TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ



Dimes Hak Alerli
İstanbul

(Əvvəli: http://fedai.az/index.php?newsid=6048, http://fedai.az/index.php?newsid=6058)

TÜRKÜN ƏLİ SEVGİSİ

Azərbaycanın yetişdirdiyi dəyərli alimlərdən biri olan Füzuli Bayat bəy “Koroğlu dastanı. Türk dünyasının Koroğlu Fenomenolojisi” (“Ötükən” nəşriyyatı, İstanbul 2009) adlı əsərinin 151-ci səhifəsində yazır: “Koroğlu dastanının həm Qərb, həm də Şərq versiyalarında Hz.Əli kultunun geniş yer aldığını görürük. Bu xüsus Hz. Əliyə olan sevgi ilə yanaşı dastanın xalq sufizmi ölçüsünü açmağa yardımçı olub, aşıq repertuarında “Koroğlu” dastanının yenidən gözdən keçirilərək Hz. Əli kultu üzərində qurulduğunun bir sübutudur (Bu xüsusda fərqli düşünürəm, lakin mövzu dağılmasın deyə bu məsələyə sonrakı yazılarda toxunmaq istərdim – DHA). Hz. Əli, Azərbaycan variantlarında şiələrin qoruyucusu isə, özbək, türkmən, qazax, tacik variantlarında sünnilərin himayəçisidir. Bu səbəbdən də “Koroğlu” dastanının Azərbaycan variantlarında həm Koroğlu, həm də dəlilər dəfələrlə şiə olduqlarını (bu məzhəbçi baxış yanlış təyinatdır və nədən yanlış olduğunu da sonrakı yazılarda izah edəcəyik-D.H.A) vurğulayır, hətta şiə olan Səfəvi hökmdarlarına qarşı qılınc qaldırmazlar (bu da yanlış mənalandırmadır, çünki mərhum dilçi alim Dilarə xanım Əliyevanın Tiflisdə aşkar edərək bizlərə qazandırdığı dastanın Təbriz variantının 28-ci məclisində Koroğlunun atasının qisasını Şah Abbasdan almaq üçün İsfahana getmək istəyindən söz edilir – DHA). Halbuki, Orta Asiya variantlarının demək olar ki, hamısında Koroğlunun atasını və babasını əsir alan, onlara zülüm edən Qızılbaş şiələrdir (son dərəcə yanlış fikirdir, çünki ortada Qızılbaş -Mərifət və Şiəlik-Məzhəbçilik tək İKİ UYUŞMAZ MƏFHUMU bir araya gətirmək kimi acı bir yanlış var – DHA). Burada əhəmiyyətli olan Hz.Əlinin bütün hallarda əzilənlərin (dastanların ortaq məntiqinə görə, türkmənlərin) tərəfində yer almasıdır. Dastanın son şəkillənməsi türkmənlərin həm Osmanlı dövlətində, həm Azərbaycan Səfəvi dövlətində, həm də Orta Asiyada gözdən düşməsi dövrünə rast gəlmişdir ki, dastançılar bütün bu çətinliklərə Hz.Əlini himayədar görərək qarşılıq verirlər (Füzuli bəyin bu təsbiti isə son dərəcə dəqiqdir – DHA)”.

Türk dünyasında Əli sevgisi İslamla tanış olmağa başladıqları dövrdən etibarən mövcuddur və Şah Fəzlullah Nəimi ilə Şah Xətaidən çox-çox əvvəllər də var olmuşdur.

Məsələn, Orta Asiyada ilk türk təriqəti kimi qəbul edilən Yəsəviliyin ulu piri Əhməd Yəsəvi bələ yazır:

Dördüncü yar olan Həq aslanı Əlidir,
Həm Məracda yar olan Həq aslanı Əlidir,
Dediyi sözü Rəhmani görsən üzü nurani
Kafirləri qıran Həq aslanı Əlidir.
Minib çıxsa Düldülə, yerə düşər zəlzələ,
Kafirlərə qulqülə Həq aslanı Əlidir.
Düşmanlara müqabil oldu kafirə qatil
Qılan batılı zail Həq aslanı Əlidir.

Oxucudan ricam, Batini kodlarla zəngin bu misraları yaddaşında saxlamasıdır. Çünki sonrakı yazılarda məhz bu Batini kodlarla Şah Xətai və Qızılbaşlığa atılan iftiraların
əsassızlığını sübut etmiş olacağıq.
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ



























Təbrizli Şəmsin əlindən EŞQ şərabını – Həqiqət sirlərini içmiş Mövlanə Cəlaləddin Rumi isə “Divani Şəms” adlıölümsüz əsərindəki “Nadi Əli (Əlini çağır!)” isimli qəzəldə
ÇOX AÇIQ şəkildə Əli eşqini bəyan ədir. Qızılbaş inancına işıq salacaq sonrakı yazılarımızda da əhəmiyyətli dəlil olacağı üçün qəzəli bütünlükdə yazmaq istərdim:

“O açıqlayıcı imam, o Tanrı vəlisi səfa əhlinin vücud günəşidir. Yerdə, göydə, məkanda, zamanda Həqlə duran o imamın zatı, iç və dış təmizliyi ilə vəsfləmək vacibdir. Çünkü küfürdən, ikiüzlülükdən qurtulmuşdur, təmizdir...

Onun torpağı birlik aləmidir. O, insanın həqiqəti və canı kimiydi. Hər şey fanidir, lakin can yaşar, ölməz. Onun hərəkəti özü ilə diri olan Əzəli varlıqdandır. Bəqa çevrəsində dönər dolaşır, yaranmışları yaradanın Zatı kimi O bakidir. Həqqin yüksək sifətləri Əlinin vəsfidir. Həqqin sifətləri ayrı deyildir. O, Tanrının zatına yapışmış, “O” olmuşdur. Duyduğun lahutun gizli xəzinəsi var ha, bax, O, odur. Çünkü o, Həqdən Həq ilə görünmüşdür. O xəzinənin dəlili, tükənməz elmdi. Bax, elə o elmdə məqsəd, uca Əlidir. Həqqin hikmətini ondan başqa kimsə bilə bilməz. Çünki o hakimdir, hər şeyin bilginidir. İbtidası olmayan əvvəl O idi, sonsuz axır da O olur.

Peyğəmbərlərə yardım edən O idi, vəlilərin görən gözü də həqiqətən Odur. Üzünün nurlu parıltısı, öz ziyasından bir günəş yaratdı. O, Həq ilədir; Həq Ondan görünür. Həqlə ki, O, Həq ilə əbədidir.

Adəmin torpağı Onun nurundan idi, o səbəblə mələklərin tacı oldu; Allahın isimləri Ondan ortaya çıxdı. O təmiz və uca imamın elmi sayəsində Adəm, hər şeyi anladı. O nur təkolan Yaradanın nuru olduğu üçündür ki, mələklər onun hüzurunda səcdə etdilər. Bəli, mütləqdir ki, Adəm O imamın nuru ilə bütün ilahi isimləri bildi...

Şit, özündə Əlinin nurunu gördü və yüksək aləmi öyrəndi. Nuh, özünü yüksək mənzilə çatdırana qədər, istədiyini daima Onda tapdı. Yenə ondandır ki qurtuluşa çatan Nuh bəladan qurtulmuş oldu. Xəlil pəyğəmbər, dostluqla onu xatırladı da, atəş ona al lalə oldu. Nəmrudun atəşi, o Allahın dostuna gül, nəsrin, lalə oldu. Yenə o idi ki, istəyi ilə öz qoyununu İsmayıla qurban etdi. Yusif quyuda onu andı ki, o səltənət mülkünü süsləyən taxtı tapdı. Yaqub, onun önündə çox ah-nalə etdi ki, Yusifin qoxusunu alıb gözləri açıldı. İmranın oğlu Musa, onun nurunu gördü ki, uzun gəcələr heyran qaldı. Qırx gecə məst oldu; qovuşma və görüşmə zövqünə daldı. Sonra dedi ki: “Yarəbbi! Mənə bu lütfündən bir əlamət ver”. Həq ona: “Budur, sənə nurlu əli verdim”, – dedi.
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Yenə Əlinin vergisidir ki, Məryəmə dost oldu və İsa vücuda gəldi...

O, şəriətdə elm şəhərinin qapısıdır. Həqiqətdə isə iki cahanın bəyidir. İki cahanın sultanı Məhəmməd, haqqa yaxınlıq gecəsində, Allaha qovuşmanın məhrəm yerində onun sirrini gördü. Əlinin nitqini, Əlidən dinlədi. Əli ilə birləşilən o yerdə Əlidən başqası olmaz.

Allah yolunda gedənlər istəyənlərdir; Əli isə istədikləridir. Söyləyənlər söylərlər, susarlar. O, susmaz, söylər. Əbədi elm, onun köksündə parlayıb göründü. Vəhy olunanların sirlərini, o, həqiqət olaraq bildi və bildirdi. Ümmətlərə hayqırdı:

– Allah yolunda Əli, sizin yol göstərəninizdir.

Allaha içi doğru olanlar üzlərini ona çevirmişdilər. Çünki
o şahdır, doğru yolu göstərəndir, əfəndidir...

O, bütün peyğəmbərlərin sirrində idi. Cənabi Mustafa:

– Mənimlə açıqca bərabər bulundu, – dedi. Dində əvvəl, axır O idi. Allah ilə batində, zahirdə olan O idi...

Bunları söylədim ki, bu uca mənanın nöqtəsini öyrənərək Uca vilayətə qovuşmuş olasan. Sən də şəksiz biləsən ki, həqiqətdə Uca olan Odur.

Ey əfəndi, mənimlə boş yerə dava etmə. Bu belədir.

Həqiqət budur ki, hamımız bir zərrəyik, günəş Odur. Hamımız damlayıq, dəniz Odur (“Tanrı Əlini hər peyğəmbərlə gizli göndərdi, mənimlə isə açıq göndərdi” hədisindən alınmışdır. Mevlanə, “Divani kəbir” (Seçmələr), “Kırkambar Yayınları”, 2005, səh.5-7.).
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ





















ZƏRURİ QEYDLƏR:

Yeri gəlmişkən bunu da yazmaq lazımdır: Təbrizli Şəmsi arxa planda tutaraq Təbriz nəfəsinin Anadoludakı əhəmiyyətini kiçiltmək istəyən “Doğru türk – Sünni türk” anlayışı bu kitaba israrla “Divani kəbir” deyir. Halbuki divan ədəbiyyatında nə “Divani kəbir” – “Böyük divan”, nə də “Divani səğir” – “Kiçik divan” deyə bir təyinat yoxdur.

Bundan başqa, onsuz da Mövlanənin başqa divanı yoxdur ki, birinə böyük, o birinə kiçik, dəyəsən. Və nəhayət, qəzəllərin əksəriyyətində son beytdə Şəmsin ismi zikr edilir ki, divan ədəbiyyatının qanunlarına görə də bu, müəllifin kimliyinə AÇIQ BİR İŞARƏdir. “Divani kəbir” ismi ilə nəşr edilən bir çox kitabda Mevlanənin qələmə aldığı “Nadi Əli” isimli bu qəzələ rast gəlmək hardasa imkansız olub.

Mevlanəni mütləq “Doğru türk – sünni türk” anlayışı çərçivəsinə salmaq istəyən və Türkiyəyə hakim olmuş bəsit məntiq əlbəttə ki, istər bu qəzəli, istərsə də Yunus Əmrənin:

Cənnət cənnət dedikləri,
Bir kaç köşklə bir kaç huri,
İstəyənə ver onları
Bana səni gərək səni.

– misralarını küfür kimi görməkdədir. Xüsusilə də Mevlanənin “Nadi Ali”si Qızılbaş inancına “Əliyə Allah deyərək küfrə girirlər”, “Bunlar Əliallahidirlər”, “Rafizi – Heteredoksdurlar”, – dəyərək küfür damğası vuran molla və alim zümrəsi üçün ciddi problem yaradır. Çünki qəzəlin mətninə bəsit şəriət və ya alim məntiqi ilə baxsaq, o zaman Mövlanə BÖYÜK BİR KÜFÜR İÇİNDƏDİR. Mevlanəni LAYİQİ İLƏ ANLAMAYAN və ya ANLAMAQ İSTƏMƏYƏN bəsit məntiq ona KAFİR DEMƏYƏ DƏ CƏSARƏT ETMƏDİYİ ÜÇÜN çarəni “Nadi Əli”ni nəşr edilən kitablarda verməməkdə görür. Məqsəd isə aydındır: Süni şəkildə “Doğru sünni” Mövlanə obrazı yaradan molla+alimlər “Kafir şiə” Rafizi Seyid Nəsimi və Şah Xətaini ittiham etməyə lazımi hazırlıq görmüş olurlar. Batini “Quran” təməlində ortaya qoyulmuş irfani həqiqətlərdən uzaq olan molla+alim şəbəkəsi bununla təsəvvüf böyüklərinə qarşı kin (molla) və cəhalətlərini (alim) gizlətmək məqsədi daşıyırlar. Onların iddiasına görə, dərdləri təsəvvüflə deyil, “yanlış təsəvvüf”lədir. Bu şəkildə özlərini maskalayan molla+alim tayfasının bir başqa virusu da “sünni təsəvvüfü” və “şiə təsəvvüfü” kimi axmaq bir təyinat olmuşdur.

Sünni və şiə kimi SİYASİLƏŞMİŞ MƏZHƏBÇİLİK = SİYASİLƏŞMİŞ ŞƏRİƏT məfhumlarını ÇOX DAHA ÜSTÜN İDRAK ÖLÇÜSÜ olan Təriqət və Mərifət məqamlarını izah
etmək üçün istifadə etmək ən yaxşı halda cəhalətdir. Çünki təsəvvüfün böyük simaları üçün məzhəbçilik HEÇ BİR MƏNASI OLMAYAN CƏHALƏTdir.

Diqqət edin: Məzhəblər deyil, MƏZHƏBÇİLİK! Odur ki, bu virusun qərəzlə yayıldığından və əsas məqsədin türk dünyasının İRFANİ İDRAKLA bütünləşməsinə əngəl olmaq istəyənlərin dəyirmanına su tökmək olduğundan əminəm. Sonrakı yazılarda bu məsələyə təkrar dönəcəyəm.

Ümid edirəm ki, bu əhəmiyyətli və ağrılı məsələ üzərində başqaları da gərəkli araşdırmaları aparmış olacaqlar.

(Ardı var)

Mənbə: Dimes Hak Alerli "ŞAH XƏTAİ: ŞİƏ, SƏFƏVİ, YOXSA QIZILBAŞ?! (Türk İrfan İdrakı işığında baxış) kitabı
TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ
25 avqust 2019 /

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Похожие новости

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Dimes Hak Alerli İstanbul (Əvvəli: http://fedai.az/index.php?newsid=6048) Yuxarıda Heteredoks (alim) = Rafizi (şəriət mollası) ittihamlarının istər alimlər, istərsə də şəriət əhli tərəfindən

TÜRK İRFAN İDRAKI İŞIĞINDA ŞAH XƏTAİ VƏ QIZILBAŞLIQ

Dimes Hak Alerli İstanbul “Ürəyi dağ olmayınca, bağrı qanlı lalə tək, Heç kimin ki, həddi yoxdur kim Qızılbaş olmaya”. Şah İsmayıl Xətai Çox ağır bir məsuliyyətdir, “Şah Xətai və qızılbaşlıq”

TÜRKİYƏ VƏ AZƏRBAYCAN: "MÜQƏDDƏS" CƏHALƏT: ALİMLƏR VƏ İRFAN

Bəzən, mənim sufizm haqqında yazan alimlərə qarşı bu qədər kəskin olduğumun səbəbini soruşurlar. İzah edim. Məsələ ondadır ki, biz alimlərə deyil, alimlər bizə hörmətsizlik edirlər. Bəzən doqmatik

Qızılbaş nə deməkdir?

Firudin Gilar Bəg Bildiyimiz kimi, mənbələrdə “qızılbaş” rəmzi Şah İsmayıl Xətainin ordusuna və onu əhatə edən tayfalara aid edilir. Mənbələrdə bu rəmz Uhud döyüşü ilə əlaqələndirilir ki, rəvayətə

AZƏR ALLAHININ TARİXİ

FİRUDİN GİLAR BƏG REDAKSİYADAN: Oxucuların marağını və istəklərini nəzərə alaraq Fedai.az saytında rusca gedən "История Бога Азера" yazısını azərbaycan dilində təqdimatına başlayırıq. Müəllifə bəri
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ