TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ
Dimes Hak Alerli
İstanbul

(Əvvəli: http://fedai.az/index.php?newsid=6048)

Yuxarıda Heteredoks (alim) = Rafizi (şəriət mollası) ittihamlarının istər alimlər, istərsə də şəriət əhli tərəfindən davamlı təkrarlanması ilə şüuraltına yeridilən “həqiqətin”, məhz bu nöqtədə nə qədər təhlükəli olduğunu bir daha anlamış oluruq.

Təəssüf ki, Türkiyə və Azərbaycan alimlərinin böyük əksəriyyəti İrən Məlikovanın bu cəhalət dolu iddia və açıqlamalarını əsas götürdükləri üçün araşdırmalarında səmimi davranmağa çalışsalar belə, yanlış nəticələrə gəlib çıxıblar. Bu isə əsasən onların Batini Quran əsaslı İRFAN-MƏRİFƏT bilgisindən məhrum olmalarından qaynaqlanır. Əlbəttə ki, alimlərin Batini elmdən xəbərsiz qalması onların günahı deyil, lakin Əhli Həq Hürufi və Qızılbaşlıq kimi Mərifət məqamındakı inanc sistemlərini araşdırarkən bu elmi öyrənmədən “biz onsuz da alimik, demək hər şeyi bilirik” iddiası ilə davranmaları bağışlanılmazdır.

Türkiyədə Qızılbaşlıq mövzusunun sosial-siyasi-ideoloji tərəflərini araşdıran alimlərin içində ən önəmli sima Əhməd Yaşar Ocaqdır. İrən Məlikova xəttinə çox yaxın mövqedə duran, məsələni Batini “Quran” elmi ilə deyil, Altay-şamançı, əski dinlər və mülayim sünni sintezilə araşdırmağın tərəfdarı
olan Əhməd bəy “BÜTÜN ETİRAZLARA BAXMAYARAQ Qızılbaşlığı heterodoks cərəyan kimi tanımanın doğruluğunu BİR DAHA VURĞULAYARAQ Hz. Əli şəxsiyyətinin yalnız Səfəvi təbliğatı ilə Anadoluya aşılanmış şiə motivi” olduğunu yazır (Bax: Əhməd Yaşar Ocaq, “Türk sufiliyinə baxışlar”, “İlətişim yayınları”, 2014, səh. 288).
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ
1983-cü ildə nəşr olunmuş “Bektaşi Mənakibnamələrində İslamöncəsi inanc ünsürləri” (“Əndərun” kitabevi) əsərində isə belə bir nəticəyə gəlir: “Ümumi sıralama göz önünə gətirilərsə, türk heterodoks ünsürlərini təşkil edən İslamöncəsi inancların Bektaşi mənakıbnamələrindəki ağırlıq nöqtəsinin şamanizm deyil, buddizm ilə maniheizm, daha sonra isə digər İran dinlərinin meydana gətirdiyi qrup olduğu ortaya çıxır. Şiəliyə aid motivlərin bir az zəif qalması diqqət çəkir.

Hz.Əli və on iki imam kultundan başqa hər hansı bir motivə rast gəlinməməsi, digərlərində bu mövzuda tək bir sətrin belə olmaması altından xüsusi xətt çəkiləcək bir məsələdir. Bu məqsədlə Anadolu türk heterodoksuna vücud verən ana faktorun şiəlik deyil, İslamöncəsi dinlərdən qalan inanclar olduğu da açıq şəkildə olur”.

ZƏRURİ MƏLUMAT:

Heterodoks termini, yunanca “fərqli” mənasına gələn heteros və “təlim, düşüncə” anlamındaki doxa sözlərindən yaranıb.

“Əsas dini cərəyanlardan ayrılmış” mənasını verir. Bu anlayış dini qruplar arasında özünü müqəddəs mətnə və din qurucusunun göstərdiyi yola ən uyğun davranan elan etmiş çoxluq tərəfindən azlıqda qalan qruplar haqqında söylənilmişdir. Ancaq heterodoks qəbul edilən qruplar özlərini heterodoks deyil, əksinə ortodoks kimi görürlər.

Məsələn, Osmanlı iqtidarının dini kimliyi ortodoks İslam kimi qəbul edilən sünniliyin Hənəfilik qolu olmasına baxmayaraq, imperatorluq təbəəsi olan müsəlman xalqın əhəmiyyətli bir bölümünün inancları fərqli adlarla sufiliyin yayılmış formaları, yəni Osmanlı sarayı tərəfindən heterodoks adlanan İslam idi. Məsələn, Ələvilik, Bektaşilik, Əhli Həq Hürufilik, Qızılbaşlıq, Qələndərilik, Mevləvilik kimi.

Burada nəzərdə tutulan mənada heterodoks din anlayışı “doğru yoldan çıxmış” mənasını ifadə edir. Sonradan son dərəcə əhəmiyyətli olduğunu görəcəyimiz bir xüsusiyyəti də vurğulamaq istəyirəm: alimlərin heterodoks təyinatı ilə şəriət alimlərinin “Rafizi-dini tərk edən” təyinatı EYNİ MƏNANI daşımaqdadır.
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ





































Əhməd Yaşar Ocaq yuxarıdakı iddiaları ilə əslində bir nəçə ənənəvi səhvi ortaya qoymaqdadır:

1) İslam tarixində müşahidə edilən idrak prosesinin təkamülündə “Quran”ı tamamilə diqqətdən kənar qoyaraq bəsit şəkildə sosioloji-mədəni-siyasi ünsürlərin ön plana çıxarılması. İnanca əsaslanaraq təhlillər aparıb bu inancın ANA KİTABI olan “Quran”ı yox saymaq son dərəcə yanlış bir yanaşma olduğu üçün əldə edilən nəticələrin də həddindən artıq şübhəli olduğunu və fərqli siyasi-zümrəvi-şəxsi maraqlara xidmət edəcəyini yəqinləşdirmək mümkündür. Halbuki “Quran” İslamı sadəcə 1400 il əvvəl ortaya çıxmış bir din kimi deyil, Əzəldən Əbədə var olan və olacaq inanc sistemi kimi görür.

Və bu inanc sistemini FİTRƏT DİNİ olaraq vurğulayır. Bu məsələni daha sonra geniş açıqlamış olacağıq.

2) Əli və Əhli beyt sevgisinin türk dünyasının fərqli bölgələrində məzhəb və ya başqa bir xüsusa bağlı qalmadan
Şah Xətai və Qızılbaşlıqdan çox-çox əvvəllər mövcud olduğunu nəzərə almamaq...

Bununla bağlı da əhəmiyyətli qeydlərimiz olacaq.

3) Şah Xətai və Qızılbaşlığın şiə olaraq qələmə verilməsi.
Bu da azmış kimi Əhməd Yaşar Ocaq “doğru” din – ortodoks(yunanca “orthos” sözünün qarşılığı “doğru”, “doksa” isə “inanc” deməkdir. Beləcə, “ortodoks”un qarşılığı da “doğru inanc” mənasını verir) kimi gördüyü sünnilikdən kənarda İslam düşüncəsi qəbul etmədiyi üçün heteredoks – doğru yoldan sapmaların təməlində də əsasən “şiəlik deyil, İslamöncəsi dinlərdən qalan inanclar olduğunu” iddia edir. İstər Osmanlı, istərsə də Türkiyə Cümhuriyyəti dövrünün tarix elmində var olan siyasi sifarişi – türk dünyasını “doğru” türksünni inancı, “yanlış” türk-sünnilikdən kənar inanc kimi bəsit bölgüylə ayırmaq türk dünyasında, xüsusilə də Azərbaycan və Türkiyə arasında ciddi parçalanma yaradacaq mövqe ortaya qoyur. Bu zaman türkün tarixinə iftira olan “Altay nəzəriyyəsi”nin inanc ölçüsünün davamlı gündəmə gətirilməsi kimi ciddi bir xətaya da yol verilir.

Davamlı olaraq təkrarlanan bu yanlışlarla bağlı bəzi əhəmiyyətli məqamları sizinlə bölüşmək istərdik. Xüsusilə də “Altay-şaman nəzəriyyəsi” məsələsini.

Yuxarıda da vurğuladığımız kimi, bu nəzəriyyə türklərin Azərbaycan və Anadoluya yalnız XII yüzildə gəldiyini iddia edən Kəsrəviçiliyi inanc ölçüsündə də təsdiqləyən SON DƏRƏCƏ YANLIŞ və ZƏRƏRLİ iddiadır. Altayda yaşayan türkəsilli bəzi topluluqların şamançılıq inancında olması faktı günümüzdə belə öz izlərini qoruyan bir gerçəklikdir. Lakin bu inanc iki səbəblə DİN ANLAYIŞI ilə qarışdırılmamalıdır:

1) Şamançılığın müqəddəs kitabı və peyğəmbəri yoxdur;
2) Şamançılıq geniş ərazilərdə yaşayan fərqli millətlərə xitab edəcək gücə sahib inanc deyil.

Əlbəttə ki, istər Orta Asiyada, istərsə də Qafqazda izlərinə az-çox rast gəldiyimiz adətlərdə (xüsusilə də türkəçarəlik deyə tanınan xalq təbabətində) şamançılığın izlərini görmək mümkündür. Lakin bu, tarixin heç bir dövründə Azərbaycanda və Anadoluda aparıcı inanc xətti olmamışdır.

Azərbaycan və Anadoluda türk irfan idrakının batini “Quran” təməlində ortaya qoyduğu həqiqətdən uzaq qalmış və HAQLI OLARAQ sünnilik pərdələməsində ərəbçilik, şiəlik pərdələməsində isə farsçılıq təbliğatının aparılmasına etiraz edənlərin bəziləri YANLIŞ BİR QƏNAƏTLƏ şamançılığı xilas yolu kimi görməkdədirlər. Lakin Şamançılıq yuxarıda vurğuladığımız səbəblər və çağdaş dünyanın inkişaf dialektikası üzündən yetərsizdir və inanc böhranını Seyid Nəsimi və Şah Xətai irsi qədər əngəlləyərək, mənəvi intibaha təkan verəcək potensiala sahib deyillər.

İndi isə Əhməd Yaşar Ocaq və onun kimi düşünənlərin Hz. Əli və Əhli-beyt sevgisinin türklər arasında Səfəvi təbliğatı ilə yayıldığına dair iddiası haqqında danışaq.

(Ardı var)

Mənbə: Dimes Hak Alerli "ŞAH XƏTAİ: ŞİƏ, SƏFƏVİ, YOXSA QIZILBAŞ?! (Türk İrfan İdrakı işığında baxış) kitabı

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ
22 avqust 2019 /

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Похожие новости

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Dimes Hak Alerli İstanbul “Ürəyi dağ olmayınca, bağrı qanlı lalə tək, Heç kimin ki, həddi yoxdur kim Qızılbaş olmaya”. Şah İsmayıl Xətai Çox ağır bir məsuliyyətdir, “Şah Xətai və qızılbaşlıq”

TÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFAN

Bəzən, mənim sufizm haqqında yazan alimlərə qarşı bu qədər kəskin olduğumun səbəbini soruşurlar. İzah edim. Məsələ ondadır ki, biz alimlərə deyil, alimlər bizə hörmətsizlik edirlər. Bəzən doqmatik

TARİXİ SƏNƏDLƏRLƏ QARAMANLI ORTODOKS TÜRKLƏR

Doç.Dr.Yonca ANZERLİOĞLU (Əvvəli:http://fedai.az/index.php?newsid=4614) Bu məzmunda, xüsusilə Qaramanoğulları Bəyliyinin hökm sürdüyü Orta Anadolu və buna bənzər şəkildə cənub Mərmərə bölgəsi

Kök Tengri (Gök Tanrı) İnancı

Prof.Dr.Saadettin GÖMEÇ Əski Türk dini və şamanlığın təbiəti hələ də aydın olmayan Türklüyün elmi problemlərindəndir. Əski Türk dini və Şamanizm, bəzən köhnə Türk dini Şamanizm olaraq da

"Alevilik millətçiliyə sığışmaz" başlıqlı bir paylaşıma yazılan cavab...

Sadik Sönme Türkiyə Hesab edirəm ki, fərqli adları olan siyasi millətçilik, türkçülüklə qarışdırıldığını düşünürəm. Anadolu Aleviliyi (Ələvi, Qızılbaş) elə Türk milliyetçiliyinin özüdür. Yetmiş iki
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ