Vətən xainləri və xəyanətə şərik olanlar...

Vətən xainləri və xəyanətə şərik olanlar...



Taleh Xasməmmədov
Hüquq müdafiəçisi

120 min ermənin yaşadığı bir ölkədə “hərbdə dövlətə xəyanət olmayıb” fikrinin ortaya atılmasını normal hesab edirəm. Hələ onlar əlinə silah alıb bizi atmaq niyyətinə düşməyiblərsə, buna da şükr etməliyik!

Azərbaycan Ordusunda aşkar edilmiş “casus şəbəkəsi” ilə bağlı məlumatlar ölkə gündəmində 2 ildən artıq yer alsa da, hələ də bu şəbəkənin mövcud olub-olmaması, eləcə də “dövlətə xəyanət” ittihamı ilə həbs olunanların, işgəncə ilə öldürülənlərin, ölümündən sonra bəraət alan hərbiçilərin haqlı və ya haqsız olduqları hələ bir çox müəmmaları özündə saxlayır. Bu hadisələri izləyib təhlil edən insanlarda belə bir sual yaranır ki, əgər həqiqətən də Azərbaycan ordusunda “casus şəbəkəsi” mövcud idisə, hətta keçmiş DTX rəisi Mədət Quliyevin bildirdiyi kimi bu şəbəkə 92-93-cü illərdən indiyədək orduda aktiv surətdə dövlətə xəyanətlə məşğul olmuşdursa, bəs nəyə görə Dövlət buna göz yumub və həmin xəyanətkar şəbəkənin 2017-ci ilin iyul ayına qədər açılmasında maraqlı olmayıb? Həmçinin həmin xəyanətkar şəbəkənin fəaliyyəti 25 il olduğu halda istintaq işlərinin araşdırılması və ittihamların verilməsini məhz 2014-2017-ci illər ərzində cərəyan edən hadisələrə bağlayıblar? Bu vaxta qədər məsul şəxslər gözləyirdilər ki, Ermənistan Prezidenti Serj Sarkisyan çıxışında desin ki, “mən 1 güllə atmadan gedib pencəyimi Bakıda soyunacağam” və bundan sonra hüquq-mühafizə orqanları düşmən ölkənin prezidentinin arxayınçılığından narahat olaraq kəşfiyyat xarakterli əməliyyatlara start versinlər?

Hesab edirəm ki, bu gecikmiş əməliyyatın aparılmasında və xain şəbəkənin ifşa olunmasında ilk əvvəl 2016-cı ilin 02 aprel tarixindən 06 aprel tarixinə qədər davam edən döyüşlərdəki qismən mənfi nəticələrə səbəb olmuş hallar, bundan sonra dövlətin bəzi məsul şəxslərinin iradəsi sayəsində “orduda təmizləmə” işlərinə başlanılmışdır. Haqq qazandırmıram ki, hər hansı xain şəbəkə üzvlərinin ifşa olunması üçün qanunsuz həbslər həyata keçirilməli və saxlanılan şəxslər ifşa olunduqdan sonra ağır işgəncələr tətbiq etməklə ölümlərinə səbəb olan cinayət əməllərinə yol verilməli idi.

Qeyd edim ki, kütləvi həbslər zamanı aralarında bir sıra günahsız hərbi qulluqçuların da olması istisna edilmir. Əgər Azərbaycan hüquqi dövlətdirsə, onun məmuru da öz dövlətinin mənafeyini Qanunlara söykənən formada qorumağa borclu idi. Çox təəssüf ki, artıq Aprel döyüşlərinin də mənfi-müsbət nəticələri arxada qalıb, işgəncələrlə həyatlarına son qoyulmuş hərbiçilərin və həbs olunanların həyatı da...

Amma qarşıda bizi gözləyən daha bir sınaq var, bizim gələcəkdə yazılacaq tariximiz...

Hüquq müdafiəçilərinin “Tərtər İşi” kimi qeyd etdikləri hadisələr zamanı bizə məlum olan faktlar, 8 nəfər hərbiçinin işgəncə verilməklə qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə ölümlərinə səbəb olma, Dövlət Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluq tərəfindən 27 nəfər əsgər və zabitin dövlətə xəyanət və digər maddələrlə həbsə alınması, 4 nəfər mülki şəxsin Daxili İşlər Nazirliyi tərəfindən saxlanılması və sonradan dövlətə xəyanət maddəsi olmadan, digər ittihamlarla həbs olunması, işgəncə verməklə 8 nəfər hərbiçinin ölümünə səbəb olmuş, həmin əməllərə görə təqsirli bilinərək 18 nəfər hərbi qulluqçuların azadlıqdan məhrum edilməsi və işgəncələr altında öldürülən şəxslərdən 3 nəfərin ölümünə görə, digər 5 nəfərin isə barəsində olan cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsindən ibarətdir.
Vətən xainləri və xəyanətə şərik olanlar...



Hərbidə baş vermiş cinayət əməllərinə görə ilk vaxtdan bu mövzuya həssas yanaşmağı, bilərəkdən və ya bilməyərəkdən birbaşa kimlərisə ittiham etməyi məqsədə uyğun hesab etməmişəm. Həmişə düşünmüşəm ki, “Tərtər İşi” ilə bağlı ortada ciddi qanunsuzluqlar, əsassız təqiblər və qanunsuz həbslər olsa da, bu məsələdə adı keçən hər bir şəxsin məsələsinə fərdi yanaşılmaqla araşdırılmalı və alibisi olan şəxslər xüsusi olaraq önə çəkilməlidir. Birmənalı şəkildə bu hadisələri siyasi hesab etmək, həbs olunanların hamısını günahsız kimi təqdim etmək, məhz erməni kəşfiyyatı ilə 25 il əlaqədə olmuş xain şəbəkənin gələcəkdə tam ifşa olunmasının qarşısını ala bilər. Bununla yanaşı dövlətə xəyanət ittihamı ilə həbs olunmuş şəxslərin arasında cinayətlərini səmimi etiraf edən hərbiçilərin aktiv surətdə müdafiə olunması yalnız düşmən və onların əlaltılarına çevrilmiş şəxslərin mənafeyinə uyğun ola bilər. Bir məsələyə toxunmağı vacib bilirəm.

Belə ki, 100-dən çox hərbiçiyə ağır işgəncələr tətbiq etmiş və 8 nəfərin ölümünə səbəb olan, adını çəkmək istəmədiyim xüsusi təyinatlı dəstədən bir nəfər də olsa həbs edilməyib. Amma siyahı üzrə əməliyyat həyata keçirərək, xəyanətdə şübhəli bilinənlərin saxlanmasını təmin edən N saylı hərbi hissələrdə xidmət aparan 18 nəfər hərbi qulluqçu isə işgəncələr vermək, qəsdən sağlamlığa ağır xəsarət yetirməklə ölümə səbəb olma ittihamları ilə həbs olunub və onlar hal-hazırda həbsdədir. Həqiqətdə isə onlar heç kimi öldürməyib, sadəcə onların işi təqdim olunan siyahı üzrə ehtimal olunan xain şəbəkə üzvlərinin tapılaraq istintaqa təhvil verilməkdən ibarət olub.

Sual yaranır ki, nəyə görə öldürülən şəxslərdən çoxu ittihamlarda ən çox adları keçən mühüm şəxslər olub? Burada ortaya ciddi şübhələr çıxır. Çünki, onlardan bir qismi səmimi etirafda bulunaraq kimdən nə cür və hansı sifariş aldıqlarını, kimlər vasitəsilə erməni xüsusi xidmət orqanları ilə iş birliklərinə girdiklərini və məhz sifarişləri kimlərdən aldıqlarını aydın şəkildə bildiriblər. Sual yaranır ki, səmimi etirafdan sonra onlar niyə öldürülüb? Çünki onların sağ qalması yüksək rütbəli və vəzifəli şəxslərin ifşa olunacağına gətirib çıxara bilərdi, odur ki, onların “ölüm hökümləri” reallaşmış olub.

Hərbi Prokrorluq bu bəraət qərarlarına diqqət yetirməlidir. Vaxtilə Rusiyanın sifarişi ilə “Qarabağ ermənilərinin təhlükəsizliyi” adı altında Azərbaycan Ordusunda xain şəbəkə yaratmış yüksək vəzifəli şəxslər tam ifşa oluna bilərdi...

Məsələn, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilmiş Zeydullayev Sultan Ramazanoviç istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqı zamanı ifadəsində bildirib ki, o, Ermənistan xüsusi xidmət orqanlarına kapitan Süleyman Kazımov tərəfindən təhvil verilib və bundan sonra erməni kəşfiyyatı ilə əməkdaşlıq edib. Hətta S. Zeydullayev məhkəmədə son söz bildirərkən hakim ona sual edib ki, “səni ermənilərə kim vermişdi?” Cavab yenə eyni olub: “Süleyman Kazımov!” Amma həmin kapitan Süleyman Kazımov ölümündən sonra bəraət aldı, indi onun barədə qəhrəman xarakterli videoreportajlar da hazırlanır.

Amma S. Zeydullayev isə 19 il azadlıqdan məhrum etmə yerində cəza çəkəcək.

İşgəncə verilməklə ölümünə səbəb olunmuş polkovnik leytenant Saleh Qafarov öz ifadəsində yüksək rütbəli bir nəfər təfəfindən “verbovka” olunduğunu dilə gətiribmiş. Həmin şəxs batalyon komandiri polkovnik leytenant Cavid Ağayev olumuşdur. Bu səbəbdən həbs olunmuş Cavid Ağayev cəmi 4 ay DTX-nın İstintaq Təcridxanasında saxlanılıb və sonra azadlığa buraxılıb. Həmin hadisədən cəmi 5-6 ay sonra Saleh Qafarov barəsində olan cinayət işinə də bəraətverici əsalarla xitam verib. Saleh Qafarov saxlanılarkən heç biir işgəncə almadan dizlərini yerə atıb və xahiş edib ki, “məni prokurorluğa təhvil verin, hər şeyi olduğu kimi danışacağam”. Onun istəyinə əməl olunub. O, həmin vaxt etdiyi bütün qanunsuz əməlləri səmimi etiraf edib və heç bir işgəncələrə də məruz qalmayıb. Amma bir neçə gün sonra onun müəmmalı ölüm xəbəri yayılıb.

Başqa bir bəraət alan şəxs isə baş leytenat Elçin Mirzəliyevdir. İlkin ittihamlarda qeyd olunurdu ki, Elçin Mirzəliyev uzun müddət erməni xüsusi xidmət orqanları ilə təmasda olub. Düşmən tərəfə məxfi məlumatları ötürüb və s. Amma ölümündən sonra onun barədə olan ittihamlar bütünlüklə dəyişdirildi və barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verildi.
Vətən xainləri və xəyanətə şərik olanlar...



Dövlətə xəyanətdə ittiham olunmuş, işgəncələrə nəticəsində öldürlümüş Azərbaycan Ordusunun “Müddətdən Artıq Xidmət Edən” kiçik çavuşu Mehman Hüseynovun sərgüzəştlərinə görə isə mat-məəttəl qalmamaq olmur. Sanki, kiçik çavuş olan M. Hüseynov təkbaşına bir hərbi hissədə söz sahibi olub və 22 əsgər və zabitin ermənilərə təhvil verilməsində fəallıq göstərib. Hətta onun barədə olan cinayət işinin materiallarında onun bir neçə zabiti aldadaraq erməni kəşfiyyatına təslim edilməsi və zorlanması faktları da yer alıb. Onun barədə verilmiş ittihamdan aşkar şübhələr ortaya çıxır ki, M. Hüseynov bu işi təkbaşına həyata keçirməyib, onun arxasında hansısa bir güc dayanıbmış. Məhz bu səbəbdən sirlərin ört basdır edilməsi üçün ilk öldürülən Mehman Hüseynovun özü olub. Həbs olunmuş M. Hüseynov saxlanıldıqdan və ifadəsi alındıqdan sonra sağ-salamat ibtidai istintaqı aparan orqanının müstəntiqlərinə təhvil verilib və onlar tərəfindən müvəqqəti saxlama yerinə salınıb, səhəri gün isə saxlandığı yerdən meyidi aşkar edilib.

2017-ci ilin 11 fevral tarixində Verdiyev Muğan Dilqəm oğlu Müddətdən Artıq Xidmət Edən (MAXE) kiçik çavuş Qafarov Fuad Fərhad oğlunu ermənilərlə görüşdürmək üçün razı salıb və onlar birlikdə Talış kəndi istqamətindən erməni mövqeyinə tərəf gediblər. Həmin vaxt Fuad Qafarov ermənilərlə görüşmək niyyətindən daşınıb və başlayıb qarşı tərəflə atəş açmağa. O, 2017-ci ilin 11 fevral tarixində saat 17:26-da döyüş mövqeyində başına açılan atəş nəticəsində həlak olmuşdur. Ölümündən sonra kiçik çavuş Fuad Qafarova şəhidlik statusu verilir. Bu faktla bağlı hərbi prokurorluqda Muğan Verdiyev barəsində cinayət işi açılır. İlkin ittihamda “düşmənlə əlaqədə olması və onların tapşırıqlarını icra etməsi, 14 nəfərin hər birinin 500 dollar qarşılığında düşmənə cinsi istismara verməsi və Fuad Qafarovu düşmənə qətlə yetirməsi” göstərilir. Amma buna baxmayaraq, Muğan Verdiyev barədə Cinayət Məcəlləsinin başqa bir maddəsilə cinayət işi başlanır və 8 aydan sonra o azadlığa buraxılır.

Dövlətə xəyanətdə ittiham olunanların əməlləri barədə İbtidai istintaqla müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparan Ermənistan Respublikasının Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşdirdikləri qeyri-qanuni silahlı birləşmələrinin və xüsusi xidmət orqanlarının əməkdaşları düşmənçilik niyyəti ilə Azərbaycan Respublikasının işğal etdikləri Tərtər rayonunun ərazisində düşmənlə üzbəüz müdafiə mövqelərində dayanmış və döyüş tapşırıqlarını yerinə yetirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zəif iradəli hərbi qulluqçularına qarşı uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri edib zorakılıqla müşayiət olunan hərəkətlərin videoçəkilişini aparmaqla həmin videoçəkilişlərin internet resurslarında yayılması ilə şantaj edib, həmçinin onların özlərini və ailə üzvlərini öldürməklə təhdid edib məxfi əməkdaşlığa cəlb etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətindəki ərazilərə gəlib həmin ərazilərdəki müdafiə mövqeləri - döyüş mövqeləri, əlaqə yolları, səngərlər, hərbi əməliyyatlar baxımından əlverişli sayılan yüksəkliklər, hərbi hissənin döyüş mövqelərinin yerləşdiyi ərazi və mövqeləri, özlərinin atəş açmaq üçün əlverişli olan və müdafiəsi zəif təşkil olunmuş mövqelər, həmin mövqelərdə xidmət aparan manqaların şəxsi heyətinin say tərkibi, hərbi qulluqçuların anket məlumatları, döyüş qabiliyyəti, əhval-ruhiyyəsi, ayıq-sayıqlığı, mövqelərdə xidmətin təşkil olunma qaydaları, döyüş növbətçiliyinin aparılma səviyyəsi və qrafiki, döyüş mövqelərində şəxsi heyətə təhkim olunmuş silahlar, hərbi sursat və sair texniki əmlakların sayı, müşahidə məntəqələrinin nəzarət sahəsi, yaxınlıqda yerləşən döyüş mövqelərinin və hərbi əməliyyatlar baxımından əlverişli yüksəkliklərdə yerləşməklə dövlətin təhlükəsizliyini təmin edən strateji hərbi obyektlərin dəqiq koordinatları, bir-birinə münasibətdə yerləşmə məsafələri və sair halları bilavasitə yerində görərək, müşahidə aparmaqla və həmin mövqelərdə xidmətdə olan hərbi qulluqçularla yaranmış yaxın münasibətlərdən istifadə edərək tanış olmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyətinin zərərinə istifadə oluna biləcək dövlət sirri təşkil edən məlumatları toplamaq, həmin məlumatlar əsasında gələcəkdə döyüş mövqelərini maneəsiz və müqavimətsiz ələ keçirmək məqsədilə, məxfi əməkdaşlığa cəlb etdikləri hərbi qulluqçuların üzərlərinə silsilə şəklində, yəni özlərindən sonra tabeliyində olan əsgərləri, eləcə də digər hərbi qulluqçuların cinsi zorakılığa məruz qalmaqla məxfi əməkdaşlığa cəlb olunmaları üçün onlara təhvil vermələri öhdəliyi qoymuşlar”.

Bəs müəmmalı həbslərə, bəraət qərarlarına və ölüm hallarına kim cavab verməlidir?

Hesab edirəm ki, ibtidai istintaqın əsas yükünü çiyinlərinə götürmüş və istintaq hərəkətlərini həyata keçirmiş Azərbaycan Respublikasının Hərbi Prokurorurluğu bütün hadisələrdən olduğu kimi məlumatlıdır. Odur ki, bütün sirləri özündə daşıyan istintaq orqanı əməkdaşları həqiqətən də əməllərində cinayətə yol verməyiblərsə, o zaman zəhmət çəkib baş verən hadisələrlə bağlı ictimaiyyətə doğru dürüst məlumatlar versinlər.

Bu arada qeyd edim ki, dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların ailə üzvlərinin və yaxınlarının mənə qarşı olan hücumları başa düşüləndir. Kimsinin günahsız həbsə alınan yaxını var, kimisinin də ölkədə erməni dayıları, kimisi də erməni xüsusi xidmət orqanlarının missiyasını ölkəmizdə həyata keçirmək üçün məni hədəfə alıb. Yəni, bü üzdən baş verənləri təbii qarşılayıram.

Mən tənqid olunum, təhqir də olunum, hətta bu yolda şəhid də olum, təki Vətən sağ olsun!
Vətən xainləri və xəyanətə şərik olanlar...
Vətən xainləri və xəyanətə şərik olanlar...
Vətən xainləri və xəyanətə şərik olanlar...
Vətən xainləri və xəyanətə şərik olanlar...
24 avqust 2019 /

Vətən xainləri və xəyanətə şərik olanlar...

Похожие новости

Dövlətə xəyanət edən azərbaycanlı saxlanıldı

Fedai .az DTX-nın İctimai əlaqələr şöbəsinə istinadla bildirir ki, Anar Ələkbərovun 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq

AZƏRBAYCANLI ƏSİR ÜÇÜNCÜ ÖLKƏYƏ TƏHVİL VERİLDİ

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Elnur Hüseynzadə barədə rəsmi açıqlama yayıb. Fedai.az bildirir ki, Hərbi

DTX xarici xüsusi xidmət orqanlarına işləyənləri həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam

Hərbi qulluqçuları şantaj edən şəxslər həbs olundular

“El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və

DAHA BİR XAİN HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan Respublikası vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ