Vergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydı

Vergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydı
















Deputatın oğlu və qardaşı oğlu həbs edildi...

Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

IstiPress-in məlumatına görə, məlumatda deyilir:

"Son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir.

Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməmiş, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən vəziyyət dərhal nəzarətə götürülüb, operativ tədbirlər həyata keçirilməklə ictimai asayiş bərpa olunub, vergi əməkdaşlarının “Relaks” istirahət mərkəzində vergi nəzarəti tədbirinin keçirilməsinə zəruri şərait təmin edilib.

Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin baş vermə məkanı fiksasiya olunub, maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə bütün xüsusatların, əməllərində cinayət tərkibi olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda “Relaks” istirahət və turizm mərkəzində bütün obyektlər normal fəaliyyət göstərir, qonaqlar rahat şəkildə istirahət edir, eyni zamanda vergi nəzarəti tədbirləri adi rejimdə aparılır".
20 avqust 2019 /

Vergilər Nazirliyi, DİN və Baş Prokurorluq "Relaks" qalmaqalı ilə bağlı açıqlama yaydı

Похожие новости

DEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – VİDEO

Unikal.org-un əldə etdiyi məlumata görə, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb. Yayılan

Hərbi Prokurorluqdan dənizə düşən təyyarə ilə bağlı cinayət işi qaldırılıb

Xəbər verildiyi kim dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi radardan itərək Xəzər dənizi üzərində qəzaya uğrayıb. Qəzayla əlaqədar Azərbaycan

Hərbi Prokurorluq əsgər ölümü ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər ölümü ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, 8 avqust 2018-ci il tarixdə Müdafiə Nazirliyinin N

Azərbaycanda prokuror həbs olundu

şdən çıxarılan İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov həbs edilib. Fedai.az xəbər verir ki, bir neçə gün əvvəl yol verdiyi ciddi nöqsanlarla əlaqədar vəzifədən azad edilən İsmayıllı rayon

Gəncədə iğtişaşın qarşısını alarkən 2 polis zabiti həlak oldu

2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ