TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ
Dimes Hak Alerli
İstanbul

“Ürəyi dağ olmayınca, bağrı qanlı lalə tək,
Heç kimin ki, həddi yoxdur kim Qızılbaş olmaya”.
Şah İsmayıl Xətai

Çox ağır bir məsuliyyətdir, “Şah Xətai və qızılbaşlıq” mövzusunun tədqiq edilməsi. Çünkü Ədalət və Şərəfini itirmiş dünyada GEOPOLİTİK QİYAMƏTƏ və sadəcə Azərbaycanın deyil, BƏŞƏRİN ƏDALƏTƏ OLAN ÜMİDİNİN GÖYƏRMƏSİNƏ səbəb olacaq iki mühüm məsələ:

1) Böyük Azərbaycanın RUHANİ-İDEOLOJİ TƏMƏLİ,
2)Türkiyə və Azərbaycan arasındakı RUHANİ-MƏNƏVİ BİRLİYƏ əsaslanan sıx OĞUZ-TÜRKMƏN BİRLİYİNİN
YARANMASI

QIZILBAŞ İNANCININ İLAHİ KODLARININ HƏQİQƏTİNİ idrak etməyi tələb edir. Qızılbaşlığın “Quran” idrakına dayalı gerçək mahiyyətinin dərk edilməsi ehtiyacı hələ
də öz layiqli qarşılığını tapmayıb. Ömür vəfa edərsə, bu məsələni davamlı və sistemli şəkildə, gücümüzün yetdiyi qədər araşdırmaq fikrindəyik. Lakin əvvəlcə yüzillər boyu ortaya atılan yalan və iftiraların, yanlış iddiaların aradan qaldırılması zəruridir. Bu məsələnin həlli mövzunun sistemli şəkildə araşdırılmasını, alimlərin bu istiqamətdə yazılmış əsərlərinin incələnməsini və bu kitablarda düzgün qeyd edilmiş məqamların təsbit olunması ilə yanaşı, yanlışların da aşkar edilməsini tələb edir. Bu ağır işi layiqli şəkildə gərçəkləşdirmək ən böyük diləyimdir. Çünki Şah Xətainin (eyni zamanda Seyid Nəsiminin) Batini kodlarının doğru idrak edilməsinin nə qədər mühüm olduğunu yuxarıda vurğulamışdım.

***

Əmin olun ki, daha uyğun şərtlərdə bu işi çox geniş və təfərrüatlı şəkildə görmək istərdim. Fəqət yaş 47, ömür nə qədər vəfa edər – bilmirəm. Bundan başqa, istər Azərbaycan, istərsə də, Türkiyədə bu məsələ ilə bağlı zəruri MADDİ-MƏNƏVİ dəstəyi verəcək ZƏKA və LƏYAQƏTİN nə zaman ortaya çıxacağını təxmin etmək də imkansızdır. Ölümlü insan olduğumdan, sağlığımda belə bir imkanın heç vaxt ortaya çıxmayacağını da ehtimal etməkdəyəm. Odur ki, bu şərtlər daxilində belə olsa sizlərlə bəzi təsbitləri paylaşmaq qərarına gəldim.

Altından xətt çəkərək bir məqamı indidən vurğulamaq istəyirəm: həqiqət yolçuluğunda Cavid Mürtəzaoğlu başda olmaqla, bir çox dəyərli pirdən gücümün yetdiyi qədər faydalanmışam. Lakin qələmə aldığım fikirlər nəticə etibarilə özümə aiddir. Çünki bir çox məqamı öz İç dünyamda kəşf etdim. Bu düşüncələr yanlış və ya doğru ola bilər, lakin heç kim onların NƏ SAVABINA, NƏ DƏ GÜNAHINA ORTAQDIR. Və düzünü desəm, bu yazını da nə savab, nə də günah üçün yazdım.

Şah Xətai və Seyid Nəsimiyə verdiyim sözə görədir bütün bu və bundan sonra qələmə alacaqlarım. Ümid edirəm ki, ULU DİVANDA UCA YARADAN xidmətimizi HAQQ
DƏFTƏRİNƏ YAZMIŞ OLACAQ.

I YAZI

HETERODOKS, ŞAMANÇILIQ və ŞİƏ VURĞUSU FONUNDA Hz.ƏLİSİZ TÜRK İNANCI İDDİASI

Heyf ki, Şah Xətai şəxsiyyəti və Qızılbaş inancı istər başda Avropa və rus alimləri olmaqla dünya, istərsə də Azərbaycan və Türkiyə alimlərinin mütləq əksəriyyəti tərəfindən bilərəkdən və ya bilməyərəkdən sadəcə sosial-siyasi-tarixi motivlərlə təhlil edilmişdir. Nəticədə siyasi-ideoloji sifarişlər və ya dar şəxsi baxışlarla yazılmış kitablar məsələni az qala çıxılmaz vəziyyətə gətirmişlər. Yanlış yanaşmalar o qədər çoxdur ki, mövzu üzərindəki bu ağır kabusu yox etmək üçün davamlı olaraq təkrarlanan və buna görə də artıq danılmaz həqiqət kimi qəbul edilən bir çox məsələni yenidən nəzərdən keçirmək lazım gəlir. Bu yanlış iddialar nədən ibarətdir:

1) Qızılbaşlığın, İslamı qəbul edərkən, əslində, Orta Asiyadakı türklərin Altaylardakı inancı olan şaman ənənəsini qoruyub saxlaması və bu xəttin inkişaf etdirilməsi ilə yaranmasının vurğulanması;
2) Qızılbaşlığın İslam içində heteredoks bir cərəyan olmasının vurğulanması;
3) Şah Xətainin şiə olması və şiəliyi yayaraq türk dünyasını məzhəbçilik virusuna yoluxdurması. Bunun nəticəsi kimi də türkə zorla sırınmış Əli və Əhli-Beyt sevdasının fars şovinizminin əlində silaha çevrilməsinin, şiəliyin türkü zəiflətməsinin vurğulanması;
4) Şah Xətainin sadəcə Azərbaycan hökmdarı kimi qəbul edilərək onun tarixdə və günümüzdə layiqli yerini tutmasının əngəllənməsi;
5) Şah Xətainin hansısa sıradan bir fateh kimi təhlil edilərək onun İnanc öndəri kimi deyil, sadəcə dövlət xadimi kimi təqdim edilməsi və s.

İnanc məsələsi yalnız son 35-40 ildə deyil, hər zaman geosiyasi savaşın vacib ünsürü olmuşdur. Bu da bir həqiqətdir ki, geosiyasi savaşın ən fəal üzvü olan kəşfiyyat qurumları çox zaman bəzi alimləri süni şəkildə təşviq və reklam etmiş, onların fikirlərini bütləşdirərək tədqiqatçıları yanlış istiqamətə yönləndirmiş, bununla da öz hədəflərinə çata bilmişlər. Bu anlamda azərbaycanlı atadan və rus anadan doğulmuş, uzun müddət Ələvi-Bektaşi tədqiqatları aparmış İrən Məlikovanın şəxsiyyəti nümunə ola bilər. Məhz o, yuxarıda vurğuladığımız bu iki başlığın Türkiyə və Azərbaycandakı elmi dairələrdə sorğu-sualsız qəbul edilməsinə şərait yaradan “böyük alim” bütü olmuşdur. Bundan başqa, İrən Məlikovanın Anadoludakı Bektaşilik (Əhli Həq Hürufilik) və Ələviliyin (Qızılbaşlıq) qədim əlyazmalarını toplayaraq Avropaya aparması son dərəcə şübhəli bir məqamdır. Çünki suiistifadədən və qərəzli niyyətdən xəbər verir. Əks halda son dərəcə vacib olan bu inanc qaynaqlarının əslini Avropaya apararaq izini itirməz, surətlərini çıxararaq əsillərini qorumuş olardı. Bu məqam və İrən Məlikovanın Əhli Həq Hürufi və Qızılbaşlıqla bağlı ZƏRƏRLİ VƏ DİNDƏNKƏNAR qənaətlər verməkdən çəkinməməsi iki əhəmiyyətli məqamı təsbit etməyə imkan verir:

1) İrən Məlikova “doğru” Bektaşilik və Ələviliklə “yanlış” Əhli Həq Hürufilik və Qızılbaşlıq arasında FƏRQLƏNDİRİCİ XƏTT çəkərək Türk İrfan İdrakının Azərbaycan
və Anadoludakı inkişaf dinamikasını diqqətdən kənara qoymağa;
2) Ələvi Bektaşiliyin Altay-şaman ənənəsinə əsaslanan inanc olduğunu vurğulamaqla türklərin Azərbaycan və Anadoluya sonradan gəlmə olduğunu İNANC MƏQAMINDA da vurğulamaq, həm də Təbriz və Xorasan kimi qədim Azərbaycan torpaqlarındakı inanc mərkəzləri və bu məkanlardakı böyük ərənlərin – övliyaların Anadoluya təsirini yox saymaq məqsədini güdmüşdür. Niyyət və düşüncələrinin məkrli olması səbəbindəndir ki, Təbrizə gedərək oradakı pirlərlə görüşmək istəsə də, kimsə tərəfindən qəbul edilməmişdir.

İrən Məlikova faktları, hadisə və inanc əsaslarını obyektiv qələmə alaraq hansısa bir qəti qərar vermədən (xüsusilə də irfani məsələlər kimi İrən Məlikovanın və bir sıra digər alimlərin MƏLUMATSIZ OLDUĞU bir müstəvidə) davranmaq yerinə Ələvi-Bektaşiliyə təsir edən inanclarla bağlı belə yazır:
“Fəqət bir az sonra, XV yüzilin ərəfəsində, DAHA ZƏRƏRLİ (Yazıdakı bütün fərqləndirmələr mənə aiddir – DHA.) bir təsir, sünniliyə zidd olan meyli gücləndirəcək və ona daha açıq mövqe qazandıracaqdır. Bu, Astarabadlı Fəzlullahın tələbələri tərəfindən yayılan Hürufi təlimidir...” (“Tarixdən Teolojiyə: İslam İnanclarında Hz.Əli”, “Türk Tarix Qurumu”, 2014, səh. 84).

Bu qısa bölümdən bəlli olur ki İrən Məlikovaya görə:

1) Şah Fəzlullah Nəiminin elmi ZƏRƏRLİ İMİŞ;
2) Bu zərərli elmi Anadoluda yayaraq Ələvi-Bektaşilərə dərindən təsir edən Seyid Nəsimi və Əliyyül Ala kimi ərənlər SÜNNİ OLAN (bu əsassız iddianın tam bir cəhalət olduğunu sonrakı yazılarımızda geniş izah edəcəyik) Ələvi Bektaşilərə ZƏRƏR vermişlər. Fransada yaşamış “modern” bir alimin əsassız şəkildə Seyid Nəsiminin edamına fətva vərən sünni mollasının ağzı ilə danışması bir daha sübut edir ki, birinin “alim” adlandırılması onun çağdaş idraka və ləyaqətli duruşa sahib olduğu anlamına gəlmir.

(Ardı var)

Mənbə: Dimes Hak Alerli "ŞAH XƏTAİ: ŞİƏ, SƏFƏVİ YOXSA QIZILBAŞ?! (Türk İrfan İdrakı işığında baxış) kitabı
21 avqust 2019 /

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Похожие новости

TÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFAN

Bəzən, mənim sufizm haqqında yazan alimlərə qarşı bu qədər kəskin olduğumun səbəbini soruşurlar. İzah edim. Məsələ ondadır ki, biz alimlərə deyil, alimlər bizə hörmətsizlik edirlər. Bəzən doqmatik

Kök Tengri (Gök Tanrı) İnancı

Prof.Dr.Saadettin GÖMEÇ Əski Türk dini və şamanlığın təbiəti hələ də aydın olmayan Türklüyün elmi problemlərindəndir. Əski Türk dini və Şamanizm, bəzən köhnə Türk dini Şamanizm olaraq da

TANRININ TÜRKLƏRİ...

Kazım Mirşan "Mən Kazım Mirşan; Ulukem, Baykal, Lena, Altay, Talas, Monqolustan, Başqırdıstan, İskiteli, Val Camonica, Anadolu, İsveçrə, Etrüsk, Yunanıstan, Makedoniya, Fransa, Portuqaliya, Pra

HƏRBİ JURNALİSTDƏN SƏRT ETİRAZ: AZƏRBAYCANIMIZI QORUYAQ!

Üzeyir Cəfərov Əziz dostlar! Hörmətli həmkarlar! Son dərəcə əsəbi və gərgin bir vəziyyətdə bu fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Mənə elə gəlir ki, deyəsən Rusiyanın başıpozuq siyasi-hərbi

BU GÜN ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI GÜNÜDÜR

Dilavər Əzimli Bütöv Azərbaycan Ocaqlrı sədrinin ideologiya üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Mayın 23-ü Dünya fatehləri içərisində özünəməxsus yer tutan Böyük sərkərdə, Böyük sufi,
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ