"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜ

"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜ




Təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.



Bu barədə pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

“Rəşad Atakişiyevin nəşi tapılıb. Bundan öncəki axtarışlarda ayaq hissələrindən qalıqlar tapılmışdı. Bu dəfə isə pilot oturacağı və bədəninin digər hissələri də tapılıb. Hissələr analiz olunmaq üçün Patoloji və Anatomiya Birliyinə aparılacaq. Analizlərin uyğun gəlmə ehtimalı yüksəkdir. Çünki bədən hissələri ilə birgə tapılan pilot oturacağı onun olub”, - Q.Hüseynli bildirib.



Politoloq qeyd edib ki, pilotumuzun nəşi Təzə Pir məscidində yuyulacaq və sabah 09:00-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Mərasimin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ("Salyanski" kazarma) binasında olacaq.



Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.



***



İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.



Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.



Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. /Axar.az/

***

"Rəşadın nəşi təyyarənin düşdüyü yerdən tapılıb”.



Ekspress.az xəbər verir ki, bu haqda mərhumun qayınatası Qabil Hüseynli məlumat verib.



Onun sözlərinə görə, cəsəd bütöv deyilmiş: "Hazırda nəşin tapıldığı yerdən qayıdıram. Cəsədin tanınması üçün məni çağırmışdılar. Cəsəd bütöv deyil. Çanaq və bədənin müəyyən hissələri tapılıb”.



Q.Hüseynlinin dediyinə görə, pilotun cəsədinin bir ayağı 3 gün öncə tapılıbmış. Amma bu haqda ailəsinə məlumat verilməyib: "Ayağının birini tapıblarmış. Amma bizə bu haqda heç nə deməmişdilər. İndi də bədənin kresloda olan hissəsi aşkarlanıb”.



Mərhum pilotun qayınatasının dediyinə görə, sabah saat 9-da onunla vida mərasimi olacaq: "Bu gün Təzə Pir Məscidində cəsəd yuyulacaq. Sabah səhər saat 9-da Dadaş Bünyadzadə küçəsində yaşadığı evdə onunla vida mərasimi keçiriləcək. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Tədris Mərkəzində rəsmi vidalaşma mərasimi olacaq. Və əsgəri qaydada II Fəxri Xiyabanda dəfn olunacaq”.



Qabil Hüseynlinin dediyinə görə, təyyarə düşdüyü yerə bərk çaxıldığı üçün cəsəd hissələrə ayrılıb: "Mütəxəssislər deyir ki, "MİQ 29” yerə enərkən burnu üstə zərblə çırpılıb. Sıxılma prosesi gedib və cəsəd əzilib. Pilot kabinəsi də bu səbəbdən yerini dəyişib. Cəsədin ancaq bədən hissəsi bütöv qalıb”.



Xatırladaq ki, polkovnik-pilot Rəşad Ataakişiyevin nəşi bu gün tapılıb.



Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. (News24)


AVMVİB RƏHBƏRLİYİ MƏRHUM PİLOTUMUZUN YAXINLARINA KƏDƏRLƏNDİKLƏRİNİ BİLDİRİR VƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRLƏR!

Allah rəhmət eləsin!
20 avqust 2019 /

"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜ

Похожие новости

Dənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTO

“Qara qutunun” texniki vəziyyəti öyrənilir Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Hazırda

Türkiyə mətbuatı Xəzərə düşən MiQ-29-un qalıqlarının görüntüsünü yaydı

Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qalıqları tapılıb. Eurasia Diary Anadolu Agentliyinə istiandla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir

Fedai.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, axtarışlarla bağlı yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin

BAŞIN SAĞ OLSUN, VƏTƏN!

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb. Bu barədə “Qafqazinfo”ya politoloq Qabil Hüseynli bildirib. Qabil

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı, dənizə düşdü - Pilot axtarılır

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ