12 Dek 02:51GÜNDƏM / TƏHSİL

Vətəni özümüzə doğma bilək !

Vətəni özümüzə doğma bilək !

V sinifdə “Xocalı faciəsi” ilə əlaqədar dərs aparırdım. Uşaqlara erməni faşistlərinin ancaq Azərbaycan türkü olduqları üçün uşaqları necə qətlə yetirdiklərindən danışır, igid oğul və qızlarımızın mənfur düşmənə qarşı necə mərdliklə vuruşduqlarından, qəhrəmanlıqlarından danışaraq söhbəti daha keçmişə 1941-1945-ci illərdə baş vermiş hadisələrə apardım: “1941-45-ci illər müharibəsinin od-alovundan keçmiş həmvətənlərimizin o qanlı illərin canlı şahidi kimi xatirlərinin uşaqlarda hərbi-vətənpərvərlik ruhunun aşılayacağına inanırdım".

Həmin günlərin acı xatirələrinindən biri də belə idi. Böyük Vətən müharibəsi veteranı və ixtisasca müəllim olan bir nəfər danışmışdı: “Biz Kerçdə olarkən azğınlaşmış faşistlər yerli camaatdan tələb etmişdilər ki, uşaqlarını oxumaq üçün məktəbə gətirsinlər. Həmin günün səhərisi məktəbə gəlmiş 245 nəfər uşağın heç biri evlərinə qayıtmadı. Bir neçə gündən sonra onların meyidləri şəhərdən bir qədər aralı dərədən tapıldı. Faşistlərin bu vəhşi hərəkətləri hamını sarsıtmışdı. O gün dostlarımla xeyli ağladıq. Hələ yaxşı alışmadığım ilk şagirdlərim yadıma düşdü. And içdik ki, günahsız məktəblilərin qanını yerdə qoymayacağıq.
Birdən uşaqlardan biri ayağa qalxaraq “Müəllim sübut edin ki, bizimkilər Vətən uğrunda vuruşublar”.
Sübut etmək məcbiriyyətində qalmalı oldum...
Və sonda uşaq vaxtından yaddaşımda qalan bir bayatını söylədim.
Əzizim gəştə getdi,
Xəncər gümüşdə getdi.
Arxam, dirəyim vardı,
O da döyüşdə getdi.

Sonra uşaqlar suallar verməyə başladılar: “Nə üçün alman - faşistləri torpaqlarımızı işğal etmək istəyirdilər?” sualını cavablandırdım. Şagirdlərdən biri: “Əgər almanlar elə bizim torpaqlarımızı tutmaq istəyirdilərsə, könüllü onlara bu torpaqları verərdilər. Onda heç kimi öldürməzdilər. Bizim torpaqlarımız çoxdur! Müəllim şəhərdən kənarda lap çoxdur!” söylədi...

Bu uşaqlar 2008-2009 - cu ildə anadan olanlardır. Bu o dövrlərdəndir ki, neftdən gələn gəlirimiz ildən - ilə artırdı. Sinifdə hər dörd nəfər şagirddən birinin ayfonu var. Bu şagirdlərin valideynləri üçün arxiv sənədlərinin heç bir əhəmiyyəti yoxdur. Belələrinin psixikasına güllələnmiş, zorlanmış, yandırılmış, başı kəsilmiş insanlar barədə heç nə yeritmək olmaz... başa düşməyəcəklər, dərk edə bilməyəcəklər ki, mənim atam və babam nəyə görə vuruşublar?
Biz orta nəsil uşaqlıqda həmişə qəhrəman uşaqların, Vətən, Yurd sevgisi ilə amansız düşmənə qarşı vuruşan, öz əziz canlarından keçənlər haqqında oxuyar, eşidər, televiziyada baxar, radiodan qulaq asardıq.
Bu gün erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilən uşaqlar, ailələr, əsgərlər haqqında kifayət qədər məlumatlar vardır. Lakin onların təbliği kifayət qədərdirmi?
Vətəni özümüzə doğma bilək !













Əlində göyərçin tutmuş güllələnərək qətlə yetirilmiş bu yeniyetmənin fotosunu hərbi müxbir Maks Alpert çəkmişdir. Bu şəkil Nürenberq məhkəməsində mühakimə (iddianamə) sənədlərindən biri olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 4-də Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevaya şeir həsr edib.
Mətbuat.az-ın məlumatına görə, Leyla Əliyeva balaca Zəhraya həsr etdiyi şeiri rəsmi “İnstaqram” səhifəsində paylaşıb.
Həmin şeiri təqdim edirik:
Zəhranın xatirəsinə...
Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın, nəymiş günahı ?
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin ?
O hansı cəlladdı, o hansı zalım?!
Heç mavi dənizdə çimmişdinmi, sən,
Durub baxmışdınmı, uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi, göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı?
O bircə qarışlıq məzarın üstdə...
(mənbə: Mətbuat.az saytı )
Əlbəttə bu addım təqdirə layiqdir və hörmətli Leyla xanıma öz təşəkkürümüzü bildiririk.

Məktəb proqramlarına uyğun olaraq istər II Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi mövzuları 5-11-ci siniflərdə araşdırılır. Lakin hesab edirəm ki, hər bir müəllim dərs apardığı siniflərdə də belə mövzulara zamanı gəlincə müraciət etməli və məktəbliləri vətənə sevgi ruhunda tərbiyə etməyi bacarmalıdır. Mənim üçün bu iş həm təhsil, həm də tərbiyə prosesində prioritetdir.

Beləliklə cənab bəylər və xanımlar inanıram ki, Azərbaycan türkü olduğu üçün erməni faşistləri tərəfindən öldürülən soydaşlarımızın qanı yerdə qalmayacaq. İşğal edilmiş torpaqlarımızı geri qayrara biləcəyik. Və bir gün alman-faşistləri üzərində qurulan Beynəlxaq Məhkəmə kimi, erməni faşistləri üzərində də Azərbaycan məhkəmə quraraq bu faciələri törədənləri ittiham edəcək və layiqli cəzalarını verəcəkdir.
Vətəni özünə doğma bilən adamlar tərbiyə etməyi bacarmalıyıq cənablar...
Şəkildə:( Şəkil № 1) Vitya Çereviçkin ( Витя Черевичкин)
Şəkil № 2. Kiçik Zəhra Quliyeva

Əsədov Seyyub Əsəd oğlu
Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi,
2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ