AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI...

AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI...





















Xaqani Ədəboğlu

Qırğızıstan prezidentinin varidatı azərbaycanlıların lağ-lağı obyektinə çevrilib...

Qırğızıstanın baş prokroru Otkurbek Camşitov mətbuat konfransında deyib: "Artıq eks-prezident Atambayevə məxsus 120 ədəd əmlaka həbs qoyulub".

Qırğızıstanda həbs edilmiş sabiq prezident Atambayevlə bağlı xəbərdə deyilir: "Atambayevlərin həbs qoyulan əmlakları arasında bahalı avtomobillər də yer alır.

Almazbek Atambayevə məxsus maşınlar:

· Toyota Land Cruiser (2000-ci il buraxılış);
· Mitsubishi Pajero (1997-ci il buraxılış);
· Toyota Land Cruiser (1998-ci il buraxılış);
· MAN (1993-cü il buraxılış);
· BMW-Х53 (2001-ci il buraxılış)

Raisa Atambayevaya məxsus maşın və əmlaklar:

· Toyota Land Cruiser (2004-cü il buraxılış);
· Mercedes Benz (1994-cü il buraxılış);
· QAZ 3110 (1999-cu il buraxılış);
· Bişkekdə mənzil ;
· Bişkekdə həyət evi

Bundan başqa, ailənin əlindən alınanlar arasında 3 üzüm bağı, 4 torpaq ərazisi də var"

"Seyidbek Atambayev qaynatasının evinə qoyduğu çanta axtarış zamanı götürülüb. Çantada 17 min som (2500 dollar), həmçinin ünvan və telefonlar göstərilmiş adlı siyahı, həm də xərclənmiş 2.225.000 som (32000 dollar) və 318 min dollar vəsaitin xərclənməsi siyahısı tapılıb" (Rəsmi)...

Belə yerdə azərbaycanlı niyə gülməsin? Bir lift idarəsinin tez boşanan qızının toy məsrəflərinə Atambayev sülaləsini, yazıq Rəşadın saatının qiymətinə Atambayevin qonşularını da üstəlik almaq olarmış. Bu qırğız əkələr gör nə gündədirlər?

Bizdə sadə bir naziri qaldıranda altından milyard dollar çıxır. Bu bədbəxtin varidatını bir İcra başçısına versən, bircə gün də işləməz. 5 ilin prezidentinin bütün maşınları Sabunçunun "xalqın sevimlisi", yuxarıların əvəzedilməz kadrı olan İcra Başçısı Adil Vəliyevin bir maşının qiymətindən ucuzdur. Atambayevin bütün əmlakını toplasan 1000 mənzil alan SOCAR-ın idarə rəisinin bircə mənzilindən ucuzdur. Hələ Zamira xanım bircə mağazada xərclədiyi pula 5 Atambayevi diri-diri satın almaq olar.

Bədbəxt Atambayev, bir azərbaycanlı tapılmayıbmı, bu zavallıya bir öyüd-nəsihət verə ki, dövlətin malı dənizdir, yeməyən donuzdur...

Amma doğrudan da bu müftəxor, korrupsioneri güllələmək lazımdır. zalım oğlu, 1999-cu il buraxılışı olan QAZ 3110-u neyniyirdin? O maşınla bizimkilər Dərnəgül yolunda baqaj bağlayıb yük daşıyırlar. Özü də baqaja görə DYP-yə də görüm-baxım edirlər.

Ax Atambayev, Atambayev! Atam balası 5 il adam balası kimi işləsəydin, indi bu gün də oturub hakimiyyətdə xımır-xımır yeyərdin.

Görəsən 1994-cü il buraxılışı olan Mersedesi neçəyə satır? Bizim bir müharibə əlili verilən Naz-lı Lifanı satıb köhnə Mersedes almaq istəyir. Çünki deyir ki, bu maşın əlilə hörmətdən çox, hörmətsizlikdi. Mexaniki ötrücülü, kondisionersiz, komfortsuz və s...

... Nə isə. Belə varidat yığan prezidentə ən ağır cəza vermək lazımdır. Ona baxıb özümüzə o qədər bərəkallah demişəm ki, dilim yara olub. Artıq beynəlxalq kurslar açmaq zamanıdır. O gün də Merkelin ayda 19 796,68 avro almasını oxuyub infarkt keçirdim, bunun da 17 701,40 avrosu Merkelin rəsmi maaşıdır.

Bu məcmu məbləğin maaşın üstünə artırılan əlavə gəlirlər hesabına alındığı bildirilir. Belə ki, vəzifə üzrə 30,68 avro, həm əlavənin rayon əmsalı, həm də xidməti xərclər üzrə bir min avrodan artıq əlavə ödəniş nəzərdə tutulur.

Mütəxəssislərin hesablamalarına əsasən, Merkelin illik gəliri 333 min avro təşkil edir. Beləsinə qarğış etməyib neyləyəsən? Səni saxlayan kişinin papağı boş qalsın. Almaniyanın adına gül olub, kanslerlik edincə, gəl Sabunçu rayonunda bir kənddə bələdiyyə sədri ol. Al yanına 1-2 makleri, ver Adil müllimlə əl-ələ sat ki, satasan. Özün də qazan, başçı da qazansın. Hərənin əlindəki...özünə bəsdi. Kürdəxanıda bir makler tutulmuşdu, evindən 200 min çıxdı. Kişinin qızı pul qazanb. 300 min güllə dəysin, sənə...

Ona görə də bu bacarıqsızların Azərbaycanı gözləri götürmür. Çünki özləri bacarmırlar, Aqil müəllim demiş, pulları var ki?

Bizimkilərin isə vur-tut bircə əməlləri xoşuma gəlmir. Birinin saatını başına vurub əlindən alırlar, birinin obyektindən zir-zibil çıxarırlar, birinin başına vurub yığdığını əl qoyurlar və s. və i.a.

Onu da neyləsinlər. Bir az qorxaqdılar. Yəni evdə xoruz, çöldə çil toyuq. Bizimkilər çox vətənpərvər olduqları üçün "əl çirki olan pulları" daşıyıb xaricə apatrırlar ki, ölkəmiz kirlənməsin. Deyilənə görə, "moykalayıb" pulları təmizləyirlər, amma pullar da yuyulub kirə çıxır.

Əsrin əvvəllərində mütəxəssislərin hesablamalarına görə, təkcə Musa Nağıyevin varidatı indiki qiymətlərlə 50 milyard dollar təşkil edirmiş. Hər quruşun üzərində əsən Musa Nağıyev, bilmirsiniz haradadır?

Biz buyuq, Atambayev, bizdən öyrən. Bütün xalqlar pula hökm etməyi biz isə pula sitayiş etməyi püxtələşdiririk. Ərəb bütlərinin birinin adı Manat idi və bizim də sitayiş yerimiz olan milli valyutanın adı manatdır. Bir şey anlada bildimmi?

Ya sizlər, anladınızmı?
18 avqust 2019 /

AH ATAMBAYEV, ATAMBAYEV, NƏ GÜNDƏSƏN, ATAM BALASI...

Похожие новости

Adil hakimin ibrətamiz hökmü...

Kanadada qoca bir adam çörək oğurladığı üçün məhkəməyə çıxarılır. Yaşlı adam işlədiyi cinayəti etiraf edir. Və etdiyi xətanı belə açıqlayır: "Çox ac idim.harda isə acından öləcəkdim." Hakim belə

Qırğızıstanda sabiq prezident Almazbek Atambayev saxlanılıb

Fedai.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi sabiq dövlət başçısının qərargahına istinadla məlumat yayıb. Qərargahdan verilən son məlumata görə, Atambayev naməlum istiqamətdə

Merkelin gəlirləri açıqlandı

AFR-nın kansleri Anqela Merkelin aylıq gəlirləri haqqında məlumatlar açıqlanıb. Bu barədə germania.one Bundestaqın mətbuat xidmətinə istinadla xəbər verir. Qeyd edilir ki, siyasətçi ayda 19 796,68

Fərqlənmə attestatı bu tələblərə uyğun gələn məzunlara verilir

Fedai.az-ın məlumatına görə ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub Dövlət İmtahan Mərkəzi iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ