Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!

Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!

Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına BMT-nin Bakı ofisinə və Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

"Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına BMT-nin Bakı ofisinə

Azərbaycan Xarici İşlər Nazirliyinə

Ərazisi işğal olunmuş Füzuli və Cəbrayıl rayonlarının məcburi köçkünləri tərəfindən

MÜRACİƏT

Biz 26 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş vətənimizə, yurdumuza, torpaqlarımıza qayıdırıq!

Hörmətli cənablar!

Azərbaycanın 1992-ci ildə bu nüfuzlu beynəlxalq qurumlara üzv olduğunu nəzərə alıb Sizə müraciət edirik!

Müraciətimizin ilk cümləsini bu illərdə hər gün, hər an düşündüyümüz, arzuladığımız, unutmadığımız istəyimizlə başlamaqla məqsədimizi elan edib, yüz minlərlə bəşər övladının( milli mənsubiyyətindən asılı olmayaraq) yaşadığı faciəni bir daha nəzərinizə çatdırır və yüz minlərin taleyinin bütöv bir dövlətin facisinə çevrilməmək üçün bütün dünyanın biganə qalmamasına çağırış edirik. Biz qərarımızda israrlıyıq. Biz bəşər tarixinin XX yüzilliyinin sonunadək yaşadığımız əzəli torpaqlarımıza qayıdırıq. Qarşıda əcdadlarımızın yaşadıqları torpaqları işğal etmiş, minillik mədəniyyətimizi, tariximizi viran qoymuş düşmən dayandığının fərqindəyik. Bizim torpaqlarımızın işğal edildiyini Sizlərin də yaxşı bildiyi və işğalın bu illərdə verdiyiniz qərarlarda öz əksini tapdığını bir daha xatırladıb, işğala məruz qalmış yüz minllərlə insanın faciəsinə son qoymağınızı tələb edirik. Biz silahsız olaraq yurdumuza, vətənimizə dönürük. Baş verə biləcək faciələrdə Sizin də məsuliyyət daşıyacağınızı bir dah xatırladırıq, çünki bu illərdə Sizlər də qəbul etdiyiniz qərarlarda işğalçını birbaşa göstərməyərək, onun bu illərədəki saymamazlığına dolayısı ilə şərait yaratmısınız.

Diqqətinizə bir də çatdırırıq:

“1993-cü ilin avqustunda atəşkəs haqqında razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurasına müraciət etməli oldu. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi. Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in( o vaxt ATƏT deyildi) səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı”.

Zamanında tutduğunuz loyal münasibət işğalçıya fürsət verdi ki, müharibəni münaqişə səviyyəsinə endirib, 26 il- əsrin dörddə biri qədər vaxta kimi uzatmağa şərait yaratmış oldunuz. Məsuliyyətinizi dərk edirsinizmi, cənablar! Görün Ermənistan tərəfinin sizlərə hörməti nədən ibarətdir?
ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükəsizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır:

1. Suverenliyə hörmət;
2. Silahlı qüvvələrdən istifadə etməmək;
3. Sərhədlərin toxunulmazlığı;
4. Dövlətlərin ərazi bütövlüyü;
5. Mübahisələrin dinc yolla həlli;
6. Bir-birinin daxili işlərinə qarışmamaq;
7. İnsan hüquq və azadlıqlarına hörmət etmək;
8. Millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət;
9. Dövlətlər arasında əməkdaşlıq;
10. Beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməklə bu prinsiplərin heç birini nəzərə almadığını göstərib.
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!



874 nömrəli Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (23 avqust 1993), Qubadlı (31 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı. Sizin bu mövqeyinizə ermənistan bu gün də hörmət etmir, məhəl qoymur. Bu münasibətə görə kim qınanmalıdır?

Siz Helsinki yekun aktında nəzərdə tutulan “ərazi bütövlüyü” prinsipindən uzaqlaşıb “millətlərin müqəddəratını həll etmə prinsiplərini” də ortaya ataraq problemi bu vaxta qədər uzatmaqda günahkar olduğunuzu his edirsinizmi? Axı, erməni milləti Ermənistan dövləti yaratmaqla müqəddaratını həll edib. Hörmətli, vasitəçi dövlətlər-Minsk Qrupunun həmsədrləri, Siz bilirsinizmi ki, Sizin ərazilərdə- Rusiyada, ABŞ-da Fransada kompakt yaşayan erməni millətinin sayı Dağlıq Qarabağda yaşayan ermənilərdən qat-qat çoxdur. Elə isə nədən öz ərazinizdə bu millətə müqəddəratını təyin etmək üçün dövlət yaratmırsınız? Təkcə Kaliforniya ştatının Qlend-eyl şəhərində 300 min-yəni Dağlıq Qarabağın erməni əhalisindən üç dəfə çox bu millətin nümayəndəsi yaşayır. Rusiyada yaşayan 1,5 milyon ermənilərin yarısı Stavropol vilayətində yaşayır, Fransada 500 min erməni əhalisi var. Zamanında Rusiya çarının İrandan Qarabağa köçürdüyü ermənilərə verdiyimiz DQMV kimi hansı dövlət muxtariyyət verib erməni vətəndaşlarına?

Ona görə biz – Füzuli və Cəbrayıl rayonlarının bütün məcburi köçkünləri işğal tarixi günümüzdə- 23-26 avqustda vətənimizə qayıtmağımız haqqında qərarımızı Sizlərə çatdırır və:

- erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ regionundan dərhal və qeyd-şərtsiz çıxarılmasını;
- zorla qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına təhlükəsiz şəraitdə qayıtması üçün bütün əlverişli şərtlərin yaradılmasını tələb edirik.

Bizim özgə dövlətlərin torpaqlarında gözümüz yoxdur. Biz öz vətənimizə qayıdırıq! Qarabağı ermənilər ərazi, biz isə VƏTƏNİMİZ bilirik. Biz vətənimizə qayıdırıq!

21 sentyabr 2019-cu ildə hər kəsi dinc, silahsız olaraq öz doğma yurdlarımıza qayırmağa çağırırıq.

Azərbaycan Respublikasının Füzuli və Cəbrayıl rayonlarının məcburi köçkünləri"
Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!
20 avqust 2019 /

Füzuli və Cəbrayıldan olan məcburi köçkünlər torpaqlarını tələb edirlər!

Похожие новости

27 illik Laçın həsrəti...

18 may Azərbaycanın Laçın rayonunun işğal tarixidir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Laçının işğalının 27-cı ildönümünü ilə əlaqədar açıqlama yayıb. Nazirliyin mətbuat katibi Leyla

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi-ORADA NƏ YAZILIB?

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdur. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin

Kolumbiya parlamenti Qarabağla bağlı qətnamə qəbul etdi

Kolumbiya parlamentinin Xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a

QARABAĞIN AZƏRBAYCANLI İCMASININ BƏYANATI

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayı ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Keçən əsrin

İlham Əliyev Paşinyana sərt cavab verdi

«Azərbaycan bayrağı işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa və Xankəndində tezliklə dalğalanacaq", bu barədə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ