RUS EKSPERT: "Qarabağla bağlı bu səhvi edirsiniz"

RUS EKSPERT: "Qarabağla bağlı bu səhvi edirsiniz"
REDAKSİYADAN: Bu mövzuya Fedai.az olaraq dönə-dönə toxunmuşuq. Aleksandr Perenciyevin Axar.az-da dərc olunan mövqeyi haqlı mövqedir. Azərbaycan jurnalistikası, doğrudan da naşı bənnaların tikdiyi özülsüz binaya bənzəyir.

Bizim informasiya məkanımız hər cür informasiyaya açıqdır. Bir neçə "mənbə"yə yaxın KİV istənilən məlumatı ölkə boyu yayımlanan sayt və qəzetlərə sırıya bilər. Şəhid pilotumuzun dəfni ilə bağlı yayılan "vida mərasimindən sonra R. Atakişiyevin nəşi II Şəhidlər xiyabanına gətirilib" informasiyasına diqqət edək. Yazıçı jurnalist Allahverdi Dərd sosial şəbəkədə II Fəxri Xiyabanla II Şəhidlər Xiyabanının fərqini öz şərhlərində versə də, bizim "mirzə Qərənfillər" öz işlərindədirlər: "R. Atakişiyevin nəşi II Fəxri Xiyabanda torpağa tapşırılır. Əməkdaşımız xəbər verir ki, mərhum pilot Rəşad Atakişiyev II Fəxri Xiyabanda, Aprel şəhidlərinin yanından dəfn edilib". Bu informasiyanı özlərini "peşəkar" adlandıran bir saytın xəbərindən götürmüşük. Bütün saytlar eyni yanlışı davam etdirib və bizim də aldığımız ilk informasiya belə idi. Sadəcə dəfndə iştirak etdiyimizə görə, doğrunu yazdıq. Yəni II Fəxri Xiyaban deyil, II Şəhidlər Xiyabanı yazdıq. Deməli, bütün saytlar kor kimi bir-birini kopyalayırlar. Heç bir saytın öz informasiya siyasəti yoxdur və məlumat almaq imkanları məhduddur. Belə çıxır ki, bunlar Fəxri Xiyabanla Şəhidlər Xiyabanını qarışdırırlar. Müqəddəs şəhidin dəfniylə bağlı bu yanlış sıradan bir yanlış deyil. KİV-in ictimaiyyətlə və cəmiyyətlə hansı əlaqədə olmasını sərgiləyir.

Nə isə, gözəlimiz Azərbaycan mətbuatı, bu mərifətlər ki, sizdə var, dünya bizə gülür. Amma bu rusun mövqeyini, mütləq oxuyun:

***

Q.V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya Kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev Azərbaycan KİV-lərinə müraciət edərək, onları Qarabağ konflikti ilə bağlı yanlış informasiya siyasəti yürütməkdə ittiham edib.

Axar.az xəbər verir ki, Perenciyev əməkdaşlıq etdiyi Azərbaycan KİV-ləri ilə bağlı müstəqil siyasi ekspertiza apararaq, bəyanat yayıb. O, Azərbaycan KİV-ləri tərəfindən bir sıra səhvlərə yol verildiyini bildirib:

“Məncə, hazırda sizin tərəfinizdən bir sıra qarşılıqlı əlaqəli səhvlər buraxılır. Bir tərəfdən Paşinyanın (əvvəllər Sərkisyanın) və Ermənistanın digər yüksək vəzifəli şəxlərinin (və yüksək vəzifəsi olmayanların) fərqli açıqlamalarına çoxlu zaman, şərh və digər informasiya məkanı ayrılır. Əslində, erməni tərəfindən Dağlıq Qarabağla bağlı bu və ya başqa erməni məmurunun hər bəyanatına atılan Azərbaycan KİV-lərinin açıq trollinqi gedir. Bu trollinq sayəsində Azərbaycan KİV-ləri tərəfindən təkcə Ermənistan baş naziri yox, həm də onun ətrafının piarı aparılır.

Digər tərəfdən Dağlıq Qarabağın danışıqlar prosesinin gedişi ilə siyasi analiz və ekspertizaya az yer verilir. Yəni informasiya məkanında onun effektivliyinin artırılmasıyla bağlı konsepsiyalar və ideyalara layiqli yer verilmir.

Buna yaxşı nümunə mənim Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonla bağlı danışıqlar prosesinin modernləşdirilməsiylə bağlı ideyam ola bilərdi. Təəssüf ki, bu, Azərbaycan Respublikasının KİV-lərində ciddi müzakirə obyektinə çevrilmədi. Yəqin ki, bu problemlə bağlı oxşar şeylər digər politoloqların konsepsiyalarıyla da baş verir”.

Politoloq hazırda Azərbaycan KİV-lərində yaranan vəziyyətin erməni tərəfinə sərf etdiyini bildirib:

“Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, işlərin bu vəziyyəti erməni tərəfini qane edir. Belə ki, ərazi problemlərini konstruktiv müzakirə yerinə hər şey Azərbaycan və Ermənistan KİV-ləri arasındakı adi atışmaya çevrilir. Bütün bunlar danışıqlar prosesinin tormozlanmasına, ali müzakirə tərəflərinin Azərbaycan-Ermənistan münasibətlərinin əsas yox, ikinci dərəcəli problemlərinə diqqət yönəltməsinə səbəb olur.

Ona görə də mənimlə, eləcə digər politoloq və ekspertlərlə qarşılıqlı fəaliyyətdə bunları təklif edirəm:

1) Konsepsiyaların, ideyaların və mexanizmlərin müzakirəsinə fokuslanılması, Madrid prinsiplərinin reallaşdırılması kimi artıq qəbul edilən qərarların gerçəkləşdirilməsi;

2) İnformasiya məkanında Dağlıq Qarabağ və 7 rayonla bağlı danışıqlar prosesini irəlilətməyə yardım edəcək ideyaların ciddi müzakirəsi başlanmalıdır. Bu ideyaların, konsepsiyaların və həll layihələrinin müzakirəsinə erməni tərəfi də cəlb edilməlidir. Nəticədə Dağlıq Qarabağ üzrə Minsk Qrupunun üzvü olan Rusiya və digər üzvlərlə bağlı öz xeyrinə ictimai fikir formalaşdırılmalıdır;

3) Ermənistanın bu və ya başqa vəzifəli şəxslərinin çıxışlarının populyarlaşmasını minimallaşdırmaq lazımdır. Bir daha təkrar edirəm ki, bu, danışıqlar prosesinin özünün informasiya təminatına ziyan vurur. Konkret işlərdə, əldə edilmiş razılaşmalarda, həll layihələrinin müzakirələrində, situativ anların analizində heç bir siyasi trollinqə təslim olmadan fokuslanılmalıdır”. |axar.az|

RUS EKSPERT: "Qarabağla bağlı bu səhvi edirsiniz"
22 avqust 2019 /

RUS EKSPERT: "Qarabağla bağlı bu səhvi edirsiniz"

Похожие новости

Bakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMA

ATƏT Minsk Qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Publika.az

Paşinyan və Kasprşik görüşü: Dağlıq Qarabağ müzakirə edildi

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Fedai.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər

Paşinyandan Qarabağla bağlı GÖZLƏNİLMƏZ MÖVQE: Azərbaycan tərəfi danışıqlarda...

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı absurd və şübhəli açıqlamalar verib. Publika.az xəbər verir ki, Paşinyan əvvəlki kimi “Dağlıq Qarabağ xalqı”nın öz

İrəvan 7 rayonu azad edir, sonra isə… - Rusiyadan baxış

Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar. Bu sözləri Axar.az-a

"Son 20 ildə gizli şəkildə..." - Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI

Fedai.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Livanda erməni icması ilə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, çox vaxt beynəlxalq ictimaiyyət
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ