"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASI

"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASI

"O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər?”

"Oğlum 1992-ci ildə Ağdərənin çaylı kəndində şəhid olub. Ona şəhid adı da verilib. İllərdir müavinət də alırıq. Ancaq di gəl ki, sonuncu sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Müraciət etdik, dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona şamil edilmir. Biz bilmiş olduq ki, vətən üçün könülsüz döyüşmək lazım imiş”.

Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanova belə deyir.

Onun oğlu Sehran Qəniyev 15 yaşında evdən qaçıb könüllü Qarabağa döyüşməyə gedib. Bir neçə aydan sonra isə döyüşdüyü kənddə mühasirə düşərək həlak olublar. Ana deyir ki, bəli, oğlu Qarabağa könüllü gedib.

O, bunun qarşısını dəfələrlə alıb. Ancaq günün birində qaçıb və sadəcə gedib: "Vətənpərvər uşaq idi. Qarşısını ala bilmədim. Getdi və şəhid oldu. Buna sözüm yoxdu. Anası kimi həmişə fəxr etmişəm onunla. Bilirəm, onsuz da elə oğulu Allah adama sonacan verməz. Musiqiyə, idmana gedirdi. Tərbiyəli, ağıllı, hamı başına and içirdi. Mənə kömək edirdi, vətənpərvər, sevgi dolu bir uşaq idi. Mənə təsir edən ayrı-seçkilikdir. O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər? Sehran şəhid sayılmır ki, nə məsələdir? Bütün bunlar da bir ana kimi mənə pis təsir edir. Şəhidi ayırmazlar, prezident bir sərəncam, bir qərar veribsə, sonacan versin. Bu işi layiqli şəkildə yerinə yetirsin”.

Gülnar Zamanova oğlunun döyüşə getdiyi vaxtları xatırlayır. Deyir, 1992-ci ilin iyulunda gedib. Müharibənin ən qızğın vaxtlarında ön cəbhədə 41 gün döyüşüb. Bir gün evlərinə də gəlib: "Avqustun 14-də gəldi. Elə bircə gün qaldı. 15-də tələsik getdi. Yalvardım-yaxardım, dedim, bala, sənin məktəbə gedən vaxtındır, uşaqsan, nə işin var səngərdə, müharibədə? Dinləmədi, qaçıb çıxıb getdi. Ağdərənin Çaylı kəndində döyüşürdü. Getməyi ilə ölümü bir olub. Elə getdiyi günün axşamı döyüş olub. Ermənilər bunların olduğu yeri mühasirəyə alıb, hamını qırmışdılar. Hətta meyitlərini 24 saat sonra çıxarmaq mümkün olmuşdu”.

Gülnar Zamanova deyir ki, belə bir şəraitdə həlak olan, vətənini sevib, könüllü döyüşə gedən birinə qarşı ayrı-seçkilik etmək günahdır: "Həm şəhidin özünə, həm də ailəsinə qarşı böyük haqsızlıqdır. Mənim ana kimi çəkdiyim əzablar hər hansı maddiyyatla ölçülmür. Həmin günü xatırlayıram. Qapıya gəldilər. Nəsə dedilər, yoldaşım təcili getdi. Evdə də heç nə demədi. Sonra zəng etdi ki, get qardaşıngilə, gələcəyəm ora. Getdim ki, 4 tabut var ortada. Oğlum, qardaşımın oğlu, bibim oğlu və bibimin nəvəsi. Hamısı eyni yerdə döyüşürdülər. Birdən öldürüblər. Soruşdum, nolub, kimdi bunlar? Dedilər, ay bədbəxt, elə biri sənin balandı. Ayaqlarım tutuldu, elə bildim ölürəm. Üstünə ölüm kağızı yapışdırmışdılar. Adını oxuyanda dünyam dağıldı, qaldım altında”.

Gülnar Zamanova deyir ki, dövlət şəhidlərin ailələrinə birdəfəlik müavinət verdi, onların ailələrinə təşəkkür etdi: "Anlaya bilmirəm, bizim övladımızın canı can deyil? Mən ana deyiləm? Oğul itirməmişəm? Bu, nə ayrı-seçkilikdir belə? Bizim qapımızı açan olmadı. Nədi ki, oğlum hərbiyə gedəndə 16 yaşı tamam olmamışdı və könüllü getmişdi. Beləsini daha da baş tacı etməkdən, deyirlər, könüllüdür, ona düşmür. Nə bilim, yaxşı oğul olmaq üçün könülsüz döyüşmək lazım idi? Bu adam torpağını sevirdi, vətənpərvər idi. Ona görə belə hörmət qoyurlar?”

2019-cu ilin əvvəli prezident İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalayıb. /muxalifet.az/
19 avqust 2019 /

"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASI

Похожие новости

QƏHRƏMAN DÖYÜŞÇÜNÜN QƏHRƏMAN XANIMI

Bu qadın Milli Qəhrəman Yelmar Edilovun həyat yoldaşı Reyhan Edilovadır. -Necəsiz, Reyhan xanım? -Yaşamağa çalışıram. -Reyhan xanım, Yelmarlı günlərə qayıdaq... Yelmarı döyüşə aparan yol haradan

ŞƏHİD AİLƏLƏRİNİN MÜAVİNƏTİ ARTDI

“12 mindən çox şəhid ailəsinə verilən təqaüdlər 58 manat artırılıb”. Fedai.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinqdə deyib.

AVMVİB XIZI RAYON ŞÖBƏSİNDƏ

AVMVİB Xızı rayon şöbəsinin sədri Şakir Tağıyevin verdiyi məlumata görə, şöbə rəhbərliyi Milli Ordunun ilk könüllülərindən olan qəhrəman şəhid (itgin) Araz Bagi oğlu Rüstəmovun ailəsinə baş çəkib.

ŞƏHİDLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ VƏSAİT NƏ VAXT VERİLƏCƏK?

Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə

Birdəfəlik pul 8800 şəhid ailəsinə veriləcək - Səlim Müslümov

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ