DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT

DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT



AYNUR TALIBLI
Tarix və mədəniyyət araşdırmaçısı
DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT




Tarixdə nam salmış –NÜFUZ QAZANMIŞ millətlərin və onların mədəniyyətlərinin var olduğunu göstərən ən öncül dəlil heç sübhəsiz ki, onların dilləridir. Məhz bu da, bir milləti oluşduran, meydana gətirən təməl bağlardan biri və ən əsası dildir. Bu araşdırmamızın mövsuzu dil qavramı, dil və düşüncə arasındakI əlaqə, dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu, biz Türklər üçün də önəmi olacaqdır.

Dil qavramı haqqında çox tanım vardır. Əski zamanlardan bəri dilçilər tərəfindən “dil” qavramı müxtəlif şəkillərdə tanımlanmış olsa da bu tanımlar arasında bir-birini hökmən boşa çıxaracaq düzeydə bir fərqlilik mövcud deyildir deyə bilərik.

Bunlarin bir qismi belədir: Tarixsəl, toplumsal və kültürəl bir qavram olaraq dil, insanın özünü və dünyanı anlamasını təmin edən və həmcinsləri- insanlar ilə ünsiyyəti və anlaşmanı mümkün edən təməl insani yetidir (1). Məşhur dilbilimcisi,Türkoloq Muharrem Erginin düşüncəsinə görə isə, “Dil insanlar arasında anlaşılmayı təmin edən təbii bir vasitə, özünə məxsus qanunları olan və ancaq bu qanunlar çərcivəsində inkişaf edən canlı bir varlıq, təməli bilinməyən zamanlarda atılmış gizli anlaşmalar sistemi,səslərdən hörülmüş toplumsal bir qurumdur” (2). Bu tanıma görə dil, yüzillər boyu gəlişərək meydana gəlmiş sosyal bir qurumdur. Milləti birləşdirməkdə və qorumada təsirli güclü bir ortaq mirasdır. Başqa bir ifadəylə dil, təbii və sistemli bir anlaşma vasitəsidir; milli kültürün aynası və daşıyıcısıdır; toplumun kültürəl dəyərlərini ifadə etmək üçün vasitə olarak birlik və bütünlüyü meydana gətirməkdə təsirli bir ünsürdür(3).

Prof.dr. Necip Üçokun dil haqqında maraqli bir tanımı belədir: “Bir-birinin dillərində anlâmayan iki insanı bir yerdə bağlayıb dünya ilə əlaqələrini kəsəlim. Bir zaman sonra onların əlləri ayaqları, qaşları gözləri ilə işarətdən başlayaraq yavaş- yavaş bir-birlərinə duyğu, və istəklərini, gördükləri işləri bildirməyə yarıyacaq, anlatmaq qüdrətində olan bir vasitə meydana gətirdiklərini görərik (4). Ən geniş mənasıyla, yəni bir anlaşma vasitəsi olaraq əllər, ayaqlar və bənzəri araçlarla-vasitələrlə edilən işarətləri də içinə alan bu müəssəsəyə-biz Dil (Langage) adını veririk. “Dil “kəliməsi bizim hafizəmizdə canlandırdığımız xəyal anlam və kəliməyə əsaslanan, yəni eşitmə duyğumuza xitab edən səslərdən meydana gəlmişdir. Bu baxımdan tədqiq edildiyi zaman da səslərdən meydana gəlmiş dil, eyni ilə qoxu, mimik, işarət dili kimi bir simvollar sistemidir.” E. Winklerin söylədiyi kimi (5) dil, bir topluluğun bütün keçmişi və həmçinin kültürünü, xarakteri və təbiətini, duyğu və həssasiyətini, görənək və gələnəyini əks etdirən bir aynadır.

Prof.dr. Mehmet Kaplan dilin tanımını üç ölçüdə irəli sürmüşdür: Əsasən, “dil, bəzi səs və ya səs qruplarının o şeylərin xəyalını uyandırması sürəcindən ibarətdir”1, işlək baxımından “dil, vasitədən başqa bir şey deyildir 2, mənəvî baxımdan isə “dil, həyatın aldığı bir şəkildir və millətin çağlar boyunca yaşadığı tarixin davamıdır..3. ”(6).

Başqa bir deyimlə, dil insanlar arasında anlaşmanı təmin edən təməl qurucu ünsürdür. İnsan öncəliklə öz dilinin içində doğular və beləcə öz şəxsi varlıq alanını meydana gətirər. Dil, şəxsin və ya fərdin varlıq alanının səs, yazı və bədən dilinə dönüşmüş halıdır. Hər millət və onu oluşduran bireylər, öz dil aləmində kimlik qazanır. Bu baxımdan dil, keçmişdən gələn qiymətlərin- dəyərlərin, zehniyət və psixolojinin, fərd və cəmiyyətin bir ifadəsidir. Şahin (2014: 828) (7).

Dil ictimai bir müəssəsə olaraq insanlar arasında anlaşmayı təmin edən bir arac (Ergin,2009:3);toplumda ortaq dəyəri olduğu üçün sosial bir qurum( Karataş,2009:11) və çox yönlü, fərqli özəllikləri olan qeyri-adi bir varlıqdır (Aksan,2007:11).
DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT



Tanımlardan da görüldüyü kimi dilin toplumsal özəlliyi önə çıxarılır. Akarsuya görə, dil danışıldığı toplumun özəlliklərini ən yaxşı əks etdirən ünsürdür. Toplumun ortaya qoymuş olduğu kültürəl izləri dildə özünü göstərir. Platon, "Kratylos" adlı kitabında dili "öz şəxsi düşüncələrini səsin yardımıyla, mübtəda və xəbər varsitəsiylə anlaşılan duruma gətirmək" 3 biçimində tanımlamışdır. (8).

Şərqdə və Türk İslam dünyasında qurulan ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə dili sosial ictimai bir amil olaraq dəyərləndirir və dil haqqında düşüncəsi belədir: “İnsanlar arasında toplumsal cəmiyyəti təşkil edən iki önəmli amil vardır. Bunlardan biri din,digəri də dildir. Bilindiyi kimi din müxtəlif dillərlə yaşana bilir. Din müxtəlif cinsdən olanları birləşdirdiyi halda, dil ancak bir növdən və bir cinsdən olan insanları birləşdirir”. “Həqiqətən də dil milləti ən gözəl təmsil edən amildir. Millət dil vasitəsiylə özünü (məziyyət və mövcudiyyətini) anlada bilir. İnsan oğlunun sözü riyaziyyat və ya fənni qavramları andıran qarmaşıq kimya oyunları və ya simgələr deyildir. Canlı bir qavramdır, onun qanı vardır, canı vardır. Millətlə bərabər doğular, onunla birlikdə yaşar və tərəqqi edər”. (“Şelale” dergisi, 10 Ağustos 1913, Sayı: 27.)

Sizlərlə dilçilər və düşünürlərin “dil” qavramı haqqındakı müxtəlif tanımlanrını bölüşdüm və mühüm bir fərqlilik olmadığına şahid olduq. Amma dil qavramına dair bir çoxumuzun bildiyi və ən sadə tanım isə belədir: ”DİL İNSANLARA ARASINA ÜNSİTYYƏT YƏNİ İLƏTİŞİM VASİTƏSİDİR.”

Biz dilin önəmini daha dərindən anlamaq üçün bu tanımlamanı məna baxımından açmalıyıq. Deyirik ki, “Dil ünsiyyət-iletişim vasitəsidir”.Öncəliklə “ ünsiyyət” və ya “iletişm” nədir? Ünsiyyət dediyimizdə nə nəzərdə tuturuq?
Sosial bir varlıq olan insan, davamlı olaraq çevrəsiylə təsirlənmə və əlaqə qurmaq ehtiyacı içərsindədir. İnsanın biolojik bir varlıqdan toplumsal bir varlığa dönüşməsini təmin edən ən önəmli ünsurun də ünsiyyət olduğunu söyləmək mümkündür (Tuna, 2012, s.3). İlətişim qavramının kökəni Latınca “communis” terminindən gəlmişdir, İngiliscə və Fransızcadaki “communication” sözcüyünün qarşılığı olaraq dilimizdə istifadə edilir. İlətişim duyğu, düşüncə və istəklərimizi anlatmaq,bir-birimizlə sosial və və mədəni əlaqələr qurmaqdır. Biz bunu səslə və ya yazılı yol ilə edirik.Yəni dil insanların düşündükləri və duyqularını bildirmək üçün sözcüklərlə və ya işarətlərlə etdikləri anlaşmadır (TDK,2005). Dil kültür və mədəniyətin inkişafından insanların günlük həyatındakı problemlərin çözümünə qədər hər sahədə önəmli bir ilətişim aracıdır. (Özbay.2006,s2).(9).

Bu məqamda kültürdən də özəlliklə bəhs etmək gərəklidir.
Kültür bir millətin yüzillar boyunca oluşdurduğu alqı, ilgi, tutum və davranışlarla təzahür edən yaşam tərzi, maddî və mənəvî dəyərlərin toplamıdır və nəsildən nəslə miras olaraq ötürülərək gəlməkdədir. Kültür, həyatın hər mərhələsində insanı əhatə edən duygu və düşüncənin yaşama yansıyan hâlıdır. (Göçer, 2012). Türk milliyətçiliyini “Türkçülük” adı altında sistemləşdirən böyük fikir adamı Ziya Göyalpa görə isə kültür, “Bir millətin dinî, əxlaqi, ağılı, estetik, lisani, iqtisadi və fənnî həyatlarının ahəngli bir bütünüdür” (10).

Mehmet Kaplan görə “kültür, bir topluluğu, bir cəmiyyəti, bir milləti millət edən və onu digər millətlərdən fərqləndirən həyat təzahürlərinin bütünüdür”. Həyat təzahürləri, hər millətin özünə aid olan və bu özü yansıtan millî və mənəvi dəyərlərdir. Bu dəyərlər; din, dil, örf və adətlər (gələnək və görənəklər), dünya görüşü, yaşama tərzi, tarix, sənət, ədəbiyyat, coğrafiya… vb. ünsurlər olaraq qarşımıza çıxar. Bunların ən önəmlisi dildir. Kültür oluşumu, gəlişimi- inkişafı, gələcək nəsillərə ötürülməsi vb. açılardan -bucaqlardan baxıldığında dilin işləkliyini və önəmini rahatlıqla görə bilərik.

Dil ilə kültür bir –biri ilə yaxından əlaqəli iki qavramdır. Dil kültürlə yaşar, kültür də dil ilə inkişaf edər və birikir-çoxalar (Günay, 1995). Dil bir kültürün ürünü olaraq düşünə də bilərik. Bir toplumun dili, o toplumda yaşayan birəylərin(fərdlərin) gənəl kültürünü əks etdirər. Kültür bir bilgi birikimidir. Bilgi birikiminin qaynağı isə dildir. Bu səbəbdən dil ilə kültür bir-birindən ayrılmaz bütündür. Bu hâlda, kültür, nəsilden nəsilə ötürülmək üçün dilə möhtaç; toplumun duygu, düşüncə və tam mənasıyla həyat tezahürlərinin somut(gözlə gorünən) hâla bürünməsinin vasitəsi olan dil üçün də kültür bir ehtiyacdır. (Göçer, 2012).
DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT




Dil və millətin əlaqasəsi nədir?

Dilin millətin formalaşmasında rolu varmı?

Biz “dil insanlar yəni insan topluluqlari arasında ünsiyyət vasitəsidir” dedik.Gəlin bu insan topluluqlarının necə bir araya gəldiyindən və onları bir aya gətirən səbəblərdən,bunu təşkil edən ünsürlərdən bəhs edək. Bu zaman suallarımızın cavabına daha aydın anlayacağıq.

Hər hansı bir insan topluluğunun oluşması üçün insanları bir-birinə bağlayan səbəblərin olması gərəklidir. Yəni ortaq dəyərlərin olamsı lazımdır. Məhz insan topluluqları bu dəyərlər sayəsində oluşur. Məhz millətdə belə meydana gəlir. Milləti oluşduran ortaq dəyərlərə eyni irqdən gəlmək, ortaq tarixə, keçmişə sahib olmaq, ülkü qardaşlığı və ortaq dilin olması daxildir. Ernest Renana- subyektiv millət anlayışına görə milləti meydana gətirən nəsnə “birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş olmaq”dır (12).

Şübhə yoxdur ki, millət könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arsuzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmini də əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq yurd ,ortaq tarix və ortaq soydur. Beləcə dil yüz illərdir insanların bir-birləri ilə anlaşması üçün ilətişimin ən önəmli vasitəsidir,topluluqların millətə dönüşməsində və mədəniyyətin inkişaf edərək davamlılığını qorumasında çox təsirli bir vasitə, çox yönlü səs quruluşu olan işarətlər sistemidir. Yəni millət olmadan dövlət olmaz. Dil də olmadan millət olmaz. Mənə görə dilimiz milli kimliyimizdir. Dilini itirən millət şəxsiyyətini də, kimliyini və kültürünü də itirmiş olar.

Ziya Gökalpın dilimiz və məsələləri üzərində də çox yerində və diqqət cəlb edən düşüncələri vardır. Ziya Gökalpın da millət anlayışında “dil” çox önəmli bir yer tutur. Milləti meydana gətirən ünsürlər içərisində Gökalp “kültür”ü və ona bağlı olan “dil”i ən əsaslı olaraq qəbul etməkdədir (13).

Bir toplumda milli birlik və bərabərlik də ancaq toplumun fərdlərini bir zəncirin xalqaları kimi bir-birinə bağlayan dillə meydana gələ bilər. Millətin bütünlüyünün gələcəyi də dillə güvəncəyə alına bilər (14). Türk dünyasının öndəri Mustafa Kemal AtaTürkün bu sözlərini xatırlatmaq istərdim: “Türkiyə Cümhuriyrətini quran, Türk xalqı Türk millətidir. Türk milləti demək Türk dili deməkdir. Türk dili Türk milləti üçün müqəddəs bir xəzinədir. Çünki Türk milləti geçirdiyi nəhayətsiz fəlâkətlər içində əxlaqının, ənənələrinin, xatirələrinin, mənfəətlərinin qısacası bu gün öz millətinin meydana gətirən hər şeyinin dili sayəsində muhafizə olunduğunu görür. Türk dili Türk millətinin qəlbidir, zehnidir(15). Bu məqamda Məmməd Əmin Rəsulzadənin də millət və dillə əlaqədar fikirlərini xatırlatmaq istərdim: “Milli mədəniyyət və yaxud millət, dilbirliyi, örf adət və əxlaq birliyi, gələnəksəllik içində və nəhayət inanc birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. “Dil millət olmanın təməlini təşkil edər. Dil ilə bərabər dində də bir olan millətlərin birləşmə yetənəyi daha tez oluşur (Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.).

“Milliyətin əsasını təşkil edən şey dildir. Dil adətə hər bir heyətin( insan qrupunun) hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. . Ey millətin istiqlalını təmin edəcək Türk gənçliyi nərədəsin?”(16) (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)

Məqaləmizin bu hissəsində xüsusi ilə dil,ünsiyyət, kültür və millətin əlaqəsindən bəhs etdim. Bunun özəl bir səbəbi vardır. Çünki son zamanlarda bizlər xüsusi ilə Qüzey Azərbaycan Türkləri və Anadolu Türkləri dilimizin önəmini unutmuş və avropa dillərinin və rus dilinin təsirində qalmışıq.Yəni dilin önəmini xəfifə almışıq. Bəzi ailələrdə övladlarımız öz dilində Azərbaycan Türkçəsində danışmağı belə bacarmırlar. Bir də bunula fəxr edən bir çox cılız düşüncəli milli kimliyini, şəxsiyyətini itirmiş insanlar da var. Bu isə heç şübəsiz sovet dönəminin və təfəkkürünün dırnaq arası “bəhrəsi”dir ki, manqurtlaşdırılmış bəzi ailələr öz dilində danışmağı deyil rusun dilində danışmağı çağdaşlıq hesab edir. Zatən kimliyini, şəxsiyyətini itirmiş birinə də yaraşan düşüncə tərzi budur.

Deyəsən, bəziləri Azərbaycan Türkçəsində danışanların “ çuşka” deyərək təhqir edildiyi dönəmə geri dönmək istəyirlər.Bu isə onların şəxsiyyətsizliklərinə və manqurtlaşdıqlarına işarət edir. Unutmayın dil sadəcə ünsiyyət üçün gərəkli deyil. Dil həm də xüsüsi, ən təsirli siyasi vasitədir və milltələrin dövlətlərin var olduğunu göstərən simgədir.
DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT




VƏTƏNİMİZ Azərbaycan Rus işğalından şəhidlərimizin qanı ilə qurtarıldı, müstəqil bir dövlət oldu . Bizim dilimiz rus dili deyil, övladlarımızla öz dilimizdə danışmalıyıq. Bizim dilimiz Azərbaycan dili-Azərbaycan Türkçəsidir. DİLİMİZİ qorumaq bizim boynumuzun borcudur. BİR millətin, bir dövlətin var olduğunu göstərən dili və bayrağıdır. Axı bu dil, bu millət yaşasın deyə Əhmət Cavadlar, Hüseyin Cavidlər, Mikayıl Müşfiklər və daha ismini qeyd etmədiyim yüzlərcə ədibimiz, mütəfəkkirlərimiz canlarından keçdilər. Bu gün müstəqil Azərbaycan torpağında, öz ocağına, vətənində başqa dillə danışanlar o dahi insanlara və vətənimizə qarşı nankorluq etmiş olurlar. Bu məqamda Azərbaycanın və Türk dünyasının bilinməyən qəhrəmanlarından,Türk komutan İshak Çelik bəyin gözəl bir sözü var onu sizlərlə bölüşürəm: ”Milli dil duyqusu, düşüncəsi, vətən və millət sevgisi olmayanlar, dilini qorumayanlar, vətənini, millətini və dövlətini qorumazlar!”

P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

P.P.S.Araşdırma məqaləmizin üçüncü hissəsində Türk dünyasının görkəmli düşünürlərinin dilimiz və ortaq Türkcəmizlə əlaqədar dəyərli fikirlərini sizlərlə bölüşəcəyəm.
DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT


İstifadə edilən mənbələr:

1. Seyit COŞKUN. Ankara Üniversitesi,Dil ve Tarih-Coörafiya Fakültesi,Felsefe Bölümü. “Dil-Düşünce ve Dünya İlişkisi Bkımından Özellik,Bireysellik ve Kimlik. (Uludağ University Faculty of Arts and Sciences Journal of Philosophy. Sayi23/Issue23! Güz 2014/Fall2014 . ISSN: 1303-4251.
2. Ergin, Muharrem (1980a). Türk Dil Bilgisi, İstanbul: Boğaziçi Yay.
3. Türkbilig, 2018/36: 103-120.” DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER” Kemal EROL.
4. D. T. C. Fakültesi dergisi Cilt II, Sayı 2 S, 313 öte. A. Ü. D, T. C. Fakültesi Dergisi, F. 8.
5. Dr. NECİP ÜÇOK Lengüistik Doçenti “SOSYAL BAKIMDAN DİL” S. 611.
Vom sprachwisaenschaftlichen Denken der Frauzosen (Wörter und Sachen Neue Folge Bd. I, 1938 Heft 2, S. 83).
6. 1) 1 Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s. 163.
2) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.135
3) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.140
4) Mehmet Kaplan, “Dil ve Kültür”, Türk Edebiyatı, Eylül 1985, 143. sayı, s. 9
7. Şahin, Veysel (2014). Bilge Kadının Aynadaki Yüzü (Halide Edip Adıvar’ın Romalarında Yapı ve İzlek), Ankara: Akçağ Yay.
8. 1) ERGİN, Muharrem (2009). Türk Dil Bilgisi. İstanbul: Bayrak Basım Yayım Tanıtım
2) KARATAŞ, Turan (2009). Türk Dili. Ankara: Öncü Kitap Basımevi
3) AKSAN, Doğan (2007). Her Yönüyle Dil Ana Çizgileriyle Dilbilim (4. Baskı). Ankara: Türk Dil Kurumu Yayınları.
9. Tuna, Y. (2012). İletişim. İzlem Vural (Ed.), İletişim Kavramı ve İletişim Süreci (s. 2-23). Ankara-Pegem Akademi Yayınları
10 Göçer, A. (2012). Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine. Türk Dili, 729, 50-57
Gökalp, Ziya (1975), Türkçülüğün Esasları, İstanbul: Sebil Matbaacılık
11. Ali Göçer ” Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine” Türk dili,s .53.
GÜNAY, Doğan (1995). Roman Çözümlemesine Toplum-dilbilimsel Bir Yaklaşım. Dil Dergisi,s.9.
ASLAN, Yasin (2008). Yabancı Dil Eğitiminde Dikkat Edilmesi Gereken Noktalar. Türkiye’de Yabancı Dil Eğitimi Ulusal Kongresi Bildiriler (Gazi Ü. Gazi Eğitim Fakültesi, Editörler: S. Ağıldere ve N. Ceviz): 118-123. Ankara.
Uygur, Nermi (2001). Dilin Gücü, 6. Baskı, s.23. İstanbul: Yapı Kredi Yay.
12. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).
McNall Burns, op. cit., s.443.
13. Doç.Dr. Faruk K. TİMURTAŞ “ Dil Davası ve Ziya Gökalp”
14. “TÜRK DİLİNE GÖNÜL VERENLER”
15. Afet İnan, Medenî Bilgiler ve Mustafa Kemal Atatürk’ün Elyazıları, TTK yay., Ankara 1969, s. 18.
16. Mehmet Emin Resulzade Ansiklopedisi. Doç. Dr. Nesiman YAGUBLU . “Azerbaycan Kültür Derneği” Yayınları. Ankara.
(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.)
(Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)
19 avqust 2019 /

DİLİMİZ MİLLİ KİMLİYİMİZ: DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT

Похожие новости

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək

İstanbulda “Palmali” Şirkətlər Qrupu tərəfindən Xocalı Soyqırımının anım günü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək. İstanbul Universitetində baş

ZƏFƏR BAYRAMIN MÜBARƏK, TÜRK MİLLƏTİ!

Bu gün qardaş Türkiyənin milli bayramlarından biri, 30 avqust – Zəfər bayramı qeyd olunur. Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan

ƏXİLİK NƏDİR ?!

Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri... YAZAR: AYNUR TALIBLI TARİX VƏ MƏDƏNİYYƏT ARAŞDIRMACISI. İSTANBUL.2018. Tarixi ciddi və elmi bir şəkildə araşdırdığımız zaman həqiqətən soylu

Avropalıların və türklərin milliyyətçilik anlayışları

Milliyyətçilik nədir, harada və necə yarandı? AYNUR TALIBLI Tarix və mədəniyyət araşdırmaçısı. İstanbul 2017 Azərbaycan Oğuz-Türk yurdudur və bizlər Oğuz Türkləriyik. Bunu hər zaman yazılarımda,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ