AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO


Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin (AVMVİB) 25 yaşı tamam oldu. Yubiley gününün qeyd edilməsi tədbirləri və təşkilatın tarixcəsi ilə bağlı AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğluna müraciət etdik. Müsahibəni təqdim edirik.

E.S. - 25 il öncə, məlum 26 avqust 1994-cü il. Bu tarix müharibə veteranlarına nələri andırır?

X.Ə. - Atəşkəsdən sonra müharibədə iştirak edən döyüşçüləri tərxis etməyə başlandı. O dövrü xatırlayanlar yaxşı bilir ki, Azərbaycan müharibədən zərər görmüş bir ölkə kimi çıxmışdı və ayaq üstdə durmaq uğrunda mübarizə aparırdı. Belə bir cəmiyyətə başında savaş havası olan müharibə veteranlarının adaptasiya edilməsi kimsəni maraqlandırmırdı. Üstəlik də, savaşdan məğlub bir durumla ayrılan keçmiş döyüşçülərə münasibət ürək açan deyildi. Siyasi arenada olan qüvvələr və hərbi müxalifət kimi formalaşan qüvvələr də bu insanları öz tərəflərinə çəkib istifadə etməyə çalışırdılar. Belə bir mürəkkəb ortamda, məhz keçmiş döyüşçülərin təşəbbüsü ilə təşkilatlanmaq qərarı verildi. Təşəbbüs qrupu əsasən əfsanəvi Birinci batalyonun könüllülərindən ibarət idi. Qeyri hərbi birliklərdən tərxis olunmuş veteranlar da bu yığıncaqlarda yaxından iştirak edirdilər.

Xatırlayıram ki, Altay Məmmədovun sədr seçilməsinin əleyhinə təkcə mən səs verdim. Yəni təşkilat demokratik bir şəkildə təsis olundu. Qeydiyyata müraciət edərkən məlum oldu ki, hələ də "Vətən" deyəndə çoxları SSRİ-ni başa düşür. II Dünya müharibəsi iştirakçılarını birləşdirən təşkilatın adındakı "Böyük Vətən" ifadəsini bəhanə etsələr də, anlada bildik ki, o "vətən" artıq bizim deyil. Bizim bircə Vətənimiz - parça-parça edilmiş Azərbaycandır. Amma bu gün də o zehniyyət yaşayır. İstər bizlərə, istərsə də ölkəmizə münasibətdə hər addımda özlərini biruzə verirlər. Beləcə AVMVİB aşağıdan təşkilatlanaraq "0"- dan başlayan və daim dövlətçiliyin yanında olan bir ictimai təşkilat kimi öz imicini qorudu. Bu təşkilatın ən ümdə istəyi Qarabağ torpaqlarının azad edilməsidir.

Bu yolda öz vaxtını, maddi imkanlarını və hətta sağlamlığını qoymuş veteranlarımızın hər birinin dəyanəti sayəsində AVMVİB bu gün ayaqda qala bilib. Sədrimiz Füzuli Rzaquliyev, sədrin I müavini Kamil Şirinov, təşkilat yaranan gündən buradadırlar, sədr müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Abbas Hüseynli, NTK sədri Nityazi Quliyev, Akif Abbasov və bir çox rayon şöbəsi sədrləri bu gün də veteran hüquqları uğrunda mübarizədə öndədirlər. 25 illik bir yolda Qarabağı görmədən sıralarımızı vaxtsız tərk etmiş veteranlarımıza və səngərlərdə qucağımızda şəhid olmuş şəhid qardaşlarımıza Allahdan rəhmətlər diləyirik!

Bu gün onların da günüdür. AVMVİB yarandığı gündən bütün tədbirlərini şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb və bu ənənə təşkilatımız durduqca davam edəcək. Bizim davamız Yurd davası, Bayraq davası, Millət və Məmləkət davasıdır. Bunlara uzanan əlləri, dilləri kəsməyə bu gün də hazırıq. Müharibə veteranları ağır xəstələnərkən təşkilata gəlib bilirsiniz, nə istəyirlər? Onlar, nə Fəxri Xiyaban, nə təntənəli yas mərasimi, nə müalicəyə yardım. Onlar tabutlarına müqəddəs üç rəngli bayrağın bükülməsini vəsiyyət edirlər. Cəmiyyət insanıyla veteranın fərqi budur. Onun bayrağa olan sevgisini kimlərinsə lüt əndamlarını təbliğ edən mediya anlaya bilməz...
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO



















E.S. - AVMVİB-nin sıralarında hazırda neçə nəfər müharibə veteranı var? Müharibə veteranları üzvlük üçün ictimai qurum olaraq nəyə görə AVMVİB-ni seçirlər? Niyə, məhz AVMVİB?

X.Ə. - Veteranlar Birliyinin rəhbərliyində əsasən aktiv döyüşlərdə iştirak edən əsil vətənpərvər insanlar yığılıb. Demək olar ki, cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərdə eyni səngəri bölüşən döyüşçülər, indi də AVMVİB adlı bir "səngəri" bölüşməyə üstünlük verirlər. Təkcə bu il üzvlərin sayı 65.000 nəfərə çatdı. 65 mininci üzvümüz AVMVİB Nərimanov şöbəsinə üzvlüklə bağlı müraciət etmiş Namiq Rəsul oğlu Əliyev olub.

Son 1 il ərzində 1500 nəfərdən artıq yeni üzv təşkilata qəbul edilib. Rayon şöbələri öz fəaliyyətini bərpa edib. Hələ ordumuz olmayan günlərdə Qarabağın müdafiəsində iştirak etmiş polis müharibə veteranları AVMVİB tərkibində öz şöbələrini yaradıblar və fəaliyyət göstərirlər. Bu proseslər davam edir. Çünki müharibə veteranları yaşa dolduqca onların onsuz da bol olan problemlərinin üstünə yaş və səngərlərdə qazanılmış xəstəliklər əlavə olunur. Maddi olmasa da, mənəvi dəstəyə də ehtiyacımız var. Yarandığı gündən AVMVİB, veteran hüquqlarını qorumağı öz prioritet vəzifəsi elan edib və bu ənənəyə sadiqdir.

Müharibə veteranlarının, xüsusən əsil döyüşçülərin bir devizi var: "Veteran veteranın dostu və qardaşıdır". Qardaş olmaq üçün ana bətnindən də müqəddəs olan Vətənin bətnində qazılmış səngərlərdə birgə olmaq yetərlidir. Bu çoxlarının həsəd apardığı bir qardaşlıqdır. AVMVİB bir döyüşçü təşkilatı olaraq bu qarrdaşlığı yaşatmağa çalışıb. Ona görə də hər bir döyüşçü öz "itiyini" bu məkanda axtarır...
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO



E.S. - Azərbaycanda "Müharibə veteranları haqqında" Respublika Qanunu qəbul edilib. Qanuna baxdıqda çox mükəmməldir və həm veteran birliklərinə, həm də fərdi oaraq müharibə veteranlarına xeyli imtiyazlar verilib. Qanundan irəli gələn müddəalardan istifadə edə bilirsinizmi?

X.Ə. - Həqiqətən bu qanun bəzi müdaxilə və düzəlişlərə məruz qalsa da, fəaliyyət üçün mükəmməl qanun sayıla bilər. Amma ölkədə digər qanunlar kimi nəzarət mexanizmi olmadığına görə, qanunun tələbləri tam yerinə yetirilmir. Qanundan əlavə ölkə başçısının göstəriş və tapşırıqları da var. Lakin bəzi məmurların öz anti veteran siyasətləri mövcuddur. Onlara nə qanun, nə də bu göstərişlər təsir etmir. Düşünməyə məcbur olursan ki, belələri öz tapşırıqlarını yəqin ki, Ermənistandakı qohumlarından alırlar. Son 10 illikdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunda 4-cü dəfə dəyişiklik edilib. Sizcə keyfiyyətcə nəsə dəyişibmi? Xeyr. Pisliyə doğru yuvarlanan bu nazirlikdə, güya gənclər nəsə yenilik yaradacaqmışlar. Füzuli Ələkbərov gələn kimi öz ailə biznesini nazirliyə köçürdü. Səlim Müslümov hay-küylə gəlib, o biznesin nazirlik qoluna sahibləndi və xatırlayırsınızsa, bu al-veri əks etdirən pul çekini dərc etmişdik. İndi Sahil Babayev gəlib. Faktiki bu adamın qotur düşmüş erməni inəyini alıb, baha qiymətə xalqa "sırımaqdan" qeyri bir fəaliyyəti görünmür. 65 minlik təşkilatın rəhbərliyi 3 dəfə yazılı, bir dəfə şifahi olmaqla onları qəbul etmələrini bildiriblər. Müraciətlərə cavab verilməyib.

Digər bir faktı deyim. Bizim inşaat qrupunun nazirliklə davasından xəbərdarsınız. Tələsik öz "hesablarını" nazirliyin keçmiş tikinti şöbəsi rəhbəriylə haqq-hesab edərək milyonları alsalar da, Məşədi İbadın hambalı demiş bizim 37 min manatımızı artıq 3-cü nazirlə davasına çıxacağıq və sizin saytın vasitəsiylə bu müharibədən, müharibə əlillərinin hüquqlarından xəbərsiz nazirin sosial sahəyə qısa vaxtda vurduğu zərbələri təqdim edəcəyik. Necə olur ki, Şamaxıdakı və Əhmədlidəki obyektlərdə Natiq Əzizovla haqq-hesab edə bilirsiniz, amma etdiyimiz müraciətə biyabırçı bir cavab yazaraq günahı ölkə prezidentinin üzərinə atırsınız?

Neçə illərdir ki, BMT ilə bir proqram həyata keçirilir. Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondunun birgə maliyyələşdirdiyi yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcək. Üzvləri sırasında müharibə əlillərinin sayı 4800 nəfər olan və 65 minlik müharibə iştirakçısını öz sıralarında birləşdirən bir təşkilat niyə müzkirələrə dəvət olunmayıb? Niyə müharibə zamanı fərarilik etmiş 5-3 nəfərin yaratdığı ictimai birliklər dəvət olunduğu halda, AVMVİB daim kənarda saxlanılır? Fərarilik edən adamlar veterana nə dəyər verə bilər? Bir özlərindən, bir də möhürlərindən ibarət olan belə ictimai təşkilatların "qrandyeyənlər" fəsiləsinə aid edilməsi ictimai bir lağ hədəfinə çevrilməsindən bunların xəbərləri yoxdurmu?

Artıq illərcə yığılan problemlərin həllində ciddi islahatlara ehtiyac var. Amma hazırda ƏƏSMN başına gətirilən komanda sosial sahənin başına gəlmiş "ən böyük faciə" olduğunu deyə bilərdim. Belə bir həssas nazirliyə diqqət artırılmalıdır...
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO


E.S. - 25 illik tədbirlərə qayıdaq. Dövlət və hökumətdən nələr gözləyirsiniz?

X.Ə. - Çox şeylər. Mən bu sahədə təşkilat üzvlərindən fərqli düşüncəyə sahibəm. Hökumət SSRİ ilə bağlı veteran təşkilatların yubileyi ilə bağlı layiqincə addımlar atıb. Lakin bu ölkə uğrunda canını ortaya qoymuş insanlara, gələndə hər kəs özünü görməməzliyə vurur. Onlara milyonlar, bizə isə səbr arzulayırlar. Mənim təklifimlə təşkilatın büdcədən maliyyələşdirilməsi ilə bağlı Baş Nazir Novruz Məmmədova müraciət ünvanladıq. Əlbət ki, "xeyr" cavabı aldıq. Sadəcə dediyiniz "Veteranlar haqqında" Respublika qanunun tələblərini yoxladıq. 10 ildən artıq vaxtda könüllülük əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi istisna olmaqla, heç bir dəstək olmadan veteran qardaşlarımızın hüquqlarının müdafiəsində dayanmaq sizə zarafat gəlməsin. Hərdən özümə sual verirəm ki, bu işlər nəyimə lazımdır? Amma biz veteranlar birgə olmağa məhkumuq.

Təşkilatın fəaliyyətini gücləndirmək məqsədiylə, mövcud Qanunun Ulu Öndər H. Əliyev tərəfindən imzalanmış 28 iyun 1994-cü il, 841 saylı "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunda deyilir:

"Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika büdcəsinin və yerli büdcələrin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır (30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 21-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci maddəsinin birinci hissəsində "respublika büdcəsinin və yerli büdcələrin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir".

Bunca aydın və dürüst yazılmış müddəaya Baş nazirin "xeyr" cavabına aid bir dənə də müddəa yoxdur. Sadəcə ictimai təşkilat olması irəli sürülür. Bəs o zaman Yazıçılar Birliyi, Rəssamlar Bəstəkarlar və s. birlikləri nədir? Yaxud Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, nə vaxtdan hökumət təşkilatı olub? Yəni hökumətin qeyri - hökumət təşkilatı olurmu? Sovet-Alman müharibəsi, II Dünya müharibəsi iştirakçıları ağır döyüşlər görüb, lakin sayları bitmək üzrədir. Bu təşkilatı yaşatmaq üçün "Əmək veteranı", yaxud "Silahlı Qüvvələr veteranı" kimi statuslar, mənim düşüncəmə görə elə Qarabağ uğrunda döyüşmüş insanlara görə saxlanılır. Dünyanın heç yerində, SSRİ məkanı istisna olmaqla "Əmək veteranı" statusu yoxdur. Qonşu Türkiyədə əməkli deyilir. Deməli, bu adamlar heç "veteran" sözünü düzgün anlaya bilmədikləri ortadadır...
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO



E.S. - Hansı mənada "veteran" sözünü anlamırlar?

X.Ə. - Klassik mənada "veteran" sözü, latın sözü olan "veteranus", "vetus", "veteris" - keçmiş, xidməti çox olan, təcrübəli, çox döyüşlərdə iştirak etmiş yaşlı döyüşçü anlamında işlənib. Qədim Romada əsgərlər (muzdlular) ən azı 20 il müddətinə xidmət etdikdən sonra tərxis olunanlar və ya orduda qalanlar veteran adlandırılırdı. Sezarın "Dəmir döyüşçülər" adlandırılan veteran legionlarının döyüş sənəti çox məşhur idi.

Romada müharibələr bitincə, ordudan əsgərlər mülki həyata buraxılırdı və e.ə. II-I əsrlərdə tədricən daimi ordu və donanmaya keçdilər. Müqavilə bitdikdən sonra veteran əsgərlərə torpaq (Romada və onun əyalətlərində) verilirdi və ya pul mükafatı, habelə Roma vətəndaşının hüquqları verilirdi, mükəlləfiyyətlərdən azad edilirdilər.

İndi uzun illər süpürgəçi işləyənə veteran statusu verilirsə, onda mən kosmonavtam. Yaxud da 40 il DYP-də pul qovalayan birisi veterandırsa, mən veteran deyiləm. Siyasəti anladınızmı?

SSRİ-də 18 yanvar 1974-cü ildə kommunistlər tərəfindən uydurulmuş "əmək veteranı" statusunun bizdə saxlanması nəyə lazımdır? Axı bilmək lazımdır ki, müharibə insan cəmiyyəti üçün psixoloji bir məqamdır. Lakin bizdə bu məqama fikir verilməməsi düşündürücü bir məqamdır. Belə çıxır ki, tək hədəf doğma Vətənimiz Azərbaycan uğrunda döyüşmüş şəxslərin ön plana çıxmasının qarşısını almaq, bu adı nəzərdən salmaq üçün məqsədli bir şəkildə edilir.

Xatırlayırsınızsa, bir neçə məktəbdən eyni vaxtda Şəhid adlarının ötən il kütləvi şəkildə götürülməsi ilə şəhid ailələrinin çox saylı müraciətlərini nəzərə alıb araşdırmalara başladıq. İlkin mənzərə belə oldu. "Şəhid adlarının əbədiləşdirilməsi" haqqında qərara hansısa "sifarişli əl" 1999-cu ildən başlayaraq 2016-cı ilin may ayınadək əməlli-başlı düzəlişlər etmiş və "qırxılmış" bu qərara görə, SSRİ sayaq bir maddə əlavə ediblər ki, yalnız 2 dəfə Milli Qəhrəman olan şəxslərə abidə qoyula bilər. Müharibə bitmədən bu addımı atanlar niyə tapılıb cəzalandırılmır? Biz veteran təşkilatı olsaq da heç zaman şəhid qardaşlarımızın ailələrinin müraciətlərini diqqətdən kənarda qoymamışıq. Lakin şəhid ailələri adından onlarla təşkilatın gözləri qarşısında baş verən bu aktlara niyə bu cəmiyyətlər etirazlarını bildirmirlər?

Məsələ bizim üçün aydındır.

Bir vaxtlar müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazların ləğv edilməsi, veteranların yaxşı yadındadır. Bu addım kimlər tərəfindən çox ustalıqla ölkədə hərbi-vətənpərvərlik ruhunun tam sıradışı edilməsinə hesablanmışdı. Müharibə veteranlarının müraciətinə kimsə cavab vermirdi. Müharibə veteranları "imtiyazlı imtiyazsız" sosial təbəqəyə çevrilmişdi. Məhz AVMVİB-nin və "Fədai" qəzetinin apardığı mübarizə sayəsində o zaman millət vəkili olan xanım Mehriban Əliyeva məsələyə müdaxilə etdi və «müharibə veteranı» statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət təyin edildi.

Bu müavinətin verilməsi müharibə veteranlarının sosial müdafiəsinə yönəldilib və dövlətin həmin kateqoriyadan olan vətəndaşlara qayğısını əks etdirir. Qeyd edim ki, veteran müavinətinin verilməsində millət vəkili, H. Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın məsələyə diqqətlə yanaşması sayəsində veteranlara kompensasiya verilməsi məsələsi öz həllini tapdığına görə, hər bir veteran minnətdarlıqla xatırlayır. Bir xüsusu da əlavə etmək yerinə düşər. Bu gün AVMVİB ilə yanaşı, həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Çox minlik veteranlar ordusu adından Birinci vitse-prezident xanım Mehriban Əliyevanı təbrik edir və fəaliyyətində uğurlar arzulayıram...
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO


E.S. - Konkret hökumət ölkənin ən böyük ictimai təşkilatının 25 illiyinə hansı töhfəni verməyi planlaşdırır, yaxud verib?

X.Ə. - Konkret olaraq desək, bir böyük xəyal qırıqlığından özgə heç nə... Gözləntilər vardı, lakin zaralara, kirkorovlara, pavliaşvililərə və daha betərlərinə milyonlar səpələyənlər bu ölkə uğrunda 5 imperiya ilə savaşmış insanların yanında ola biləcəklərini bir daha ağlıma gətirməməyə söz verdim. Sanki bu ölkədə savaş deyil, musiqi rəqabəti gedib. Kim Zaranı yaxşı "oxutsa" qalib o seçiləcək...

Belə çıxır ki, "manıslar" növbəti savaşa gedəcəklər...

Yəni mən hesab edirəm ki, bu sahədə işlər öz yoluyla getmir. Nədənsə bəzi məmurlar düşmənə güllə atmış insanlara aşkarcasına antipatiya ilə yanaşırlar. Şair Daşqının təbirncə desək:

Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən,
Eh! Səni dayılarına, satan ölsün, ay Vətən!

Bunca cavab sadədir və bu insanları deşifrə etmək hər bir döyüşçünün əsas vəzifəsi olmalıdır. Çünki biz susduqca bu şurduvazlar həyasızlaşırlar...

E.S. - AVMVİB-nin sabah 25 yaşı tamam olur. Konkret bu tədbiri hansı tarixə ertələmisiniz?

X.Ə.- Napoleon sərkərdələrini yanına çağırır ki, savaşı udmaq üçün 3 şərt sayın. Sərkərdələrdən biri deyir ki, birincisi pul... Napoleon onun sözünü kəsib deyir: "Digər iki şərtə ehtiyac qalmadı". Biz bu tədbiri Bakıda, yoxsa cəbhə bölgələrinin birində keçirməyi tam dəqiqləşdirməmişik. İkincisi, havaların isti keçməsinə görə tədbiri 1 ay ertələdik. Üçüncüsü isə, maliyyə imkanlarımız yox dərəcəsindədir. 25 illiklə bağlı az sayda Xatirə medalı hazırlada bilmişik. Dəvətlilər müəyyən edilib. İmkanlarımızı götür - qoy edirik. Bu tədbir düşmənə bir veteran ismarıcı olacaqdır. Düşmən bilməlidir ki, Azərbaycanın müharibə veteranları, Qarabağın azadlığı uğrunda savaşa daim hazır olan və Ali Baş Komandan İlham Əliyevin savaş əmrini gözləyən 65 minlik AVMVİB hər zaman ayaqdadır. Onları hər şeydən öncə bir amal - Vətən torpaqlarının azad edilməsi amalı birləşdirir. Düşmən yaxşı bilir ki, sonuncu müharibə veteranı da onlar üçün bir təhlükədir. Bu yolda yürüyən kim varsa dostumuz, qarşı çıxanlar isə düşmənimizdir. Veteranın bir düşməni var, o da ermənilərdir. Elə onlar da bizləri özlərinin düşməni bilirlər...

E.S. - Ümüd edirik ki, AVMVİB-nin 25 illiyi layiqincə qeyd etməyin öhdəsindən də gələcəksiniz. Bir daha bütün AVMVİB üzvlərini bu Böyük gün münasibətiylə təbrik edir və belə tədbirləri tezliklə Şuşada, Laçında və Xankəndində keçirmənizi arzu edirik.

X.Ə. - Bu yolda bizimlə birgə olan hər kəsi təbrik edirəm.

müsahibəni Elnur Səlim hazırladı.
AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

26 avqust 2019 /

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

Похожие новости

AVMVİB üzvləırinin sayı 65 min nəfərə çatdı

Son illər ərzində AVMVİB-nin veteran problemlərinə yanaşma tərzi, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə yardımı ilə "Müharibə Veteranlarına

Pensiyaçı veteranlara sosial güzəştlər əvəzinə təyin olunan müavinət niyə kəsilir?

Ölkəmizdə "müharibə veteranı" statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət kimi təyin edilib. Bu müavinətin verilməsi müharibə

FÜZULİ RZAQULİYEV: "Qoy bu il tariximizə Qarabağın azad edilməsi ili kimi yazılsın"

[i Fedai.az-ın suallarına AVMVİB sədri Füzuli Rzaquliyev cavab verir... E.S. - Daha bir ilimizi Qarabağsız başa vurmaqdayıq. İl ərzində AVMVİB hansı işləri gördü? F.R. - Bəli, 2018-ci ili də

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat...

Martın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan

ŞİKAYƏTÇİ VETERANLAR İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Bölgələrdə aidiyyatlı orqanlarda müraciətlərə baxılmasındakı problemlər bölgədə yaşayan veteranların Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə üz tutmalarına səbəb olub. Bu gün
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Tanıyın, tanıdın: Onlar Vətən uğrunda döyüşmüşlər...DAHA BİR VETERANIMIZ HAQQA YÜRÜDÜBakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötürErməni generaldan Paşinyana sərt reaksiya - Ölkəni müharibəyə aparır, gedib xiyar əksə yaxşıdır...”Novxanıda ağır qəza, 3 nəfər ölüb, 6 nəfər xəsarət alıbBirinci vitse-prezident İsmayıllıda səfərdə olub - FOTOAzərbaycanlı uşaqlar internetdə ən çox nə ilə maraqlanır? - AçıqlamaBirinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçasının açılışında iştirak edibAVMVİB: FİLM KİMİ 25 İL - VİDEOİNSANLIĞIN TOXUMU KİMDİR?Erməniyə təslim olmayaraq özlərini partladan azərbaycanlı kəşfiyyatçılar - FOTOLAROnu Həcc ziyarətinə gondərmək istiyən İcra Başçısına köçkün şairin cavabıRövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”Qarabağ icması Fransa hökumətinə çağırış edibAVMVİB XƏBƏRLƏRİMikayıl Cabbarovdan sensasiyalı AÇIQLAMAMehriban Əliyeva Kürdəxanıda - FOTOİlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında - FOTOAVMVİB 25 illiklə bağlı yekun yığınağını keçirdiPUTİN ERMƏNİSTANA GEDƏCƏK, YA YOX?BOLTONUN İSTEFAYA GÖNDƏRİLMƏSİ ABŞ-RUSİYA MÜNASİBƏTLƏRİNƏ NECƏ TƏSİR EDƏCƏKKOÇARYAN-SARKİSYAN TANDEMİNƏ QARŞI NÖVBƏTİ QƏRARQafqaz İslam Ordusunun Bakını azad etməsindən 101 il keçirAzərbaycan xarici işlər nazirinin müavini Paşinyana xəbərdarlıq etdiPrezident metrodaİlk hərbi təyyarəçimizin anım günüdürDOĞUM SƏVİYYƏSİNİN ARTMASI İSRAİLDƏ CİDDİ PROBLEMƏ ÇEVRİLMƏKDƏDİRQarabağ həqiqətləri: Baxa-baxa bilmədiklərimiz...AVMVİB Tovuz rayon şöbəsindəAVMVİB Nəsimi rayon şöbəsindəAşura günü Şəhidlər Xiyabanı ziyarət edildi - FOTOAVMVİB LƏNKƏRAN RAYON ŞÖBƏSİNDƏAybəniz Haşımova şəhid həyat yoldaşının fotosunu paylaşdı: “Ay yaraşıqlı oğlan""Tərtər işi" üzrə bəraət alan hərbçilər danışır...Daha bir müharibə veteranı haqqa yürüdü...ERMƏNİ MAŞASININ İKİ MIRIQ DİŞİ - Oqtay Güləliyev və Ərəstun OrucovVətəni sevmək imandandır...“Hərbiyyə - 2019”-un qalibi Ağdərə məktəbliləri oldu - VİDEOPaşinyanı "Heyvagülü"nə oynatdılar - VideoHakimiyyət Moskvada çoxluğu əldə edə bilməyib – Rusiyada keçirilən seçkilərin əsas sensassiyasıYerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEOPKK bu dəfə Suriyada müstəqillik elan etdiGürcüstanda yeni müxalif telekanal – “Əsas kanal” yayıma başlayıbMütəxəssis amerikalı və eşşək! ...Gözləyə-gözləyə yaşayın...KQB arxivləri Azərbaycan, Ermənistan və Gürcüstandan necə çıxarılıb? – ARAŞDIRMAZelenski Putinə zəng etdiTƏBRİKLƏR: QURBAN QURBANOV - 44Boşanma zamanı uşaq bu hallarda ataya verilirSiyavuş Novruzov sabiq nazirləri hədələdi: "Altlarına milyardlar yığıblar..."Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nı təsdiq edibBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Sovet televiziyasının qurucularından olan - Ənvər Məmmədov kimdir? - VİDEOAVMVİB -25: Bakı, Sumqayıt, Abşeron və məcburi köçkün rayon şöbələrinin geniş tərkibli iclası keçirildiŞah Qacarın qətlinin gizlinləri: Rus fitnəsi və erməni barmağı - FaktlarlaORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistandan Bakıya XƏBƏRDARLIQ - MÜMKÜN DEYİLPaşinyan Qarabağa getməkdən vaz keçdi - SƏBƏB"TurAz Qartal"ları ayın 16-dək təlim keçəcəkErmənistan Şişkinlə bağlı məsələdə Rusiyaya əzələ şişkinliyi göstərdi...Rusiya Ermənistana yeni silah satdı - FOTOİlham Əliyev türk dövlətlərinin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdiORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞQalina Şuke: "Biz hamımız-latışlar, ruslar azca da olsa türkük".AVMVİB ÖZ EMBLEMİNİ DƏYİŞDİABŞ Ermənistan ordusuna hücum etdi6,4 milyon manatlıq Lamborghini nümayiş olunduYəhudicə "AS-SELAM-ALAİCHEM" - VİDEOPrezident Bakıda elektrik stansiyasını işə saldıErmənilər Putini hədələdilərTürkiyəyə qarşı YPG içində erməni taburu quruldu!Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!DAHA BİR MÜHARİBƏ VETERANI VƏFAT ETDİ“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində döyüş uçuşları keçirilir - VİDEOORTA ƏSRLƏR AZƏRBAYCAN TARİXİNƏ DAİR XARİCİ TARİXŞÜNASLIĞA TƏNQİDİ BAXIŞErmənistan hakimiyyətində qarşıdurma – Köçəryanın həbsi qanunsuz elan edildi“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırışNikolay Patruşev Ramil Usubovla görüşübŞƏHİDLƏR XİYABANINA ƏLİL ARABASI!Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardıERMƏNİ MƏTBUATI TƏŞVİŞ İÇİNDƏ YAZIR...Paşinyan Putini 11 milyonluq ordu ilə hədələdiAVMVİB İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRDİTanıyın, tanıdın: Qəhrəmanlar can verir, Yurdu yaşatmaq üçünİlham Əliyev Nikolay Patruşevi qəbul etdi - FotoDollar kəskin ucuzlaşacaq, daha sonra... - Mərkəzi Bank HƏRƏKƏTƏ KEÇDİDərslərə hazırlaşmaq üçün ən uyğun vaxt hansıdır? (Gecə, yoxsa Gündüz?)Qadınları kölə olan bir cəmiyyət kölə nəsillər yetişdirərXaoslar üçün yaradılmış ermənilərin yad ölkələrdəki prezidentləri - VİDEOALBAN VƏ ƏRMƏN TÜRKLƏRİ"Cənab Əliyevə dedim ki, əgər dramatik bir prosesə başlamaq istəmirsə..." - Paşinyandan həll yolları...ETRÜSKLƏR: ÖLÜM VƏ DİRİLİŞ...ŞƏHİD TANKÇININ ANIM GÜNÜHərbçilərin və müəllimlərin maaşları artırıldıNazir şəhid oğluna verdiyi sözü tutdu: Ona planşet hədiyyə etdi – FOTONazir təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzaladıXAİN TÜRK ZABİTİ VƏ SAXTA ERMƏNİ TOLERİANTLIQ NAĞILI...Acından ölən düşmən və toxundan ölən biz...Adambaşına şərik olduğumuz borc nə qədərdir?Hərbçilərin pensiyası necə hesablanacaq?
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ