12 Dek 02:45GÜNDƏM / TƏHSİL

Finlandiya təhsilni uğurlu edən səbəblər

Finlandiya təhsilni uğurlu edən səbəblər
Hal – hazırda Finlandiya təhsil sistemi dünyada öndə gedən təhsil sistemlərindən biridir

Finlandiyada özəl məktəblərin olmaması, bütün məktəblərdə yüksək səviyyəli dərslərin keçirilməsi, təhsil xərclərinin tamamilə dövlət tərəfindən ödənməsi təhsilin inkişafına güclü təsir göstərir

Finlandiyada məktəblər Pulsuzdur. Burada şagirdlər məktəbə 7 yaşından başlayırlar. Yaşlarından asılı olmadan, şagirdlər məktəbə valideynsiz gedirlər. Məktəblərdə şagirdləri sərbəst yetişdirməyə önəm verirlər. Şagirdlər, öz ehtiyacları doğrultusunda şəxsi təhsil proqramlarını formalaşdırmaq haqlarına sahibdirlər
Qısa dərs saatları, əylənərək öyrətmək, sərbəstlik və öz üzərində işləmək bacarığını aşılamaq Finlandiya təhsil sisteminin əsasını təşkil edir.

7 – 16 yaş aralığında ( 9 il ) aldıqları təhsil məcburidir. 9 il ərzində şagirdlərə ev tapşırığı verilmir və şagirdlər tez – tez imtahana edilmirlər.Şagirdlər ilk dəfə 9 illik təhsil sonrasında ölkə nəznində imtahana girirlər. Məktəb təhsilini davam etdirmək istəməyən şagirdlər, imtahandan sonra peşə məktəblərində və texnikomlarda təhsil ala bilirlər. Universitet təhsili almaq istəyən şagirdlər isə məktəbdə 3 il təhsillərini davam etdikdən sonra imtahan verirlər.

Finlandiya məktəblərində gün ərzində 4 saat dərs keçirilir. İbtidai sinif şagirdlərinə 75 dəqiqə tənəffüs verilir. Məktəblərdə həyata keçirilən bu sistem şagirdlərin zehni və fiziki yorulmalarının qarşısını alır.

Məktəblərdə hər şagirdə şəxsiyyət olaraq dəyər verilir. Şagirdlərdən biri dərsi kifayət qədər mənimsəyə bilmirsə, müəllimlər buna xüsusi diqqət göstərir və şagirdin öyrənmə proqramını onun şəxsi ehtiyaclarına görə nizamlayır.
Finlandiyanın təhsil strategiyalarından biri məktəblərin şagirdlərin yaşadıqları yerlərə yaxın yerləşdirilməsidir. Dağlıq zonada yaşayanların məktəblərə getməsi üçün pulsuz nəqliyyat imkanları yaratmaqla, ölkədə yaşayan bütün vətəndaşların bərabər səviyyədə təhsil almaları həyata keçirilir.

“ Təhsil hər kəs üçün bərabər imkanlar yaratmaq deməkdir ” prinsipi ilə məktəblərdə dərs keçirilir. Şagirdlər arasında bərabərliyə xüsusi önəm verilir. Bütün şagirdlər zəka və bacarıq səviyyələri nə olursa olsun eyni siniflərdə yerləşdirilir. Şagirdlərin bir – birinə və cəmiyyətə daha tez adaptasiya olunmasında bu prinsip mühim əhəmiyyət kəsb edir.

Finlandiya təhsilində qazanılan uğurlar yüksək səviyyədə bacarıqlı müəllimlərlə və məktəblərdə yaradılan şəraitlə düz mütənasibdir.
Finlandiyada müəllim yetişdirən universitetlər tələbələrə 5 – 6 illik təhsil verir. Müəllimlər öyrənməyə açıqdırlar, öz üzərlərində çox çalışırlar , lakin heç bir zaman özlərini tam hazır hiss etmirlər.

Finlandiyada müəllimlər son dərəcə sərbəstdir. Dövlət verdiyi təhsilə o qədər güvənir ki, müəllimləri əlavə yoxlamağa ehtiyac duymur.
Finlandiyada müəllim olmaq üçün savadlı olmaq kifayət deyil. Ünsiyyət qurmağı bacarmaq, uşaqların səviyyəsinə enə bilmək, araşdırmaq və şagirdləri başa düşmək müəllim olmağın əsas şərtləridir.

Fedai.az
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ