Maqomed Tolboyev: “MiQ-29-un quşla toqquşaraq qəzaya uğraması – nağıldır”

Maqomed Tolboyev: “MiQ-29-un quşla toqquşaraq qəzaya uğraması – nağıldır”
Rusiyanın istehsalı olan və döyüş şəraitinin ekstremal situasiyalarına tab gətirməyə hesablanan MiQ-29 hərbi təyyarəsinin quş və ya quş dəstəsiylə toqquşma nəticəsində qəzaya uğramasının ehtimalı çox cüzidir.

Bunu BBC News Azərbaycancaya müsahibəsində Rusiyanın əməkdar sınaqçı pilotu, MiQ təyyarələrini sınaqdan keçirən peşəkar mütəxəssis Maqomed Tolboyev bildirib.

"Quş və ya quş dəstəsiylə toqquşaraq MiQ-29 qəzaya uğraya bilərmi?" sualına rusiyalı pilotun cavabı belə olub: "Yox. Yox! Bu, nağıldır! MiQ-29 heç vaxt quşlara görə qəzaya uğramayıb!"

Azərbaycanın Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının səbəbini onun yad cisimlə - quş və ya quş dəstəsilə - toqquşması ilə izah edib.

Müdafiə Nazirliyinə məxsus MiQ-29 döyüş təyyarəsinin iyulun 24-də gecə saatlarında qəzaya uğraması nəticəsində pilot Rəşad Atakişiyev həlak olub.

"MiQ-29-un iki mühərriki var, hətta mühərriklərdən birinə hansısa quş girsə də, ikinci mühərrik işləyir. Quş quşdur da. Təyyarənin qanadına və ya quyruğuna dəyə bilər. Və ya mühərrikə girə bilər. Kiçik bir quşdursa - mühərrikdə doğranıb-üyüdüləcək, iri quşdursa - mühərrik dayana bilər. Lakin bütün bunları yalnız sənədlər əsasında ("qara qutu"nun məlumatları əsasında) demək olar. Sənədləri görmək lazımdır. Sənədləri təqdim etsəniz, dərhal sizə məlumat verərdim".

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.

Maqomet Tolboyev şəxsən özü MiQ-29 təyyarələrini sınaqdan keçirdiyini bildirib.

O, MiQ-29 təyyarəsinin katapult-oturacaqla təchiz olunduğunu vurğulayıb.

"Bu, əla bir katapult-oturacaqdır. KS markalı - xilasedici oturacaq adlanır. Bu cihazın müəllifi Qay Severindir (Sovet və Rusiya mühəndisi və alimi - redaksiya). Bu oturacaq-katapult hər kəsi sıfır hündürlükdən belə xilas edə bilər", - Tolboyev deyib.

Onun qənaətincə, görünür, elə bir hadisə baş verib ki, pilot katapultdan istifadə edə bilməyib.

Mərhum pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseyinlinin sözlərinə görə, "pilotun bədəninin hissələri deformasiya olunmuş halda tapılıb. Əvvəlcə bir ayağı, sonra isə təyyarənin gövdəsindəki oturacaqda bədəninin digər hissələri aşkar olunub".

Bununla bağlı Maqomed Tolboyev xatırladıb ki, təyyarə suya dəyəndə, təyyarəyə dəyən zərbənin təsiri olduqca güclü ola bilər.

"Belə bir qanun var - torpaq sıxıla bilər, su isə heç vaxt sıxılmaz. Suyun zərbəsi dəhşətli olur".

Tolboyevin ehtimallarına görə, "görünür, pilot katapultdan istifadə etməyib, təyyarəsi suya cırpılıb və nəticədə, dəhşətli gücdə zərbəyə məruz qalıb".

Hərbi təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot Rəşad Atakişiyev xəsarət alıb, Müdafiə Nazirliyi bildirib.

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Maqomed Tolboyev - Sovet və Rusiya hərbi pilotu, Rusiya Federasiyasının fəxri sınaqçı pilotu, sınaqçı kosmonavtıdır,onun general-mayol rütbəsi var, Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına 1992-ci ildə layiq görülüb./BBC/

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə “MİQ-29” təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub. Amma gecənin o vaxtında 22:00 quşlarla toqquşma ən sonuncu versiya sayıla bilər...
23 avqust 2019 /

Maqomed Tolboyev: “MiQ-29-un quşla toqquşaraq qəzaya uğraması – nağıldır”

Похожие новости

Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi – FOTO

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib. Fedai.az xəbər verir ki, vida

"Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb" – PİLOTUN ÖLÜMÜ

Təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Bu barədə pilotun qayınatası Qabil Hüseynli

Dənizə düşən "MiQ-29"un “qara qutusu” tapıldı FOTO

“Qara qutunun” texniki vəziyyəti öyrənilir Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb. Hazırda

SON DƏQİQƏ: Xəzərə düşən MiQ-29 parça-parça olub - "Pilot kabinənin içərisindədir"

"Hazırda MİQ-29 hərbi təyyarəsinin çıxarılma əməliyyatı gedir”. Eurasia Diary xəbər verir ki, bu məlumatı Yenicag.az-a iyulun 24-də qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsinin pilotu Rəşad

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı, dənizə düşdü - Pilot axtarılır

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ