cı ilin dekabrında Tərtər əlahiddə kəşfiyyat taborunda xüsusi təyinatlı bölükdə xidmətə başlıyır.

2017-ci il fevralın 25-də Ağdam istiqamətində düşmənin iki postuna girilib, 20 yə yaxın düşmən məhv edilib, köməyə gələn bir hərbi texnika partladılıb.

2017-ci ilin mayında Tərtərdə aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib.
Bəylər, bu vətənə necə qıydınız?


Qrup komandiri, leytenant Mikayilov Ruslan Məhəmmədəli oğlu 1993-cu il Ismayıllı rayonunda anadan olub.1999-2007-ci illərdə İsmayıllı şəhər 5 sayli orta məktəbdə təhsil alıb.

2008-2011-ci illərdə Cəmşid Naxcivanski adina hərbi litseyə daxil olmuşdur.2011-2015ci ildə Azerbaycan Ali Hərbi məktəbində kəşfiyyat ixtisası üzrə təhsil alıb.

Daha sonra 6 ay ixtisasi üzrə Silahlı Quvvələrin Təlim və Tədris mərkəzində (TTM) kurs kecmişdir.

2016-cı ilin martında təyinatla Tərtərdə əlahiddə kəşfiyyat taboruna qrup komandiri göndərilmişdir.

2016-ci il aprel döyüşlərində Talış kənd ətrafı yüksəkliklərinin alınmasında şücaət göstərmişdir.
Bəylər, bu vətənə necə qıydınız?

Aprel döyüşlərindən sonra düşmən arxasında bir necə uğurlu əməliyyatda iştirak etmiş, sonuncu dəfə 2017-ci ilin fevralın 25-də düşmənin Ağdam istiqamətində postlarına qrup ilə basqında iştirak etmiş,düşmənin 20 yə yaxın canlı qüvvəsin, bir texnikasın sıradan çıxarmışlar.

2017-ci ilin mayında aşkara çıxarılan casus şəbəkəsinin üzvlərinə işğəncə verməkdə şüphəli bilinərək həps edilib.
Bəylər, bu vətənə necə qıydınız?

***

Vətənə xəyanətə görə həbs edilən hərbçilərə işğəncə verməyə görə şübhəli şəxs kimi tutulan gizir Əliyev Elçinin məhkəmədə çıxışından: "Hörmətli cənab hakim, ilk növbədə bildirmək istiyirəm ki, mən nədənsə peşman deyiləm, çünki özümü günahkar bilmirəm. Məhkəmənin və prokurorluğun bu işə yanaşmasına baxanda məlum olur ki, elə deyəsən burda ən böyük günahkarlar bizik, günahımız da Vətənimizi sevməyimizdi.

Mənə hərbçi sənətin seçməyə heç kim məcbur etməyib, maddi çətinlikdən, işsizlikdən və s. kimi səbəblərdən hərbçiliyi seçməmişəm, mən bu sənəti seçəndə ailələmizin kifayət qədər maddi dayaqları var idi.
Bəylər, bu vətənə necə qıydınız?

Məni bu sənəti seçməyimə yeganə səbəb illərdir düşmənə qarşı olan qisas hisslərim olub, torpaqlarımızın işğal altında olması olub.

Xidmətimin 8 il Xüsusi Təyinatlı Qüvvələrdə, 5 il isə Tərtərdə kəşfiyyatda keçirmişəm, xidmətim boyu etdiklərimlə bağlı nəyisə burda uzun-uzadı deməyə ehtiyac yoxdur, çünki o əməliyyatların bir çoxunun hələ də məxfiliyi qorunub saxlanılır, maraqlı olsanız sizin qarşısınızda olan xidməti xasiyyətnamə və şəxsi işimdə illərdir düşmən arxasında göstərdiyimiz fəaliyyətimizlə bağlı qeydlər var, tanış ola bilərsiniz.

Mənə verilən ittihamlarla razı deyiləm, Vətənə xəyanətdə şübhəli bilinən və bir çoxu sizin verdiyiniz qərarla uzun müddətli azadlıqdan məhrum edilən Vətən xainlərinin döyülməsi, işğəncə görməsi ilə bağlılığım yoxdur.

Olsaydı mən onu çəkinmədən burda etiraf edərdim, çünki bizim dəfələrlə pusquya düşməyimizdə, necə-necə dağ kimi oğlanların şəhid edilməsində, əsgərlərimizi pul qarşılığında düşmənə satılmasında iştirak edən şərəfsizləri çox məmnuniyyətlə çəzalandırardım və burda uça səslə söyləyərdim: "VƏTƏNƏ XƏYANƏT EDƏNLƏRİN SONU BUDUR!"
Bəylər, bu vətənə necə qıydınız?























































Vətənə xəyanətə görə həps edilən hərbçilərə işğəncə verməkdə şüphəli bilinərək həps edilmiş Qrup komandiri leytenant Mikayılov Ruslanın məhkəmədə son sözü: "Cənab hakim! Biz hərbçi sənətin seçəndə, formanı geyinəndə Vətən üçün şəhid, qazi olmağı göz önünə almışdıq, döyüşlərdə silahdaşlarımızdan bir neçəsi şəhid oldu, qazi oldu amma bizə o yüksək ad qismət olmadı, o zirvəyə qalxa bilmədik.

Vətən üçün Şəhid,Qazi olmadıqsa da ,talehimizdə Vətən üçün zindanda yatmaq da var imiş.
Təki vətən sağolsun!"

Vətənə xəyanətə görə həbs edilmişlərə işğəncə verməkdə şübhəli bilinən və həbs edilən gizir Maşayev Sənanın məhkəmədə son sözü:

"Cənab hakim! Kimsə elə bilməsin ki, biz dövlətimizdən küskünük, nədənsə peşmanıq, biz sınmışıq. Biz, şərtlər nə olursa, olsun dövlətimizə xidmət üçün yetişdirilmişik, belə tərbiyə görmüşük.

Bizi belə böyüdüblər.

İki ilə yaxındı burdayıq, amma bir dəfə valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyiblər ki, bizim bu qədər dövlətimiz üçün xidməti olan, düşmən arxasında saysız-hesabsız fəaliyyəti olan oğlanlarımızı niyə həbs etmisiz?

Bəlkə gəliblər?

Gəlməyiblər, gəlməyəcəklər də...

Amma görürsüz, xainlərin valideynləri dağıdır aləmi, hamı da onlara züy tutur.
Dövlət üçün öldürmək də var, ölmək də var, zindanda çürümək də var.

Biz dövlətimiz üçün lazım olanı etmişik, bəlkə də hardasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik.

Siz yaxşı bilirsiz, xainlərin əməllərini, onların planlaşdırdıqları təxribatları, terror aktlarını və onların nə ilə nəticələnəcəyini, nə qədər itki verəcəyimizi...

Bu gün azı 200 hərbçi, ailə başçısı rahat evində, ailəsinin başındadı, amma bu olmaya da bilərdi, bu işi biz vaxtında açmasaydıq.

Bu gün, biz burdayıq, Vətən sağ olsun, amma bu xəyanətkarların əməlləri vaxtında aşkarlanmasaydı, bəlkə də biz qarışıq 100-lərlə hərbçimiz həyatda deyildi və həmçinin neçə-neçə qəhrəman oğullarımızın qanı bahasına aldığımız yüksəkliklər düşmənin nəzarətinə keçəcəkdi, dövlətimiz, xalqımız yenə düşmən önündə başı aşağı olacaqdı. Qarabağla bağlı arzularımız bir dəfəlik puç olacaqdı.

Amma biz buna imkan vermədik, bu yanımda oturan oğlanların sayəsində.
Tarixdə həmişə qəhrəmanlar olub, amma elə qəhrəmanlar olub ki, onların əməlləri, adları 10 illər sonra üzə çıxıb.

Biz qəhrəmanlıq eşqində deyilik, heç fikrimiz də yoxdu.

Bizim üçün həmişə bir amal olub: "Söz konusu Vatansa gerisi təfərrüatdı".

Təki Vətən sağ olsun!"
Bəylər, bu vətənə necə qıydınız?

Siz kimin yanındasınız? Xainlərinmi, fədailərinmi?

***

P.S. Bu məsələdə bir nüans nəzərə alınmadığı aydın görünür. Psixoloji amili döyüşdə olmayanlar anlamaz. Xatırladaq ki, analoji bir hadisə Rusiyada baş vermişdi. Sovet-Alman müharibəsi veteranının nəvəsi neonasistlərə qoşularaq babasını ələ salmaq üçün "Hayl Hitler" deyə salamlayarmış. Qoca veteran ov tüfəngi taparaq növbəti salamlama zamanı nəvəsini gülələyərək öldürmüşdü. Onun psixoloji sarsıntılarını nəzərə alan məhkəmə, veteranı elə zaldan azad etmişdi. Düşmənə qarşı onlarla əhəmiyyətli hərbi əməliyyatda iştirak etmiş adamın xainə mələk kimi davranması mümkündürmü? Bu işdə də bir iş var. Uğurlu əməliyyatlarda iştirak etmiş 7 kəşfiyyatçı və Xüsusi təyinatlını kimlər sifariş edib? Bu məsələ araşdırılmalıdır. Qarabağ müharibəsi veteranları baş verənlərdən və orduya sızmış düşmən əlaltılarının əməllərindən narahatdılar. Bütün hallarda bu hərbçilər ən yüngül cəzalarla azad edilməlidirlər. Buna AR Cinayət Məcəlləsi də yol verir. Bəs bu maddələr niyə tətbiq olunmayıb?

Təkrar biliyin anasıdır deyə o maddələri bir daha diqqətinizə çatdırırıq:

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-
— üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma

129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—
— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma—
— iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
— bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma—
— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—
— üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
— beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 132. Döymə
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə —
— iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 133. İşgəncə vermə
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—

— üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır...

Düşünün beş-üç öz arxasını düşmənə peş-kəş edən Vətən xaininə görə 15 nəfər peşəkar hərbçinin bada verilməsi, heç də təsadüfə bənzəmir. Fedai.az Araşdırma Qrupu olaraq bu nüanslara aydınlıq gətirməyə çalışacağıq. Çünki öncə hər şeydən uca olan Dövlətin ədalətinə və Ali Baş Komandanın öz əsgərinə sahib çıxacağına inanırıq. Xainlərin yanında olanlara isə bu ölkəni dar etməyin zamanıdır. Gün bu gündür...

Onu didik- didik didiklədilər,
Saçlarından tutup sürüklədilər
Götürüb kâfirə : «Buyur...» dedilər,
Bəylər, bu vətənə necə qıydınız?
(Nazim Hikmət)
Bəylər, bu vətənə necə qıydınız?
17 avqust 2019 /

Bəylər, bu vətənə necə qıydınız?

Похожие новости

Hərbi Prokror: “Hərbi cinayətlərin 99,6 faizi açılıb”

"Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi

LƏKƏLƏNMİŞ "MƏLƏKLƏR" VƏ SATILMIŞ "KƏPƏNƏKLƏR"- ANA VƏTƏNİN XAİN BƏLALARI...

Yazını şəhidimiz Arzuman Qasımovun əziz xatirəsinə ithaf edirəm. Jurnalist fəaliyyətim dövründə bu yazı işlədiyim ən ağır və ağrılı bir mövzudur. Vətənə xəyanət, Anaya xəyanət, körpələrə xəyanət...

ALİMENTİ ÖDƏMƏYƏN VALİDEYNİ HANSI CƏZA GÖZLƏYİR?

Rövşən Qasımov Vəkil 1992-ci il 2 mart tarixində Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olduqdan sonra Azərbaycan Respublikası BMT-nin bir sıra sənədlərinə, o cümlədən, 20 noyabr 1989-cu ildə

SABUNÇUNUN İCRA BAŞÇISI ZABRATDA ZİBİLXANA VƏ SƏKİLƏRİ DƏ SATIB

2016-cı il iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan

Bəylər, bu vətənə necə qıydınız?

Nazim Hikmət İnsan olan vətənini satarmı? Suyun içib çörəyini yediniz Dünyada vətəndən əziz şey varmı? Bəylər, bu vətənə necə qıydınız? Onu didik- didik didiklədilər, Saçlarından tutup
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ